Əski təsəvvürə görə, illər də 12 müxtəlif heyvandan biri istə təhvil olunur. Təxminən iki min il bundan əvvəl Çində buna uyğun təqvim tərtib olunub. Təqvimin hər ili şərti olaraq bir heyvanla işarə edilmişdir. Hər heyvan 12 ildən bir təkrar olunur. Bunlar belə ardıcıllıqla sıralanır: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, it və donuz.
«Novruz» mərasiminin tarixi kökləri Şumer qaynaqları ilə bağlıdır. Bu qaynaqlardan birinə görə, mərasimin təxminən beş minillik tarixi vardır. Mərasimdəki keçi obrazı şumerlərdə zoomorfik keyfiyyətlərlə təsvir olunmuş keçiyə çox bənzəyir. «Novruz» və onunla bağlı mərasim nümunələrinin Şumer qaynaqları ilə kök bağlılığı, müştərək, ortaq motiv və epizodlara malik olması inkarolunmazdır. Azərbaycanın tarixi əyaləti Naxçıvandan toplanaraq nəşr olunmuş xüsusi folklor nümunələri qədim diyarın əski mədəniyyətinin şumer mənbələri ilə bağlı tipologiyasını açıb göstərməkdir.
Tarixi-filoloji, etnoloji tədqiqatlar təsdiq edir ki, «Novruz» Azərbaycan mədəniyyətinin əsasında durmaqla özündə xalq müdrikliyini, humanistliyini, qonaqpərvərliyini əks etdirən mükəmməl bir mərasimdir. Bu mərasim tarixi, bəşəri olduğu kimi, millidir, həm də müştərək keyfiyyətlərə malikdir.