1850-ci illər Şimali Azərbaycan Cənubi Azərbaycan 1850 - Salyan və Lənkəran müsəlman məktəblərinin açılması.

Bu konu 2341 kez görüntülendi 0 yorum aldı ...
1850-ci illər 2341 Reviews

    Konuyu değerlendir: 1850-ci illər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2341 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart 1850-ci illər

    1850-ci illər
    Şimali Azərbaycan
    Cənubi Azərbaycan
    1850 - Salyan və Lənkəran müsəlman məktəblərinin açılması.

    1850 - Lənkəranda ilk teatr tamaşası.

    1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi.

    1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) vəfat edib. Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb. Alman şərqşünas-səyyah Bodenştedt Mirzə Şəfi Vazeh qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib. Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.

    1853 - Zaqatalada müsəlman məktəbinin açılması.

    1853 - Tarixçi, “Qarabağnamə”nin müəllifi Mirzə Camal bəy Cavanşir Qarabaği (Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir; 1773-1853) vəfat edib.

    1855 - “Siemens” qardaşlarının Gədəbəydə tikdiyi misəritmə zavodunun işə düşməsi.

    1857 - Şamaxıda ilk teatr tamaşası.

    İyul 1958 - Bakıda Xəzər gəmiçiliyi fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin 2 iyul 1998-ci il tarixli sərəncamına əsasən, iyul ayının birinci bazar günü Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü elan edilib.

    1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili.

    1859 - Baş İdarə və Qafqaz canişini Şurası haqqında Əsasnamənin qüvvəyə minməsi.
    1850 - Şair, maarifpərvər alim Ziyai Ərdəbili anadan olub. İlk təhsilini Ərdəbildə alıb, 1870-ci illərin sonunda Lənkərana köçüb. Müxtəlif peşələrdə çalışıb, Azərbaycanca və farsca şeirlər yazıb. Şimali və Cənubi Azərbaycan şairləri haqqında bir təzkirə yazmaq fikrinə düşür. Beqdeli Lütfəli bəy Azərin məşhur «Təzkireyi-Atəşqədə» əsərini davam etdirərək, təqribən 200 il müddətində yazıb yaradan Azərbaycan şairləri haqqında qısa bioqrafik məlumatı «Təzkireyi-Ziyan» adı altında toplayır. Məhəmmədəli Şah Qacar dövrünə (1890-cı illər) qədər yaşamışdır. Vəfat tarixi məlum deyil.

    1852 - Şair Fazil xan Şeyda vəfat edib. XVIII əsrin sonlarında Təbrizdə doğulub. Mükəmməl ruhani təhsil almışdır. Əs ladı Molla Fətulladır. Yaradıcılığında satiraya daha çox meyil edib, buna görə məmur və ruhanilər tərəfindən təqibə məruz qaldığından 1838-ci ildə Tiflisə köçüb, rus təbəəliyini qəbul edib. 1846-cı ildə Qafqaz canişinliyinə dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış müsəlman məktəbinə müəllim təyin edilib. «Divani-hikmətin» yığıncaqlarında iştirak edib, Tiflisdə dəfn edilib.

    1853 - Şair Məhəmməd Mövsuməli oğlu Hidəci (1853-1928) Zəncanın Hidəs kəndində anadan olub. Qəzvində, Tehranda və Nəcəfdə təhsil alıb. 1892-ci ildən ömrünün sonunadək Tehranda mədrəsədə müəllimlik edib. Azərbaycan, fars və ərəb dillərində yazıb. Bizə gəlib çatan şeirlərinin bir hissəsi «Külliyyati-divani-Hidəci» adı altında çap olunub.
    1854 - Şair Hacı Rza Sərraf Təbrizi (1854-1907) Təbrizdə anadan olub. Yaradıcılığının əsasını qəzəl və mərsiyələr təşkil edir. Bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir. 1907-ci ildə Təbrizdə dünyasını dəyişib.






    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: 1850-ci illər

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2341

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş