İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxte xanım Zamaninin ABŞ Konqresinde çıxışı Mən İranda yaşayan, əsas insan haqları davamlı olaraq pozulan və səsləri boğulan azərbaycanlıların ağır durumu barədə danışmaq üçün burdayam. Sayı 20 milyondan çox olan azərbaycanlılar İranda ən böyük azlığı təşkil edirlər. Onlar əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Azərbaycan dilində həmçinin şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda danışılır.

Bu konu 2664 kez görüntülendi 2 yorum aldı ...
«İranda azerbaycanlıların en elementar hüquqları pozulur» 2664 Reviews

    Konuyu değerlendir: «İranda azerbaycanlıların en elementar hüquqları pozulur»

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2664 kez incelendi.

  1. #1
    savalan - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    16
    Konular
    17
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @savalan

    Standart «İranda azerbaycanlıların en elementar hüquqları pozulur»

    İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxte xanım Zamaninin ABŞ Konqresinde çıxışı

    Mən İranda yaşayan, əsas insan haqları davamlı olaraq pozulan və səsləri boğulan azərbaycanlıların ağır durumu barədə danışmaq üçün burdayam. Sayı 20 milyondan çox olan azərbaycanlılar İranda ən böyük azlığı təşkil edirlər. Onlar əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Azərbaycan dilində həmçinin şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır.


    1920-ci illərdən bəri, həm Pəhləvi sülaləsi, həm də İslamçı rejim dönəmində İran hökumətinin siyasəti qeyri-fars xalqların məcburi assimilyasiyasından və onlara qarşı ayrı-seçkilikdən ibarət olmuşdur. 1979-cu il inqilabından sonra yeni rejim Azərbaycanı daha çox inzibati vahidlərə bölməklə, Azərbaycan torpağının geniş hissələrindən Azərbaycan adını yox etmişdir (məsələn, 1993-cü ildə Şərqi Azərbaycan əyalətinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə parçalanması və s.). Faktiki olaraq, hökumət adların geniş miqyasda farslaşdırılmasını təkcə coğrafi yerlərə deyil, həm də doğum haqqında şəhadətnamələrdə yazılan uşaq adlarına şamil etmişdir – belə ki, valideynlərə öz uşaqlarına ənənəvi azərbaycanlı adları qoymaq icazəsi verilmir.


    Azərbaycan dilinin yasaqlanması hökumətin Azərbaycan əhalisini assimilyasiya etmək çalışmalarının nüvəsini təşkil edir. Hökumət kişiləri və qadınları Azərbaycan dilində kitablara malik olmaq, öz mədəniyyətlərini qorumaq üçün Azərbaycan dili kursları təşkil etmək və festivallara qatılmaq kimi adi hərəkətlərə görə həbsə atdır. İndiyə kimi Azərbaycan dilində heç bir dərsliyin nəçrinə icazə verilməyib. Uşaqlar üçün təxminən bütün ədəbiyyat farscadır. Və öz dilində oxumaq və yazmaq üçün milyonlarla azərbaycanlının bircə məktəbi belə yoxdur.


    Hökumətin azərbaycanlı əhalinin insan hüquqlarını və söz azadlığını boğmağa çalışdığı başqa bir sahə mediadır. Azərbaycan dilində televiziya və radio proqramlarının yayımı yalnız dövlət tabeliyindəki stansiyalar ilə məhdudlaşır ki, bunlar da sadəcə dövlət xəbərləri və təbliğatını "fazəri" adlandırılan möhkəmcə farslaşdırılmış Azərbaycan dilinə tərcümə edir. "Fazəri" ("İspangilis" kimi) fars dilinin böyük kütləsi ilə Azərbaycan dilinin qarışığıdır. Əlbəttə, bu iki dil qəti şəkildə bir-birindən fərqlənir, onlar tamamilə müxtəlif dil qruplarındandır. Bu taktika azərbaycanlıların mədəni və linqvistik assimilyasiyasını sürətləndirmişdir və həmin prosesi idarə edənlərin fikrincə, son nəticədə Azərbaycan dili yararsız olub müstəqil dil statusunu itirəcək və fars dilinin "dialekti" səviyyəsinə enəcəkdir.


    Azərbaycanlılar hər zaman və açıq şəkildə radioda, televiziyada və ölkə mətbuatında (İranda bütün media dövlətin tabeliyindədir) təhqir edilir. Onlar intellekti çatışmayan biçimdə təsvir olunur, "eşşəklər" və "tarakanlar" kimi qələmə verilməklə insan keyfiyyətlərindən məhrum sayılırlar. Bütövlükdə azərbaycanlılar fars dilində (İranın rəsmi dilidir) səlis danışmadıqlarına görə geridəqalmış təsəvvür olunurlar. Bu ayrı-seçkilik Azərbaycan azlığını assimilyasiya etmək, əzmək istəyindən doğur və d-r Brenda Şaffer, d-r Əlirza Əsgərzadə və s. kimi Qərb alimləri tərəfindən sənədləşdirilmiş, tədqiq və təhlil olunmuşdur.


    12 may 2006-cı ildə "İran" adlı rəsmi dövlət qəzeti azərbaycanlıları tarakanlar kimi təsvir edən karikatura nəşr etdi. Bütün ölkə boyu yüz minlərlə azərbaycanlı dinc nümayişlər vasitəsilə öz etirazını bildirmək üçün küçələrə çıxdı. Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusunun asayişi mühafizə qüvvələri, Xüsusi Təyinatlı qoşunlar və Bəsic dəstələri etirazçılara hücum etdi. Ən azı 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı və bir çoxları yaylım atəşlərdən kor oldu. Ardınca İran məxfi xidmətləri kütləvi həbslərə başladı; yeniyetmələr də daxil olmaqla yüzlərlə adam həbs edildi.


    Qərb mediası İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinə xeyli dərəcədə sakit yanaşmışdır. Ölkə xaricində çox az dairələr İranda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən xəbərdardır. Həmin az dairə içərisində Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları üzrə Ali Komissarın Ofisi (OHCHR), bu yaxınlarda isə Dövlət Departamenti həbsdə olan azərbaycanlıların təhlükəsizliyi üçün narahatlıq ifadə etmiş, İran hökumətindən insan hüquqlarına və öz beynəlxalq öhdəliklərinə hörmət etməsini istəmişlər.


    Azərbaycanlı fəallar ana dilində təhsil hüququ kimi təbii elementar haqlar uğrunda daim mübarizə aparırlar. Onlara Azərbaycan millətinin tarixi üçün mühüm günlərdə, Babək, Səttarxan, Bağırxan kimi milli qəhrəmanların, Pişəvəri kimi milli liderlərin anılması üçün ictimai yerlərdə və ya öz evlərində toplaşmaq icazəsi verilmir. Azərbaycanlı hüquq müdafiəçiləri daim həbs edilir və İran həbsxanalarında onlarla pis rəftar olunur. Hətta ən elementar insan haqlarının tanınması məsələsini qaldırmağa çalışan Azərbaycan ruhanilərinin nümayəndələri də həbs edilmişdir.


    Azərbaycanlı insan hüquqları müdafiəçiləri ən adi rabitə vasitələrindən faydalanmaqla repressiv İran rejiminə etiraz üçün imkanlarda çatışmazlıq hiss edir, bununla belə həyatlarını riskə qoyurlar. İranda milli haqlar uğrunda hərəkatın beynəlxalq təcrübəsi və ya xaricdən hər hansı dəstəyi az olsa da, hələlik İran rejiminə ən güclü etirazdır. ABŞ-ın İrana yönəlik siyasəti Tehran mərkəzlidir, halbuki İran rejiminə ən böyük etiraz etnik azlıqların cəmləşdiyi əyalətlərdədir.


    Biz azərbaycanlılara və İrandakı digər azlıqlara yetişən dəstək istəyirik. Onlar dünyanın onlara diqqət yetirdiyini bilməyə ehtiyac duyurlar. Onlar bilməyə ehtiyac duyurlar ki, bərabər hüquqlar üçün həyatlarını təhlükədə qoymaları nahaq yerə deyildir. Onlar ümidə ehtiyac duyurlar. Və onlar bunun üçün gözlərini beynəlxalq birliyə dikirlər.
    Beynəlxalq dəstəyə malik olduqlarını bilmək bərabər hüquqlar uğrunda mübarizəni davam etdirmək üçün onlara güc verəcək. Bu isə İranda və bütün Orta Şərqdə böyük sabitlik və demokratiya anlamına gəlir. İrandakı azlıqlar bu ölkənin güclü ehtiyac duyduğu dəyişikliyin hərəkətverici qüvvələridir. Onlar İranda müsbət dəyişmələr üçün mübarizə aparırlar; və onlar ala biləcəkləri hər cür köməyə ehtiyac duyurlar.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: «İranda azerbaycanlıların en elementar hüquqları pozulur»

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: savalan

          Cevaplar: 2

          Görüntüleme: 2664


  2. #2
    GaRaGaN
    GaRaGaN - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    Eline Emeğine Sağlık...

  3. #3
    Gara Lele
    Gara Lele - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    tesekkürler abla yorulmuyasann

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş