KӘRİM AĞA FATEH Kәrim ağa ibn Fәtәli xan «Fateh» tәxәllüs Şәki şairlәrinin bәrgüzidәlәrindәn birisi hesab olunur. Kәrim ağa Şәki xanlarının xanәdanından olmağa görә, nәcib vә alitәb bir zat imiş; familiyası -- Şәkixanov. Mirzә Fәtәlinin müasiri olubdur vә onun xatirini әziz tutarmış vә hәr dәm lәyaqәtli töhfәlәrlә mirzәni yad edәrmiş. Fәtәli xan Şәkidә xanlıq edәn zamanı hicrәtin 1235-ci salında Şәki vilayәti Rusiyanın tәhti-tәsәrrüfünә keçdi vә Fәtәli xan rus dövlәti tәrәfindәn tәsdiq

Bu konu 1088 kez görüntülendi 0 yorum aldı ...
KӘrim ağa fateh 1088 Reviews

    Konuyu değerlendir: KӘrim ağa fateh

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1088 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart KӘrim ağa fateh

    KӘRİM AĞA FATEH


    Kәrim ağa ibn Fәtәli xan «Fateh» tәxәllüs Şәki şairlәrinin bәrgüzidәlәrindәn birisi hesab olunur. Kәrim ağa Şәki xanlarının xanәdanından olmağa görә, nәcib vә alitәb bir zat imiş; familiyası -- Şәkixanov. Mirzә Fәtәlinin müasiri olubdur vә onun xatirini әziz tutarmış vә hәr dәm lәyaqәtli töhfәlәrlә mirzәni yad edәrmiş.

    Fәtәli xan Şәkidә xanlıq edәn zamanı hicrәtin 1235-ci salında Şәki vilayәti Rusiyanın tәhti-tәsәrrüfünә keçdi vә Fәtәli xan rus dövlәti tәrәfindәn tәsdiq olundu.

    Fәtәli xanın fәrzәndi-әrcümәndi Kәrim ağa atasının tәhti-himayәtindә nәşvü nüma tapıb, gözәl tәlim vә tәrbiyә almışdır. Fars vә әrәbcә yaxşı savadı var imiş. Tәbi-sәlim sahibi imiş. Өzlәri әhli-kәmal vә sahibi-hal olduğu üçün ülәma sinfini, üdәba vә şüәranı ziyadә dost tutarmış vә müdam mәclisini onların vücudu ilә müzәyyәn qılıb hәqiqi xan tәrzindә güzәran edәrmiş.

    Kәrim ağa Fateh hicrәtin 1274-cü tarixindә Nuxa şәhәrindә yetmiş beş sinnlәrindә vәfat edibdir.

    Fatehin öz әsәrlәrindәn cәm olunmuş mükәmmәl bir divanı vardır vә lakin tәb olunmamışdır. Әsәrlәrinin çoxu fars dilindәdir; türkcә olanları bunlardır ki, dәrc olunur.

    Peyğәmbәrimiz Mәhәmmәdәl-Mustafa sәllәllahü әleyhin mәdhindә demişdir:

    Düri-dәryayi-rәhmәt, gövhәri-kani-vәfadır bu!
    Güli-gülzari-izzәt, sәrvi-baği-istәfadır bu!

    Şәhi-bәzmi-nәbüvvәt, sәrvәri-mülki-risalәtdir,
    Mahi-bürci-şәrәf, xurşidi-övci-әnbiyadır bu!

    Qılan cәngi-günahı pak kim, abi-şәfaәtlә,
    Mәhәlli-lütfi-hәqq, danayi-sirri-kibriyadır bu!

    Edib dini-mübini alәmi-rәşki-İrәm mülki,
    Salıbdır rәxnәlәr kәffarә, şәri-Mustafadır bu!

    Fәzayi-mәqdәmi tәqbili-әşrafi-mәlayikdir,
    Türabi-bargahi qiblәgahi-övliyadır bu!

    Vücudunda әyan ayati-hәq әrbabi-idrakә,
    Mәqami-qürbdә ayineyi-vәhdәtnümadır bu!

    Kәlami-әltәfi mәxluqә rәhmәt olmağı bişәk,
    Vücudi-әşrәfi dünyayә şәmi-pürziyadır bu!

    Son ol valacәnabın zikrini qıl hәr dәm, ey Fateh --
    Ki, dәrd әhlinә zikri daima eyni-şәfadır bu!

    Qәzәli-Fateh:

    Gәtir qәm dәfinә kim, badeyi-gülrәng, ey saqi,
    Könül ol gülrüxün lәli-lәbinin oldu müştaqi.

    Düşüb sәhralәrә nәxcir çeşmin mübtәlasilә,
    Geyik tәk dәrbәdәr kim, hәm olub vәhşilәr ortaqi.

    Gözüm mәrdümlәri seyli-sirişkin payimalıdır,
    Vәtәn bir kimsә qılmaz, hәr mәkan olsa su oynaqi,

    Әcәbdir mey içib şәhdi-lәbindәn zәhr peydәrpey
    Siyәhtalelәrin dönmәk rәvadır zәhrә tiryaqi.

    Mәni-divanә bәnd oldum sәri-zülfün hәvasindә,
    Cünun әhli olur, әlbәttә kim, zәncir dustaqi.

    Tәbibә eylәdim izhar dәrdim, söylәdi bilmәn,
    Әlacı yoxdur ol zәxmin, dәyibdir qәmzә qeynaqi.

    Könül dağın nihan әğyardәn qıl, әbsәm, ey Fateh --
    Ki, görmәzsәn, nihan qılmış qәrasın lalә yapraqi?

    Mәrhum Kәrim ağa Fatehin burada tәstir olunmuş hәr iki әsәri onun alim vә sahibi-tәbi-sәlim olduğunu göstәrir. Әvvәlinci kәlam -- ki, Fateh peyğәmbәri-valatәbarımızın şәni-alilәri vәsfindә deyibdir,--Nabi әfәndinin kәlamına bәnzәyir. Onun ikinci kәlamı müasiri olan Qasım bәy Zakirin kәlamına oxşayır. Әfsus ki, Fateh türk dilindә başqa әsәrlәr vücuda gәtirmәyibdir; gәtiribsә dә, onlardan bizim әlimizә düşәni olmadı.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: KӘrim ağa fateh

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1088

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş