RUS XAQANLIĞININ/DÖVLƏTİNİN MƏNŞƏYl HAQDA Ələkbər ƏLƏKBƏROV tarix elmləri namizədi Azərbaycaa Universiteti Ən'ənəyə görə, m.s. IX əsrin ikinci yarısında Doğu Avropada, sonralar “Kiy-ev Rusiyası” adı ilə tanmmış yeni dövlət formalaşır. Qəbul olduğuna görə, indi onla-nn müasir qahqlan “russkiye”, ukraynalılar və beloruslardır. Məsələnin uzunmüddətli öyrənilməsinə baxmayaraq, onun açıqlanması indi də qənaətbəxş deyil. Rusiya və Qərb tarixşünashğında “rus” problemi ilə bağh həb XVIII əsrdə

Bu konu 2112 kez görüntülendi 0 yorum aldı ...
RUS XAQANLIĞININ/DÖVLƏTİNİN MƏNŞƏYl HAQDA 2112 Reviews

    Konuyu değerlendir: RUS XAQANLIĞININ/DÖVLƏTİNİN MƏNŞƏYl HAQDA

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2112 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart RUS XAQANLIĞININ/DÖVLƏTİNİN MƏNŞƏYl HAQDA

    RUS XAQANLIĞININ/DÖVLƏTİNİN MƏNŞƏYl HAQDA

    Ələkbər ƏLƏKBƏROV
    tarix elmləri namizədi Azərbaycaa Universiteti


    Ən'ənəyə görə, m.s. IX əsrin ikinci yarısında Doğu Avropada, sonralar “Kiy-ev Rusiyası” adı ilə tanmmış yeni dövlət formalaşır. Qəbul olduğuna görə, indi onla-nn müasir qahqlan “russkiye”, ukraynalılar və beloruslardır. Məsələnin uzunmüddətli öyrənilməsinə baxmayaraq, onun açıqlanması indi də qənaətbəxş deyil. Rusiya və Qərb tarixşünashğında “rus” problemi ilə bağh həb XVIII əsrdə yaranan “norman” və “antinorman” nəzəriyyəbri arasında mübahisələr ində də səngimir. Normanistbrin fikrinə görə Dnepr çayı hövzəsinə “rus” admı və dövlətçilik ən'ənəsini skandinav-vikinqlər gətirmişlər [1]. Antinormançılar arasında vahid mövqe yoxdur. Slavyan meylli antinormançılar “rus” adınm ancaq slavyanlara məxsus olduğunu iddia edirlər. Lakin dövrün dəyişməsi ilə əlaqədar antinormançıların bəziləri (məsələn, A.P.Novoseltsev) konyunktur baxımdan mövqeyini dəyişib normançı mövqeyinə keçdilər [2].
    Hər iki nəzəriyyənin tərəfdarları Kiyev-rus dövlətində türk xalqlarınm rolunu həmişə heçə endirməyə çalışıblar. Iqtisadi və siyasi fəaliyyətlə bağlı Rusjya kimi ərazidə məkan qazanmaq üçün “bəziləri” burada yaşayan xalqlan məharəüə qarşıya qoyurdular. Onlar da həmin xalqların tarixini saxtalaşdırırdılar. Sonralar sovet tarixşünaslığında da adı çəkilən məsələlərə geniş yer verilib. Məhz onlann vasitəsi ilə SSRİ dövründə velikorus şovinizmi məharətlə yüksək zirvəyə qaldırılmışdı.
    Bunlara baxmayaraq, artıq sovet dövründə də türklərin sonralar “russkiye” adlananlara böyük təsirləri haqqında geniş şərhlər verilib. Bütün bu ədəbiyyatın arasında ilk olaraq Oljas Süleymanovun "As u Ə" kitabının adını çəkməmək olmaz [3]. Bu səpkidə yazüan Murad Acinin “Qıpçaq çölünün yovşanı” və “Evpona, törki i Velikaə stepğ” kitablarını qeyd etmək gərəkdir [4]. Lakin həmin kitablar kilsə biIgiləri ilə nə qədər maraqlı olsa da, Murad Acinin “rus” etnoniminin açıqlamaları ancaq emosiyalara əsaslanır və tarixi həqiqətlərdən çox-çox uzaqdırlar. Əsərləri oxuduqca aydın olur ki, Murad Aci “rus”larla bağlı bütün mənbələrlə ətraflı tanış deyil və böyük təhriflərə yol verir.
    Qeyd etməliyəm ki, mən 1992-ci ildə “Azərbaycanın Səlcuq yurüşü ərəfəsində Şimalla əlaqələri (IX əsrin ortalan - XI əsrin 60-cı illəri)” namizədlik dissertasiyasını müdafiə etdim. Həmin dissertasiya işində mən “rus”ların Xəzər dənizinə o dövrdə baş verən bütün yürüşlərini təhlil etdim [5]. Amma çox təəsüflə qeyd etməliyəm ki, həmin işlə tanış olan bir çox “Azərbaycan tarixi”nin müəlliflari, sonralar bu dərslikləri yazanda, həmin nəticələri nəzərə almayaraq, ən'ənəvi “Avropa məktəbinə” sadiq qaldılar. O alimlərin bə'ziəri isə hətta mənbələrin məzmununu bilməyərək, məsələni daha da dolaşıqlığa salıb, "rus" adını "slavyan" sözü ilə əvəz etdilər.
    Dissertasiyanı yazanda, mən "rus" adı ilə bağlı bir neçə məsələ qarşısında qalmalı oldum.

    1. Dövrün heç bir salnaməsi "rus"u nə slavyan, nə də norman saymır. Yunanlar onları “skif”, ərəblər isə onları "türk" hesab edirlər.
    2. 864-884 ildən 1035 ilə kimi rusların Xəzərə, o cümlədən, Azərbaycana 11 məlum yürüşləri olub [6]. Lakin bu yürüşlər haqqında ancaq alban tarixçisi Musa Kalankaytuklu və ərəb müəllifləri bəhc edir. Heç bir slavyan salnaməsi bu yürüşlər haqqında heç nə bilmir !.'! (seçmə mənimdir -müəllif). Yəni, əgər bu yürüşlər "Kiyev-slavyan" dövləti tərəfindən təşkil olunmuşdursa, ola bilməz ki, bu qədər baş verən yurüşlərdən onların xəbəri olmasın və yerli tarixçilər qısa olsa da, onlar haqqında mə'lumat qorumasmlar!!!
    3. Rus/Avropa nəzəriyyəçilərinin bütün fikirlərini isə alt-üst edən müsəlman mənbələrindən olan iki xəbərdir ki, onların birincisi XI ə. müəllifi İbn Misqəveyhdir. Bu müəllifm yazdığına görə, “rus”lar Bərdəni tutduqdan sonra yerli əhaliyə bu sözlərlə müraciət etdilər: "Sizinlə bizim aramızda dini mübahisə yoxdur (!!! - müəllif). Bizim arzuladığımız ancaq hakimiyyətdir" [7]. Bu xəbərdən görünür ki, Bərdə əhalisinə müraciət edən "rus"lar müsəlman olublar. Ibn Misqəveyhin bu fikrini təsdiqliyən XIII ə. müsəlman müəllifi Şərəf əl-Zaman Tahir Mərvazi qeyd elirdi ki, hicrinin 300/912/-ci ilindən sonra Buladmirin başçılığı ilə hansısa ruslar əvvəl xristianlığı qəbul edib, sonra isə müsəlmanhğa keçib Bərdəyə yürüş etdilər [8]. Mərvazi də həmin "rus"lardan "türk" bölməsində danışır. O ki qaldı "Buladmir" adma, bu ad "Vladimir" ola bilməz, çünki Kiyev knyazı I-ci Vladimir hakimiyyətə atası Svyatoslav 971-ci ildə peçeneqlər tərəfindən öldürüldükdən sonra gəlir. Bizi maraqlandıran hadisə isə 913-944-cü illər arasında baş verib. Mərvazinin "rus"ları türk bölməsində işıqlandırdığını nəzərə alsaq, demək olar ki, mənbədə adı çəkilən "Buladmir" adı türk "bulad/polad" və "dəmir" sözlərindən ibarətdir [9].

    Beləliklə, demək olur ki, əgər Kiyev salnamələri bu yürüşlər haqqda heç nə bilmirbr, deməli bu ruslarm Kiyevə aidiyyəti yoxdur. Bunu də təsdiqləyən mənbələrdə "rus"ların Islamı qəbul etməsidir. I-ci Vladimir isə Islamla tanış olrnaq üçün öz elçilərini Volqa bulqarlarının yanına göndərir. Ərəb mənbələri onu da söyləyirlər ki, bul-qar xənı Almuş təxminən 903-cü ildə Islamı qəbul etmişdir və buna görə də 922-ci ildə xəlifə öz elçisi ibn Fədlanı ora göndərir.
    Bəs Kiyev-slavyan salnamələrinin bu məsələyə münasibəti necədir? Əvvəla, Kiyev-Rııs dövlətinin ilk tarixçisi rahib Nestorun, təxminən 1100-1113-cü ilfer arasda qələmə aldığı "Povestğ vremennıx let" salnaməsindən görünür ki, müəllifın fikirləri ardıcıl deyil və o "rus" adının kimə məxsus olduğunu gizlətməyə çalışır. Məsələn, Nestor ruslar haqqında fikirlərini tamamlayaraq qeyd edir ki, "rus" adı ilə varyaqlar, slavyanlar və "digərləri" adlanırdı. L.N.Qumilyovun şərhinə görə, rahibin həmin fikirlərində olan ziddiyyət onunla bağlıdır ki, Nestor knyaz Svyatapolkun tarixçisi olub. Svyatapolk isə yunan kilsəsinin və Vladimir Monomaxm düşməni olaraq, alman və danimarka feodallarmın tərəfdarı idi və bununla bağlı olaraq Nestor öz fikirlərini tam açıqlamırdı [10]. Amma sual olunur ki, niyə bu qədər slavyan tayfaları ararsında Nestor "rus"ları məhz "polyan"larla əlaqələndirir?
    Bütün dolaşıqlıqlara baxmayaraq, deməliyik ki, türklər bir çox Avropa xalqlarına böyük təsir göstəriblər. Nestorun salnaməsini diqqətlə nəzərdən keçirərkən aydın olur ki, rahib türk dili ilə tanış idi. Əks təqdirdə o "bujane" (türk-"buğa" sözündən, + “an” cəm şəkilçisi) "vohnyane" (slav. "vol" - buğa deməkdir, “ağaceri” tayfasınm adını "drevİyaıne" və nəhayət "peçeneq" adını/ "tivertsı" (tiv/til+ər+çi), "tolmaç"/"şərhçi" kimi izah etməzdi. Bunları nəzərə alaraq qeyd etməliyik, Nestor, mühitinə uyğun olaraq "polyane" admı hərfı tərcümə edib, hansısa "türk" tayfasının adını qorumuşdur və buna görə də o salnamədə öz fikirlərini tam açıqlaya bilmədiyindən oxucuları dolaşığa salıb. Onu da qeyd etmək lazımdır ki, Nestor bir çox hadisələrə "öz zamanın" prizmasından yanaşır. Artıq onun dövründə xristianlıq və kirill əlifbasmm yayılması Kiyev-slavyan əhalisinin dünyagörüşünü formalaşdırmışdı. Biz məqalələrimizdə dəfələrlə qeyd etmişik ki, "slavyan" adı türk "sakaların" adından götürülüb [11]. Lakin xristianlığın yayılması ilə "sakalar/sklavin" adı tədricən unudularaq ilk anlayışını itirir və sonralar "slavyan" formasını alaraq yeni məfhum ifadə edir. Buna görə da Nestor rusları məhz polyanlarla eyniləşdirməyə çahşır.
    Nestor fikirlərində ziddiyyətlərə baxmayaraq, özü təsdiq edir ki, Kiyev dövlətinin paytaxtı "Kiyev" xəzərlərin inşa etdiyi şəhərdir. "Kiyev" adının yaranması ilə rahib iki rəvayət söyləyir: "Polyanlar isə bu vaxta kimi ayrı yaşayırdıdar və öz nəsilləri tərəfindən idarə olumırdular. Çünki o qardaşlardan əvvəl artıq polyanlar var idi (!-müəllif) və onlar nəsilləri ilə öz yerlərində yaşayırdılar... Üç qardaş var idi: birinin adı Kiy, digəri Şyok, üçüncüsü Xoriv, bacıları isə Lıbed idi. Kiy indi Boriçyov yoxuşu olan yerdə məskən salmışdı... Onlar böyük qardaş üçün şəhərcik tikdilər və onu Kiyev adı ilə çağırdüar və onlar polyan adlandırdılar. Digərləri isə bilmədən deyirlər ki, Kiy (bərədə) yukdaşıyan olub..." [12].
    Bu hekayədən aydındır ki, əfsanəvi Kiyin Dnepr çayına gəlişindən və polyan adlandırdığından əvvəl, artıq orada hansısa polyanlar yaşayırdılar.
    XIX əsr tarixçisi M.N.Karamzin "Kiy" adında qədim slavyan şəxs əvəzliyini görürdü. Sovet tarixşünashğında "vulqar antinormanizmin" əsasını qoyan T.V.Tixomirov "Kiy" sözünü "dəyənək, çəkic" kimi açıqlayırdı. 1924-cü ildə erməni qaraçısı Karapet Patkanovun təbbəsi N.Y.Marr "Kiy" adı ilə əlaqədar orta əsr erməni müəllifi Zenobi Qlaka əsaslanaraq erməni qaynağmda olan hekayəni Nestorun rəvayəti ilə müqayisə edib və əfsanələrdə olan Kiy və Kuar adlarını əlaqələndirərək onların eyni mənbədən olmasım göstərməyə çabşmışdır. N.Y.Marrın bu fıkirlərinə əsaslanan B.A.Rıbakov isə "Kiy"i Bizans imperatorlan Anastasinin və Yustinin müasiri hesab etmişdir. Sonralar bu flkir A.P.Novoseltsev tərəfindən tənqid atəşinə tutulmuşdur, çünki türk tarixinin əsas müasir təhrifçisi kitni o, gözəl duyurdu ki, "Kiy"lə "Kuar"ın eyniləşdirilməsi hansı naticələr verə bilər! Erməni versiyasının tədqiq edən M.Abeqyan isə qeyd edir ki, adı çəkilən əhvalatda Mamikoneanlar nəsli haqqında söhbət gedir. Lakin o da bütün ermənilər kimi "Mamik" və "KonaK"/qonaq" tayfalarmm türk olması haqqında susur [13].

    Rus salnamələrində "Kiyev" adı "KneB, Kues, Kies" kimi qorunub. Müsəlman salnamələrində Kiyevin adı Kuyaba kimi verilir. Lakin ancaq Bizans imperatoru Vin Konstantin Porfirogenet (905-965) "Kiyev" adım iki cür vermişdir: "Kiova" və "Sambatas". "Sambatas" türk dilindən tərciknə olunaraq Sam/yüksək+bat/möhkəm, yəni "istehkam" kimi tərcümə edilir ki, bu ad isə slavyan "Vışqorod" ("yüksəklikdə olan şəhər") adınm sinonimidir [14].
    Slavyan salnamələrində Kiyev Slavyan/Rus torpaqlannın mərkəzi sayılır. Ondan fərqli olaraq VIII Konstantin "Kioava”-nı "kənar/dış" rusların şəhəri kimi göstərir. Qeyd etməliyik ki, XI əsrdə də Baltika ətrafı slavyanlar özlərini rus saymırdılar. Bete vəziyyətdə aydın olur ki, "daxili", "əsli" ruslar Qara dənizin şimalında yerləşiblər və dediklərimizi müsəlman müəllifləri təsdiqləyir. IX əsr ərəb müəllifi İbn Xordadbeh qeyd edirdi ki, “rus”lar saklab cinsindəndirlər"[15]. Ərəblər "saklab" dedikdə isə müasir slavyanları yox, oğuz-bulqarları nəzərdə tuturdular. Beləliklə də aydm olur ki, nəyə görə XIII əsr müsəlman müəllifi İdrisi Kuyabam türk şəhəri hesabedirdi[16].
    Ən maraqhsı da budur ki, erkən bizans müəlliflərindən və Nestordan sonra yazüan salnaməbr "rus"ları nə normanlarla, nə də ki slavyanlarla eyniləşdirmirlər və onları "skif/sakatlar"la əlaqələndirirlər.
    Bu baxımdan XIV əsrdə qəbmə alınan "Patriarx", yaxud "Nikon" salnaməsi bizim fikirlərimizi təsdiqləyir: "Rodi je, nazıvaemıe Rusı, ije (“Komopıe” - müəllif) i kumanı, jivəxu vo Eskinoponte i naçaşa plenovati stranu Rimlənskuö(Qara dəniz - müəllif) yaşayan Rus adlı nəsil, hansı ki, kumananlardır (qıpçaqlar - müəllif) Roma ölkəsinə basqm etdilər] [17]. Bunu başqa slavyan salnaməsi də təsdiq edir. XVI əsrdə İvan Qroznı dövründə Mitropolit Makarinin təşəbbüsü ilə yazılan "Stepennaə kniqa üarskoqo rodosloviə” [Çar şəcərəsinin dərəcə kitabı] əsəridir ki, orada da ruslar yenə kuman qıpçaqlarla eyniləşdirilir [18]. Məsələ burasmdadır ki, əgər qəbul olunmüş fərziyyələrə görə rus-Rürik ailəsi normandırlarsa, necə olur ki, hər iki salnamə [özü də onlardan biri məhz çar şəcərəsinin dərəcə kitabıdır - müəllif] rusları kumanlarla eyniləşdirir.
    Qeyd olunan kimi, dövrün yunan dilli müəHifləri rusları normanlarla yox (onlar normanları yaxşı tanıyırdılar), skiflərlə eyniləşdirirdilər. Bu da aydmdır ki, yünənlar üçün Qara dənizin şimal əraziləri "Skifiya" idi. Mənbələrin müqayisəsi onu göstərir ki, skif/sakat tayfaları türk dilli idilər və təsadüfi deyil ki, bizans tarixçisi Menandr yazırdı ki, türklər qədimdə "saka" adlanırddar. Artıq XI əsrdə Qara dəni-zin və Xəzərin şimahnda, Dəşti Qıpçaqda kuman/qıpçaqlarhakimlik etmiş və buna görə də Nikon salnaməsinin və “Çar şəcərəsinin” müəllifləri “saka/skif” adını "kuman" sözü ilə əvəz etmişdilər. Bu da öz növbəsitıdə sakaların türk olmasmm yeni bir təsdiqidir.
    Antinormançılar "rus"un qeyri-norman olmasmı sübut etmək üçün VI əsr Suriya tarixçisi Zaxariy Ritora istinad edirlər. Normançdar isə onun qeydlərini əfsanə sayırlar. Ziddiyyət ondadır ki, Zaxariy Ritor ruslardan danışarkən qeyd edir ki, onların boylan o qədər uca idi ki, atları onları bellərində gəzdirə bümirdilər və rusların ayaqları yerə çatırdı. Qeyd edək ki, Zaxariy də ruslan türk tayfaları arasında yad edir. Onun "Əfsanəsi"ni isə Azərbaycanda tapılan arxeoloji qazıntılar təsdiqləyir. İ.M.Dyakonov əvvəlki tapmtılara istinadən qeyd edirdi ki, Gəncədə tapılan "Sak" dövrünün skeletləri nəhəng adamlara məxsus olmuşdur. Tədqiqatçılara isə Azərbaycanın qərbində "oğuz qəbri" adı ilə tanman nəhəng qəbirbrin olması da məlumdur [19].
    Nestor salnaməsində qeyd edilir ki, xristianlıqdan əvvəl Kiyev əhalisinin baş bütü şimşəki tərənnüm edən Perun idi. Avropa mərkəzçilik baxımından - iranşünaslar "Perun" adını gah Baltika xalqlannın mifologiyasında olan "Perkunas"la, gah da het mifologiyasmdakı "qaya" mənasmda "Perunas"la əlaqələndirməyə çahşırlar.
    Bir çox xalqlarda "1" - "bir" rəqəmi Allahm birliyinin təcəssümüdür. X əsr ərəb səyahətçisi İbn Fədlan şamançı oğuzlardan bəhs edərək yazırdı ki, onlar artıq İslamdan əvvəl də Tək Allaha ibadət edirdilər: "Bir Tənkri va huva bi-t-turki bi-l-lah bi-1-vahid ləənnə "bir" bi-t-turki "vaxid" və "Tənkri" "Allah"" [20]. Ibn Fədlanın söylədikləri Suriyalı Mixailin məlumatı ilə də təsdiqlənir. Slavyan "pervıy, sobiratğ, brak, supruq" sözlərini tədqiq edən O.Süleymenov sübut etmişdir ki, onlar türk mənşəlidir və türk dilindəki "bir" sözündən yaranıb. Göründüyü kimi, "Perun" və "pervıy/perşiy" sözləri türk "1"-"bir" anlamı ilə bağhdır. Sonralar "pervıy/perşiy", "odin" sözü ib əvəz olunur. "Odin" isə əfsanəyə görə, Troyadan Isveçə gəbn as-türklərinin başçısıdır ki, sonralar "Odin" normanların baş Allahı hesab olundu [21].
    "Perun" admın "bir" sözü ilə bağlılığı bizim tədqiqat sahəmizi daha da genişləndirir. Türk "Tanrı" sözü iki hissədən - "Tan/səma" və "Ər/(işıq)kişi" ifadəbrindən ibarətdir. Bu söz german mifologiyasında "Donar" kimi əks olunub. "Tanrı"nın sinonimi isə türk mifologiyasmda "Kuar"dır ki, "ku-" ifadəsi də "od, işıq" rəmzidir. Bebliklə, istər "Perun", istərsə də "Kuar" Tanrı sözünün sinonirnləri olduğuna görə, hər iki adda "od/işıq" anlayışı sezilir. Belə olan vəziyyətdə əgər "Perun/Kuar - İşıqlı Ər" kimi şərh oluna bilirsə, ondə Kiyev/Kuyaba adındakı Ku/işıq + "oba", "məskən", yəni "İşıgın məskəni" kimi türk dilində şərh edilməlidir. Dediyimiz kimi, İbn Xordadbeh ruslarm saklab cinsindən olduğunu söyləyir. Bə'zi tədqiqatçüar "rus" admı slavyan dilbrmdən "qırmızı, sarıbəniz" kimi şərh edirlər.
    Qəzvinin əsərindən istifadə edən əl-Bakuvi Saklablardan, yəni oğuz bulqarlardan yazdıqda qeyd edirdi ki, onlar sarısaç, qırmızıyanaqdırlar. Qərdizi isə saklablar haqqında belə bir məlumat qorumuşdur: "və əlaməte səqbbiyan xirxizyan pey-dast sorxe muye və sapide pust /qırğızlar da saklabların əlaməti saçlarının qırmızılığından və dərilərinin ağlığından büinir" [22]. Bu məlumat isə onu göstərir ki, türk olmaq üçün heç də monqol irqli omaq vacib deyil. Nəhayət, X əsr ərəb müəllifi əl-Müqəddəsi (yenə Xordadbehin xələfi) yazır ki, "ağlara gəldikdə, saklabların iki cinsidir ki, ölkələri Xarəzmdən sonradır / əmmə-1-beyda fəcinsəni sakalib va bələduhum xəlfə Xarəzm" [23]. Aydradır ki, X əsrdə slavyanların torpaqları Xarəzmdən sonra yerləşə bilməzdi və bu fikir Qərdizinin söylədikləri ilə uzlaşır. Yenə də İbn Xordadbehə istinad edən X əsr "Hüdud əl-Aləm" müəllifı yazır ki: "Vabnit Saklabların şərqində ilk şəhərdir və bəziləri (sakinlərdən) ruslara oxşayırlar [and some (of its inhabitants) resemble the Rus]". Uyğur "Oğuz-namə"sində yazılır ki, Urus oğlu Saklab Oğuz xaqanla eyni şəcərədəndirlər [24].
    Başqa mənbələrlə təsdiqlənməyən yəhudi dilində yazılmış və "Kembric sənədi" adı ilə tanınmış tarixi əsərdə yazılır ki, "H-l-q"-nın başçılığı ib hansısa ruslar xəzərlərin Samkaray qalasma basqm etdikbrinə görə, Xəzər xaqanlığında hakimiyyətdə olan yəhudilərin sərkərdəsi Pesaxm tələbi ilə Bizansa doğru göndərildilər [23]. Ən'ənəvi olaraq, Avropa tarixçiləri "H-l-q" adını skandinav "Xelqu/böyük" adı ilə, antinormançılar isə onu Kiyev hakimi "Oleq"la bağlamaq istəyiblər [25]. Oxucuların diqqətini Salanikdə tapılan daşın üzərində olan yazıya yönəltmək istəyirəm: "V leto ot sotvoreniə mira 6412 (904 - müəllif) pri Fedore, Olqu Tarxane" [26]. Onu qeyd etməliyəm ki, Kembric salnaməsi yəhudi dilində yazılıb və salnamədə olan "H-l-q" sözü yəhudi dilində müəyyənlik artikli "h/% " vasitəsi ilə yazılıb. Yəhudi müəyyənlik artikli şəxsi adların önündə işənmədiyinə görə [27] hesab edirəm ki, mənbədə olan "h-l-q" yəhudi artikli vasitəsi ilə yazılan türk "ulug/böyük" sözüdür - " Ha-Ulug".

    Söylədiyimiz kimi, Nestor salnaməsində "rus" adı "polyan"larla bağlıdır. Maraqlısı budur ki, Nestor bütün slavyan tayfaları arasında polyanlan fərqbndirir və onlan mə'nəvi cəhətdən üstün sayır. Qeyd etmək lazımdır ki, Nestorun rəvayətinə görə, "polyane" çöldə yaşadığlarına görə (rusca "pole" - "çöl" deməkdir - müəllif) həmin adla adlandırılmışdılar. Slavyan - rusca "kıunan-qıpçaq"ları "polovtjı" adlandrırlar. "Polovıy" sözü slavyan dilindən tərcümə olunduqda "San, saman rəngi" deməkdir və "polovüı" sözündə /üı/- "türkcə "çi" mənsubiyyət şəkilçisidir ki, o da, öz növbəsində "poləne/polyane" adında olan "-ane" suffiksinin sinonimidir. Beləliklə, istər "noləne", istər "polovüı" Nestoran "kuman/qıpçaq" adının tərcüməsidir. Göründüyü kimi, "poləne/polovüı/kuman" və “Kuyaba/Kiyev” adlarında olan "ku" “işıq”la bağlılığının sübutudur. Lakin sonrakı müəlliflərdən fərqli olaraq Nestor "rus"u "kuman/polovüı"larla eyniləşdirmir. "Polyane/rus"ların "sanbəniz" olması və Nestorun onlan "polovıy"larla fərqləndirməsi onu göstərir ki, "kuman" sözünün mənbələrdə başqa sinonimi var. Türk dillərində "ku"-"işıq" anlayışının sinonimləri "is~/iş~/az~/uz~/us~/is~" hissələrdır (is-ti, -ıq, az-ar və sair). Buna görə də mərhum Mirəli Seyidovun "Urus" adının "işıqlı / odlu adam" kimi açıqlanması tamamilə doğrudur. Bu isə aşağıdakı analogiya ilə təsdiqlənir: “Od Allahı -Perun”; “Od Allahının şəhəri - Kuyaba/Kuoba/Kiyev” və nəhayət, “Od Allahı şəhəri”nin sarıbəniz, "işıqlı" adamları - “Urus/Əruz”lar/polyanlar". Nestorun türkcəni bilməsinə əsaslansaq, görərik ki, "polyane" adı "urus" sözünün hərfi tərcüməsidir. Sual oluna bilər ki, nəyə görə Nestor "urus" adının əsl mənşəyini gizlədir. Çünki salnamə yazılan vaxt Kiyev-slavyan dünyasının qıpçaq/kumanlarla münasibətləri kəskin idi.
    Türk dili qaydasına əsasən "r" hərfı sözün əvvəlində tək işlənməz. Sonralar yunanlar "urus" adını "ros", ermənilərin vasitəsi ilə suriyalı Zaxariy Ritor "Hros", ərəblər isə "rus" işlətmişlər. Ərəblərin və yunanların vasitəsi ilə "rus" forması müasir ədəbiyyatda öz mövqeyini bərkitmişdir. Lakin türkdilli xalq indi də "rus"-u "urus" deyə çağırır.
    Hal-hazırda "Kiyev" şəhəri Ukraynanın paytaxtıdır. Tədqiqatçıların müşahidəsinə görə, "Ukraina" adı ilk dəfə slavyan səlnamələrində 1187-ci il hadisəbri ilə qeydə alınmış və Pereyaslavl torpaqlarına şamil edilib. Sonralar 1213-cü ildə "Ukraina" adı Buq çayınm sahilində yerləşən Qalitso-Volınsk knyazlığına aid edilmişdir. Yenə də tarixçilər "Ukraina" adını "Okraina\kənar torpaqlar" kimi şərh etməklə tarixi təhrifə yol verirlər. Moskva rus knyazlıqlarının birləşdiricisi kimi 13-cü əsrin sonu 14-cü əsrin əvvəllərində fəaliyyətə başlayır və bu proses 100 ilə yaxın davam edir. "Ukraina" Moskvanın "birləşdirici" siyasətinə daxil deyildi. "Ukraina" adı isə artıq 12-ci əsrdə mənbələrdə qeydə alınıb. Bəs necə olur ki, tarixi Kiyev-slavyan dövlətinin özəyini təşkil edən "Ukraina" "kənar\sərhəd" sayıldı. Moskva isə Kiyev dövlətinin sərhəd zolağını təşkil edərək Rusiyaın mərkəzi oldu? Bu baxımdan "Moskva"nın qəsbkarlıq siyasətini kənara qoyub "Ukraina" adını açıqlayaq.
    Demək lazımdır ki, yunanlar "ruslar"ı “skif/sakat” adı ilə yanaşı “uqor” kimi də çağırırdılar. Bununla belə orta əsr mənbələri "oqr\uqr" söz tərkibi ilə çoxlu türk tayfalarının adlarını qeydə alıblar (məs.: kutri-qur\kurt-oqur və sair). Bütün saxtalaşmalara nəzər vermədən demək lazımdır ki, miixtəlif dillərdə "l/r/z" hərf dəyişməsi geniş müşahidə olunur [28] (məs.: ingilis. "cheese" (pendir)/ rus."sır"; türk. "bel-beş"; şumer-sumer-suvar-sabir-subaş-çuvaş;oquz/oqul/oqur). Digər tərəfdən isə, əgər dilçilikdə rotasizm-lyambdaizm-zetasizm, yə'ni "r/l/z" hərf dəyişməsinə əsaslansaq, onda "uqr\oqr" "Oğuz" kimi oxunmalıdır. Deməli, "Ukraina" adında olan "Ukr/Uqr" "Oquz" kimi şərh olunur. O ki qaldı -"~ina" şəkilçisinə, o da slavyan dilində "məskən" bildirən suffiksdir (məs. dolina; ravnina-düzənlik). Beləliklə, "Ukraina" adı "Oquz eli" kimi şərh olunmahdır. Şübhəsiz ki, keçmiş sovet-antitürk təbliğatı şəraitində bunlar haqqında həmişə susməğa çalışıblar).
    Slavyan\rus\türk dillərinin müqayisəsi nəticəsində slavyan-rus mifologiyasından, məişətindən çoxlu türk mənşəli sözlər aşkar edilmişdi. Bu məqalədə bütün slavyan dillərində türk mənşəli sözlərin açıqlanmasma imkan yoxdur. Amma mən oxucularımın diqqətini aşağıdakı nümunələrə yönəltmək istərdim. Əvvəla, istər I-ci Vladimir, istərsə də onun oğlu Yaroslav Mudrıy özlərini "xaqan" adlandırıblar. Tədqiqatlarım onu göstərir ki, rus-slavyan dillərində fe'lyaratma türk "etmək" fe'linin imperativi "et" sözünün vasitəsilə baş verir (məs.: rus "delatğ" sözünün infinitivi (məsdəri) slav. "delo"(əməl)+türk "et" (etmək) vasitəsilə meydana gəlir; imetğ, löbitğ və s.
    Yuxarıda göstərmədiyim kimi, Kiyev - slavyan baş bütü "Perun" adı da türk dili əsasında açıqlanır. Ondan əlavə deməliyik ki, slavyan "knyaz" sözü də türk mənşəlidir (kan\xan+as\as\os - sonralar yunan dilində istifadə olunan adıq hal şəkilçisidir). Oxucularım mani bağışlasın, amma onu da deməliyam ki, müasir slavyan-rus söyüşləri da turk mənşəlidir! Biz bu misalları təsadüf kimi təqdim etmirik, çünki bunların hamısı slavyan "rus" psixologiyasının formalaşmasında aparıcı rol oynayıb. Nəhayət, əgər Perun (Baş büt), knəzğ, 6oəp, oteü, (ata-s), ded, dədə, baba, mama sözləri, və İvanuşka-duraçokdan başqa bütün əsas mifoloji qəhrəanların obrazları türk mənşəlidrsə, ən əsası da fe'lyaratma türk "et" sözünün köməkliyi ib meydana gəlirsə, heç cür ola bilməz ki, "rus" sözü və onunla bağlı Kiyev dövlətçilik ən'ənəsi həmin əraziyə haradansa kənardan-Skandinaviyadan, gətirilsin.
    Onu da qeyd etmək istəyirəm ki, müasir "rus"skiye tarixi "rus" adının ancaq daşıyıcısıdır, çünki xristianhğın və sonralar avropamərkəzçiliyin yayılması ilə müasir “rus”lara məcburi olaraq onların öz tarixi keçmişi unutdurulub. Həmin siyasətin banisi isə Dəli Pyotrdur. I-ci Pyotr “Avropaya pəncərə” açmaqla Asiyanın sərhədlərini Karpat/Tatra dağlarından neçə min kilometr şərqə, Ural dağlarına san atdı. Onunla Rusiyaya gələn Müllerlər, Şlöserlər isə “moskvalılara” öz türk keçmişlərini unutdurdular. “Moskva” “Yauza” adlarının yanaşı istifadəsi təsədüf deyil, çünki “yavuz” “sərt fiti axan/işıqlı” deməkdirsə, “İşığın” mifoloji təcəssümü isə “Qurd”dur va “Moskva” adı türk dilində “işıq/qurd/evi, obası” deməkdir.

    Tarix təkrar olunur!!!


    Ədəbiyyat

    1. PritsakO. The origin of Rus. Harvard, 1981, v-l. p.5 ; Öşkov C.B. Obhestvenno-politiçeskiy stroy Kievskoqo qosudarstva M., 1949,s.58-68
    2. Baqrənorodnıy K. Ob upravlenii imperiey. M., 1989, s. 291-305

    3. Suleymenov O. Az i Ə. Alma-Ata, 1989

    4. Murad Adji. Polınğ poloveükoqo polə. M., 1994; eqo je: Evropa, törki, Velikaə stepğ M., 1998
    5. Alekperov A. Svəzi Azerbaydjana s Severom nakanune vtorjeniə Selğdjukov (vtoraə polovina IX - 60-e qodı XI vv.). AKD. Baku, 1992

    6. Alekperov A. Rusı na Kaspii i v Azerbaydjane// Srednevekovıy Vostok, Baku, 1993.S.42-53 (takje na gtom sayte, razdel “Törkoloqiə”)
    7. Margoliouth. The Russian seizure in 943 A.D. BSOS, London, 1918, pp.80-85; İbn Mnskaveyx "Kniqaopıta narodov”, per. P.K.Juze NAİİANA ¹ 162; A.Əkubokobovskiy İbn Miskaveyx o poxode russov na Berda v 322 = 943/44 qq. " Vizantiyskiy vremennik 1926, XXIV. s.63-92

    8. Sbaraf al-Zaman Tahir Marvazi on China Turks and India. Ed. and tr. by V.F.Minorsky. London, 1940,p.40

    9. Alekperov A, " Svəzi Azerbaydjana ..." s. 15-27

    10. Qumilev LL. Drevnəə Rusğ i Velikaə stepğ. M., 1989, s.171-172, 321-324

    11. Alekperov A. "O proisxojdeniəm gtnonima Saklab" // Srednevekovıy Vostok ¹2. s. 22-41; Alekperov A. "Saklabı. K postanovke problemı" İzv. AN Az. SSR [seriə istoriə, filosofiə, pravo], 1991 ¹ l.c.33-401 (takje na gtom sayte, razdel “Törkoloqiə”)
    12.Povestğ vremennıx let. pod. red. V.P.Adrianovoy-Peret, M.,-L., 1950 t-1, s. 216, 232

    13.Karamzin N. İstoriə qosudarstva Rossiyskoqo M., 1989, t.1, s. 43; Tixomirov M. Drevnerusskoe qosudarstvo. M., 1956, s. 287; N.Marr, Knijnaə leqenda ob osnovanii Kieva na Rusi i Kuara v Armenii. M., 1924, s. 260-282;Rıbakov B. Kievskaə Rusğ i Russkie knəjetsva XII -XII vv. M., 1982, s. 94; Oçerki istorii SSSR III -IX vv. M.1958.S.829; Novoselğüev A. "Xazarskoe qosudarstvo i eqo rolğ v istorii Vostoçnoy Evropı i Kavkaza. M., 1990, s. 203;Abeqən M. İstoriə drevnearmənskoy literaturı. Erevan, 1975, s.231; Ösifov Ö. Ob aktualğnıx problmax gtniçeskoy istorii Azerbaydjana // Problemı izuçeniə istoçnikov po istorii Azerbaydjana.Baku, 1988, s. 27

    14. İstaxri “Kitab al-masalik val-mamalik”. Leyden, 1968 s. 159; İbn Xaukalğ. “Kitab surat alğ-ard”. Leyden, 1968, s.396; "Hudud al-Alam"/ The region of the word/ ed. and. tr. by V.F.Minorsky; Brutskus J. Eski Kiyevin turk-hazar mensesi. Ankara Universitesi DTG dergisi/1946 IV. s.343-358; Ləskoranskiy V.İ. Kievskiy Vışqorod v udelğno-veçevoe vremə" JMNP 1913 ¹ 4.S.232-235
    /5. Alekperov A. " O proisxojdenii ...".s. 22-41 (takje na gtom sayte, razdel “Törkoloqiə”)

    16. al-Idrisi. OPVS Geographieum fase VIII Neapoli-Romane. 1978, s.VI, p. 917 77. Patriarişaə ili Nikonovksaə letopisğ. PSRL. M.,-L., 1965 t. 9,10, s.21

    18.VasilievA. The Russian attak on Consnatinopole. Cambridge, 1948, p. 108-112

    19.Czegledy K Pseudo-Zacharias Rhetor on the nomads. Studia Turkica, Budapest, 1971, pp. 133-148; Piqulevskaə N.V. İmə Rusğ v siriyskom istoçnike // paməti B.D.Qrekova M., 1952, s. 46; Dğəkonov İ.M. İstoriə Midii. M., 1956, s. 250-251; Karakaşlı K.Q." Materialğnaə kulğtura Azerbaydjana. Baku, 1964, s. 27-36

    20. Kovalevskiy A.P. Kniqa Axmada ibn Fadlana o eqo puteşestvii na Volqu v 922-923 qq. Xarğkov,1956, rus. tekst s. 125-126, arab, tekst s. 200a, str. 2

    21. Alekperov A. On the problem of autohtonity of the Turkic population of Garabag// Bilgi dergisi, Sosial bilgiler, ser. 2000, ¹ 1, pp. 5-19; Alekperov A. O kreste, Rojdestve i ix mifoloqiçeskoy suhnosti //Sosial bilgiler, Informasiya bulleteni, Baki, 2000, ¹ 8-9. rr. 6-16 (takje na gtom sayte, razdel “Törkoloqiə”)

    22. Qardizi. Zayn al-axbar. Teqeran, 1947, s. 276-277; BartolğdV.V. İzvleçeniə iz soçineniə Qardizi Zayn al-axbar. Prilojenie k otçetu o poezdke v Srednöö Aziö s nauçnoy üelğö 1893-1894 qq. Soç.t. VIII, M., 1973, pers.t.s.28

    23. Mukaddasi Kitab axsan al-akasim fi marifat al-akalim. Leyden, 1968, s. 242

    24. Hudud ... r. 159; Herbak A.M. Oquz-name, Muxabbat-name. M., 1959, s. 42

    25. Kokovüev P.K. Evreysko-xazarskaə perepiska. L., 1932, s. 113-123; N.Golb, Prit-sak O. Khazarian and Hebrew dokuments of the tenth century. Ithaka-London, 1982, pp. 115-138; Kuzğmin A.Q. Ob gtniçeskoy prirode varəqov // Voprosı istorii, 1974, ¹ 11, s. 54-83; Novoselğüev. Xazarskoe qosudarstvo ..." s. 35

    26. Kuzğmin. Ukaz. soç.

    27. Şoşana R, Xaim R. Sovremennıy ivrit. M., Bez qoda izdaniə, s.39

    28. Alekperov A. "Azerbaydjan - gto "Atropat"ina ili "Strana Sveta"// Sosial bilgiler. Informasiys bulleteni, Baki, 2000, ¹ 8-9, s. 17-34 (takje na gtom sayte, razdel “Törkoloqiə”).


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: RUS XAQANLIĞININ/DÖVLƏTİNİN MƏNŞƏYl HAQDA

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2112

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş