1840-cı illər Şimali Azərbaycan Cənubi Azərbaycan 11 aprel 1840 - Çar I Nikolay «Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında» qanun imzalayıb. Qanuna əsasən, Rusiyaya birləşdirilmiş Azərbaycan bölgələrində hərbi komendantlıq idarəsi ləğv olunub və 1841-ci ildən Ümumrusiya idarə sistemi tətbiq edilib.

Bu konu 2317 kez görüntülendi 0 yorum aldı ...
1840-cı illər 2317 Reviews

    Konuyu değerlendir: 1840-cı illər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2317 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart 1840-cı illər

    1840-cı illər
    Şimali Azərbaycan
    Cənubi Azərbaycan
    11 aprel 1840 - Çar I Nikolay «Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında» qanun imzalayıb. Qanuna əsasən, Rusiyaya birləşdirilmiş Azərbaycan bölgələrində hərbi komendantlıq idarəsi ləğv olunub və 1841-ci ildən Ümumrusiya idarə sistemi tətbiq edilib.

    1 yanvar 1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

    25 aprel 1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib. Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlandı və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırıldı.

    28 iyun 1842 - Görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Zərdabi 1875-ci il iyulun 22-də Rusiya impariyasında ilk turkdilli qazetin - «Əkinçi» qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub. Zərdabi həmçinin Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarıı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və sədri (1906) olub.

    1844 - Qafqaz canişinliyinin yaradılması.

    1844-1845 - Şuşa, Nuxa və Qubada kəndli çıxışları.

    6 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazda bəy və ağaların hüquqları haqqında qanun (reskript) imzalayıb. Qafqazın ilk canişini qraf S.Vorontsovun təşəbbüsü ilə hazırlanan sənəd çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında bəy və ağaların mülkiyyət hüquqları, onların kəndlilərlə münasibətləri və s. əksini tapmışdı. 1841-ci ildə azərbaycanlı bəy və ağaların torpaqlarının müsadirə olunması barədə qanun verilməsi yerlərdə üsyanlara səbəb olmuşdu və onun icrası dayandırılmışdı. Yeni qanunda ilk dəfə olaraq bəy və ağalara məxsus torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunurdu.

    14 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə dəyişikliklər edilməsi barədə fərman verib. Fərmana əsasən, 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində 4 quberniya - Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.

    1847 - Tarixçisi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov(1794-1847) Məkkə ziyarəti zamanı Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəfat edib və orada dəfn olunub.
    Bakının Əmircan (Xilə) kəndində doğulan Bakıxanovun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1802-ci ildə atası xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə Abbasqulu Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuş, burada ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi Idarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 26 il işləyib. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasında iştirak edib. Hərbi qulluqdan istefaya çıxdıqdan sonra Yaxın Şərqə səyahətə çıxıb və ömrünü orada başa vurub.
    A.Bakıxanov «Gülüstani-İrəm» əsəri (1841) ilə Azərbaycan tarixşünaslığın əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.
    30 aprel 1848 - Şamaxıda Nina məktəbinin açılması.

    1848 - Bibiheybətdə dünyada ilk buruq qazmaq cəhdi.

    1848 - Şuşada ilk teatr tamaşası.

    1848 - Tarixçi, “Qarabağnamə”nin müəllifi Mirzə Adıgözəl bəy (Mirzə Adıgözəl bəy Haqverdi bəy oğlu Qarabaği) Şuşada vəfat edib.

    1849 - Gəncədə, Şuşada, Şamaxıda və Bakıda müsəlman məktəblərinin açılması.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: 1840-cı illər

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2317

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş