Məzahir Rüstəmov Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olmuşdur. 1977-ci ildə 32 saylı məktəbi əla qiymətlərlə başa vurmuş, 1978-ci ildə BDU-nun tarix fakültəsinə daxil olur. Təhsilini başa vuraraq, bir müddət məktəbə pioner baş dəstə rəhbəri göndərilir.

Bu konu 2239 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Məzahir Rüstəmov 2239 Reviews

    Konuyu değerlendir: Hərb işi - Məzahir Rüstəmov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2239 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Məzahir Rüstəmov

    Məzahir Rüstəmov


    Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olmuşdur. 1977-ci ildə 32 saylı məktəbi əla qiymətlərlə başa vurmuş, 1978-ci ildə BDU-nun tarix fakültəsinə daxil olur. Təhsilini başa vuraraq, bir müddət məktəbə pioner baş dəstə rəhbəri göndərilir.

    1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kefedrasında baş laborant işləməyə başlayır. 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində iqtisadi əlaqələr şöbəsində aparıcı mütəxəsis kimi fəaliyyətə başlayır.

    1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılaraq, Şınığa gəlir. Gədəbəyin Başkənd və Mutudərə kəndi istiqamətində gedən döyüşlərdə fəallıq göstərərək, düşmənin bir neçə zirehli texnikasını ələ keçirmişdir.

    1993-cü il avqustun 8-də qoşunlarımız, Başkənd və Mutudərə istiqamətində hücuma keçərək erməni quldurları üzərində qələbə qazandılar. Bu döyüşdə M. Rüstəmov qəhrəmancasına həlak oldu.

    Ailəli idi. Bir qızı yadigar qalıb.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Təhsil aldığı 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.

    Gədəbəy rayonunda tuncdan abidəsi ucaldılmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Məzahir Rüstəmov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2239


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş