Canpolad Rzayev
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Rzayev Canpolad Yaqub oğlu 26 fevral 1968-ci ildə Ağdamın Çuxurməhlə kəndində dünyaya gəlmişdir. Əhmədavar kənd orta məktəbinin səkkizinci sinfini bitirmiş, bir müddət kolxozda işləmişdir.
1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini raket qoşunları hissəsində keçmişdir. Xidmətini başa vurduqdan sonra hərbi hissədə qalıb təhsilini davam etdirdi. Düşmənlərə qarşı mübarizəyə qalxanlar arasında Canpolad da vardı.
1992-ci ilin 26 fevralında Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün fədakarlıq göstərmişdir. Qaraqaya uğrunda gedən döyüşdə Canpolad əsl qəhrəmanlıq nümunəsi nümayiş etdirərək, qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki oğlu yadigar qalıb.
Məzarı düşmən tapdağı altında olan Ağdamın Şəhidlər xiyabanındadır.