Şakir Salahov
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Salahov Şakir Şamil oğlu 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd səkkizillik məktəbini bitirmiş, təhsilini qiyabi olaraq kənddəki orta məktəbdə bitirmişdir.
1984-cü ildə hərbi xidmətə çağırılmış, 1986-cı ildə hərbi xidmətini başa vuraraq, Xankəndi şəhər Daxili İşlər İdarəsində mühafizə şöbəsində işə qəbul olunmuşdur.
1991-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şuşa şəhər filialına fizika - riyaziyyat fakültəsinə daxil olmuşdur.
1991-ci il 23 avqustda Kosalar və Cəmilli kəndləri uğrunda gedən qanlı döyüşlərdə rəşadət nümayiş etdirmiş, düşmənin canlı qüvvəsini məhv etmişdir.
1992-ci ildə Kosalar kəndi uğrunda gedən qızğın döyüşdə Ş. Salahov qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.