Məzahir Rüstəmov
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olmuşdur. 1977-ci ildə 32 saylı məktəbi əla qiymətlərlə başa vurmuş, 1978-ci ildə BDU-nun tarix fakültəsinə daxil olur. Təhsilini başa vuraraq, bir müddət məktəbə pioner baş dəstə rəhbəri göndərilir.
1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kefedrasında baş laborant işləməyə başlayır. 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində iqtisadi əlaqələr şöbəsində aparıcı mütəxəsis kimi fəaliyyətə başlayır.
1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılaraq, Şınığa gəlir. Gədəbəyin Başkənd və Mutudərə kəndi istiqamətində gedən döyüşlərdə fəallıq göstərərək, düşmənin bir neçə zirehli texnikasını ələ keçirmişdir.
1993-cü il avqustun 8-də qoşunlarımız, Başkənd və Mutudərə istiqamətində hücuma keçərək erməni quldurları üzərində qələbə qazandılar. Bu döyüşdə M. Rüstəmov qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.
Gədəbəy rayonunda tuncdan abidəsi ucaldılmışdır.