Azərbaycanda türk tayfaları http://www.azerbaijans.com/uploads/turkler.jpg Azərbaycanın qədim türk tayfaları Tarixi qaynaqlar qədim Azərbaycan ərazisində bir çox dövlətlərin qurulduğunu, onların bəzilərinin hətta imperiya səviyyəsinə yüksəldiyini sübut edir. Yazılı mənbələrə əsasən Azərbaycan ərazisindəki ilk tayfa birləşməsi tunc dövrünün axırlarında yaranmışdır. Həmin mənbələrdə ta qədimdən Azərbaycanda türk dillərində danışan etnosların

Bu konu 25836 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanda türk tayfaları 25836 Reviews

    Konuyu değerlendir: Azərbaycanda türk tayfaları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 25836 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycanda türk tayfaları

    Azərbaycanda türk tayfaları







    Azərbaycanın qədim türk tayfaları
    Tarixi qaynaqlar qədim Azərbaycan ərazisində bir çox dövlətlərin qurulduğunu, onların bəzilərinin hətta imperiya səviyyəsinə yüksəldiyini sübut edir. Yazılı mənbələrə əsasən Azərbaycan ərazisindəki ilk tayfa birləşməsi tunc dövrünün axırlarında yaranmışdır. Həmin mənbələrdə ta qədimdən Azərbaycanda türk dillərində danışan etnosların varlığı və bu ərazilərin türklərin qədim vətəni olduğu dönə-dönə qeyd edilmişdir. Azərbaycan xalqının formalaşmasında əsas olmuş türk tayfaları bunlardır:


    Arattalılar
    Azərbaycanla ona qonşu olan torpaqlarda yaşamış tayfalarla bağlı ilk yazılı mənbələr e.ə. XXV-XXIII əsrlərə aiddir və onlar Urmiyə bölgəsində Akkadca yazılmışdır. Ancaq Azərbaycan torpaqlarında türk hakimiyyətinin tarixi e.ə. 4 min il əvvəllərə gedib çıxır. Mənbələrdə xüsusilə arattalılar, qutlar (qutilər), lullubilər və xurrilər haqda məlumatlar vardır. Ancaq elmi mənbələrə əsasən Azərbaycan torpaqlarında yaranmış ilk türk dövləti Arattadır. Arattalılarla bağlı məlumatlar Şumer dastanında qeyd olunmuşdur. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdir. Onun torpaqları Urmiyə gölünün güney və güney-şərq hissəsini əhatə edirdi. Müasir Zəncan-Qəzvin ərazisi də Arattanın aşağı sərhədlərində idi.


    Lullubilər
    E.ə. III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradılar. Bu vaxtlarda Urmiyə gölünün güney hissəsində lullubu (lullubi) tayfalarının ittifaqı yarandı. Lullubuları tarix səhnəsinə Su ve Turukki tayfaları çıxarmışdı. Bu tayfa dövlətinin yaranması e.ə. XXIII əsrdə reallaşdı. Vahid Lullubu dövləti e.ə. II minillikdə parçalandı və yerində xırda hakimiyyətlər yarandı.


    Qutilər
    E.ə. III minillikdə Urmiyə gölünün qərb və güney-qərb bölgəsində Quti tayfa birləşmələri mövcud idi. Onlar həmin minilliyin ikinci yarısından sonra dövlət kimi birləşdilər. Qutilər Şumerlərlə müttəfiq olmuşdular; lakin Akkadların işğalçı siyasətinə də kəskin etiraz edirdilər. Quti dövləti boy birləşmələrindən yaranmış bir dövlət idi. Onun tərkibində subar, turuk, kuman, bars, böri, qarqar, azər, zəngi və s. türk boyları iştirak edirdilər. Mənbələr yazır ki, qutilər e.ə. XXIII əsrin nəhayətində Mesopotamiyadan qovulmuşlar. Onların hakimiyyəti 91 il 40 gün çəkmişdir. Quti dövlətinin ən böyük xüsusiyyəti onun demokratik əsaslarla idarə edilməsi idi. Quti elinin paytaxtı indiki Kərkük (Arrapha) şəhəri idi.


    Turukkilər
    Turukkilərin yaşadığı coğrafıya Urmiyə gölündən tutmuş Zəncana kimi gedib çıxır. Turukkilər tarix səhnəsində qutilər və lullubilərlə eyni vaxtda çıxış etmişlər.
    E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində müasir Azərbaycan torpaqlarında yaşadığı təxmin edilən tayfaların və digər etnosların dilləri Zaqr-Elam, Zaqros, Kaspi və s. adlar verilən böyük dillər qrupunda birləşirlər.


    Subarlar
    Urmiyə gölü hövzəsində e.ə. III-II minillərdə subarlar da yaşayırdılar. Subarlar nəinki Azərbaycan xalqının, bir çox türk xalqlarının formalaşmasında iştirak etmişlər. Subarlar İki çay arasında (Dəclə-Fərat) yaşayırdılar və sonradan bura gələn sami tayfaları Akkad şəhər dövləti ətrafında cəmləşdilər və onun güclənməsinə amil oldular. Sonralar akkad, xurri və sami-asur tayfalarının hücumuna məruz qalan subarlar qərb, orta və şərq olmaq üzrə üç qola ayrıldılar. Urmiyə gölü hövzəsində məskunlaşanların bir xeyli hissəsi Sibir və Türküstan tərəfə üz tutdu. Sibirin adı da subarlarla bağlıdır. Orta hissədə qalan subarlar Dəclə və Fəratın yuxarı hissəsində, Van gölünün qərbində indiki Bitlis ilə Diyarbəkir arasında hər boy bir mahalda olmaq üzrə məskən saldılar.


    Qarqarlar
    Albanlardan sonra Azərbaycanda geniş ərazilərdə məskunlaşmış əsas tayfalardan biri qarqarlar idi. Qarqarlar çox qədim etnosdur. Mənbə olmadığından onların Şimali Qafqazdan Albaniya ərazisinə nə vaxt endiklərini söyləmək çətindir. Qədim türk tayfalarından olan qarqarlar haqqında e.ə. I minilliyin başlanğıcında yaranmış ”Iliada” əsərində məlumat var. Qarqarlar kompakt halda yaşamışlar. Onlar Albaniyanın əsas tayfalarından idilər; Kürün aşağı tərəfində, Artsakda, Albaniyanın şimal-şərqində, eyni zamanda Cənubi Azərbaycanda, Şimali Qafqazda və indiki Ermənistan ərazilərində yaşayırdılar.


    Kaspilər
    Sami tayfaları e.ə. III minilliyin əvvəllərində Fərat və Dəclə çayının şimal tərəfındə məskunlaşdılar. Əhəməni dövlətinin siyasi nüfuzu Qafqaz dağlarına çatdıqda Quzey Azərbaycanda yaşayan tayfalar artıq tarix səhnəsində görünməyə başladılar. Onların ən görkəmlisi kaspilərdir ki, Xəzər dənizinin bir adının da Kaspi olması onların yadigarıdır. Kaspilər qədim zamanların güclü xalqlarından biri olan kassilərlə qohumdurlar. Onların yaşadığı coğrafiya Muğan-Lənkəran ovalığı olmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanda türk tayfaları

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 25836

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş