1830-cu illər Şimali Azərbaycan Cənubi Azərbaycan 24 fevral 1830 - Car-Balakən bölgəsində rus işğalına qarşı üsyan başlayıb. Üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun general İvan Paskeviçin rəhbərlik etdiyi hissələri əraziyə yeridilib.

Bu konu 2271 kez görüntülendi 0 yorum aldı ...
1830-cu illər 2271 Reviews

    Konuyu değerlendir: 1830-cu illər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2271 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart 1830-cu illər

    1830-cu illər
    Şimali Azərbaycan
    Cənubi Azərbaycan
    24 fevral 1830 - Car-Balakən bölgəsində rus işğalına qarşı üsyan başlayıb. Üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun general İvan Paskeviçin rəhbərlik etdiyi hissələri əraziyə yeridilib.
    3 mart 1830 - Car-Balakən üsyanı yatırılıb. Bölgənin Rusiyaya birləşdirilməsindən sonra muxtar ərazi vahidi kimi mövcud olan Car-Balakən camaatlığı ləğv olunub və ərazidə rus ordusunun Qafqaz komandanlığının birbaşa idarəçiliyi tətbiq edilib.
    12 iyun 1830 - Balakəndə rus işğalına qarşı yeni üsyan başlanıb. Üsyana şeyx Şaban və Həmzət bəy başçılıq ediblər. Rus qoşunları üsyanı qan içində boğublar. 1830-cu ilin sonunda bölgədə daha bir üsyan alovlandı.
    13 iyul 1830 - Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. Rusiya çarının bu qərarı 1813 və 1828-ci ildə İranla müharibənin yekunu olaraq işğal olunmuş Şimali Azərbaycan torpaqlarında rus işğalına qarşı kəndli çıxışlarını, qismən də olsa, səngitmək niyyəti daşıyırdı.
    Dekabr 1830 - Şuşada ilk qəza məktəbinin açılması.
    5 mart 1831 - Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Talış xanı Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Talış xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı xanlığın bütün ərazisinə yayıldı və iki ay sürdü.
    22 aprel 1831 - Talış (Lənkəran) xanlığı ərazisində çar Rusiyası müstəmləkəçiliyi əleyhinə üsyan məğlub olub. Üsyan mart ayında keçmiş Talış xanı (xanlıq 1826-cı ildə ləğv olunmuşdu) Mir Həsən xanın rəhbərliyi ilə başlanmışdı.
    3 uyun 1831 - Rusiya Avropa mallarının Cənubi Qafqaza idxalına qadağa qoyub (“Yasaq tarifi”). Rusiya bununla öz sənayesini beynəlxalq rəqabətdən qoruyaraq, onu xüsusi satış bazarı ilə təmin edirdi.
    17 yanvar 1832 - Bakıda qəza məktəbinin açılması.
    8 fevral 1833 - Gəncədə qəza məktəbinin açılışı.
    1833 - Nuxada qəza məktəbinin təşkili.
    10 iyul 1835 - Görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani (1835-1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
    1837 - Qubada XIX yüzillikdə Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı - kəndli çıxışları alovlanıb. Çarizm tərəfindən amansız müstəmləkə zülmü, komendant üsul-idarəsinin bərqərar olması üsyanın əsas səbəbləri idi. Üsyançılar tərəfindən xan seçilmiş Hacı Məhəmməd Qubaya yaxınlaşdı və sentyabrın 5-nə keçən gecə üsyançılar qala divarlarına həmlə etdilər. Lakin şəhərdəki rus qoşunları hücumun qarşısını aldı, üsyan yatırıldı, Hacı Məhəmməd edam edildi.
    1 yanvar 1837 - Naxçıvanda qəza məktəbinin açılması.
    1838 - Car-Balakəndə növbəti kəndli çıxışı.
    1838 - Şəkidə kəndli çıxışı. Şəki xanlığının İranda yaşayan sonuncu hakimlərindən birinin - Səlim xanın oğlu Hacı xan öz nümayəndəsi Məşədi Məhəmmədi əyalətə göndərib. Özünü Şəki xanının varisi elan edən Məşədi Məhəmməd kiçik dəstə toplayıb, lakin tezliklə hökumət tərəfindən ələ keçirilib. Sentyabrın 3-də üsyançılar şəhəri tərk etməyə məcbur olublar.
    12 may 1838 - Şamaxıda qəza məktəbinin açılması.

    1829-cu ilin yayı - Abbas Mirzə Rusiyanın Qriboyedovun qətlinə görə qisas alacağını düşünərək mümkün müharibəyə hazırlaşır. Azərbaycan ordusunun hərbi paradını keçirir. Lakin Qriboyedov olayından sonra general Paskeviç Abbas Mirzəyə daha yumşaq tonda məktublar yazırdı. Bunun səbəbi o idi ki, rus imperatorunun Qriboyedovu önəmsəmirdi. Çar I Nikolay hesab edirdi ki, keçmişdə dekabristlərlə bir yerdə ona qarşı çıxan bir şəxs uğrunda savaşa qatılmağa dəyməz.

    1830-cu ilin payızı - Təbrizdə vəba xəstəliyi yayılıb.

    1830-cu illər - Şair Məhəmməd Bağır Xalxali Xalxal mahalındakı Qarabulaq kəndində ruhani ailəsində anadan olub. «Tülkünamə», yaxud «Sələbiyyə» adlı əsəri xalq arasında böyük şöhrət qazınıb. 1893-cü ildə vəfat edib.

    1833-cü ilin yayı - İran taxt-tacının şahzadəsi, Cənubi Azərbaycanın hakimi Abbas Mirzə 46 yaşında vəfat edib.
    Abbas Mirzə Cənubi Azərbaycana rəhbərliyi dövründə bir çox sahələrdə islahatlar keçirmişdi. Bu islahatlar tək Cənubi Azərbaycanda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi, Avropaya tələbələrin göndərilməsi ilə tarixə düşüb. İlk çap dəzgahını Təbrizə gətirdən, ilk kitabları çap etdirən də Abbas Mirzə olub. Cənubi Azərbaycandan sonra mətbəələr İranın digər bölgələdində qurulub. Bu da İranda nəşriyyat işinin türklər tərəfindən yaradıldığının əyani göstəricisidir.

    1834 - Yazıçı Mirzə Əbdürrəhim Talıbov NəccarzadəTəbrizin Surxab məhəlləsində dülgər ailəsində anadan olub. Gənc yaşlarında Rusiyaya köçüb, əvvəlcə Tiflisdə təhsil alıb, rus və fransız dillərini öyrənib. Sonra Dağıstana köçüb, indiki Buynaksk şəhərində yaşayıb və orada 1911-ci ildə orada dünyasını dəyişib. Əsərləri bu şəhərdə yazıb-yaradıb. «Kitab yüklü eşşək» , «Əhmədin kitabı» , «Xeyirxahların məsləki» və s. romanları zamanında şöhrət qazanıb. «Azadlıq haqqında izahat» (1906) adlı publisistik kitabı ictimai fikir tariximizdə dəyərli nümunədir. Ədib fars dilində yazıdığı «Səma elçisi» (Məhəmməd peyğəmbərin həyatı) kitabını rus dilinə tərcümə edərək, 1904-cü ildə Qroznı şəhərində « çap etdirib. Kitabın xülasəsi Bakıda «Tarixi-Həbəvi» adı ilə Azərbaycan dilində çap olunub. 1906-cı ildə Təbriz əhalisi onu qiyabi olaraq Birinci İran Milli Məclisinə nümayəndə seçmişdi. Böyük mütəfəkkir, görkəmli yazıçı 1911-ci il fevralın 26-da vəfat edib.

    1835 - Şair Əbülhəsən Raci Təbriz şəhərinin Xiyaban məhəlləsində anadan olub. Həm ana dilində, həm də farsca şeirlər yazıb. 1876-cı ildə Məkkədən qayıdarkən dəryada tufana düşən gəmidə ölüb. Şairin fars və azərbaycanca divanları və ayrı-ayrı şeirləri dəfələrlə Təbrizdə çap olunub. Yaradıcılığı yumor və satirik ruhu ilə seçilir.

    1837 - Yazıçı Zeynalabdin Marağalı Maraga şəhərində tacir ailəsində doğulub. Ticarət işi ilə yanaşı ədəbiyyat və mətbuatla ardıcıl məşqul olur. 1891-ci ildə İstanbulda türk qızı ilə evlənir. Üçcildlik «İbrahim bəyin səyahətnaməsi» və yaxud «Təəssübkeşliyin bəlası» romanı ona şöhrət qazandırır. 1910-cu ildə İstanbulda vəfat edib.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: 1830-cu illər

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2271

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş