Azərbaycan xalqının qədim zamanlardan bəri qalmış maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri haqqında Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcüddur. Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, keçələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O, ən əziz qonaq

Bu konu 11637 kez görüntülendi 25 yorum aldı ...
Azərbaycan Adət ənənələr 11637 Reviews

    Konuyu değerlendir: Azərbaycan Adət ənənələr

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 11637 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan Adət ənənələr

    Azərbaycan xalqının qədim zamanlardan bəri qalmış maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri haqqında

    Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcüddur.
    Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, keçələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O, ən əziz qonaq sayılırdı və hər bir şey, hətta qadınlar da onun ixtiyarına verilirdi. O dövrdə xarici ələmlə əlaqə olmadiğı üçün qəbiləyə gələn hər bir adam yeni xəbərlər carçısı kimi hörmətlə qəbul edilirdi. Homer dövründə Yunanıstanda özgə yerdən gələn bütün adamları Zevsin himayəsində olan bir qonaq kimi qəbul edirdilər. Evə gələn hər bir qonağı çimdirir, ona təzə paltar geydirir, sonra yedirirdilər. Yalnız bir neçə gün keçəndən sonra adını və hansı qəbiləyə mənsub olduğunu soruşurdular. Bə’zi ölkələrdə, məsələn, qədim Romada, qonaqpərvərlik xüsusi müqavilənamələr əsasında icra edilirdi. Orta qsrlərdə qonaqpərvərlik adəti almanlar, slavyanlar və bir sıra başqa xalqlarda ciddi gözlənilirdi və qədim formasını saxlamışdır.
    Azərbaycan xalqının da lap qədim zamanlardan çox maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri olmuşdur. Bu adətlər indi də davam edir. Xalqımız qonağa qarşı çox mülayim, diqqətli və qayğıkeş olmuşdur. Azərbaycan qonaqpərəstliyi vaxtı ilə Yaxın Şərqdə və Rusiyada geniş şöxrət qazanmışdı. 1 Pyotrun Dərbənddə yaşayan azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujevin Quba, M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribançasına qarşılanması və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər. Beryozin bu barədə yazmışdı: “Allaha şükür ki, azərbaycanlıların bütün işləri onların qonaqpərəstliyinə bənzəmir. Qonaqlıqdan sonra adamda can qalmır”.
    XVII əsrin əvvələrində Şamaxı hakimi Abdulla xanın yanına ticarət əlaqələri üçün gəlmiş ingilis missionerləri Antoni Cenkinson və Olkok şərəfinə verilən qonaqlıqda 290 cür yeməyin süfrəyə gətirilməsi xalqımızın qonaqpərvərliyinin gözəl nümunəsi ola bilər. Bu missionerlər gördüklərini ingilis dilində öz səyahətnamələrində yazmış və bütün Avropanı xalqımızın bu nəcib adətilə tanış etmişlər.
    1684-cü ilin əvvəlində Suraxanıdakı yanar odlara tamaşa etmək üçün gələn səyyah Kempfer Binə camaatı tərəfindən qonaq aparılır. O ozü bu barədə belə yazır: “Axşam düşəndə biz Binə camaatının qonaqpərəstliyinin şahidi olduq. Onlar bizi çirkin karvansarada gecələməyə qoymadılar. Kənddə əhali bizi mehribanlıqla qarşılayıb, xalçalarla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhali bizi salamlamaq üçün axışıb gəldi. Gələnlər özləri ilə üzüm, alma, nar və başqa yeməli şeylər gətirmişdilər. Gecədən xeyli keçənə qədər camaat bizimlə söxbət etdi, musiqi çaldılar, oxudular, oynadılar və s.”.
    Dağlarımızda yolunu azan, yorulan, bivaxt gələn və gecəyə düşən səyahətçilər və yolçular üçün tikilmiş “aman evləri” qədim bir dövrün yadigarı kimi zəmanəmizə qədər gəlib çatmışdır. Bu da qonaqpərəstliyin başqa bir təzahürüdür. Xalqımız qonağa nəinki öz evində hörmət etmiş, hətta çöldə qalarkən ona sığınacaq yeri də vermişdir.





    Üzəçıxdı


    Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10 - 15 gün sonra qaynana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qaynata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Adət ənənələr

          Kategori: Azerbaycan Önemli Günleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 25

          Görüntüleme: 11637

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Oğlan toyu

    Qız toyunun səhərisi oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub, bəzəyəndən sonra hazırlaşırlar gedib gəlini gətirsinlər. Əvvəlcə bütün minikləri bəzəyirlər. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Saat on birdə, on ikinin yarısı yığışırlar getməyə. Gəlin gətirməyə nə bəyin, nə də anası getmir.
    Qız evinin qapısında hamı minikdən düşür, təkcə bəydən başqa. Qardaşlıq gəlir qız anasının yanına ki, xala, get bəyi düşür. Qaynana gəlir sürücüyə xələt, bəyədə nəmər verib düşürür.
    Həyətdə çalıb - oynayırlar. Qız gəlinlər yığışır gəlinin başına. Burada oğlan yengəsi qız yengəsinə “başbəzəyi”nin haqqını, xələt verir.
    Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən 2 dəfə bağlayıb açır, 3-cü dəfə bağlayırlar.
    Qardaşı qıza deyir. “Get qədəmin uğurlu olsun. Evimizə qonac çağıranda sənə hədiyyə alacağam”. Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb görüşürlər. Nəhayət qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır. Sonra onun alnından öpür. Gəlinə ana da xeyir - dua verir.
    Oğlanın bacısı ucadan səsləyir; “Gəlin, gəlinimizi aparaq”. Bu vaxt qız evindən kiçik uşaq qaçıb, qapını bağlayır. Buna “qapıbasma” deyirlər. Bəy və “qardaşlıq” ona nəmər verir və qapını açırlar.
    Gəlini otaqdan bəy və “qardaşlıq çıxarır”. Həyətdə oğlan evi o ki var çalıb oynayırlar.
    Gəlini miniyə əyləşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, “qız şaxını” GÖTÜRÜRLƏR. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında güzgü tuturlar.
    Nəhayət hamı yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kim ötmür.
    Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qaynanaya, qayınataya göstərib deyir: “Muştuluğumu verin, gəlininiz gəlir”. Qaynınana ona xələt verir.
    Hamı gəlib çatır, minikdən düçürlər. Qayınana sürücüyə xələt verib gəlini düşürür. Bəyin qardaşı oynaya - oynaya gəlib gəlinin ayağı altında qoç qurban kəsir. Qaynana qoçun qanından götürüb bəylə - gəlinin alnına sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər.
    Bişirilən ilk Fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub verirlər bəyə. O da tökür gəlinin başına.
    Sonra gəlini aparırlar otağa. Gəlin oturmur. Qaynana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Sonra gəlib gəlinlə görüşür və ona xələt verirlər. Buna “boygördüsü”də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır.
    Axşamüstü saat altıda, altının yarısında qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. Bir - iki saat oturub gedirlər. Onlar gedəndən sonra “bəyin” dostları yığışırlar, “oğlan şaxına” getməyə. Cavanlar gəlir “qardaşlıq”gilə. “Oğlan şax”ında ancaq oğlanlar iştirak edirlər. Qızlar arada qulluq edirlər. “Bəylər” doyunca çalıb - oynayırlar. Nəhayət, “oğlan şax”ını götürüb, qayıdırlar bəyin evinə. Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar.
    Şaxların hər ikisini bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri və meyvələri isə qonum - qonşuya paylayırlar.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Nəvəgörmə

    Gənc ailənin üçüncü üzvünün dünyaya gəlməsi, toy - bayrama çevrilir. İlk nəvənin yorğan - döşəyini qız anası salar. Elə ki nəvə dünyaya gəldi, nənə düşür əl - ayağa. Ən gözəl ipəkdən ona yorğan - döşək salır, beşik alır. Nəvəni görməyə “qırx” çıxdıqdan sonra gedirlər. Gəlinin ata - anası, bacısı - qardaşı, gəlinləri yığılıb gəlirlər. Körpəyə paltar alırlar. Bu şeylərin hamısının qırmızı lentlə bağlayırlar. Körpəni görəndə isə hamı qundağına nəmər qoyur.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Gəlingördü

    Toydan iki - üç ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, “filan gün gəlirik gəlini görməyə”. Oğlan evi hazırlıq görür. Yaxın qonum - qonşudan üç - dördünü dəvət edir.
    Qızın anasıda yaxın adamlardan götürüb gəlir qudasıgilə. Yeyib içib şənlənirlər. Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #5
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Ayaqaçdı


    Gəlingördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna “ayaqaçdı” deyirlər. Bir nəfərdən xəbər göndərirlər ki, yığışıb bizə gəlir. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qururlar. Yeyib - içirlər, çalıb - oynayırlar.
    Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. Bir - iki gündən sonra əri gəlib aparır. “Ayaqaçdı”dan sonra bəylə - gəlin istədikləri vaxt ora gedib - gəlirlər.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  6. #6
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Qonaqçağırma

    “Ayaqaçdı”dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar “bəylə - gəlini” qonaq çağırırlar. Bu da bir növ “ayaqaçdı”ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə - gəlin onların evinə gedib - gəlirlər. Qonaq çağırarkən onlara hədiyyə verirlər. Ümumiyyətlə, “bəylə - gəlin” kimi evinə ilk dəfə qədəm qoysa o zaman onlara hədiyyə verirlər.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  7. #7
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Qız bəyənmə və qızgörmə

    Xalq arasında qızgörmədən sonra oğlan qərara gəlir, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eyləyir. Qızın yerini - yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin - anasının, atasının, bacı və qardaşlarının kimliyini öyrənirlər. Sonra valideyinlərin fikri öyrənilir. Oğlanın ata - anası razı olduqdan sonra qızın yaxın adamlarına - xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzı aranır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  8. #8
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Xəbər göndərmə

    Oğlan evi arayıb, axtarıb qız evinə mğnasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Necə deyərlər, “ətəyindəki daşı yerə tökmür”. Onda elin - obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışardı.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  9. #9
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Elçilik

    Kiçik elçilik

    Adətə görə əvvəl iki qadın - oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

    “Elçiliyə gecə getməzlər”.
    “Elçilərin qarşısına qoyulan çay içilməz”.
    Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.
    Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.
    Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

    E l ç i l i k

    Ata ailəyə yaxın olan adamları - əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alardılar.
    Oğlanın bacısı və ya gəlinləri qızı görüb, bir də ağzını “arayırdı”. Qızın razı olduğunu görəndə öz fikirlərini ona deyirlər. Sonra qızın anasının yanına gəlib eyhamla bildirirlər ki, “bəs filan gün sizə gəlirik, elçiliyə”.
    Qızın anasıda evdəkiləri bundan xəbərdar edir. Yaxın qohumlardan evə çağırırlar. Məsləhətləşdikdən sonra əgər öz aralarında razılığa gəlirlərsə, qızın da fikirini öyrənirlər. Bunu da qıza yaxın olan bacı, gəlin, ana və ya rəfiqəsi soruşur. Qız razı olduğunu bildirmək üçün həmişə : “özünüz bilərsiz” deyir.
    Təyin olunmuş gündə elçilər gəlir. Uzun söhbətdən sonra mətləbi açıb deyirlər. Əgər qız tərəf razı deyilsə, rədd cavab verir. Bu söz daha dəyişilmir. Əgər razıdırsa deyir ki, “qoy bir fikirləşək, götür -qoy edək məsləhətləşək, sonra qərara gələrik. İndi isə qonağımızsınız”.
    Oğlan evi aradan bir müddət keçdikdən sonra yenidən, ikinci dəfə elçiliyə gəlir. Yenədə əvvəldən qız tərəfi xəbərdar edirlər ki, “sizə gəlirik”.
    Qız evi bu dəfə hazırlıqlı olur. Qonum - qonşudan da ağsaqqal, ağbirçək dəvət edirlər.
    Oğlanın elçiləri gəlir. Onları yuxarı başa keçirirlər. Qız tərəf də əyləşir. Bu məclisdə həm qadınlar, həm də kişilər iştirak edir. Təkcə qızın anasından başqa. O da otağa girib çıxır, ancaq onlarla oturmur.
    Bir qədər söhbətdən sonra oğlan tərəfdən bir nəfər mətləbi gətirir əsas məsələnin üstünə. Qız tərəfə üzünü tutub, soruşur ki: “ hə, indi sizin son sözünüz nədir?” Qız tərəfdən də əmisindən, dayısından biri bir qədər yüngülcə minnətdən / daha qapımıza gəlmisiz, duz-çörək kəsmişik və s./ sonra “Allah mübarək eləsin”, “Xoşbəxt olsunlar” deyir. Oturanlar da birağızdan “Amin” söyləyirlər. Yeni qohumlar bir-birlərini təbrik edirlər.
    Qızın bacısı və ya gəlinləri çay gətirir. Hamı “şirin çay” içir. Bundan sonra bəzən yemək də verirlər. Elçilər gedəndən sonra qızın bacısı və ya gəlinləri “gəlinin” “bacılığı”gilə yollanırlar. Çünki elçi gələndə qız evdə oturmaz. Onlar qıza mübarək deyir və evə gətirirlər. Evdə qızı qardaşları, ata-anası təbrik edəndə o, həmişə ağlayır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  10. #10
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Böyük nişan


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da alırlar. Ara günlərdə qaynana qızın yanına gələndə gətirir.
    Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır.
    Oğlan evi nişanı, qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər.
    Hamı yeyib - içib, şənlənəndən sonra süfrə yığıçır. Qızı oturdurlar yuxarı başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçalarıda düzürlər dövrəsinə. Bundan sonra oğlan yengəsi /qardaşı arvadı/ xonçanın üstünə nəmər atır. Qız yengəsidə gəlib nəmər atır. Bundan sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da birağızdan “mübarəkdir” söyləyirlər. Sonra nişanda gəlmiş ətirlərdən birini götürüb, verirlər oturanlara, hamı onunla ətirlənir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş