Cavanşir Rəhimov Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Rəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya gəlmişdir. Ailəsi ilə birlikdə Bakıya köçən Cavanşir, Suraxanı rayonu 104 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini texniki - peşə məktəbində davam etdirmişdir. İdman ustası idi. 1992-ci

Bu konu 1804 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Cavanşir Rəhimov 1804 Reviews

    Konuyu değerlendir: Hərb işi - Cavanşir Rəhimov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1804 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Cavanşir Rəhimov

    Cavanşir Rəhimov


    Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Rəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya gəlmişdir.

    Ailəsi ilə birlikdə Bakıya köçən Cavanşir, Suraxanı rayonu 104 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini texniki - peşə məktəbində davam etdirmişdir. İdman ustası idi.

    1992-ci ildə hərbi xidmətə çağırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələnmişdir. 1992-ci ildə səmaya qalxan Cavanşir bir neçə dəfə uğurlu uçuş keçirərək düşmənə ağır zərbə vurmuşdur.

    Növbəti dəfə Kasapet yüksəkliyi uğrunda gedən döyüşdə vertolyot düşmən tərəfindən vurulur və bu zaman zərbədən Cavanşir taxıl zəmisinə düşür. Bir aydan sonra malqara otaran çoban Cavanşirin meyidinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə aparır. 1992-ci ilin sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir.

    Subay idi.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Cavanşir Rəhimov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1804


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş