1870-ci illər Şimali Azərbaycan Cənubi Azərbaycan 1870 - Yelizavetpol qəzasında, alman icmasının yaşadığıHelenendorf qəsəbəsində (indiki Göygöl şəhəri) şərab istehsalı ilə məşğul olan iri kapitalist müəssisəsinin meydana gəlməsi.

Bu konu 2485 kez görüntülendi 0 yorum aldı ...
1870-ci illər 2485 Reviews

    Konuyu değerlendir: 1870-ci illər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2485 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart 1870-ci illər

    1870-ci illər
    Şimali Azərbaycan
    Cənubi Azərbaycan
    1870 - Yelizavetpol qəzasında, alman icmasının yaşadığıHelenendorf qəsəbəsində (indiki Göygöl şəhəri) şərab istehsalı ilə məşğul olan iri kapitalist müəssisəsinin meydana gəlməsi.

    14 aprel 1870 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (1870-1925) Tiflisdə anadan olub. Nəriman Nərimanov 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kitabxananı təşkil edib. Siyasi fəaliyyətə 1905-cü ildə social-demokrat "Hümmət” təşkilatında başlayıb. Oktyabr inqilabından (1917) sonra Moskvada bolşevik hökumətində işləyib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", "Nadir şah" və s. əsərlərin müəllifidir.





    17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 - 11.12.1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər” və s. pyeslərin, bir çox hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən tərcümələr (M.Qorki, A.Çexovun hekayələri, habelə U.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar” pyesləri və s.) edib. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində (1921-1931) dərs deyib.

    17 fevral 1872 - Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzsinə neft mənbələrinin müzakirə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması.

    1872, may - Fəhlələrin “Simens” şirkəti mədənlərində və misəritmə zavodunda ilk etiraz çıxışı.

    16 iyun 1872 - Şəhər Əsasnaməsinin təsdiq olunması.

    1872, avqust - Bakı xəzinə palatasının təsis olunması.

    1872 - Neft sənayesində iltizam sisitemi ləğv olunub.

    10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bir qədər sonra (17 aprel 1873) Axundovun “Hacı Qara” komediyası səhnəyə qoyuldu. 10 mart Azərbaycanda “Milli teatr günü” kimi qeyd olunur.

    28 fevral 1874 - Bakıda fəaliyyətə başlayan Bakı
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    cəmiyyəti ilk bank müəssisəsi olmaqla Şimali Azərbaycanda kapitalist kredit sisteminin yaranmasının əsasını qoyub.


    1874 - Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması.

    24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.

    1875 - Ordubadda iki ipəksarıma fabrikinin işə düşməsi.

    22 iyul 1875 - Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu gün Azərbaycanda Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük rol oynamış, bütün Qafqazda əks-səda doğurmuşdu. “Əkinçi”nin maarifçi ideyaları çar Rusiyasının hakim dairələrini narahat etmiş və qəzet 1877-ci ildə bağlanmışdır. "Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) qəzetləri nəşrə başladı.

    7 dekabr 1875 - Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir, ulu babaları Xoy və Şəkinin xanları, atası İsgəndər xan çar Rusiyasının generalı olub. F.Xoyski 1906-cı II Dövlət Dumasının deputatı seçilib. Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, 5-ci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib. 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

    1876 - Nuxada H.Dadaşova məxsus ilk tütün fabriki fəaliyyətə başlayıb.

    24 aprel 1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin Qars, Ərdəhan və digər ərazilərini ilhaq etdi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.

    4 yanvar 1878 - Tanınmış satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzmi (1878-1946) anadan olub.

    1878 - İlk neft kəmərinin çəkilişi.

    1879 - Bakıda S.M.Şibayev tərəfindən ilk kimya zavodunun təsisi.

    1879 - “Nobel qardaşları” firması tərəfindən ilk dəmir yolunun çəkilməsi.

    1871-1874 - Tanınmış pedaqoq, şair, şərqşünas alim, Sankt-Peterburq universitetinin professoru Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790, Gəncə - 1869, Sankt-Peterburq) böyük dramaturq M.F.Axundzadənin altı pyesini (“Təmsilat”) fars dilinə çevirib. Bu, Axundzadənin komediyalarının Şərq xalqları arasında yayılmasına mühüm töhfə olub.

    29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-25.9.1934) Cənubi Azərbaycanın Şəbüstər kəndində doğulub. İlk təhsilini Molla Əlinin köhnə üsul məktəbində almış, fars və ərəb dillərini öyrənmişdir. İstanbulda ticarətlə məşğul olan atasının vəfatından sonra, 16 yaşında ikən ticarət işinə dəvət edilir. Burada iyirmi ilə yaxın kitab və məktəb ləvazimatı satmaqla məşğul olmuş, ilk şeirlərini qələmə almışdır. Fars və türk dillərini mükəmməl öyrənməsinə baxmayaraq şeirlərini doğma ana dilində yazmışdır. Təbrizdə qız məktəbi açmışdır. Bədii yaradıcılığında yumor və satira başlıca yer tutur. Təbrizdə çıxan «Azərbaycan» məcmuəsində şeirlərini imzasız çap etdirir.

    26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət(1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb.Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.





    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: 1870-ci illər

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2485

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş