GÜLÜSTAN MÜQAVİLƏSİ Qadir Allah Naminə İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən,

Bu konu 2806 kez görüntülendi 1 yorum aldı ...
Azerbaycan gülüstan müqavilƏsi 2806 Reviews

    Konuyu değerlendir: Azerbaycan gülüstan müqavilƏsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2806 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan gülüstan müqavilƏsi

    GÜLÜSTAN MÜQAVİLƏSİ


    Qadir Allah Naminə
    İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ
    BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı
    ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN
    ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya
    İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu
    möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və
    nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:
    ƏLAHƏZRƏT Bütün Rusiya İmperatoru - ÖZ General-leytenantı, Gürcüstandakı və
    Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında,
    Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə Baş Müdiri, Xəzər hərbi
    Donanmasının Komandanı, Müqəddəs Aleksandr Nevski, birinci Müqəddəs Anna, dördüncü
    dərəcəli Müqəddəs Əzabkeş və Qalibiyyətli Georgi ordenləri, habelə üzərində igidliyə görə
    yazısı olan qızıl qılıncla təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi, Əlahəzrət İran şahı isə -
    özünün, Türkiyə və İngiltərə Saraylarında fövqaladə elçisi olmuş, İran Rəisləri arasında seçilmiş,
    öz padşahından brilyantlarla bəzədilmiş xəncər və qılıncdan, şal paltardan və brilyantlarla
    zinnətləndirilmiş at bəzəkləri dəstindən ibarət fərqləndirici lütf görmüş, öz Padşahının ən yaxın
    Məmuru, Ali İran Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə mənsub olan, İran Sarayında
    ikinci dərəcəli Xan, Yüksəkrütbəli və Çoxhörmətli Mirzə Həsən Xanı: bu səbəbdən də BİZ,
    yuxarıda adları çəkilmiş səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı
    Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən sonra, hər
    birimizə öz tərəfindən bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bərqərar edəcəyimiz sülh
    və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə
    görə aşağıdakı maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik.
    BİRİNCİ MADDƏ
    İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa
    həmin Müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur və qoy İMPERATOR
    ƏLAHƏZRƏTLƏRİ Bütün Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri,
    Taxtlarının Varisləri və ONLARIN, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında əbədi sülh, dostluq
    və xeyirxah razılıq olsun.
    İKNCİ MADDƏ
    Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə (……………) yəni hər bir
    tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün
    bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və
    gələcəkdə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında sərhəd aşağıdakı xətt olsun:
    Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq
    keçidinədək, oradan da üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək
    çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və Naxçıvan
    xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları silsiləsi ilə Qarabağ, Naxçıvan,

    İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri

    birləşən Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin
    Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan mərzinə, oradan da dağlar
    silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları
    silsiləsi ilə Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə Arpaçayadək.
    Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və
    Ərdəbil tərəfdən olan sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla
    seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin həqiqi
    hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, həmçinqin çayların, dağların,
    göllərin, təbii mərzlərin dəqiq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb
    təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (………….) əsasında Talış xanlığının sərhəd
    xətti elə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də,
    yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki
    Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir tərəf ( …………..) əsasında təminat
    verəcək.
    ÜÇÜNCÜ MADDƏ
    Şah Əlahəzrətləri ƏLAHƏZRƏT bütün Rusiya İMPERATORUNA səmimi dostluq hislərinin
    sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Ali Vəliəhdləri adından
    Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki,
    Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan
    torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə)
    İmperiya, Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd
    Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı
    bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.
    DÖRDÜNCÜ MADDƏ
    ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU ƏLAHƏZRƏT İran Şahına ÖZ qarşılıqlı dostluq
    hisslərini ifadə etmək və İranda - ONA qonşu olan bu Dövlətdə, möhkəm əsas üzərində
    mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün,
    bununla, ÖZ adından və ÖZ Vəliəhdləri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin
    ediləcək Vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran
    Dövlətinin işinə qarışa bilməsin və Ali Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin.
    Bununla belə, əgər İran Dövləti işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya
    İmperiyası hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.
    BEŞİNCİ MADDƏ
    Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onları yan
    almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar tərəfindən dostluq köməyi
    edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq - əvvəlki qayda üzrə Xəzər dənizində
    üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı
    surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl,
    habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin
    ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan başqa heç bir
    Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz. ALTINCI MADDƏ
    Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və s. dinlərə mənsub ələ keçirilmiş
    sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək
    (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə
    və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan
    hər birinə, milliyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı
    verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən qaçmışlara
    amnistiya, yaxud bağışlanma verilir.
    YEDDİNCİ MADDƏ
    Bütün yuxarıda deyilənlərə əlavə olaraq ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və
    Əlahəzrət İran Şahı buyururlar ki, lazım olduqda, Əlahəzrətlərin İqamətgahlarına göndərilən,
    ONLARIN Ali Saraylarının qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış
    işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik üçün təyin
    olunmuş Müvəkkillərin və ya Konsulların on nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil
    edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin,
    Əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim
    edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı
    salmaq gərəkdir.
    SƏKKİZİNCİ MADDƏ
    Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd
    rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən
    yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali
    Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər
    göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına
    mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların
    satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali Dövlətin tacirləri
    arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi
    qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir.
    Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi
    şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol
    verməməlidirlər. İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə
    birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran Hökuməti
    bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri
    ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri
    üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir. İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm
    hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin
    təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən,
    Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə,
    mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud
    qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları
    istədikləri adamlara satmağa icazə verilməlidir.
    DOQQUZUNCU MADDƏ
    Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallara görə yüzə beş faizdən
    çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci
    dəfə gömrük tələb olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük alınsın,
    bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran
    təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə
    və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.
    ONUNCU MADDƏ
    Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla
    sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə, nəzarəti altında olduqları
    gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları
    satın, yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun
    həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərti ilə
    qanuni rüsumlar yığılsın.
    ON BİRİNCİ MADDƏ
    Bu müqavilə imzalandıqdan sonra hər iki Ali Dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə
    salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal
    dayandırılması barəsində əmrlər göndərsinlər.
    İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali
    tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq
    edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi ƏLAHƏZRƏT Bütün Rusiya
    İMPERATORU və Əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri
    ilə imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.
    Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali Saraylardan, qarşılıqlı surətdə
    göndərilməklə onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra
    çadırılacaq. Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran
    hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ
    mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır.


    İMZALAMIŞLAR:
    Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev
    Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan gülüstan müqavilƏsi

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 1

          Görüntüleme: 2806

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    Turkuaz&Tr. - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    08.10.2010
    Yaş;
    64
    Mesajlar
    901
    Konular
    443
    Beğendikleri
    66
    Beğenileri
    54
    Tecrübe Puanı
    100
    @Turkuaz&Tr.

    Standart Cevap: Azerbaycan gülüstan müqavilƏsi

    AZERBAYCAN BAYRAĞINDA MAVİ; TÜRKLÜK, BAĞIMSIZLIK VE GÖĞ'Ü İFADE EDER. MAVİ ÖZGÜRLÜK, MAVİ SONSUZLUKTUR.



    ''UYUYAN MİLLETLER YA ÖLÜR,
    YA DA KÖLE OLARAK UYANIR''

    Gazi Mustafa Kemal ATATÜRK

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş