Azərbaycan xalqının qədim zamanlardan bəri qalmış maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri haqqında Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcüddur. Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, keçələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O, ən əziz qonaq

Bu konu 11636 kez görüntülendi 25 yorum aldı ...
Azərbaycan Adət ənənələr 11636 Reviews

    Konuyu değerlendir: Azərbaycan Adət ənənələr

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 11636 kez incelendi.

  1. #21
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Toy günü

    Kəntdə toy üç gün olur - cümə, şənbə və bazar günləri. Toyun birinci günü axşam üstü başlayır.
    Toyu çalançılar aşıq, bir də toybaşı idarə edir. Kim hansı havanı oynamaq istəyirsə, toybaşıya sifariş verir.
    Toyun ikinci günü toy əhli oynayır, şənlənirlər, müxtəlif oyunlar keçirirlər. Qədim el havaları toyun bəzəyi olardə.
    Toyun üçüncü günü qız toyudursa, gəlin tərəfi, oğlan toyudursa, bəy tərəfi olur. Mağarda ayrıca üstü şirniyyatla bəzənmiş stol qoyulur. Stolun üstündə güzgü də olur. Bəyin yanında sağdişi ilə soldiş oturur. Oğul anası onlara hədiyyə verir. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa hədiyyə alır, sonra durur ki, bəy otursun.
    Tərifdən sonra bəyi və ya gəlini öz toyunda oynadarlar. Deyilənə görə bəy və ya gəlin öz toyunda oynayanda həm bolluq olar, həm də ucuzluq.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #22
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Gəlin aparma

    Azərbaycan xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya - oynaya, oxuya - oxuya deyirlər:

    Al almağa gəlmişik,
    Şal almağa gəlmişik.
    Oğlanın adamıyıq,
    Aparmağa gəlmişik.

    Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymazlar. Gəlin evdən çıxmamış ata - ana xeyir - dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini üç dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
    Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq olsun.
    Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Gəlini qapıda əyləşdirib quvağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun.
    Gəlin ayağı altında qoyun qurban kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanlı olsun, tez qaynayıb - qarışsın oğlan evinə.
    Gəlinin qaynaması başına sığal çəkər ki, mehribançılıq olsun.
    Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun.
    Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdişlə, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir.
    Gəlin bəzədilmiş otağa aparılır. Hamı birağızdan “xoşbəxt olsun”, “oğullu - uşaqlı olsunlar” deyir.
    Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #23
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Orucluq, qurban, çəltik bayramı, “Xıdır Nəbi” bayramı

    Bayramda bayramaxşamı edərlər.
    ***
    Bayramı xoş üzlə qarşılayarlar
    ***
    Bayrama hazırlıq görərlər.
    ***
    Bayramda dost - tanışa qonaq gedərlər.
    ***
    Bayramda bayram süfrəsi açarlar.
    ***
    Bayramda qonşunun dalınca danışmazlar.
    ***
    Bayramda səfərə çıxmazlar.
    ***
    Bayramda alver eləməzlər.
    ***
    Bayram günü elçi getməzlər.
    ***
    Bayram günü baş qırxdırmazlar.
    ***
    Qurban bayramında qurban kəsərlər.
    ***
    Orucluqda oruc tutarlar.
    ***
    Şum bayramında qazan asarlar.
    ***
    Güləkən bayramında gül əkərlər.
    ***
    ”Xıdır Nəbi” bayramında ; tər halva bişirərlər.
    ***
    “Xıdır Nəbi” bayramında ağ at minərlər.
    ***
    “Xıdır Nəbi” bayramında şam yandırıb dağa gedərlər.
    ***
    Çəltik bayramında aş bişirərlər.
    ***
    Çəltik bayramında elin ağsaqqallarına, qocalara, xəstələrə çəltik payı göndərərlər.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #24
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Axır çərşənbə və Novruza dair el adət-ənənələri

    Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
    ***
    Axır çərşənbədə uşağa beşik düzəldərlər.
    ***
    Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
    ***
    Axır çərşənbədətonqal yandırarlar.
    ***
    Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
    ***
    Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
    ***
    Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
    ***
    Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
    ***
    Axır çərşənbədə çimərlər.
    ***
    Axır çərşənbədə evdən pul verməzlər.
    ***
    Axır çərşənbədə qonşuya ələk verməzlər.
    ***
    Axır çərşənbə günü borc un verməzlər.
    ***
    Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
    ***
    Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
    ***
    Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
    ***
    Axır çərşənbə günü evdən ağartı verməzlər.
    ***
    Axır çərşənbə günü zahı üstünə getməzlər.
    ***
    Axır çərşənbə günü evdən çörək verməzlər.
    ***
    Axır çərşənbə gecəsi tez yatmazlar.
    ***
    Axır çərşənbə gecəsi evdə qazan asarlar.
    ***
    Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
    ***
    Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
    ***
    Axır çərşənbə günü ertədən lampa yandırarlar.
    ***
    Novruza hazırlıq görərlər.
    ***
    Novruzda həyət - bacanı təmizləyərlər.
    ***
    Novruzda evləri şirələyər, paltar - palazı təmiz suya çəkərlər.
    ***
    Novruza qədər ağacların dibini bellərlər.
    ***
    Novruza qədər bağların xəzəlini yığıb yandırırlar.
    ***
    Novruzaqədər ağacların quru budaqlarını kəsib atarlar.
    ***
    Novruza qədər səməni göyərdərlər.
    ***
    Novruzda səməni bişirərlər.
    ***
    Novruzda niyyət eləyərlər.
    ***
    Novruzda Novruz süfrəsi açarlar.
    ***
    Novruzda tonqal yandırarlar..
    ***
    Novruzda üzərrik yandırıb tüstüsünü mal - qaraya, oğul - uşağa, ev - eşiyə verərlər.
    ***
    Novruzda təzə paltar geyərlər.
    ***
    Novruzda qız - gəlini dəzə donla sevindirərlər.
    ***
    Novruzda at çapmağa tədarük görərlər.
    ***
    Novruzda şənlik edərlər.
    ***
    Novruzda Novruz xonçası bəzəyərlər.
    ***
    Novruzda yumurta boyayarlar.
    ***
    Novruzda qız - gəlinin, uşaqların üstündən gözmenceğe düzəldərlər.
    ***
    Novruzda qəmgin oturmazlar.
    ***
    Novruzda Novruz süfrəsi hazırlayarlar.
    ***
    Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.
    ***
    Novruzda səməni göyürtmük düşməyən evə səməni apararlar.
    ***
    Novruzda at çaparlar.
    ***
    Novruzda damlarda çalğı düzəldərlər.
    ***
    Novruzda qız seçməyə çıxarlar.
    ***
    Novruzda qıza mətləb açarlar.
    ***
    Novruzda təzə paltar geyinərlər.
    ***
    Novruzda küsülü qalmazlar.
    ***
    Novruzda qohum - qardaşa qonaq gedərlər
    ***
    Novruzda nişanlı qıza Novruz payı apararlar
    ***
    Novruzda söyüş söyməzlar.
    ***
    Novruz axşamı qarğış etməzlər.
    ***
    Novruz axşamını ata evində keçirərlər.
    ***
    Novruz axşamı ata - ananın qəbrini ziyarət edirlər.
    ***
    Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.
    ***
    Novruzda qiybət qırmazlar.
    ***
    Novruzda qohum - qardaşa, tanış - bilişə mehribanlıq eləyərlər.
    ***
    Novruz günü alver eləməzlər.
    ***
    Novruz günü başqası barədə pis söz danışmazlar.
    ***
    Novruzda şirni paylayarlar.
    ***
    Novruzda atı, iti vurmazlar.
    ***
    Novruz günü işləməzlər.
    ***
    Novruz günü dua yazdırmazlar.
    ***
    Novruz günü evə nərgiz gətirməzlər.
    ***
    Novruz günü təzə yarpız yığarlar.
    ***
    Novruz günü ilanı vurmazlar.
    ***
    Novruz günü Novruz gülü dərərlər.
    ***
    Novruz günü qızlar qırmızı geyinər.
    ***
    Novruz günü evin sahibi evdə olar.
    ***
    Novruz günü dalaşmazlar.
    ***
    Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
    ***
    Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
    ***
    Novruz günü xəstə yatanlara pay göndərərlər.
    ***
    Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.
    ***
    Novruzqabağı qovurğa qovurarlar.
    ***
    Novruzqabağı xonça tutarlar.
    ***
    Novruzqabağı balıq bişirərlər.
    ***
    Novruzqabağı tüfəngləri silib təmizləyərlər.
    ***
    Novruzqabağı Novruz şənlikləri düzəldərlər.
    ***
    Novruzda şənliklər keçirərlər.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #25
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    Yeddiləvin


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    Yeddiləvin isə bayram süfrəsinin yeddi cür nemət əsasında düzəldilməsi adəti kimi tanınır. Həmçinin ilaxır çərşənbədə xonçaya yeddi cür nemət — çörək, düz, üzərrik, kömür, güzgü, su, yumurta məhsulları düzürlər ki, bu, daha arxaik olmaqla Günəşə nəzir-niyaz verməklə bağlıdır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  6. #26
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Adət-ənənələr

    «Kosa-Kosa»


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    «Qodu-qodu» günəşi çağırma, xalq yumoruna əsaslanan «Kosa-Kosa» yazın qış üzərində qələbəsini əks etdirən mövsüm tamaşasıdır. Tamaşada məlumdur ki, Kosa qışın Keçi yazın rəmzidir. Kosanın timsalında real xüsusiyyətlər də — tamahkarlıq, tənbəllik, yalançılıq və bunlara qarşı kəskin həcv ifadə olunur. Folklor və entoloji materiallardan məlum olur ki, «Boz ay»ın hər çərşənbəsində od qalanmış, el arasında arxaik xüsusiyyətli variantlardan birinə görə, birinciyə «Yalançı çərşənbə», ikinciyə «Xəbərçi çərşənbə», üçüncüyə «Külə çərşənbə», dördüncüyə «Axır çərşənbə» deyilir. Təsəvvürə görə, bayram axşamı İlaxır gecədə il müəyyən bir heyvan üstə «təhvil olunur». Novruz bayramının hicri-şəmsi tarixi ilə qeyd olunması real gerçəkliyə bağlanır.
    Belə ki, Günəşin zahiri hərəkəti martın 21-də göy ekvatorunu keçərək Yerin Çənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu vaxt gecə və güncüz bərabərliyi yaranmaqla şimal yarımkürəsində astronomik yaz başlayır. Belə vaxtda ümumxalq mərasiminin yaz bərabərliyində keçirilməsi astronomik reallığa əsaslanır. Nicri-qəməri tarixinə görə, «Novruz» ilin yeni günü sayılır. Bu, səciyyə etibarilə yaz bayramı olduğundan bahar fəsli də bu gündən başlanır. Beləliklə, «Novruz» bayram ayında olan çərşənbə mərasimlərinin yekunudur. Ulu babalarımız tarixən ilin fəsillərini əsasən əkin-biçin, bağ-bağat işlərilə məşğul olub. Öz təsərrüfat fəaliyyətlərini vaxt dəyişikliyinə görə qurmaqla hər fəsli öz səciyyəsinə uyğun adlandırıb.
    Üçü bizə yağıdı — qış,
    Üçü cənnət bağıdı — yaz,
    Üçü yığıb gətirər — yay,
    Üçü vurub dağıdar — payız.
    Əski təsəvvürə görə, illər də 12 müxtəlif heyvandan biri istə təhvil olunur. Təxminən iki min il bundan əvvəl Çində buna uyğun təqvim tərtib olunub. Təqvimin hər ili şərti olaraq bir heyvanla işarə edilmişdir. Hər heyvan 12 ildən bir təkrar olunur. Bunlar belə ardıcıllıqla sıralanır: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, it və donuz.
    «Novruz» mərasiminin tarixi kökləri Şumer qaynaqları ilə bağlıdır. Bu qaynaqlardan birinə görə, mərasimin təxminən beş minillik tarixi vardır. Mərasimdəki keçi obrazı şumerlərdə zoomorfik keyfiyyətlərlə təsvir olunmuş keçiyə çox bənzəyir. «Novruz» və onunla bağlı mərasim nümunələrinin Şumer qaynaqları ilə kök bağlılığı, müştərək, ortaq motiv və epizodlara malik olması inkarolunmazdır. Azərbaycanın tarixi əyaləti Naxçıvandan toplanaraq nəşr olunmuş xüsusi folklor nümunələri qədim diyarın əski mədəniyyətinin şumer mənbələri ilə bağlı tipologiyasını açıb göstərməkdir.
    Tarixi-filoloji, etnoloji tədqiqatlar təsdiq edir ki, «Novruz» Azərbaycan mədəniyyətinin əsasında durmaqla özündə xalq müdrikliyini, humanistliyini, qonaqpərvərliyini əks etdirən mükəmməl bir mərasimdir. Bu mərasim tarixi, bəşəri olduğu kimi, millidir, həm də müştərək keyfiyyətlərə malikdir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş