KAZIM AĞA "SALİK" TӘXӘLLÜS Molla Pәnah Vaqifdәn sonra mәrhum Kazım ağa Salik nәinki vahid Qazax mahalında, bәlkә tamami Zaqafqaziyada zühur edәn şüәranın müqtәdirlәrindәn birisi hesab olunur. Bu anacan millәtimiz içindә onun şöhrәt vә hörmәt kәsb etmәdiyinә ümdә sәbәb asarının mürәttәb bir qayda üzrә tәb vә nәşr olmadığıdır. Bu kәmetinalıq vә qәdirbilmәmәzlik tәk bir Saliki-mәrhumun haqqında olmayıb, çox şüәra vә üdәbamızın halına şamildir. Çox mәrifәt vә kamal sahiblәrinin ismü

Bu konu 1119 kez görüntülendi 0 yorum aldı ...
Kazım ağa "salik" tӘxӘllüs 1119 Reviews

    Konuyu değerlendir: Kazım ağa "salik" tӘxӘllüs

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1119 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Kazım ağa "salik" tӘxӘllüs

    KAZIM AĞA "SALİK" TӘXӘLLÜS



    Molla Pәnah Vaqifdәn sonra mәrhum Kazım ağa Salik nәinki vahid Qazax mahalında, bәlkә tamami Zaqafqaziyada zühur edәn şüәranın müqtәdirlәrindәn birisi hesab olunur. Bu anacan millәtimiz içindә onun şöhrәt vә hörmәt kәsb etmәdiyinә ümdә sәbәb asarının mürәttәb bir qayda üzrә tәb vә nәşr olmadığıdır. Bu kәmetinalıq vә qәdirbilmәmәzlik tәk bir Saliki-mәrhumun haqqında olmayıb, çox şüәra vә üdәbamızın halına şamildir.

    Çox mәrifәt vә kamal sahiblәrinin ismü әsәrlәrindәn bir әlamәt qalmayıbdır. Kazım ağa Salik tәvәllüd edibdir Şıxlı qәryәsindә 1195 (1781)-ci tarixdә. Tәlim vә tәrbiyәsi öz vәtәnindә olubdur. Vәli onun әsil vә nәsәbi Şәmkirdәndir ki, ona indi Şamxor deyilir.

    Anası Dilbaz nücәbalarındandır. Salikin babalarına Şıxzadә deyirlәrmiş ki, sabiqdә Qazaxlı qәryәsindә sakin olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qәryәsini bina etdiribdir vә şair,--necә ki, fövqdә zikr olundu,--haman qәryәdә vücuda gәlibdir.

    Bu halda şıxlinskilәrin bir parası Qazaxlıda vә bәzilәri Şıxlı kәndindә sakindirlәr. Öz әsil vә nәsәbi barәsindә şair Tuba adında bir sevgilisinin mәdhindә yazdığı şerdә deyibdir:

    Zәhi Tuba ki, xurşidә xәcalәt göstәrir hәr gah,
    Niqabın salsa ruyindәn, başından hәm sәrәndazi.

    Nә mәtlәb istәr idim hasil olurdu o dilbәrdәn,
    Xudavәnda, kәm etmә el içindәn ol mühümsazi.

    Adım Kazım, vәli "Salik" lәqәb, şerdә mәşhurәm--
    Ki, övtanım kәnari-Kür, şikargahım Qarayazi.

    Binayi-bixi-nәxli-әslimiz Şәmkirdir әmma,
    Vәli tifli-vücudumdur mәkidә şiri-Dilbazi.

    Şeyxzadә deyәrlәr bizlәrә, gәlmiş Qazaxlıdan,
    Şıxlı qәryәmizdir, hәm biziz ol qәryә ezazi.

    Vәli min iki yüz qırx dördә gәldi tarixi-hicri--
    Ki, üç yüzdәn keçibdir nәslimiz, oldur çoxu azi.

    Sәnә, Salik, nә xidmәt hasil oldusa o dilbәrdәn,
    Yәqinimdir ki, hәrgiz etmәdin tәxirü iğmazi.

    Kazım ağa ziyadә qabil, fәhmi iti vә zehni güşadә bir vücud imiş ki, hәr şeyin әsil vә mahiyyәtini bilmәk onun cibilli xasiyyәtindәn imiş. Şairin öz vaxtına görә yaxşı elmi var imiş. Türk dilini bildiyi kimi, fars dilini dә mükәmmәl bilirmiş vә o dildә abdar şer vә qәzәllәri mövcuddur.

    Türk dilindә yazdığı әsәrlәrin cümlәsi nәzm ilәdir. Şeri vә qәzәllәri mövzundur. Salik dünyada altmış bir sәnә ömr edibdir. Tarixi-vәfatı qәbir daşı üstündә yazılıbdır; 1258 (1842)-ci sәnәdә dari-bәqaya rehlәt edibdir.

    Rus şairlәrindәn Puşkinin vә Lermontovun müasiri imiş. Qarabağ şairi Mirzәcan bәy Mәdәdov ilә irsal-mәrsulu var imiş. Bir şerindә onu tәrif edib deyir:

    Sәnsәn cahanda fikri-bikr ilә misli-Mәryәm,
    Nola çıxarsa şerin İsa tәk asimana.

    Әhibbalarından knyaz Palandova--ki, o vaxtı Qazax mahalının hakimi imiş,--yazdığı bir kәlamında şüәrayi-Azәrbaycandan bәzilәrini belә tәrif vә tövsif qılmışdır:

    Sәnә daim işim xeyir-duadır,
    Әgәrçi saxlayan xәlqi xudadır.

    Dәmadәm bülbüli-tәbim sәdası
    Sәhәrgahan sәnә mәdhü sәnadır.

    Oxu şerimi, ey mәxdumzadә,
    Bilirsәn ancaq ixlasım sanadır.

    Xudavәnda, Palandovun sәxasın
    Füzun et kim, mәnim dәstim onadır.

    Әdalәt, hәm hidayәt ver ona, çün--
    Ki, mәlcәi-mәsakinü gәdadır.

    Qamu alәm bulub ondan mәramın,
    Nә tәnha şәfqәti ancaq manadır.

    Kәmalü rifәti-Şirvan mәlum,
    Maarif mәdәni xaki-Qubadır.

    Neçә әhli-bәlağәt var onda,
    Biri Ağabәyü Mirzә Babadır.

    Biri "Qüdsi" lәqәb Abbasqulu bәy,
    Diyari-nәzmü şerә padişadır.

    Qazax içrә olub şairlәr, әmma
    Әsami onların biintәhadır.

    Biri Vaqif ki, mәşhuri-xәlayiq,
    Gözәl mәdhindә mәlumi-şümadır.

    Biri xәstә Vidadi, tәbi mövzun--
    Ki, bәhri-nәzmü şeri cabәcadır.

    İlahi, ol iki mәğmum pirin
    Günahi dәrdinә sәndәn dәvadır.

    Biri "Şair" lәqәb mәzlum şair,
    Xәdimi-padişahi-Kәrbәladır.

    Biri Arif, kona cövr etdi dövran--
    Ki, qürbәtdә şәhidü mübtәladır.

    Xudavәnda, qulundur Әbdürәhman,
    Tarәhhüm qıl biri çün Mustafadır.

    Mәhali-Borçalıdan şair olmaz,
    Çıxan bir Şәmsәdinlidәn Cәladır.

    Bunun tәk Qәlәlidәn gәldi Rizvan,
    Kәlamü nüsxәsi behcәtnümadır.

    Biri Sadiq, biri Kazım, xülasә;
    Oların ismi ismi-evliyadır.

    İki dostun arasında әdavәt
    Büruz etmәk nә rәsmi-aşinadır?

    Әbubәkrü Ömәr, Osman came,
    Dәxi püştü pәnahım Mürtәzadır.

    Qәzәl söylә ki, olsun yadigarın,
    Qәzәl şәrh et ki, bu dünya fәnadır.

    Gәl әl çәk, Salika, hәrcayi sözdәn,
    Deyәrlәr ki, sәnә bәy bihәyadır.

    Sәnә layiq deyil bihudә sözlәr,
    Sәnin tәbin ki, bundan masәvadır.

    Kazım ağanın bu kәlamı onun gözәl kәlamlarından birisi olub, mәzmunca dәxi bunun bir çox sair әsәrlәrinә tәrcihi vardır. Şair öz әsrinin üdәba vә şüәrasını kәmali-ehtiram ilә yad edib, hәr birisini özünәmәxsus sifәtlә zikr qılır, mәrhum Abbasqulu ağa Bakıxanovu diyari-nәzmü şerә padşah bilir:

    Biri "Qüdsi" lәqәb Abbasqulu bәy,
    Diyari-nәzmü şerә padişadır.

    Kәlamın axırında, sәbәb nә olubsa, Kazım ağa tövsәni-tәbinin başından cilovu çıxarıb, bir neçә namünasib sözlәr söylәyibdir ki, onların mәcmuәmizә sığınacağı yoxdur. Şair özü dә filfövr peşman olub deyir:

    Gәl әl çәk, Salika, hәrcayi sözdәn,
    Deyәrlәr ki, sәnә bәy bihәyadır.

    Sәnә layiq deyil bihudә sözlәr,
    Sәnin tәbii ki, bundan masәvadır.

    Knyaz Palandov, Salikin yazmağına görә, bir mürüvvәtli vә adil divanbәyi imiş ki, onun aqilanә tәdbir vә binagüzarlığı ilә xeyli bәd vә bihesab işlәr qәt olunub, camaat әmnü asayiş üzrә dolanarmış. Necә ki, şair onun haqqında deyibdir:

    Beborid paye-dozdi dәr vadiye-şәrarәt,
    Xun miçekәnd dәmadәm әz xәncәre-әdalәt. [1]

    [1] Tərcüməsi:
    Şәrarәt vadisindә oğruların ayağını kәsdi,
    Әdalәt qılınçından daim qan damar.

    Salikin başqa bir kәlamından belә anlaşılır ki, o vaxtlarda oğurluq, yol kәsmәklik vә çapovul hәddәn aşıbmış. Qazax mahalında doğruluq vә düzlük bilmәrrә yox imiş vә oğruların әdәdi o qәdәr çox imiş ki, ölünün kәfәnini soyarlarmış. Necә ki, şairin sözü buna dәlalәt edir:

    Ze besyare-dozde-kәce-rahzәn
    Ke, bordәnd nagәh ze morde kәfәn. [2]

    [2] Tərcüməsi:
    Nәhs, yolkәsәn oğruların çoxluğundan
    Bәzәn ölünün kәfәni dә oğurlanırdı.

    Bu şuluqluq vaxtları Qasım bәy Zakir Qarabağinin oğrulardan şikayәt etdiyi zamana tәsadüf edir. Belә ki, Zakir dә oğrulardan şikayәt edib deyir:

    Qarabağda nә day qaldı, nә dana,
    Bu gün, sabah hәrә qaçar bir yana.... i. a.

    Salikin hәr qisim kәlamları vardır. Cümlәsi tәbii hissiyyatdan doğub zühura gәlәn kәlamlardır. Onlardan öz vәtәnimizin, millәtimizin vә lisanımızın gözәl vә canbәslәyәn rayihәsi hiss olunur.

    Salikin mürәbbeat növündә yazılmış şerlәri lәtafәt vә sadәlikdә Vaqifin vә Vidadinin qafiyәlәrindәn әskik deyil. Gözәl vәsfindә olan qafiyәlәrindәn bir neçәsi burada nümunә üçün yazılır:

    Ey şahin cilvәlim, şunqar şivәlim,
    Durna tәk tellәrin cığalanıbdır.
    Xәstә könlüm onu görәndәn bәri
    Çıxıb asimana, havalanıbdır.

    Ey lәblәri nabat, dәhanı püstә,
    Çәkәr hәsrәtini bu dili-xәstә,
    Xal deyil görünәn ağ sinәn üstә,
    Bir Quran hәrfidir, qaralanıbdır.

    Demә ki, sevdiyim sәni nihandır,
    Sәnә aşiqliyim xәlqә әyandır,
    Deyibsәn: busәmin qiymәti candır,
    Almaq üçün bir az bahalanıbdır.

    Çox da mәndәn kәnar gәzmә, ay pәri,
    Sәnsәn könlüm zövqi, dilim әzbәri,
    Guşeyi-kuyini bulandan bәri,
    Dәrdi-bidәrmanım dәvalanıbdır.

    Mәclislәr zivәri gördüyün Salik,
    Xaqani, Әnvәri gördüyün Salik,
    Şairlәr sәrvәri gördüyün Salik--
    Gәl gör sәnsiz necә gәdalanıbdır.

    Tuba vәsfindә:

    Ey Tuba, baxışın yıxdı alәmi,
    Xumar gözün yenә qiyamәt eylәr,
    Kәbeyi-kuyini görәn kimsәnә
    Haşa ki, qiblәyә ziyarәt eylәr.

    Qırqı başlı, topğun, tәrlan cilvәli,
    Görmәmişәm sәn tәk nazü qәmzәli,
    Sәrasәr yaxası qızıl düymәli,
    Baxdıqca üzünә fәxarәt eylәr.

    Zahid baxsa zülfi-pәrişanına,
    Tәrk edәr mәscidi, gәlәr yanına,
    Sidqi-dildәn canın qatar canına,
    Huriyü qılmana mәlamәt eylәr.

    Hәr kimsә ki, sәnә baxarsa gendәn,
    Bil ki, öyrәnibdir o halı mәndәn,
    Özgә tәvәqqeyim yox әsla sәndәn,
    Xәstә Salik sәnә zarafәt eylәr.

    Bu qafiyәlәrdә şair gözәl istiarat vә tәşbihat ilә--ki, mәhz türk lisanına mәxsusdur,--öz sevgilisi Tubayi-dilfәribi mәdh edib, axiri-kәlamda ona güstaxlıq ilә deyir ki, sözlәrimdәn incimә. Özgә tәvәqqe vә iltimasım yoxdur, ancaq xәstә Salik sәninlә zarafat elәyir.

    Tubanı bu qisim istiarat ilә şair vәsf qılır: "topğun, tәrlan cilvәli", "durna telli", "qırğı başlı", "nazü qәmzәli", "yaxası qızıl düymәli". Söz yoxdur ki, bu sifәtlәr ilә müttәsif olan dilbәr "baxdıqca özünә fәxarәt eylәr".

    Pәrizad mәdhindә demişdir:

    Ey pәrizad, nәdir yenә qaşların
    Әyilib ucları, yayә dönübdür?
    Ay qabağın şölә verir gün kimi,
    Yanaqların bәdr ayә dönübdür.

    Kәmәr kimi sarmaşaydım belinә,
    Hәna kimi üz sürtәydim әlinә,
    Mәgәr nabat tökülübdür dilinә,
    Dodaqların tәr halvayә dönübdür?!

    Sallananda sanasan ki, xan gәlir,
    Ayinә әndamlı alişan gәlir,
    Danışanda mürdә cismә can gәlir,
    Mәgәr nitqin Mәsihayә dönübdür?!

    Göydә ayı hәr dәm nöqsana saldın,
    Sәrgәrdanlıq çәrxi-dövrana saldın,
    Yusif kimi mәni zindana saldın,
    Mәh camalın Züleyxayә dönübdür.

    Sәnsәn axır şuxü şәngi Salikin,
    Sәnsiz qırılıbdır hәngi Salikin,
    O gördüyün gülgәz rәngi Salikin
    Saralıban kәhrәbayә dönübdür.

    Çığatay dilindә yazdığı kәlamları çoxdur. Onlardan nümunә olaraq bir qәzәli atidә zikr olunur:

    Quyaş yüzlü nigarın tәlәtiğә mübtәlaydurmin,
    Dәxi bir mahi-novğaşlu qәmindәn incәlaydurmin.

    Dü püstanı iki limudurur әmma әlim yetmas,
    Dutub şol nәxli-әndamin tibindәn silkalaydurmin.

    Bәlayi-firqәtindә köb cәfavü xәstәlik buldum,
    Dәvayi-vәslini bulğac bir az şimdi qolaydurmin.

    Sana gәr yaşü tәblә dersәm, ey Salik, yeridür kim,
    Bürünәnsin niçün derdin ana aşiq olaydurmin.

    Aşağıda yazılan müxәmmәs dәxi Salikin mövzun kәlamlarından birisidir:

    Mәlahәt gülşәnindә bir güli-hәmrayә hәsbәndәm,
    Fәsahәt kişvәrindә bülbüli-şeydanә hәsbәndәm,
    Lәtafәt mәdәnindә gövhәri-yektayә hәsbәndәm,
    Sәbahәt alәmindә bir mәlәksimayә hәsbәndәm,
    Budur, xislәtdә bir şuxi-qәdi-rәnayә hәsbәndәm.

    Alıbdır әqlimi mәndәn, edib Mәcnunü divanә,
    Salıbdır tazәdәn rәxnә bu gün hәm dinü imanә.
    Tәrәhhüm eylәmәz zalim mәni-büsәbrü samanә,
    Lәbi-lәlin hәvasindәn dönübdür bağrımız qanә,
    Әcәb şuxi-qәmәrtәlәt, cahanarayә hәsbәndәm.

    Tәrәhhüm et, mәni qılma cahan mülkündә avarә,
    Mәni Mәcnun edәn sәnsәn, kim etsin dәrdimә çarә?
    Lәbi-nuşin dәvasindәn tәlәttüf eylә bimarә,
    Xәdәngi-tiri-müjganın edibdir sinәmi parә,
    Büluri-safü simin-gәrdәni-minayә hәsbәndәm.

    Qaşın qövsi-qüzehdir, ya hilali-eydi әzhadır,
    Dü zülfün türreyi-Leyla vә ya zülfi-çәlipadır?
    Üzün gündür vә ya atәş vә ya nuri-tәcәlladır?
    Lәbin yaquti-biqiymәt vә ya lәli-Mәsihadır?
    Mәn an çeşmani-mәftun, nәrgisi-şәhlayә hәsbәndәm.

    Olubdur mürği-dil mәhbus daim zülf damında,
    Edәr lәlin tәmәnnasın hәmişә şövqi-canında,
    Әgәr küstaxlıq etsәm zarafatlıq mәqamında,
    Hәrәc yoxdur mәrizә, hәq buyurmuş öz kәlamında,
    Mәrizi-eşqәm әvvәldәn, ruxi-zibayә hәsbәndәm.

    Sәrasәr cüstücu etsәn әgәr şövq ilә dünyani,
    Tapılmaz mәn kimi aşiq sәnә, ey Yusifi-sani,
    Mәnә bihudә cövr etmә ki, tәrk etmәm bu sövdani,
    Olur ya mәtlәbim hasil vә ya ömrüm olur fani,
    Riza ver ya ki, cәng eylә ki, mәn davayә hәsbәndәm.

    Qәlәm divanәyә yoxdur, mәnәm Mәcnuni-bipәrva,
    Edib әşkim mәni alәmdә hәm bibakü hәm rüsva,
    Alıbdır dinü imanı, edibdir ömrümü yәğma,
    Bu yolda Salikәm, billah, vurubdur başıma sövda,
    Nә bakım var bu alәmdә ki, mәn üqbayә hәsbәndәm.

    Salik qardaşı Mustafa ağa Arifә onun Rusiyada olduğu zamanı yazmışdır:

    Agәh et, ey bad, mәndәn ol vәfalı hәmdәmi,
    Söylә, gәl gör әşkdәn ruyimdә bәhri-әzәmi,
    Çarә qıl kim, qәrqi-ab etmiş mәni çeşmi nәmi,
    Vaxtdır, ey Nuhi-dövran, gәl ki, gәlmişdir dәmi,
    Yoxsa bu tufanә sәnsiz çarәsaz olmaz gәmi.

    Hanı Rüstәm Zal, yәni pişvayi-pәhlivan?
    Hanı ol divi-sәfidә vurduğu gürzi-giran?
    Hanı ol Әfrasiyab, İsfәndiyar qәhrәman?
    Cümlәsin qüllabına çәkmiş fәzayi-asiman,
    Lәng qılmış sәnglax çәrx Rәxşi-Rüstәmi.

    Alәmi tәsxirә salmış fitnәvü ali-fәlәk,
    Alәmә mәlumdur kim, böylәdir hali-fәlәk,
    Aqilü nadan olubdur cümlә pamali-fәlәk,
    Sәrvqәdlәr qәddini әymişdir ol zal fәlәk,
    Gör necә zal fәlәk tәsxirә salmış alәmi?!

    Düşmәnidir bu zamanda hәr kişi öz canının,
    Fәrqi yoxdur bir-birindәn aqilü nadanının,
    Vay, yüz min vay әlindәn әdlsiz dövranının,
    Dәrd üçün heç bir tәbibin sudu yox dәrmanının,
    Bu zәmanә zәxminin yox bir müvafiq mәrhәmi.

    Demә bu zәxmin, tәbiba, bunda yoxdur çarәsi,
    Mәrhәmi-vәslәt dilәr bu tiği-hicran yarәsi,
    Qәrqi-xun eylәr cahanı çeşmimin fәvvarәsi,
    Olmuşam dәşti-fәnadә Arifin avarәsi,
    Gәl ki, pamal eylәmişdir Saliki hicran qәmi.

    1246 (1830)-cı sәnәdә İran mәmlәkәtinә vәba naxoşluğu düşmәk babında yazdığı müxәmmәsdәn belә mәlum olur ki, haman ildә vәbadan külli adamlar tәlәf olubmuş vә tәbiblәrin cümlәsi bu bәlanın әlaci-dәfindә aciz vә mәyus qalıb onların müalicәsi vә üsuli-tәdavisi dәxi dә mәrәzi şiddәtlәndirirmiş.

    Salik bu dәhşәtli mәrәzin vüquunu ol әsr vә mәkanın әhalisinin haqq yolundan çıxıb küfr vә zәlalәtә düşmәyindәn vә bu cәhәtә qәzәbi-ilahiyә giriftar olmağından görüb demişdir:

    Min iki yüz çehlü şeşdә düşdü İranә vәba,
    Eylәdi viranә hәr bir şәhri bahökmi-qәza,
    Etdilәr cümlә әtibbalәr әlacında dәva,
    Bulmadı bimarı bu dәrdin dәvalәrdәn şәfa,
    Sәn özün saxla bizi böylә bәladәn, ya xuda!

    Bu zәmanә bәylәri çün zülmә mail oldular,
    Hәm qәnilәr qapısında mәni-sail oldular,
    Oldular әşrarә bais, xeyrә hail oldular,
    Yıxdılar iman evin, hәm әqli zail oldular,
    Aldılar verdiklәri әşyalar üstündәn vәba.

    İçdilәr andü qәsәm hәr lәhzәdә mәhz düruğ,
    Verdilәr hәr bәzmdә şәmi-düruğә min füruq,
    Satdılar qatıq yerinә dik içindә abi-duğ,
    Etdilәr gәrdәnkeşanlıq misli-Övc ibni Әnuq,
    Padşahlıq iddia etdi dәxi hәr bir gәda.

    Nәfsi-әmmara ülәma qәlbini etmiş xәrab,
    Mәdrәsә içrә müdәrris eylәmiş tәrki-kitab,
    Az qalıbdır parsalar eylәyә meyli-şәrab,
    Şahidü şeyxin duası hәrgiz olmaz müstәcab,
    Müxtәsәr bu ki, düşüb yümni-icabәtdәn dua.

    Bitәharәt gәzdilәr, hәm tutmayıb sövmü sәlat,
    Tariki-qurbanü fitrә oldular, hәccü zәkat,
    İçdilәr daim şәrabi, sandılar abi-hәyat,
    Bilmәmiş kim, tәlx eylәr kamını zәhri-mәmat,
    Hifz qıl möminlәri ol tәlxdәn, ya rәbbәna!

    Yar-yoldaş bir-birinә kәşfi-әsrar oldular,
    Hәr nә kim, әvvәl dedilәr sonra inkar oldular,
    İxtiyar sahiblәri hәm mәrdümazar oldular,
    Xabi-qәflәtdәn sanasan şimdi bidar oldular,
    Yıxdılar rәiyyәt evin almaq ilә irtişa.

    Salik dәxi öz müasirlәri kimi bir qәzәlindә gәrdişi-zәmanәdәn şikayәt edib deyir:

    Fәryad ki, dövranın әyyamı xәrab olmuş,
    Әfsus ki, әyyamın әncamı әzab olmuş.

    Sultani-cahan cümlә miskin gәdalanmış,
    Dәryayi-firavanә gәl bax ki, sәrab olmuş.

    Pilan şütürlәnmiş, üştürlәr olub әstәr,
    Şiran şәğalәnmiş, şahin qürab olmuş.

    Saqilәr ,olub pamal, mütrüblәr olub xamuş,
    Xuni-dili-meyxaran bәzm içrә şәrab olmuş.

    Müftilәr olub mәğbun, qazilәr olub bihökm,
    Bilcümlә müdәrrislәr tariki-kitab olmuş.

    Mәrdani-nixukaran olmuş hәmә bәdiqbal,
    Әhli-kәrami-kamil mәhrumi-sәvab olmuş.

    Alimlәr olub cahil, cahillәr olub alim,
    Salik dәxi cahillәr cәmindә hesab olmuş.

    Zeyldә "Fikr qıl" sәrlövhәsilә mәrqum qәzәl Saliki-mәrhumun dәrin mәzmunlu әşarındandır:


    FİKR QIL

    Ey xudanı fikr edәn, gәl kuhsarın fikr qıl,
    Gunә-gunә tәr şükufә, lalәzarın fikr qıl!

    Asimanә qıl tamaşә, mehrü mәh seyrinә bax.
    Munca kuhun Bisütuni-bәrqәrarın fikr qıl!

    Gah qırağında qәrar et, mövc edәn dәryanı gör,
    Gah dәrya içrә әylәş, hәmkәnarın fikr qıl!

    Әbrü badü bәrfü baranın qamusun qıl xәyal,
    Bu kәmalı qıl tәfәkkür, fәsli-çarın fikr qıl!

    Gah dәrdü qәm verir könlә, gәhi zövqü sürur,
    Gündә yüz gunә dolanan ruzigarın fikr qıl!

    Dövlәtü mal ilә nadan dәstini qılmış fәraq,
    Tәngdәst etmiş cahanda huşyarın, fikr qıl!

    Demә kim, quşlar hәvadә pәr ilә pәrvaz edәr,
    Yerdә xoş rәftar edәn bipay marın fikr qıl!

    Kimsә baş açmaz xudanın etdiyi әfaldәn,
    Sirrinә yetmәz fәrasәt, ruyi-karın fikr qıl!

    Hәqq özün ayinәvәş rövşәn qılıbdır alәmә,
    Leyk anı bilmәyә qәlbin qubarın fikr qıl!

    Fikr qılma kim, görüm dünyada ol ayinәni,
    Hiç kәs görmәz bu gün, bәs, ruzi-yarın fikr qıl!

    Öylә pünhandır ki, pünhanlıqda olmuşdur әyan,
    Etmә pünhanın tәxәyyül, aşikarın fikr qıl.

    Müxtәsәr, elmi-lәdünni hikmәtin bilmәz bәşәr,
    Әmrinә eylә itaәt, zicrü narın fikr qıl!

    Pәnc ruzin, Salika, pәncahә yetmiş, eylә şükr,
    Etibar etmә cahana, etibarın fikr qıl!

    Bәli, әgәrçi bizim bu tәrәqqi әsrindә çox şeylәrin vә әlamәtlәrin ülumi-mütәnәvveә sayәsindә künhü mahiyyәti açılıb bilinmәkdәdir vә gün-gündәn növbәnöv ixtiraat vә kәşfiyyat olunmaqdadır vә lakin dünyada çox sirrlәr vә hikmәtlәr vardır ki, әqli-bәşәr onları dәrk etmәkdә aciz vә qasirdir.

    Kazım ağa Salikin istәkli vә hәqiqi dostu Salahlı qәryәsindәn Sәdәfoğlu Süleyman koxa imiş ki, o da xoşxülq, әhli-zövqü sәfa bir vücud imiş. Şair xoş günlәrini, eyş-işrәtini vә zövq-sәfasını onunla sürәrmiş. Bu xüsusda Salikin yazdığı kәlamlar şayani-diqqәtdir ki, zeyldә tamamәn dәrc olunur:

    Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
    Bu köhnә gülşәnin güllәrin dәrәk,
    Olaq müştәrәk.
    Aralıqda mәnim-sәnin olmasın,
    Heç kәs bizi ayrı bilmәmәk gәrәk,
    İlla bel, kürәk.

    İlla bel, kürәk ki, ayrı olmayaq,
    Bir dә oruc tutub, namaz qılmayaq,
    Ac vә susuz saralıban solmayaq,
    Badeyi-gülgundan içәk bir çәrәk,
    Öylә kef sürәk.

    Öylә kef sürәk ki, zail olmayaq,
    Tubadәn qeyriyә mail olmayaq,
    Qazinin sözünә qail olmayaq,
    Saqiyi-sadәyә xidmәt göstәrәk,
    Nә istәr verәk.

    Nә ki, istәr verәk ol sadәruya,
    Bәlkә bizlәn gәlә bir göftüguya,
    Biz dә bir az düşәk bu hayhuya,
    Biqafildәn nagәh qapıdan girәk,
    Nә söylәr görәk.

    Nә ki, söylәr görәk Tubayi-sәrxoş,
    Hәr dәm onun ilә olaq hәmağuş,
    Müdam mәclisindә olaq badәnuş,
    Tökün, töküşdürün, bol olsun xörәk,
    Soğan, duz, çörәk.

    Soğan, duz, çörәklә içәk şәrabı,
    Qazi xәbәr alsa verәk cavabı,
    Yaxşı olur yemәk toyuq kababı,
    Әgәr onda toyuq tapsaq bir mәrәk,
    Tamam öldürәk.

    Tәmamәn öldürәk toyuğu, qazı,
    Tәrk elәyәk hәm orucu, namazı,
    Salik, işә salaq samturu, sazı,
    Yıxılmış dünyaya nә vuraq dirәk?
    Çalaq dünbәrәk.

    Yenә mәzkur Süleyman koxaya eyş-işrәt vә zövq-sәfa sürmәyә tәrğib vә tәşviq babında yazmışdır:

    Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
    Meyxanә qapısın edәk güşadә,
    İçәk ziyadә.
    Sәrmәst olub sәrxoş gәzәk sübhü şam,
    Dursun yanımızda saqiyi-sadә,
    Әlindә badә.

    Әlindә badә kim, dursun hәmişә,
    Tövbә nәdir bizdә? Sәng ilә şişә,
    Gәl, çox da düşmәyәk fikrü tәşvişә,
    Dәrdü qәmi gәtirmәyәk heç yadә
    Bu puç dünyadә.

    Bu puç dünyanın ki, çoxdu möhnәti,
    Unutmayaq hәrgiz sazü söhbәti,
    Sәnin ölmüşünә, bunun lәzzәti--
    Әgәr yüz il getsәn olmaz üqbadә,
    Ey Sәdәfzadә!

    Ey Sәdәfzadә, sәnsәn cәvahir,
    Qәdir-qiymәtindir alәmdә zahir,
    İkimiz dә olaq bu işdә mahir,
    Söylәnsin adımız eldә, obadә,
    Yetәk muradә.

    Yetәk murada biz, tapaq Tubunu,
    Tapmarıq cәnnәtdә ondan xubunu,
    Bu dünyanın ha belә mәhbubunu,
    O dünyada biz tapmayaq mәbada,
    Qalaq cәfada.

    Qalaq cәfadavü olaq peşiman,
    Qaçaq düşә bizdәn huriyü qılman
    Nә biz kafir olaq, nә dә müsәlman,
    Mәlul-müşkül qalaq, miskin fәnadә,
    Kim yetә dadә.


    Kim yetә dadә, pәs hәqdәn sәvayi,
    Ya rәb, özün saxla mәn binәvayi,
    Salikәm, söylәrәm hәrzә-hәrcayi,
    Kimsә bilmәz nәdir mәndә iradә,
    Edә ifadә.

    Salikin bu müstәzad kәlamları hәqiqi hissiyyat ilә tәbi-sәlimdәn tәvәllüd etmiş nadir vә bimisl әsәrlәrdir ki, bu cür kәlamlar bir kәsin qәlәmindәn hәnuz vücuda gәlmәyibdir. Hәr iki kәlamda şair dusti-sәmimisi Süleyman koxaya xitab edib, onu kef çәkmәyә vә eyş-işrәt sürmәyә dәvәt elәyir.

    Necә ki, yuxarıda zikr olundu, Süleyman koxa öz әsrinin qanacaqlı, xoşxasiyyәt vә mәclisara adamlarından sayılırmış. Ziyadә çörәkli-duzlu, yeyib-içәn vә kef sürәn bir vücud olduğundan Salik ilә onun xasiyyәtlәri müvafiq gәlir imiş vә aralarında hәqiqi bir ülfәt vә mәvәddәt var imiş. Әksәr övqat günlәrini bir yerdә--zövqü sәfadә keçirәrlәrmiş.

    Әvvәlinci kәlamda şair dostu Süleyman koxanı köhnә gülşәnin güllәrini dәrmәyә, yәni Süleyman peyğәmbәrdәn qalan qoca dünyaya bel bağlamayıb, eyş-işrәt sürmәyә tәklif edib deyir: Biz gәrәkdir elә yaxın olaq ki, aralıqda mәnim-sәnin olmaya. Ancaq bizi bel vә kürәk ayırmağa müqtәdir ola ki, onlar ilә qәbir qazılır. Quru zöhdü taat ilә özümüzü taqәtdәn salmayaq vә oruc tutuban ac vә susuz saralıb solmayaq. Badeyi-gülgundan nuş edib kefimizi kök saxlayaq. Amma bir o qәdәr içmәyәk ki, bihuş vә mәsti-layәqәl olaq vә Tubayi-xubrunu unudub tәrki-әdәblik göstәrәk. Belә mәst olmaq bizә yaramaz!

    Biz gәrәkdir ancaq qazinin bimәzmun sözlәrinә qulaq asmayıb, saqiyi-sadәruya xidmәt göstәrәk vә Tubayi-sәrxoş ilә hәmağuş olub mәclisindә damağımızı saz edәk, töküb-töküşdürәk, hәr nә var xörәyi bol edәk vә o xörәk dә ibarәt olsun soğandan vә duz-çörәkdәn vә toyuq kababından. Bu nәhv mәclisi-eyş saz edib vә oruc-namazı tәrk qılıb, onların әvәzinә samturu vә sazı işә salaq vә yıxılmış dünyaya dirәk vurub dünbәrәk çalaq.

    İkinci kәlamda bu mәzmunda Salik yenә hәmpiyalәsi Süleyman koxaya üz tutub meyxana qapısın güşad etmәyә onu tәklif elәyir. Şikәsti-әhdü peyman babında deyir ki, "tövbә nәdir bizdә? Sәng ilә şişә". Yәni onu sındırmaq çox asandır. Bunun üçün çox da xövf vә tәşvişә düşmәk yaramaz. Bu puç dünyada ki, onun dәrdü möhnәti hәddәn aşıbdır, övqati-әzizәmizi saz vә söhbәtdә keçirәk. Zira ki, nә qәdәr zöhdü ibadәtә mәşğul olsaq da, bunun lәzzәtini üqbada bulmayacağıq. Bәs, belә olan surәtdә Tubayi-xoşәdanı axtarıb tapaq, çünki cәnnәtdә ondan xubunu bulmaq müyәssәr olmayacaqdır. Beş günlük ömrü qәnimәt bilib, fürsәti fövt etmәyәk vә elә bir kef elәyәk ki, adımız eldә-obada hәmişә söylәnsin.

    Üçüncü kәlam vә müstәzadında--ki, atidә dәrc olunub,--şair meyi-gülgundan xәrab vә pәrişan olub vә dünya lәhvü lәәbindәn usanıb dusti-cani olan Sәdәfzadәni başqa bir tәriqә dәvәt vә hidayәt elәyib deyir: Ey Sәdәfzadә, bu dәhri-duna etibar yoxdur, onda nә badә qalır vә nә badәxar, cümlәsi fövt vә hәlak olub gedәsidir: "kullu şeyin halikun illә vәchәhu". İndi vaxtdır vә lazımdır bu qәflәtdәn ayılmaq; xaliqi-biçuna vә xudayi-rәhnumuna sәmimi-qәlblә xidmәt vә itaәt elәmәk. Tuba kimi bir sәrvqamәti gördükdә lazımdır ondan üz çevirmәk, badeyi-gülfamdan vә әrәq kimi haramzadәdәn vә saqiyi-sadәrudan әl götürmәk; daha yaramaz bu dәhri-pürәfsuna aldanmaq vә dünyayi-dәni vә şumә aludә olmaq.

    İndi lazımdır eyşü işrәti tәrk vә saz-samturu şikәst qılıb, әşki-pürxun ilә alәmi qәrq elәmәk, ta ki, bizlәr kimi cürm dәryasına qәrq olanlara xudavәndi-rәhimü bәxşәndә lütfü mәrhәmәt elәsin vә sahili-nicatә yetirsin. Şairin öz kәlamına rücu edәk:

    Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
    Meyl etmәyәk daxi meyi-gülguna,
    Gәnci-Qaruna.
    Әl götürәk dünya lәhv-lәәbindәn,
    Çün etibar yoxdur çәrxi-gәrdunә,
    Bu dәhri-dunә.

    Bu dәhri-duna çün yoxdur etibar,
    Nә bir badә qalır, nә bir badәxar,
    Bu xabi-qәflәtdәn biz olaq bidar,
    Qulluq edәk bir xaliqi-biçunә,
    O rәhnümunә.

    O rәhnümunә biz qılaq itaәt,
    Kәm olmayaq qulluğundan bir saәt,
    Görәndә Tuba tәk bir sәrvqamәt,
    Heç baxmayaq o qamәti-mövzunә,
    Olsa nә gunә.

    Olsa nә gunә biz keçәk badәdәn,
    Dәxi әrәq kimi o haramzadәdәn,
    Әl götürәk ol saqiyi-sadәdәn,
    Aldanmayaq bu dәhri-pürәfsunә,
    Bu bisükunә.

    Bu bisükunә biz sakin olmayaq,
    Çox da dünya üçün fikrә qalmayaq,
    Qan ağlayaq, sazü samtur çalmayaq,
    Qәrq edәk alәmi әşki-pürxunә,
    Abi-Ceyhunә.

    Abi-Ceyhunә mәn qәrqәm, ilahi,
    Sәnsәn qәriblәrin püştü pәnahi,
    Şikәstә Salikin çoxdur günahi,
    Bir lütf eylә sәn ol cürmi füzunә
    Hali zәbunә.

    Dostu Yәhya bәyә hәrcayi sözlәrdәn әl çәkib axirәt üçün tәdarük mühәyya etmәk babında yazmışdır:

    Yәhya, gәl әt götür hәrcayi sözdәn,
    Afitabi-ömrün bulmasın zәval,
    Kәsb et bir kәmal.
    Öylә sanma böylә keçәr dövranın,
    Әgәr bәdr ayısan, eylә bir xәyal,
    Olursan hilal.

    Olursan hilal, qәddin xәmlәnir,
    Yaşadıqca didәlәrin nәmlәnir,
    Әqlü fәhmin günü-gündәn kәmlәnir,
    Gün dolanır, keçәr hәftә, mahü sal,
    Ağarar saqqal.

    Ağarar saqqalın, hәm sözün ötmәz,
    Uşaqlar sözünü hesaba qatmaz,
    Öyüd-nәsihәtlәr beyninә batmaz,
    Düşәr evin içrә hәr dәm qilü qal,
    Olursan aval.

    Olursan aval oğul-uşağa,
    Dığırlarlar sәni üstdәn aşağa,
    Adlanıban ta dönәrsәn mәşşağa,
    Soyarlar pustunu әyalü әtfal,
    Manәndi-çaqqal.

    Manәndi-çaqqal ki, oldun kollarda,
    Baxa-baxa gözün qalır yollarda,
    Günün keçәr biyabanda, çöllәrdә,
    Qalırsan pәrişan, pәjmürdә әhval,
    Misali-abdal.

    Misali-abdal ki, oldun bir sail,
    Söylәdikcә sözün söylәrsәn zail,
    Ondan sonra canın alır Әzrail,
    Münkәr-Nәkir eylәr islamın sual,
    Dilin olur lal.

    Dilin olur lal heyvandan betәr,
    Fәryadına oğul, nә bir qız yetәr,
    Xәstә Salik onda bülbül tәk ötәr,
    Olur cәnnәt quşu, açar pәrü bal,
    Uçar bizәval.

    Mәlum olur ki, bu Yәhya bәy mәrhum Molla Vәli Vidadinin fәrzәndi Mәhәmmәd ağanın oğludur ki, әhli-elm vә sahibi-tәb olduğu ilә belә, bir az zarafatçı vә hәrzәgu imiş. Kazım ağa Salik ilә aralarında zarafat olmağa görә, fövqdә zikr olunan mürәbbeyi-müstәzadı hәzl tәriqi ilә onun şәnindә nәzm qılmışdır. Yәhya bәyin әşarından әlә düşәni olmadı. Vәfat edibdir hicrәtin 1257-ci tarixindә. Salik onun maddeyi-tarixini bu tövr rişteyi-nәzmә çәkmişdir:

    Bu mәzarın sahibi Yәhya bәyi-rövşәnzәmir,
    Şairi-kani-süxәn, hüsni-kәlami binәzir.

    Ol Vidadi xәstәnin fәrzәndiiin fәrzәndidir,
    Vaqif ol kim, Vaqifin hәm bintinin peyvәndidir.

    Çünki getdi bu cahandan, buldu rәsmi-mәğfirәt,
    Oldu tarixi-vәfatı, Salika, "nov axәrәt".

    Salikin bu sözlәrindәn belә mәlum olur ki, mәrhum Yәhya bәy rövşәnzәmir vә xoştәb bir şair imiş vә özü dә iki böyük şairin nәvәsi olduğu üçün babaları Vidadi vә Vaqifdәn tәbi-şeriyyәni irsәn almışdır.

    Yәhya bәyin vәfatından bir il sonra Salik dostunun müfariqәtinә vә xüsusәn, istәkli qızı Xeyransa xanımın vәfatına--ki, ziyadә arifә vә aqilә bir nazәnin imiş,--tab gәtirmәyib, özü dә bu dari-dünyanı tәrk qılıb dari-üqbayә rehlәt buyurmuşdur. Xeyransa xanımın maddeyi-tәrxinin Salik belә inşad etmişdir:

    Bu türbәt türbәti-bir nazәnindir,
    Bihәmdillәh yeri xüldi-bәrindir.

    Deyil tәnha sarayi-mәrqәd içrә,
    Әnisi dәmbәdәm ruhül-әmindir.

    Bu, gәnci-hüsn idi, Salik, yәqin bil,
    Onunçün mәskәni ziri-zәmindir….

    Vәfatı tarixi Xeyrәnnisanın--
    Ki, bir "cim" bir "nun", çar "şin"dir.

    Ömrünün axır çağında dünyayi-dunun bivәfalığından söz açıb öz-özünә xitabәn bu şerlәri inşad qılmışdır:

    Cahan, Salik, bizә çünki fәnadır,
    Duadır xeyrimiz, ancaq fәnadır.

    Nә simü zәr qalıb baqi, nә әmlak,
    Tәfaxür etmәsin hәr kim ğinadır.

    Başın qovğasıdır taci-mükәllәl,
    Әcәl baxmaz, mürәssәdir, minadır.

    Binayi-axirәt tut, ey bәradәr,
    Tomamı bunların çün bibinadır.

    Ağarmış saqqalım gәr sürx görsәn,
    Dü çeşmim qanıdır, sanma hәnadır.

    Bu vaxtlarda şairin sevgili hәmdәmi Tuba dәxi qocalıb әfsürdә vә pәrişan olur. Onların hәr ikisinin zövqü sәfası dәrdü әlәmә mübәddәl olur vә şair Tubayi-şirinhәrәkatın dilindәn aşağıda yazılan şerlәri inşad elәyir:

    Mәn Tubuyam, dövran mәnә zülm etmiş,
    İşvәm әksilibdir, nazım gedibdir.
    Dәxi mәndәn kimsә şadlıq ummasın,
    Gördüyün söhbәtim, sazım gedibdir.

    Әlimdә dairә dövran eylәrdim,
    Çoxların özümә heyran eylәrdim,
    Hәr dәm gәştә çıxıb seyran eylәrdim,
    Qışım qayıdıbdır, yazım gedibdir.

    Gündәn-günә artar nә ahü zarım,
    Gülmәz üzüm, heç açılmaz güzarım,
    Necә әyilmәsin meyli-şikarım,
    Әlimdәn topğunum, bazım gedibdir.

    Baş götürüb burdan qaça bilmәnәm,
    Etdiyim iqrardan keçә bilmәnәm,
    Dәrd budur ki, dәrdim aça bilmәnәm,
    Yar ilә bir gizli razım gedibdir.

    Saliki dünyadan kәm etmә, tarı,
    Söylәnsin mәclisdә şirin göftarı,
    Bir zaman tapılmaz nәzmü әşarı,
    Deyәrlәr, dünyadan Kazım gedibdir.

    Bu şerlәr insanın qәlbini hüzn ilә lәbalәb edir. Bir vaxtı Sәdәfzadә ilә eyş-işrәt sürәn vә dünya qeydini çәkmәyәn, yıxılmış dünyaya dirәk vuran Salik özü yıxılıbdır vә xak ilә yeksan olubdur. Mәclisdә şirin göftarı söylәnmәz vә nәzmü әşarı tapılmaz....

    Kazım ağanın burada zikr olunan kәlamlarından başqa yenә dә gözәl әsәrlәri çoxdur. Onlar bir qayda üzrә tәrtib olunsa, böyük bir cild divan әmәlә gәlәr. Mәrhum Kazım ağa öz әsrinin müqtәdir şairi olduğunu bilib, tәbi-gövhәrbarını belә tәrif elәyir:

    Çini-әşar içrә ancaq tәk mәnәm xaqani-tәb
    Nüktәdә sübhanvәş, hәm tәbdә Hәssantәb.

    Buyi-şerimdәn mәşami-әhli-dil pürәtr olub,
    Gülşәni-nәzm içrә guya ki, mәnәm reyhani-tәb

    Qorxma, Salik, tәneyi-әğyari-biinsafdәn,
    Zәxmdar etmiş qamusin sәndәki peykani-tәb.

    Yenә kәlamı barәsindә demişdir:

    Kәlami-behcәtәngizin mәcalisdә qanan kәslәr
    Deyәrlәr Saliki-gövhәrfişanә: elmi dәryadır.

    Vә yenә fars dilindә yazdığı bir qәzәlin axırında demişdir:

    Ço ğәvvas şәvәd Saleke-nәzmsәnc,
    Bәr arәd qohәrha ze bәhre-ğәzәl. [3]

    [3] Tərcüməsi:
    Şer qoşan Salik qәvvas olarsa,
    Qәzәl dәnizindәn gövhәrlәr çıxarar.

    Mәrhum Salikin haqqında verdiyimiz bu qәdәr mәlumat vә bәyanata iktifa elәdik. Bundan ziyadә nümunәlәr göstәrmәyә mәcmuәmizdә yer olmadı. Şairin rütbә vә mәqamını göstәrmәyә bunlar da kifayәt edәr.

    Kazım ağanın oğlu Yusif ağa dәxi şair imiş. Bәzi rәvayәtә görә, bir neçә abdar kәlamları vardır, amma, mәәttәәssüf, onlardan әlә düşәni olmadı.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kazım ağa "salik" tӘxӘllüs

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1119

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş