Kullanıcı Tag Listesi

MOLLA PӘNAH "VAQİF" TӘXӘLLÜS Azәrbaycan türklәrinin mәşhur vә müqtәdir şairi Molla Pәnah hesab olunur ki, bizim әdәbiyyatımızın banisi vә müәssisi adlanmağa onun haqqı vardır. Molla Pәnah öz zamanında bir çox ülum vә fünuna vaqif olduğu üçün özünә "Vaqif" tәxәllüs ittixaz etmişdir. Müasirlәri onun dәrin elmini vә mollalığını müşahidә edib haqqında demişdir: "Hәr oxuyan Molla Pәnah olmaz!" vә bu istilah indi dә Zaqafqaz türklәri arasında bir mәsәli-mәşhurdur. Milli şairlәrimizdәn

Bu konu 781 kez görüntülendi 1 yorum aldı ...
Molla pӘnah "vaqif" tӘxӘllüs 781 Reviews

    Konuyu değerlendir: Molla pӘnah "vaqif" tӘxӘllüs

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 781 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Molla pӘnah "vaqif" tӘxӘllüs

    MOLLA PӘNAH "VAQİF" TӘXӘLLÜS



    Azәrbaycan türklәrinin mәşhur vә müqtәdir şairi Molla Pәnah hesab olunur ki, bizim әdәbiyyatımızın banisi vә müәssisi adlanmağa onun haqqı vardır. Molla Pәnah öz zamanında bir çox ülum vә fünuna vaqif olduğu üçün özünә "Vaqif" tәxәllüs ittixaz etmişdir.

    Müasirlәri onun dәrin elmini vә mollalığını müşahidә edib haqqında demişdir: "Hәr oxuyan Molla Pәnah olmaz!" vә bu istilah indi dә Zaqafqaz türklәri arasında bir mәsәli-mәşhurdur. Milli şairlәrimizdәn onun kimi sadә vә açıq lisanda vә ana dilimizin şivәsindә şer vә qәzәl yazan az olubdur. Müasirlәri ona nәzirә yazmağa sәy vә tәlaş ediblәrsәdә, onun kimi mühәssәnatlı, gözәl vә açıq kәlam söylәmәkdә aciz qalıblar.

    Vaqif ziyadә zövqü sәfa әhli olduğu üçün gözәl mәdhindә xeyli mәrğub vә nazik şerlәr yazmışdır ki, onların cümlәsi qәlbdәn nәşәt edәn hissiyyatdır ki, oxuyanlara dәxi sirayәt edib, onları şövqü hәvәsә gәtirir. Molla Pәnah artıq fәsih vә şirinzәban vә hazırcavab bir vücud imiş ki, hәr qisim mәtlәbi öz mәqamında, münasibi-hal söylәr imiş. Onun hәmәsri aşıq Әli Qaracadaği Kәlibәri Molla Pәnahı bu gunә tәrif edibdir:

    Bu gövhәr sözlәrin, ey alicәnab,
    Tamam aşiqlәrin sәminә gәlmiş.
    Fәsahәtdә, bәlağәtdә sәnin tәk
    İnanma ki, ruyi-zәminә gәlmiş.

    Bu әsrdә şairlәrin xanisәn,
    Müdәrrisә bәrabәrsәn yәni sәn,
    Elmin mәdәnisәn, gövhәr kanisәn,
    Eşidәnlәr sözün dәminә gәlmiş.

    Aşiq oldum bir qamәti-rәnayә,
    Onu sevdim, canım düşdü bәlayә,
    Vallah, billah, sәn düşdüyün sövdayә,
    Artıq mәn fәqirin sәrinә gәlmiş.

    Әli çәkәr geçә-gündüz ahü zar,
    Kәsildi müdara, getdi ixtiyar,
    Vaqif olsun bu mәnadәn xәbәrdar,
    Mәdinә kuyinә Sәkinә gәlmiş.

    Molla Pәnahın әsli Qazax mahalından, bir rәvayәtә görә Hәsәnsu kәndindәn vә qeyri bir rәvayәtә görә Salahlı qәryәsindәndir. Axırıncı rәvayәtin doğru olmağına bir para dәlillәr mövcuddur. Belә ki, Molla Pәnahın nәslindәn indi dә Slahlı qәryәsindә vardır ki, "Mehdioğlu" lәqәbi ilә mәşhurdurlar. Çünki Molla Pәnahın babası Mehdioğlu adlanırdı vә onlar Sarıqamış adlanan yerdә olurdular. Sarıqamış keçmişdә Salahlı qәryәsinin sәfalı bir hissәsi idi. Mәlum ola ki, Salahlı qәryәsi Molla Pәnahın әsrindә özgә bir mәkanda idi. Onun mövqeyi Kür çayının sağ tәrәfi idi vә özü dә çaya çox yavuq idi. Müruri-әyyam ilә yaz fәslindә mәzkur çay daşdıqca Salahlı kәndini basıb vә qumsal yerlәri yuyub vә orada olan dam-daşları uçurub tәlәf edib. Ona binaәn Salahlı әhalisi әvvәlki yurdlarını tәrk edib kәnara açıqlığına çıxıblar vә bu halda basәfa yerdә özlәri üçün gözәl tәmirat tikdirib orada olurlar.

    Molla Pәnahın Salahlı qәryәsindәn olmağına öz yazdığı şerlәr dәxi şәhadәt verir. İbrahim xan bir vaxtı Tiblisә sәfәr edәndә Molla Pәnahı dәxi özü ilә aparıb vә әsnayi-rahda Molla Pәnah xandan izn alıb, öz vәtәnini vә qohum-әqrәbasını ziyarәt etmәk üçün gәlibdir. Vә lakin burada bir neçә gün iqamәt etdikdәn sonra öz әhlü әyalının müfariqәtinә tab gәtirmәyib, münasibi-hal bu fәrdlәri deyibdir:

    Vәtәn xoşdur, deyә, Vaqif, mәni çәkdin Salahlıya;
    Nәdir onda sәlahın kim, çü yari-canfәza yoxdur.
    Әzәl başdan şәkәrlәblәr olurdu Sarıqamışda,
    Gәlib sordum sorağın, şimdi onlardan sәda yoxdur.

    Hicrәtin 1172-ci ilindә--ki, tarixi-mәsihiyyәnin 1759-cu sәnәsinә mütabiqdir,--Gürcüstan padşahı İrakli xanın vaxtında vә Qazax mahalının vәkili Pәnah ağanın zamanında bir para şuriş vә inqilabın vüquuna görә Qazax mahalından bir neçә elat Gürcüstan hökumәtinin zülm vә tәәddisindәn tәngә gәlib, Qarabağ vilayәtinә köçüb gediblәr. Mәzkur elat bunlardır: Qaraçarlı, Cinli, Salahlı, Dәmirçihәsәnli, Qızılhacılı, Qaraqoyunlu, Alpaut, Sәfikürd, Boyәhmәdli, Kәngәrli, Xәlfәli vә qeyrilәri. Bu köçmәk elat içindә "eldöndü" adlanır. Mәzkur elatın tәmamisi köçmәyib, onlardan bәzi oymaqlar öz vәtәnlәrindә qalmağı qürbәt vilayәtә köçmәyә tәrcih ediblәr.

    Molla Pәnah dәxi öz obası ilә müttәfiq Qarabağa hicrәt edib Cavanşir mahalında sakin olur. Mәlum ola Qazaxdan köçәn obaların çoxusu Cavanşir mahalında Tәrtәrbasarı özlәri üçün mәhәlli-iqamәt intixab ediblәr. Molla Pәnah bir neçә vaxt tәzә vәtәnindә qalıb, oradan Şuşa şәhәrinә azim olur. Әvvәl vaxtlarda Molla Pәnahın mәaşı çox tәng keçirmiş. Bu barәdә hәzl tәriqi ilә münasibi-hal bu şerlәri yazıbdır ki, onun pәrişan halını vә şikәstә xatirini eyni ilә bәyan edir:

    Bayram oldu, heç bilmirәm neylәyim.
    Bizim evdә dolu çuval da yoxdur.
    Dügiylә yağ hamı çoxdan tükәnmiş,
    Әt heç әlә düşmәz, motal da yoxdur.

    Allaha bizmişik naşükür bәndә,
    Bir söz desәm, dәxi qoymazlar kәndә,
    Xalq batıbdır noğla, şәkәrә, qәndә,
    Bizim evdә axta zoğal da yoxdur.

    Bizim bu dünyada nә malımız var,
    Nә dә evdә sahibcәmalımız var,
    Vaqif, öyünmә ki, kamalımız var.
    Allaha şükür ki, kamal da yoxdur.

    Molla Pәnah ziyadә maddәli, elmli vә zirәk bir adam olduğuna görә, әlbәttә, hәmişә zillәt vә üsrәt ilә güzәran etmәyәcәk idi. Onun ağır günlәri vә kasıblığı tezlik ilә xeyrә vә xoş günә mübәddәl oldu. Qala şәhәrinә varid olandan sonra Molla Pәnah, bәzi rәvayәtә görә, indiki Saatlı mәhәllәsindә tәlimi-әtfal üçün bir mәktәb açır. Şuşa şәhәrindә әvvәl güşad olan Molla Pәnahın mәktәbi olubdur. Burada Molla Pәnah uşaqlara dәrs demәyә mәşğul olub, yavaş-yavaş tәzә bina olunmuş şәhәrdә özünә dost vә aşina cәm elәyir. Öz fitrәt vә qabiliyyәti sayәsindә az vaxtda şöhrәt vә hörmәt kәsb edib, Qarabağın әyan vә әşrafı arasında mötәbәr vә lәyaqәtli adamlardan birisi hesab olunur.

    İbrahim xanın müqәrrәblәrindәn bir nәfәri onun yaxın dostu imiş vә xanın sarayında olan әhvalatdan hәr dәm Molla Pәnaha söylәrmiş. Molla Pәnah artıq hәvәs vә diqqәtlә haman әhvalata vә xandan sadir olan hökm vә әmrlәrә qulaq asarmış. Bir dәfә xanın bir şikayәtçiyә etdiyi ziyadә bimәzmun vә gülünc binagüzarlığını Molla Pәnah eşidib, öz xәyalından keçirir ki, mәn tezlik ilә gәrәkdir xana müdәbbir vә mәslәhәtçi olam. Vә filhәqiqәtә çox çәkmir ki, Molla Pәnahın tәrif vә tövsifi xanın qulağına çatıb, onu hüzuruna dәvәt elәyir vә xan mollanın elmü kәmalına vә adabü әxlaqına diqqәt yetirәndәn sonra onu bәyәnib, eşikağası mәnsәbini ona verir vә sonralardan Molla Pәnahın kәmalının dәrәcәsini vә sahibi-әqlü tәdbir olmasını anlayıb, onu özünә әvvәlinci müdәbbir elәyir. Belә ki, xanın cәmi işlәrinә dәxlü tәsәrrüfü olur.

    Molla Pәnahın Qarabağa--İbrahim xanın qapısına düşmәyinә özgә bir rәvayәt dә budur ki, Molla Pәnah Daşsalahlıda mәşhur Şәfi әfәndidәn elm tәhsil edir imiş. Daşsalahlıda molladan bir xәta üz vermәyә görә, orada artıq qala bilmәyib gedir yaylağa. Çün o vaxtı yay mövsümü imiş. Şәfi әfәndi Molla Pәnahın dağa getmәyindәn xәbәrdar olub izhari-tәәssüf edir ki, heyfa ki, Molla Pәnah elmini tamam elәmәdi vә öz arvadına deyir ki, son axırda eşidәrsәn ki, Molla Pәnah böyük bir şәxs olacaqdır. Çünki o, çox zirәk, maddәli vә cövhәrli adamdır.

    El dağdan enәndә Molla Pәnah vәtәninә qayıtmayıb, Gәncә tәrәfә azim olur vә orada Şah Abbas mәscidinin canibindәki hüceyrәlәrin birisindә özünә sığınacaq tapıb yenә başlayır tәhsili-elmә mәşğul olmağı. Bu heyndә Qazax mahalından bir qarının oğlu Cavad xanın әmri ilә Gәncәdә dustaq imiş. Arvad mәscidә gәlir ki, xana әrizә yazdırıb versin, taki xan onun oğlunu azad elәsin.

    Molla Pәnah qarının әrizәsini yazıb verir vә ona bәrk tapşırır ki, xan soruşsa, demәsin ki, әrizәni kim yazıbdır.

    Qarının әrizәsi Cavad xana ziyadә xoş gәlir vә ondan soruşur ki, bunu kim yazıbdır. Qarı әavәlcә cavab vermir. Amma xan tәkid edәndәn sonra Molla Pәnahı nişan verir. Xan Molla Pәnahı hüzuruna çağırıb, ondan soruşur ki, bu әrizәni sәnmi yazıbsan? Molla cavab verir ki, bәli, mәn yazmışam. Xan ona tapşırır ki, bundan sonra mәnә hәr nә әrizә yazılsa, tamamını sәn yaz vә hәr birinә bir qızıl qәlәmhaqqı al vә Molla Pәnah bu sayaq edirmiş. Bir neçә vaxtdan sonra İbrahim xan Gәncәyә Cavad xanın mülaqatına gәlibmiş. Burada İbrahim xan Cavad xandan bir qabil mirzә tәmәnna edir. Cavad xan Molla Pәnahın elm vә mәharәtini ona tәrif edib, öz qonağına mirzә verir vә ona tapşırır ki, oradan mәrhәmәt nәzәrini kәsmәsin. İbrahim xan xoşhallıq ilә onu qәbul edib, özü ilә Qarabağa aparır, orada onu özünә әn müqәrrәb şәxslәrdәn birisi edir.

    Amma bizim anladığımıza görә, әvvәlki rәvayәt gәrәkdir artıq sәhih olsun vә Әhmәd bәy Cavanşir dәxi Molla Pәnahın barәsindә rus dilindә yazdığı bir fәqәrә ona şәhadәt verir ki, Molla Pәnah öz elatı ilә XVIII әsrin әvaxirindә Qazax mahalından köçüb Qarabağa gәlmişdi. Әvvәl dәfәlәrdә Mollanın artıq üsrәt ilә güzәran etmәyini Әhmәd bәy dә tәsdiq edib, sonralardan onun öz elm vә mәrifәti sәbәbindәn xana müqәrrәb olmasını göstәrir.

    1209-cu sәneyi-hicriyyәdә--ki, miladın 1795-ci ilinә mütabiqdir,--Ağa Mәhәmmәd şah әsakiri-әzim vә lәşkәri-kәsir götürüb, Qarabağı vә Tiflisi vә İrәvan vә Gәncә vә Talış vilayәtlәrini tәsxir etmәk üçün röyәti-әzimәt әfraştә edib Azәrbaycana varid oldu. Onun mәşhur sәrkәrdәsi şahsevәn Әliqulu xanı bir para sair xanlar ilә İrәvan qalasını tәsxir etmәk üçün tәyinü müqәrәr buyurub, özü dәxi İran qoşunun tamamәn götürüb, cәmiyyәti-firavan vә әsakiri-bipayan ilә Şuşa qalasın tәsxir etmәyә vә İbrahim xana tәnbeh etmәyә Arazdan keçib, Qarabağa varid oldu vә qalanın on iki mәnzilliyindә ordusu ilә düşüb aramyab oldu. Mәlum ola ki, ol vaxtda Tiflis valisi İrakli xan vә İrәvan hakimi Mәhәmmәd xan vә Talış hakimi Mirmustafa xan İbrahim xan ilә and içib sözbir olmuşdular ki, heç vaxt Ağa Mәhәmmәd şahın itaәtini qәbul etmәyib bir-birilә müttәfiq vә hәmrәy olsunlar. Bu әhdә görә, Qarabağın elat camaatından xan bir parasına izn vermişdi bәzilәri Tiflis sәmtinә vә bәzilәri İrәvan sәmtinә getmişdilәr vә baqi elatın ki, әksәri dәftәrdә vә siyahidә qoşun cümlәsindәn idilәr, Qarabağın dağlarında vә qalanın içindә sakin olub, çox süvarә vә piyadә böyük vә kiçik toplar ilә amadeyi-cәng olub, qaladarlıq әsbabına mәşğul var idilәr. Otuz üç gün Ağa Mәhәmmәd şah qalanın hәvalisindә әylәndi vә o qәdәr sipahi-әzim ilә qadir ola bilmәdi ki, qalanın üç-dörd verstliyindә olan Şuşa çayının kәnarına yavuqlaşa bilsinlәr.

    Qarabağın atlı vә piyada qoşunu, elat vә dehat әhllәri vә mahali-Dizaq vә Vәrәndә vә Xaçın mәliklәri dәrәlәrdә, meşәlәrdә vә güzәrgahlarda qarәt vә tәsәllüt әllәrin qızılbaş qoşununa açıb, hәr gün onlara zәrәrlәr yetirib vә kәsiblәr gәtirib müzahim olurdular. Mәrhum Mirzә Cәmal vәzir Qarabaği yazır ki, "ol vaxtda mәn hәm özüm İbrahim xanın hüzurunda idim vә hәr gün sadir olan vaqeatı, vәqaye vә әhvalatı görürdüm vә Qarabağ әhli--müsәlman vә ermәni külli qoşun ilә xanın hüzurunda cәngә amadә durmuşdular. Bir gün Ağa Mәhәmmәd şah xanı qorxutmaq vә xövfә salmaq üçün bu fәrdi münasibi-mәqam bilib, divani-qәsaidi-Seyid Mәhәmmәd Şirazı tәxәllüsdәn İbrahim xana yazıb göndәrdi:

    Ze mәncәnәqe-fәlәk sәnge-fetne mibarәd,
    To әblәhane gerefti miyane-Şişe qәrar. [1]

    [1] Tərcüməsi:
    Fәlәyin mançanağından fitnә daşı yağır,
    Sәn әblәhcәsinә Şişә içәrisindә qәrar tutmusan.

    Bu kağız xana yetişәn kimi verdi öz nәdimi-hәzrәti vә müşiri-mәmlәkәti Axund Molla Pәnah "Vaqif" tәxәllüsә. Axund mütaliә edib, filfovr haman mәktubun dalına bu fәrdi özü inşa edib xana verdi vә o da geri yollandı. Haman fәrd budur:

    Gәr negәhdare-mәn anәst ke mәn midanәm,
    Şişera dәr bәğәle-sәng negәh midarәd. [2]

    [2] Tərcüməsi:
    Әgәr mәni qoruyan mәnim bildiyimdirsә,
    O, şüşәni daşın ağuşunda qoruyar.

    Elә ki, Ağa Mәhәmmәd şah bu kәlamı oxudu, atәşi-qәzәbi cuşa gәlib, әmr elәdi ki, qalanı güllәbaran edib, saiqәbar vә atәşkirdar toplara od qoysunlar. Amma nә xan vә nә onun әyanü әnsarı vә dilavәr qoşun sәrkәrdәlәri әsla qorxmayıb, bu gunә tәhdidatı nәzәrә almadılar vә gecә-gündüzlәr Qarabağın atlı vә piyada qoşunu fövc-fövc yolları kәsib, Ağa Mәhәmmәd şahın ordusuna gәlәn azuqә karvanını vә ordudan kәnara çıxan qoşun әhlini vә ulağını tutub öldürüb, әsir vә qarәt edib, xanın hüzuruna gәtirirdilәr. Neçә dәfә Ağa Mәhәmmәd şah öz külli qoşunu ilә hücum etdi ki, qalanı tәsxir elәsin, amma İbrahim xanın rәşid vә qoçaq süvarә vә piyadә әsakiri vә dilir olan sәrkәrdәlәri onun müqabilinә çıxıb, mәrdanә dava edib, onu mәyus vә mәğlub geri qaytardılar. Axırda Ağa Mәhәmmәd şahın әli puça çıxıb, Gürcüstan sәmtinә üz qoydu. Çilәbörd mahalının mәliki Mәlik Cünun vә Gәncә xanı Cavad xan Ağa Mәhәmmәd şahı Qarabağdan salamat çıxarıb, Tiflis sәmtinә vali üstünә aparmağa bәlәdlik vә dәlillik etdilәr. Ağa Mәhәmmәd şah Tiflis şәhәrini fәth vә qarәt edәndәn sonra Muğan sәhrasına qayıtdı, bu qәsd ilә ki, qış fәslini orada keçirib, baharda yenә Şuşa qalasının üstә gәlsin. Amma qışın axırlarında şaha İrandan xәbәr gәldi ki, Şiraz vә Kirman vilayәtlәrindә inqilab düşübdür. Lütfәli xan Zәnd şaha yağı olub, ol vilayәtlәrә tәsәllüt tapıbdır. Bu xәbәri eşitcәk Ağa Mәhәmmәd şah Qala üstә gәlmәyi mövquf edib, İran sәmtinә mütәvәcceh oldu.

    Bu halda Rusiya sәrdarı general Zubov Yekaterinanın әmri ilә Gürcüstan padşahı İraklinin istimdadına Dәrbәnd şәhәrinә yetişdi vә Qalanı müsәxxәr qılıb, Sәlyana gәldi vә oradan Şamaxı hәvalisinin qürbündә ordusu ilә bir gözәl sәhrada әylәşdi. İbrahim xan öz oğlu Әbülfәt xanı Qarabağın neçә şayistә bәyzadәlәri ilә cins atlar vә mәrğub töhfә vә hәdiyyәlәr ilә Zubovun hüzuruna göndәrib, kәmali-riza vә rәğbәt ilә öz xahişilә Rusiya dövlәtinә dil verib, izhari-itaәt qıldı. Vә xülusi-tәmam ilә bir әrizә Molla Pәnaha yazdırıb, imperatoriçә Yekaterinaya göndәrdi.

    General Zubov Әbülfət xana vә onunla gedәn bәyzadәlәrә vә sair elçilәrә artıq hörmәt vә izzәt göstәrib, xanın әrizәsini mәrsul olunmuş mötәmid ilә öz eşikağasına qoşub, Rusiya imperatoriçәsinin qulluğuna göndәrdi vә İbrahim xana yaxşı vә lәyaqәtli tövfәlәr göndәrdi vә onların cümlәsindәn mürәssә cәvahirli әsa xanın müşiri Molla Pәnah Vaqifә tәrsil elәdi.

    Hicrәtin 1212-ci sәnәsindә--ki, tarixi-mәsihiyyәnin 1797-ci ilinә mütabiqdir,--Ağa Mәhәmmәd şah ikinci dәfә, bahar mövsümü olanda sipahi-besyar vә әsakiri-bişümar ilә Qarabağa, Şuşa qalasının üstә gәlmәyә azim oldu vә İbrahim xanın rus imperatoruna itaәt göstәrmәyini eşitmişdi. Ona görә xana onun әdavәt vә küdurәti hәddәn ziyadә idi. Çün o vaxtı Qarabağ vilayәtinә afәti-sәmavi vә әrzi üz vermişdi vә böyük aclıq vә qәhәtlik hüsula gәlmişdi vә necә ki, bu aclığın barәsindә Qarabağın mәşhur müvәrrixi Mirzә Cәmal yazır: "Buğdanın bir çetverti (yәni sәkkiz pudu) yüz manata, arpa vә darının çetverti altmış manata çәtinlik ilә tapılırdı vә xalq at, eşşәk vә qatır әti yeyirdilәr. Onların, әlbәttә, dava vә döyüş etmәyә qüvvәt vә tavanaları yox idi vә hәrә bir tәrәfә dağılmışdı. Çox adamlar aclıqdan hәlak olurdular. İbrahim xan gördü ki, Ağa Mәhәmmәd şahın hücum vә hәrәkәtinә müqabilә etmәk qeyri mümkündür, ona görә labüd öz evini vә әtfal-әyalını vә cannisar olan mülazimlәrini vә bir para mәruf vә xәvassları özü ilә götürüb. Dağıstanın Car vә Tala vilayәtinә azim oldu vә orada Bәlәkanda Ümmә xanın evindә sakin oldu. Vә bu tәrәfdәn Ağa Mәhәmmәd şah davasız vә şavasız Qala şәhәrinә varid olub, İbrahim xanın böyük oğlu general-mayor Mәhәmmәd Hәsәn ağanın imarәtindә әylәşdi vә bu heyndә çox adamları qәtlә yetirdib, Molla Pәnahı zindana saldırdı. Bu qәsd ilә ki, onun haqqında böyük siyasәt elәsin, çünki onun İbrahim xana müqәrrәb olmağını eşitmişdi vә qәdimdәn onunla әlavәti var idi".

    Mirzә Cәmal qalabәyi öz tarixindә Molla Pәnahın ölmәk әhvalatını bu sayaq yazır: "Molla Pәnah bir sahibi-kәmal vә müdәbbir, tәcrübәkar vә xoşgöftar bir adam idi vә özü dәxi İbrahim xanın vәziri vә çox mötәmidi idi ki, ümuri-hökumәtdә [İbrahim xan] Molla Pәnah axundun tәdbiri vә müşavirәsi ilә rәftar edәrdi vә xan dәxi qәlbәn ona inanıb, etimad etmişdi. Belә ki, övladından artıq onun xatirini mәnzur tutardı vә ona çox hörmәtlәr edib, ixtiyari-külli vermişdi. Xan Dağıstana vә Car-Bәlәkana gedәn vaxtda Molla Pәnah, bir rәvayәtlә muğanlı Cәmil ağanın ittifaqı ilә--ki, Tәklә Muğanlı hәm әslәn qәdim Qazax elindәndirlәr,--ikisi Tiflis canibinә getmişdilәr vә oradan Qarabağa müavidәt edәn zamanda vә yainki bir rәvayәtә görә, Ağa Mәhәmmәd şahın qorxusundan Qarabağdan qaçıb, xanın dalısınca o tәrәfә әzm etdiyi halda Gәncә dağlarının hәvalisindә Gәncә hakimi Cavad xan onu özünә ümdә vә böyük sovqat bilib, tutub öz ittifaqı ilә Ağa Mәhәmmәd şahın hüzuruna gәtirmişdi. Çünki şah onun qәtlinә şövqmәnd idi. Elә ki, Molla Pәnahı dәstgir edib Ağa Mәhәmmәd şahın hüzuruna gәtirdilәr, axşam olmağına görә, şah buyurdu ki, onu möhkәm saxlasınlar ki, sübh açılanda onu әzim siyasәtlә qәtlә yetirәcәyәm. Әzqәza iş belә gәtirdi ki, haman gecә şahın özü qәtlә yetişdi vә Molla Pәnah salamat qaldı.

    Çün Molla Pәnahı qürüba bir vә ya iki saat qalmış әlibağlı Mәhәmmәd Hәsәn ağanın imarәtinin qapısına gәtirdilәr ki, şah orada mәnzil etmişdi, Mәhәmmәd Hüseyn xan Qacar sәrkeşbaşı--ki, şaha çox müqәrrәblәrdәn idi,--axundu qapıda әlibağlı görüb, soruşdu ki, bu kimdir? Cavabında dedilәr: "Bu haman Molla Pәnahdır ki, eşidibsiniz". Vә haman dәm ağzını föhş vә latayilata açıb, Molla Pәnaha çox yaman föhşlәr vә itab-xitablәr elәdi. Axundi-biçarә әrz elәdi ki, ey xani-әzimüş-şәn, siz böyük şәxssiniz vә padşahi-İranın mötәmidi vә müqәrrәbi-hüzurusunuz, layiq deyil ki, siz dәstgir vә günahkar vә müqәyyәd vә giriftar vә biçarә dәrmandәlәrә yaman kәlmәlәr vә föhşü hәdyan sözlәr buyurasınız. Sizin rütbә vә mәratibinizә şayistә budur ki, әtvar vә әxlaqi-hәsәnә vә köftar vә rәftari-nәcibanә sizdәn zühur elәsin vә bu günә dәrmandә, әsir vә xayif olan acizlәrә siz gәrәk dildarlıq verib, әltaf vә mәrhәmәt vә әfvü әtayә ümidvar qılasınız, nәinki şahın qәzәbindәn müqәddәm siz qәzәbnak olub, dilazarlıq edәsiniz. Mәhәmmәd Hüseyn xan bu gunә әlamatdan әsla mütәәssir olmayıb yenә föhş vә hәdyanını ziyadәlәndirdi. Molla Pәnah "hәr ke dәst әz can beşuyәd, hәr çe dәr del darәd bequyәd" [3].

    [3] Tərcüməsi:
    Canindan əl çəkən adam ürəyində nə varsa,deyər.

    mәzmununca dәxi tab gәtirmәyib, haman biәdәb xanın cavabını ziyadә föhşkarlıq vә dürüştgöftarlıq ilә verib dedi: "Ey xani-nanәcib, qәzayi-sübhanı vә dövri-zamanı vә müqәddimeyi-fәrdanı sәn nә bilirsәn? Bәlkә sabah şah mәnә әnam vә xәlәt dә verib xoşhal vә azad edәcәkdir vә ya fәlәki-kәcrәftar vә tәqdiri-pәrvәrdigar bir qeyri tәriq ilә yol gedәcәkdir?! Şәbabestonәst, ta çe zayәd sәhәr [4].

    [4] Tərcüməsi:
    Geçә hamilәdir, görәk gündüz nә doğacaq.

    Әgәr dustağәm--dustaği-şahәm. Sәn nәçisәn ki, mәnә bir zәrrәcә asib yetirәsәn. Haman bu gunә göftar vә rәftar sәnin mәhz nanәcib vә naqabilliyinә nişanәdir. Haqq taala kәrim vә rәhimdir. Türklәr mәsәlidir: "Mıxı mismar elәyәn xaliq var". Belә rәvayәt olunur ki, haman gecә ki, Molla Pәnah dustaqxanada mәhbus idi vә sabahı günü gәrәk ona tәnbeh vә bazxast oluna idi, Ağa Mәhәmmәd şahı iki nәfәr pişxidmәtlәri--Sәfәrәli bәy vә Abbas bәy qәtlә yetirdilәr. Molla Pәnah sabaha kimi yatmayıb, başladı. Ağa Mәhәmmәd şahın dünyada neçә müddәt ömür sürmәyini vә nә vaxtı fövt etmәyini hesablayıb cüstücu etmәyә. Buna görә rәml atıb, qism-qism sıfırlar yazıb, onları sağdan sola vә soldan sağa keçirib, çox diqqәtlә hesaba baxanda ona yәqin oldu ki, şah gәrәkdir haman gecә qәtl olunub, bir dә sübh tüluunu vә günün şәfәqini görmәyә onun macalı olmasın. Ürәyi tәskinlik tapıb, zindanböyüyündәn soruşdu ki, şәhәrdә tәzә bir әhval vә şuriş yoxdur ki? O, cavab verdi ki, bir şey bilmir. Molla Pәnahın gözünә yuxu getmәyib, sübh tezdәn yenә zindanbandan istifsar etdi ki, şәhәrdә nә xәbәr var? Şuriş vә inqilab asarı müşahidә olunmur ki? Zindanböyüyü bu sәfәr dә Molla Pәnahın ürәyini sakit edә bilmәyib, cavab verdi ki, o, bir xәbәr eşitmәyibdir. Amma çox çәkmәdi ki, Ağa Mәhәmmәd şahın qәtlә yetişmәk xәbәri şәhәrә dağıldı. Böyük şuriş vә qovğa әmәlә gәldi. Qızılbaş xanlarının hәr birisi sәrasimә vә pәrişan öz tәvabelәri ilә әllәrinә gәlәni götürüb, fövc-fövc yola düşüb qaçmağa şüru elәdilәr vә şәhәr xalqının bәzilәri şah olan imarәtә tökülüb, qarәt etmәyә başladılar. Ağa Mәhәmmәd şahın başını--ki, bәdәnindәn cüda etmişdilәr,--bihörmәt edib, tәpiklәr altına salmışdılar. Tamami dustaqxana әhlini azad etdilәr. Molla Pәnah dәxi sәlamәt zindandan çıxdı; "mıxı mismar elәyәn tanrı" onun dadına yetişdi vә çoxlarını Ağa Mәhәmmәd şahın qәzәbindәn xilas elәdi.

    Şahın bu sayaq mәqtul olmağı Molla Pәnaha ziyadә tәsir edib, aşağıdakı әşarı Molla Vәli "Vidadi" tәxәllüsә--ki, o da әhli-tәb vә onunla birelli idi,--yazıb göndәrdi:

    Ey Vidadi, gәrdişi-dövrani-gәcrәftarә bax!
    Ruzigarә qıl tamaşa, karә bax, kirdarә bax!

    Әhli-zülmü necә bәrbad eylәdi bir lәhzәdә,
    Hökmü adil padşahi-qadirü qәhharә bax!

    Sübh söndü şәb ki, xәlqә qiblә idi bir çıraq,
    Gecәki iqbalı gör, gündüzdәki idbara bax!

    Taci-zәrdәn ta ki, ayrıldı dimağı-pürqürur,
    Payimal oldu tәpiklәrdә sәri-sәrdarә bax!

    Mәn fәqirә әmr qılmışdı siyasәt etmәyә,
    Qurtaran mәzlumu zalimdәn o dәm qәffarә bax!

    İbrәt et Ağa Mәhәmmәd şahdan, ey kәmtәr gәda,
    Ta hәyatın var ikәn nә şahә, nә xunkarә bax!

    Baş götür bu әhli-dünyadan ayaq tutduqca qaç,
    Nә qıza, nә oğula, nә aşina, nә yarә bax!

    Vaqifa, göz yum, cahanın baxma xubü ziştinә,
    Üz çevir ali-әbayә, Әhmәdi-Muxtarә bax!

    Ağa Mәhәmmәd şahın bu gunә hökmi-adili-padşahi-qadirü qәhharın qәzәbinә giriftar olub, qәflәtәn ölmәyi barәsindә Mirzә Cәmal Qalabәyi öz tarixindә bu şeri yazıbdır:

    Ari, bu növ adәt edibdir bu ruzigar,
    Hәrgiz cәlalü şövkәtinә yoxdur etibar.

    Nakam, hәsrәt ilә gәlәnlәr gedib tamam,
    Sultanü xan, mirü gәda, şahü şәhriyar.

    Dilşad olmağa hanı fürsәt zәmanәdә,
    Beş gün murad ilә keçә, haşa, bu kәcmәdar.

    Hәrçәnd Molla Pәnah Ağa Mәhәmmәd şahın әlindәn xilas oldu, amma Mәhәmmәd bәyin әlindә giriftar vә mәqtul oldu. Mәhәmmәd bәy dәxi İbrahim xanın qardaşı Mehrәli bәyin oğlu idi ki, rәşadәt vә şücaәtdә mәşhur bir xoşsurәt vә hünәrmәnd cavan idi ki, hamı xәlayiq onu sayıb hörmәt edәrdilәr. Ağa Mәhәmmәd şah mәqtul olandan sonra Mәhәmmәd bәy onun tamami nәqdi-cinsinә sahib vә mütәsәrrif olub vә Qarabağ әhlini başına cәm edib, bir neçә müddәt, İbrahim xan Bәlәkandәn müraciәt edәnә kimi, hökmranlıq elәdi. Mәhәmmәd bәyin Molla Pәnahı öldürtmәyinә bir neçә sәbәblәr göstәrirlәr. Әzancümlә birisi budur ki, Molla Pәnah İbrahim xanın yanında sahibi-ixtiyar vә müdәbbiri-kar bir şәxs idi. Ol vaxt Mәhәmmәd bәy ona çox hörmәt edәrdi ki, onun vәsatәti vә tәdbiratı sәbәbinә İbrahim xana yaxın ola vә bir para mәtlәblәri vә muradı var idi, xahiş edirdi ki, Mollanın tәdbiri ilә xandan o mәtlәblәr hasil ola. Amma Mәhәmmәd bәyin düşmәni çox idi. Tamam әmizadәlәri vә İbrahim xanın әqrәbaları vә müqәrrәblәri ona hasid vә müanid idilәr vә mane olardılar ki, mәbadә xan Mәhәmmәd bәyi özünә müqәrrәb edә vә hәmә vәqt onun pisliyini xana söylәrdilәr vә Mәhәmmәd bәy bu barәdә Molla Pәnahdan bәdgüman olmuşdu.

    Bir sәbәb dәxi bunu göstәrirlәr ki, Molla Pәnahın Qızxanım adında bir cәmilә övrәti var idi ki, Mәhәmmәd bәy onun hüsnü camalının tәrifini eşidib, ona mәhәbbәt vә әlaqә bağlamışdı. Övrәt cahilә vә cavan, axund qoca vә piran idi vә bundan әlavә Mәhәmmәd bәyin rәşadәt vә şücaәti, xoşәndam vә kamalü fәrasәti vә padşah xәzinәsi әlindә olmağı övrәti dәxi dә ziyadә әlaqәlәndirmişdi vә o, Mәhәmmәd bәyә demişdi ki, nә qәdәr ki, Molla Pәnah hali-hәyatdadır, mәn şәrәn sәnә gedә bilmәrәm vә bu sәbәbә Mәhәmmәd bәy Molla Pәnahın qәtlinә hәris idi vә bir sәbәb dә bu idi ki, bir para bәdxahlar özlәrinin sәlahı üçün Mәhәmmәd bәyi tәhrik etmişdilәr ki, Molla Pәnahı öldürtsün, ta ki, onlar Mәhәmmәd bәyin hüzurunda sahibi-kar vә nәfbәrdar olsunlar. Qәrәz, hәr hal ilә olmuş isә dә, yәqini budur ki, Mәhәmmәd bәyin әmrilә Molla Pәnahı oğlu Әliağa ilә vә bir qövlә görә, Qasım bәy ilә Cıdır düzü adlanan yerdә--ki, Şuşa şәhәrinin günçıxan sәmtindә bir sәfalı yerdir,--hәlakәtә yetiriblәr.

    Belә rәvayәt olunur ki, çün Molla Pәnahı oğlu Әliağa ilә qәtlgaha gözübağlı aparırdılar vә qәtlgah Xәzinә qayası hesab olunurdu--ki, ziyadә dәhşәtli, uca vә sıldırım bir qayadır ki, oradan müqәssirlәri xanın hökmü ilә atarlarmış,--әsnayi-rahda Molla Pәnah onu qәtlgaha apardıqların anlayıb, getmәyә taqәti olmayır vә bilaixtiyar yerә yıxılıb tәvәqqe edir ki, әvvәlcә onu qәtlә yetirsinlәr ki, oğlunun ölmәyini görmәsin. Burada onların hәr ikisini qәtlә yetirirlәr. Haman yerdә Mollanı dәfn edib, qәbrinin üstә günbәz tikdiriblәr ki, "Molla Pәnah günbәzi" adı ilә mәşhurdur. Amma bu halda haman günbәz uçub dağılıbdır. Onu tәzәlәyib qaydaya salmaq Qarabağ şüәra vә üdәbasının mühüm vәzifәlәrindәn hesab olunur. Molla Pәnah qәtl olunubdur haman salda ki, Ağa Mәhәmmәd şahın mәqtul olunması vaqe olubdur, 1212-ci tarixi-hicriyyәdә ki, miladın 1797-ci ilinә mütabiqdir. Qәtlә yetişәn zaman tәxminәn hәştad sinnindә imiş.

    Molla Pәnah Vaqifin asarü әşarına gәldikdә kәmali-tәәssüflә bunu deyә bilәrik ki, onlar әlan nüdrәtәn tapılmaqdadırlar vә Azәrbaycan türklәrinin çoxusu onlardan bixәbәrdirlәr.

    Hicrәtin 1244-cü sәnәsindә--ki, miladın 1828-ci sәnәsinә mütabiqdir,--Mirzә Yusif Qarabaği mәşhur Mirzәcan bәy Mәdәdovun ilhah vә tәvәqqeyinә görә, bir mәcmuә tәrtib elәdi. Haman kitabça "Mәcmueyi-Vaqif" adlanıbdır ki, onun dibaçәsindә müxtәsәrәn Vaqifin tәrcümeyi-әhvalı zikr olunub vә onun әşarından vә kәlamından ümdәlәri әvvәl müәmmәrim vә müxәmmәsat vә ondan sonra qәzәliyyat vә mürәbbat yazılıbdır. Haman mәcmuә 1272 (1856)-ci sәnәdә Teymurxanşurada tәb olunubdur ki, indi çox çәtinlik ilә tapılır. Vә bundan әlavә bir mәcmuә dәxi Adolf Berjenin sәy vә himmәti ilә tәrtib olunub, 1867-ci sәnәdә Leypsiq şәhәrindә çap olunubdur. Әgәrçi bu mәcmuә "Azәrbaycan şüәrasının asarı vә әşarı" adlanır, amma ona ancaq Molla Pәnah Vaqifin, Qasım bәy Zakirin vә bir para Qarabağ şairlәrinin kәlamı daxil olubdur. Belә ki, "Qarabağ şüәrasının asarı" tәsmiyә olunsaydı, dәxi dә haqq vә savab olardı vә cәnab Berjenin mәcmuәsini tәrtib edәn Zaqafqaz müftisi Hüseyn әfәndi Qaibov olubdur ki, ol cәnabın şer vә әdәbiyyata artıq meylü hәvәsi var idi. Bu mәcmuә dәxi әlan çox az tapılır.

    Bundan әlavә Molla Pәnah Vaqifin divani-әşarı sabiqdә "Tәzә hәyat" ruznamәsinin vә bәd "Sәdayi-hәqq"in müdiri mәrhum Haşım bәy Vәzirovun sәy vә ehtimamı ilә 1326-cı sәnәdә--ki, tarixi-mәsihiyyәnin 1908-ci ilinә mütabiqdir,--Badkubәdә çap olunub, "Tәzә hәyat"ın müştәrilәrinә hәdiyyә olaraq paylanıbdır.

    Müştәri olmayanlar üçün nüsxәsi bir manatdan satılmaqdadır.

    Vaqifin әşari-nәfisәsi Vәzirov cәnabları tәrtib qıldığı mәcmuәdә bu qәrar üzrә mәtbudur: müşşәrat, tәrcibәnd, müәşşәrati-müstәzad, müxәmmәsat, müxәmmәsati-müstәzad, qәzәliyyat vә mürәbbeat. Mәcmuәnin başında Haşım bәy Vәzirov Molla Pәnahın tәrcümeyi-halına dair bir para mәlumat veribdir. Vә lakin bu mәcmuәyә yenә dә Molla Pәnah Vaqifin bәzi әşar vә kәlamları daxil olmayıbdır. Hәr halda Haşım bәyin bu zәhmәti şayani-tәhsin vә tәbrik bir әsәrdir ki, onda mәşhur şairimizin asarı cәm olubdur.

    Eşitdiyimizә görә, bu kitab satılıb qurtarıbdır. Onun ikinci dәfә tәb vә ucuz qiymәtә intişar olunması mәmuldur.

    Vaqifin әşar vә kәlamından bir neçәsini nümunә üçün burada yazmaqdan irәli bu müqәddimәni zikr elәmәyi lazım bildik. Molla Pәnah milli şair olduğuna binaәn, onun şer vә qәzәlliyatı bizim Azәrbaycan türklәrinә ziyadә xoş gәlir vә hәr nә onun qәlәmindәn zühura gәlibsә, xah müxәmmәsat vә xah mürәbbeat vә xah qәzәliyyat, tamamisi ürәkdәn vә hәqiqi hәyatdan nәşәt edәn әsәrlәrdir ki, yuxarıda zikr olundu. Bu qisim әsәrlәrdәn masәva Molla Pәnahın bir çox әşar vә әdәbiyyatı dәxi vardır ki, onlarda öz müasirlәrinin ayinü adatı, adabü әxlaqı vә dolanmaları artıq mәharәt ilә rişteyi-nәzmә çәkilibdir. Belә ki, onlar gәlәcәk nәsl üçün böyük bir yadigar mәqamındadır. Hәrgah Vaqif ilә Vidadinin bir-birinә yazdıqları kağızları möhtәrәm oxucularımız mütaliә buyursalar, sözümüzü tәsdiq edәrlәr. Nümunә üçün onlardan bir neçәsini burada göstәririk.

    Molla Vәli "Vidadi" tәxәllüs hәzl vә lәtifә yolu ilә öz dostu Vaqifә yazır ki, Vaqif, sәn nә tez sәnәmlәrdәn usanıbsan ki, onların birini bir inәyә qiymәt elәyirsәn vә bir az vaxt mürur edәndәn sonra onların birini bir keçiyә satacaqsan vә hәtta müştәri naz elәsә, ona minnәt dә edәcәksәn. Sonradan yazır ki, Vaqif, sәnin "ipin dolaşıbdır", düşübsәn araya vә sәni qınamaq da rәva deyil, çünki zәmanә dәyişirilibdir--oğul ataya baxmaz, qız anaya. Möhlәt ver bir övrәt dә mәn alaram erkәn, çatı toxunmaq üçün. Yәni sәnin kimi mәn dә sәnәmlәrin qәdrü qiymәtini ucuz tutaram.

    Vaqif dәxi lәtifә sayağında Vidadinin cavabında xan qulluğunda olmağına dair bu şerlәri yazır:

    Ey Vidadi, yenә xan qulluğunda
    Qaim olub, nә qiymәt eylәrsәn?!
    Yaman gözdәn allah özü saxlasın,
    İxlas ilә, kişi, xidmәt eylәrsәn.

    Belә dursan o qapıda qış vә yaz,
    Yetişәrsәn bir çörәyә sәrәfraz,
    Bu doğru yolunndan әyilsәn bir az,
    Yәqin bil ki, çox xәyanәt eylәrsәn.

    Bizim hәrәmlәrdir Quran oxuyan,
    Üstündәn-başından әnbәr qoxuyan,
    Onlar deyil örkәn, çatı toxuyan,
    Kimin işin kimә nisbәt eylәrsәn?!

    Dolu-dolu qocalıbsan babalıq,
    İndi belә sal kürkünә yamalıq,
    Pis övrәtin peşәsidir cul, alıq,
    Yaxşılara onu nisbәt eylәrsәn?!

    Qapıda uzadar uzun gәbәni,
    Sayıq dur toyuğa yedirmә dәni,
    Övrәt döyә-döyә öldürür sәni,
    Nә belә yatırsan, qәflәt eylәrsәn.

    Sizdә ki, bir övrәt qurar bir palaz,
    Boşalıb, olanda әbrişi nasaz,
    Çağırır, çaxdırır hәr yerinә paz,
    Günün qulağı ta oradan batır.

    Xoş halına sәnin, uzun dırnaqlı,
    Baldırı çirmәkli, yalın ayaqlı,
    Yorğanı, yasdığı tozlu, torpaqlı
    Hәmdәm ilә hәr dәm söhbәt eylәrsәn.

    Әllәrin, üzlәrin yuduqları yox,
    Yaşlarında doğru dediklәri yox,
    Hazır çobandılar, düdüklәri yox,
    Onlar ilә necә ülfәt eylәrsәn?!

    Günün qulağı ta oradan batar,
    Mitilin bürünәr çaşta dәk yatar,
    Öz evini tamam özgәyә satar,
    Әgәr yanın bir dәm xәlvәt eylәrsәn.

    Qәribә hal budur ki, yüz ildәn bəri bizim tәrәkәmә xalqının dolanacağı dәyişilmәyibdir. Necә ki, Vaqifin әsrindә onlar narahat vә natәmiz vә fәna bir halda güzәran edirdilәr, indi dә haman qәrar üzrә mәişәt etmәkdәdirlәr. Tәrәkәmә övrәtlәrinin çoxusu әsla tәmizlik bilmәzlәr. Necә ki, şair onları vәsf edir, uzun dırnaqlı, baldırı çirmәkli, yalın ayaqlı, yorğanı, yasdığı tozlu-torpaqlı, hәmin bizim tәrәkәmә xalqının övrәtlәridir ki, әllәrin, üzlәrin hәftәdә bir dәfә yumazlar, başların daramazlar, danışmaq bilmәzlәr vә örkәn, çatı toxumaqdan qeyri bir şeyә qabiliyyәtlәri yoxdur. Hәqiqәtdә "hazır çobandılar, düdüklәri yox". Bunlardan әlavә, Vaqifin tәrifi-çuxa, nimtәnә, kürk, tüfәng vә vәsfi-hәmmam vә mәdhi-valiyi-Gürcüstan barәsindә yazdığı müxәmmәslәr bәzilәrә boş vә bimәzmun gәlir isә, hәqiqәtdә әhli-mәrifәt nәzәrindә gözәl әsәrlәrdir. Yüz sәnә bundan irәli ata-babalarımızın dolanacağını, adabü әxlaqını, libas vә tәamlarını, arzu vә tәmәnnalarını, fikir vә xәyalatını vә filcümlә, ol әsrin övza vә dәstgahını Vaqif әleyhir-rәhmә--ki, sözün ustadi-bimisli hesab olunur,--gözәl әşar vә kәlami-abdar ilә yazıb, gәlәcәk nәsl üçün unudulmayan bir әlamәt vә yadigar qoymuşdur. Mәsәlәn, Vaqif özü hәm molla vә şair isә dә, vaxtın tәqazasına görә onun meyl vә könlü silah vә әslәhәyә dәxi olub, igidlik iddiasına hәm düşürmüş vә mәqami-zәrurәtdә özü yaraq götürüb davaya çıxarmış. Bu cәhәtdәn şairin Şirvan hakimi Mәhәmmәdhәsәn xandan tüfәng arzu vә tәmanna etmәyi gәrәk bizә әcib gәlmәsin vә tüfәngә onun nә qәdәr meylü şövqü olmağı şairin öz sözlәrindәn görünür:

    Qıvrılır könlüm tüfәngdәn dәm vuranda mar tәk,
    Od çıxar ağzından ol dud ilә çaxmaq bar tәk,
    Güllәsi әşkim әsәr çeşmim şәrarı nar tәk,
    Müşk, barut әtrilә hәm türreyi-tәrrar tәk,
    Etmәdi mütlәq dimağımı müәttәr bir tüfәng.

    Şairin tәlәb etdiyi tüfәng gәrәkdir hәr cәhәtdәn bieyb vә mümtaz olsun, yoxsa o, hәr bir sınıq-sökük tüfәng arzusunda deyil:

    Hәr kim istәr kim, vücudi mәrәkә ara gәrәk,
    Kәndi zatından silahü әslәhә әla gәrәk,
    Güllәsilә xuni-әda tökmәyә sövda gәrәk,
    Gәr tüfәng olsa, bizә mümtazü bihәmta gәrәk,
    Vaqifa, yoxsa, deyil mәqbulumuz hәr bir tüfәng.

    Mәhәmmәdhәsәn xan Şirvani Vaqifin xahiş vә tәmәnnasını, әlbәttә, yerinә yetirib vә özü gözәl bir şeri-müxәmmәs yazıb tüfәng ilә ona irsal etmişdir vә haman kağızda Vaqifin şer vә kәlamına tәhsin oxuyubdur:

    Şerinә tәhsin ki, yetmәz hiç bir әşar ona,
    Hәr kimin var isә hәddi, söylәsin göftar ona,
    Kimsә lәb tәrpәtmәsin kim, gәlmәz istifsar ona,
    Eybdir Müştaqdәn bu sözlәri izhar ona,
    Tutmasın nәzm rәkakәt, var isә kәmtәr tüfәng.

    Vaqifin gözәl әşarlarından birisi dә Tiflisin tәrifindә yazdığı müxәmmәsdir ki, onda Tiflis gözәllәrin tәrif edib, hamamlarda tәbiәtdәn cari olan suları vә Kür çayının suyunu vәsf qılıbdır, valinin mәdhi ilә xәtmi-kәlam edir. Haman müxәmmәsdә Vaqif Tiflisi dünya şәhәrlәrinin cәnnәti hesab elәyir ki, ona huri vә pәrinin cәmiyyәti yığılıbdır vә hәr bir qism nemәt ilә haqq-taala o mәkanı mәmlüvv qılıbdır. Belә ki, şair baği-rizvanda dәxi Tiflisin gözәllәri kimi mәhvәşlәri tәsәvvürә gәtirә bilmir:

    Baği-rizvanda әgәr huriyü qılman çoxdur,
    Bu gözәllәr kimi mәqbulü müzәyyәn yoxdur.
    Nәslbәrnәsl gözәllik bulara buyruqdur,
    Mәn görәnlәr ki, mәlәkdәn, pәridәn artıqdur,
    Hәlә derlәr ki, bulardan dәxi әlaları var.

    Hamamların barәsindә yazmışdır:

    Yeddi hәmmam, nә hәmmam ki, sәrmәnzili-hur,
    Hәşt cәnnәt kimi hәr guşәsi bir mәtlәi-nur,
    Bir әcәb abi-rәvan gәrm qılıb onda zühur,
    Şükr tәqdirinә, ey qadirü qәyyumü qәfur,
    Lütfünün bәndәlәrә nemәti-üzmaları var.

    Mәnbәi-cudü kәrәmdәn açılıb dürri-xoşab,
    Basәfa hovza dәmadәm tökülür misli-gülab,
    Görsә bir kәrrә onu mәn kimi bir xanәxәrab,
    Getmәz ondan dәxi bir canibә manәndi-hübab,
    Getsә dә badә başı, mәnzilü mәvaları var.

    Gürcüstan valisinin haqqında bu sayaq xeyir-dualar elәyir:

    Vaqifa, sәndә ki, yoxdur bilirәm zöhdü riya,
    Şәrti-ixlas gәrәk eylәyәsәn şimdi әda,
    Eylә bu valiyә, oğlanlarına xeyr-dua,
    Saxlasın onları öz hifzi-pәnahında xuda,
    Hasil etsin nә qәdәr dildә tәmәnnaları var.

    Özgә bir müxәmmәsindә Vaqif valinin oğlu Eulon xanı belә tәrif elәyir:

    Valinin çeşmi-çırağı, vәh nә türfә can imiş,
    Külli Gürcüstanın üstә sayeyi-sübhan imiş,
    Düşmәni pamal edәn sәrdari-valaşan imiş,
    Alәmin sәrdәftәri, adı Eulon xan imiş,
    Saxlasın allah pәnahında, әcәb oğlan imiş.

    Hiç yoxdur nisbәti özgә diyarın xanına,
    Bir cavandır kim, yaraşır padşahlıq şanına,
    Dәymәsin afәt yeli, ya rәb, güli-xәndanına,
    Sәrbәsәr alәm gәrәkdir baş әyә fәrmanına,
    Taqi-әbruyi-lәtifi qibleyi-iman imiş.

    Xoş tamaşa eylәdim, gördüm tamam әtvarını,
    Çox bәyәndim özünü, hәm lәhceyi-göftarını,
    Maşallah, zahir etmiş ululuq asarını,
    Belә sandım ki, mәlәkdir әvvәla didarını,
    Xeyli çağdan sonra bildim ki, gözәl insan imiş.

    Sair oğlundan xanın gәr olmadıq biz ruşinas,
    Manei yox, onları hәm eylәdik bundan qiyas,
    Bu çiraq böylә çiraqdır, eylәmiş nur iqtibas,
    Vaqifa, sәn qıl xudayә hәr zaman şükrü sipas,
    Valinin ocağı böylә gün kimi taban imiş.

    Bu әşardan mәlum olan budur ki, Vaqif İbrahim xan ilә vә yainki muğanlı Cәmil ağa ilә bir yerdә Tiflisә gedәn zamanı İrakli padşahın oğlu Eulon xan ilә görüşübdür vә bәlkә onun xәlәt vә әnamına nail olubdur. İştә bu münasibәtlә onu tәrif vә tövsif elәmişdir. Hәmçinin Vaqif Tiflisdә olan vaxtda vә ol beytüs-sәfanı seyrü tamaşa edәn әsnada onun gözü kәlisadan çıxan tәrsa qızlarına sataşıb vә onlardan birisi şairi valeh vә heyran edibdir:

    Vaqifәm, ta ki, gözüm onun sataşdı qaşına,
    İstәdi mehrabü mәnbәrdәn xәyalım daşına,
    Şimdi bildim ki, nә gәlmiş Şeyx Sәnan başına,
    Ya budur kim, Tiflisi qәrq eylәrәm göz yaşına,
    Ol sәnәm vәsli mәnimçün ya kәlisadәn çıxar.

    Xan qızının Şuşa qalasından çıxıb, Gәncәyә getmәyini dәxi Vaqif suznak sözlәr ilә nәzmә çәkib vә gözlәrinә xitabәn deyir ki:

    Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın
    Peykanı çıxıb zәxmi-cigәrdәn gedәcәkdir.

    Bu xüsusda yazdığı müxәmmәsi şair bu bәnd ilә tamam edir:

    Yarın sәnә iqrarı gәr iqrar isә, Vaqif,
    Hәr dәrdi-dilindәn ki, xәbәrdar isә, Vaqif,
    Sәbr eylә, әgәr yar sitәmkar isә, Vaqif,
    Çәk başına, bir fikrin әgәr var isә, Vaqif--
    Kol sәrvqәdin sayәsi sәrdәn gedәcәkdir.

    Mirzә Cәmalın tarixindә İbrahim xan ilә Cavad xanın mabeynindә qәrabәt olduğu yazılmışdır. Vaqifin bu müxәmmәsinin bir bәndindәn belә anlaşılır ki, xan qızını Gәncәyә gәlin aparırlarmış:

    Saqi, nә durubsan, sölә, dövran yola düşsün,
    Hamı dağılıb, mütrübi-xoşxan yola düşsün,
    Çalsın dәfü ney, nalәvü әfğan yola düşsün,
    Bu gecә gәrәkdir irәli can yola düşsün,
    Fәrda ki, sürahiqәdü gәrdәn gedәcәkdir.

    Vaqifin mәşhur müxәmmәslәrindәn birisi dә övsafi-dilbәr barәsindә yazdığıdır. Rәşid Әfәndiyev "Şaki" tәxәllüs yazdığı nәzirә dә Mәhәmmәd әleyhissәlamın mәdhi barәsindәdir.

    Vaqif:

    Gülşәn sәnә yoxdur bu nәzakәtdә qәrinә,
    Kuyin çәmәni tәnә vurar xüldi-bәrinә,
    Sünbül onu görgәc özünü saldı qәminә,
    Bәh, bәh, nә әcәb, şükr xudanın kәrәminә,
    Olmaz belә qamәt, belә gәrdәn, belә sinә.

    Şaki:

    Quranı xuda nazil edib bәndәlәrinә,
    Tәklif edib onunla qamu alәmi dinә,
    Vәhyi gәlib ol müxbiri-siddiqül-әminә,
    Atasıdır Abdulla, anasıdır Әminә,
    Olsun sәlavat ruhi-rәsulüs-sәqilinә.
    İsmi ki, Mәhәmmәd, yox mәdhinә hacәt, qurban ola ümmәt
    Bir sahibi-elmә, bir xazini-fәnnә, bir baniyi-dinә,
    Qurban belә elmә, belә fәnnә, belә dinә,
    Bәh, bәh, nә deyim, şükr xudanın kәrәminә.

    Vaqifin müxәmmәsi-müstәzadından әn mәrğubu budur:

    Ey zülfü siyәh, sinәbi әbyәz, gözü alә,
    Nә türfә cavansan!
    Ağzın kimi yox qönçә, yanağın kimi lalә,
    Gülzari-cinansan!
    Görsә yüzünü mәh yetәr, әlbәttә, zәvalә,
    Xurşidi-cahansan!
    Heç bәndә sәnә olmaya, ya rәb ki, hәvalә,
    Sәn afәti-cansan!
    Söz yox bu zәnәxdanü rüxә, bu xәtü xalә,
    Xubluqda әyansan!

    Dibaçeyi-lövhә qәlәmi-katibi-qüdrәt
    Yazmış sәni әvvәl,
    Heç adәmә üz vermәmiş әsla belә surәt,
    Pürzinәtü seyqәl,
    Zülfün sözü hәr nüsxәdәdir, ey pәritәlәt,
    Bir şәrhi-mütәvvәl.
    Göydә yetirәr müttәsil ayә, günә xiclәt,
    Hüsnündәki mәşәl.
    Müjganın urar tәnә oxun göydә hilalә,
    Xub qaşı kamansan!

    Rәftari-qәdin eylәdi sayә kimi pamal
    Şümşadı çәmәndә.
    Qan ağladar ol qönçeyi-xәndanı mәhü sal,
    Lütfündәki xәndә.
    Sultani-cahan sәrvәrisәn, sahibi-iqbal,
    Alәm sәnә bәndә.
    Göftarın edәr tutiyi-şәkkәrşikәni lal,
    Hәr nitqә gәlәndә.
    Sәn Xosrov olubsan, bәli, hәr şәhri-mәqalә
    Şirini-zamansan!

    Sәnsәn, sәnәma, cümleyi-xubanә şahәnşәh,
    Yox sәn kimi dilbәr.
    Bürqә üfüqündәn ki, üzün bir çıxa nagәh,
    Xurşidә bәrabәr,
    Salır özünü ziri-niqabә şәfәqi-mәh,
    Manәndeyi-әxtәr.
    İnsan ola bilmәz bu sifәt pakü münәzzәh,
    Cәm olsa sәrasәr.
    Sәn cinsi-mәlәksәn yetişibsәn bu kәmalә,
    Ya ruhi-rәvansan?

    İsna әşәrә çakәri-kәmtәr ola Vaqif,
    Sәrdaridir әla,
    Xaki-dәri-övladi-peyğәmbәr ola Vaqif,
    Neylәr dәxi dünya?
    Ol gündә ki, hәngameyi-mәhşәr ola, Vaqif,
    Tut damәni-mövla!
    Fәryadrәsin heydәri-sәfdәr ola, Vaqif,
    Xövf eylәmә әsla!
    Sәn qәrqsәn hәrçәnd ki, dәryayi-vәbalә,
    Tövfiq bulansan!

    Molla Pәnahın gözәllik babında vә dilbәr vәsfindә yazdığı qafiyәlәr bir o qәdәr lәtif, açıq vә aydın sözlәr ilә nәzmә çәkilmiş kәlamlardır ki, nә qәdәr cövhәrsiz vә mәrifәtsiz adam onları eşitsә, mütәәssir vә mәsrur olar. Nümunә üçün bir neçәsini zikr edәk;

    Ay qabaqlı, bulut zülflü gözәlin
    Duruban başına dolanmaq gәrәk.
    Bir evdә ki, böylә gözәl olmaya,
    O ev bәrbad olub talanmaq gәrәk.

    Sәrxoş durub sarayından baxanda,
    Ağ gәrdәnә hәmayillәr taxanda,
    Qaşa vәsmә, gözә sürmә yaxanda,
    Canım eşq oduna qalanmaq gәrәk.

    Çıxa sarayından canlar alan tәk,
    Xişmә gәlә gәh-gәh qәhri olan tәk,
    Dal gәrdәndә qıvrım saçı ilan tәk,
    Tәrpәnәndә hәr yan bulanmaq gәrәk.

    Vaqif, sәnin işin müdam ah olsun,
    Sәg rәqibin ömrü qoy kütah olsun,
    Hәmdәmsiz kimsәnә istәr şah olsun,
    Gәdadır ol kimsә, dilәnmәk gәrәk.

    * * * * *

    Qaynar gözlәrindәn, şux baxışından
    Әcayib fitnәlәr, fellәr görünür.
    Sәf-sәf duran siyah kirpiklәrindir,
    Yoxsa ki, gözümә millәr görünür?

    Gedәn, getmә, bir bәri bax, ay gedәn,
    Gözüm doymaz sәn tәk gözәl kimsәdәn,
    Gah yaxadan şölә verir ağ bәdәn,
    Gah olur ki, nazik әllәr görünür.

    Qәddin tәnә vurar o sәrvi-naza,
    Can qurban eylәrәm sәn tәk şahbaza,
    Üzün kimi, zülfün kimi tәr-taza
    Nә lalәlәr, nә sünbüllәr görünür.

    Vaqif, yad et sәni yad eylәyәni,
    Mәn sevirәm mәnә yarım deyәni.
    Qoymaz göz önündәn sevәn sevәni,
    Könüldәn könülә yollar görünür.

    * * * * *

    Al geyinib çıxsan gülşәn seyrinә,
    Yığılır başına güllәr, dolanır.
    Mәhtabi-hüsnünә bәndә fәrmandır,
    Qulluğunda aylar, illәr dolanır.

    Görmәmişәm sәn tәk bir mәlәkzadә,
    Dәrdini çәkәrәm hәddәn ziyadә,
    Kirpiklәrin ucu düşәndә yadә,
    Bağrımın başında millәr dolanır.

    Mәn bir Fәrhad, sәn bir Şirindәhansan,
    Dәrdin zahir, amma özün nihansan,
    Gözәllik babında şahi-cahansan,
    Qulluğunda daim ellәr dolanır.

    Lәblәrin bağrımı pürxun eylәmiş,
    Açılmış göz yaşım Ceyhun eylәmiş,
    Hәsrәtin Vaqifi Mәcnun eylәmiş,
    Onun üçün gәzәr çöllәr, dolanır.

    * * * * *

    Doldu dimağıma zülfün әnbәri,
    Valeh oldu könül hәvadәn sәnә.
    Әlim yetmәz, namә yazıb dәrdimi
    Göndәrәydim badi-sәbadәn sәnә.

    Oturuşun gözәl, duruşun gözәl,
    Sallanışın gözәl, yerişin gözәl,
    Xuyun, xülqün gözәl, hәr işin gözәl,
    Bәxş olub bu xubluq xudadәn sәnә.

    Qәm evindәn saldın küncә Vaqifi,
    Eylәdin muyindәn incә Vaqifi,
    Neçün incidirsәn bunca Vaqifi,
    Nә hasil bu cövrü cәfadәn sәnә?

    Sevgili yarın fәraqında badi-sәbadan әhval dilәyir:

    Badi-sәba, bir müjdә ver könlümә,
    Ol güli-xәndanım neçün gәlmәdi?
    Xәyalım şәhrini qoydu viranә,
    Sәrvәrim, sultanım neçün gәlmәdi?

    Ağzı xeyir sözlüm, dili dilәklim,
    Bir türfә ağ әllim, gümüş bilәklim,
    Qarıçqay cilvәlim, tavus bәzәklim,
    Libası әlvanım neçün gәlmәdi?

    Qaşı kәman, kirpiklәri qәmәlim,
    Ağzı şәkәr, dodaqları yemәlim,
    Әlvan kәlәğaylı, bәyaz mәmәlim,
    Sinәsi meydanım neçün gәlmәdi?

    Vaqif, ilә döndü bir saәtimiz,
    Nә sәbrimiz qaldı, nә taqәtimiz,
    Olur indәn belә qiyamәtimiz,
    Gәlmәdi cananım, neçün gәlmәdi?


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Molla pӘnah "vaqif" tӘxӘllüs

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 1

          Görüntüleme: 781

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Molla pӘnah "vaqif" tӘxӘllüs

    Ey Kәbәm, Kәrbәlam, Mәkkәm, Mәdinәm,
    Hәr zaman kuyindә ziyarәtimdir.
    Qiblә deyib, qaşlarına baş әymәk
    Gecә-gündüz mәnim ibadәtimdir.

    Hәr nә desәm, sәn incimә sözümdәn,
    Sәrxoşunam, yox xәbәrim özümdәn,
    Şol qamәtin yayılanda gözümdәn,
    Sanasan ki, hәşrü qiyamәtimdir.

    Bağlamışam din-imanı zülfünә,
    Mәnim kimi heyran hanı zülfünә?
    Tapşırıb gedirәm canı zülfünә,
    Yaxşı saxla, sәndә әmanәtimdir.

    Sәnsәn mәnim ayım, günüm, hilalım,
    Dövlәtim, iqbalım, cahım, cәlalım,
    Gözәl üzün daim fikrü xәyalım,
    Sözün dildә şirin hekayәtimdir.

    Sonalar xәcildir siyah telindәn,
    Tutilәr lal olur şirin dilindәn,
    Şikәstә Vaqifәm, sәnin әlindәn
    Hәr kimә ki, yetsәm, şikayәtimdir.

    Gözlәrin vәsfindә yazıbdır:

    Kaman qaş altında, al yanaq üstә
    Nә xoş xumarlanır mәstanә gözlәr,
    Sürmәli kirpikdәn oxlar çәkilib,
    Eylәyir bağrımı nişanә gözlәr.

    Qәmzә peykanilә tökdü qanımı,
    Xәtalara saldı din-imanımı,
    Әyri durdu, süzgün baxdı, canımı
    Aldı o şux gözlәr, amma nә gözlәr.

    Siması şәhlayi, tәrhi badami,
    Baxışı mehriban, özü hәrami,
    Quldur ona siyah zülfün tәmami,
    Ola bilmәz belә şahanә gözlәr.

    Sәmәn iyli, sәhabi zülf, ay qabaq,
    Qönçә dәhәn, dür diş, әrğәvan dodaq,
    Münәvvәr üz, lalә zәnәx, tәr buxaq,
    Tamam bir yanәdir, bir yanә gözlәr.

    Vaqif ki, düşübdür әqlü kamaldan,
    Әksik olmaz başı qovğadan, qaldan,
    Nә zülflәrdәn bilin, nә xәttü xaldan,
    Eylәyibdir onu divanә gözlәr.

    Zülfün vәsfindә:

    Ay kәnarı qabağında qıy kimi
    Bürünür, çulğanır yanağa zülfün,
    Sanasan bulutdur, әnvәr üzünü
    Bәdr ayı tәk almış qucağa zülfün.

    Şahmar tәki gәrdәnindә bulanır,
    Güllәr bilә sığallanır, sulanır,
    Hәlqә düşüb, buxaq altda dolanır,
    Baş qoyur, sarınır qulağa zülfün.

    Xәstә Vaqif onnun sәrgәştәsidir,
    Bağrı qızıl qanın ağüştәsidir,
    Hәr tari-tәrrarın can riştәsidir,
    Qoyma ki, tökülsün ayağa zülfün.

    Ayrılıqdan şikayәt:

    Yenә mәni yaxar-yanar odlara--
    Dağılmış ayrılıq saldı, sevdiyim!
    Mәn ha öldüm möhnәt ilә, dәrd ilә,
    Can sәnin yanında qaldı, sevdiyim!

    Siyah zülfün buxaq altda qıvrılır,
    Ala gözlәr can almağa sayrılır,
    Canandan ayrılan candan ayrılır,
    Xalq içindә bir mәsәldi, sevdiyim!

    Sәrv qәddin sәnubәrә tәn deyil,
    Tamam sәnin tәki gülbәdәn deyil,
    Dәxi әzәlki tәk sәn görәn deyil,
    İndi halım yaman haldı, sevdiyim!

    Ol Xәdicә haqqı, Sәkinә haqqı,
    Xeyrәnnisa haqqı, Әminә haqqı,
    Kәbә, Mәkkә haqqı, Mәdinә haqqı,
    Dәrdin bu Vaqifi aldı, sevdiyim!

    * * * * *

    Yenә sәni gördüm, bağrım oxlandı,
    Ey әfi baxışlı, havalı sәrxoş!
    Üzün göyçәk, qaşın cәllad, gözün şux,
    Görmәdim sәn tәki maralı sәrxoş!

    Didarına müştaq olub qalmalı,
    Başına dönmәli, dәrdin almalı,
    Bir ayna qabaqlı, әyri calmalı,
    Әlvan kәlәğaylı, sәfalı sәrxoş!

    Gözlәri sürmәli, yanağı xallı,
    Bir laçın sövdalı, tәrlan xәyallı,
    Qolları bazbәndli, boynu heykәlli,
    Ağ әllәri әlvan hәnalı sәrxoş!

    Oturuşu Şirin, duruşu Leyli,
    Qәmzәsi sitәmkar, yarı gileyli,
    Gecә-gündüz zövqü sәfadә meyli,
    Hәm özü, hәm fikrü xәyalı sәrxoş!

    Әqlin aldın, yarә deyin, Vaqifin,
    Yanaltdın әlifin, beyin Vaqifin,
    Üz göstәrdin, yıxdın evin Vaqifin,
    Hәm özü, hәm fikrü xәyalı sәrxoş!

    * * * * *

    Sevdiyim, lәblәrin yaquta bәnzәr,
    Sәrasәr dişlәrin dürdanәdәndir.
    Sәdәf dәhanından çıxan sözlәrin
    Hәr biri bir qeyri xәzanәdәndir.

    Nәdәndir sözümә cavab vermәmәk,
    Hәm camal gizlәdib, üz göstәrmәmәk,
    Gecәlәr gözlәrim xabı görmәmәk
    Ol siyәh nәrgisi-mәstanәdәndir.

    Mәn ha sәni nuri-ilahi sannam,
    Camalının şölәsinә dolannam,
    Atәşinә mәrdü mәrdanә yannam,
    Bu xasiyyәt mәnә pәrvanәdәndir.

    Bir namә yazmışam can üzә-üzә,
    Badi-sәba, aparasan gülüzә,
    Soruşar yar ki, bu kimdәndir bizә?
    Söylәgilәn: Sizin divanәdәndir.

    Xumar-xumar baxmaq göz qaydasıdır,
    Lalә tәk qızarmaq üz qaydasıdır,
    Pәrişanlıq zülfün öz qaydasıdır,
    Nә badi-sәbadәn, nә şanәdәndir.

    Müştaqdır üzünә gözü Vaqifin,
    Yolunda payәndaz özü Vaqifin,
    Sәnsәn fikrü zikri, sözü Vaqifin,
    Qeyri söz yanında әfsanәdәndir.

    * * * * *

    Ey camalı günәş, zülflәri dilkәş,
    Cana saldın atәş çıxanda sәrxoş.
    Qaldım yana-yana misli-pәrvanә,
    Olmuşam divanә, getdi әqlü huş.

    Çeşmin aldı cani, zülfün imani,
    Kirpiklәrin qani tökәr nihani.
    Ey Yusifi-sani, mәlahәt kani,
    Sәnә bәnzәr hanı dilbәri-lәbnuş.

    Zәhi pәripeykәr, qәddi sәnubәr,
    Alәm sәnә yeksәr qulami-kәmtәr,
    Sәnsәn әcәb sәrvәr, sәrdari-lәşkәr,
    Sultani-ziәfsәr, şahi-dibapuş.

    Hicrindә bizarәm, zәlilü xarәm,
    Müştaqi-didarәm, ixlaskarәm,
    Bәsa ahü zarәm, dәrintizarәm,
    Qövlünә әğyarın gәl eylәmә guş.

    Boyun sәrvi-cәnnәt, gülşәnә zinәt,
    Qaşın mәddi ayәt, qibleyi-taәt,
    Vaqifi-pürmöhnәt çox çәkib hәsrәt--
    Ta sәninlә xәlvәt ola hәmağuş.

    * * * * *

    Ey şahı xubların, şuxu dilbәrin,
    Sәndәn sәnubәrin xәcalәti var.
    Xoş yaraşır sәnә diba nimtәnә,
    Bu bәzәyin yenә әlamәti var.

    Bu zibü ziynәtin, şanü şövkәtin,
    Meraci-rifәtin, babi-dövlәtin,
    Hüsnü mәlahәtin, çeşmi-afәtin,
    Bu qәddü qamәtin qiyamәti var.

    Mәhbubi-müntәxәb, bir alinәsәb,
    Qәmzәsindә qәzәb, sәn saxla, ya rәb!
    Gül ruxlu, qönçәlәb, turuncu ğәbğәb,
    Lisanında әcәb hekayәti var.

    Olmaz belә adәm, yığılsa alәm,
    Mәlәkdәn mükәrrәm, әlavü әzәm,
    Özü bir şux sәnәm, istiğnası kәm,
    Bizә әmma hәr dәm nәzakәti var.

    Qaşı yay, çeşmi şux, müjganları ox,
    Cümlә kәsdәn artıq, bәrabәri yox,
    Cәmalı yanında ayü gün mәnsux,
    Vaqifin ondan çox şikayәti var.

    Vaqifin bu mürәbbeatında şayani-diqqәt budur ki, hәr misra iki hissәdәn tәrtib olunmuş vә gözәl qafiyәlәr ilә bağlanmış bәndlәrdәn әmәlә gәlir. Hәr bәndin özünәmәxsus mәnası ziyadә mәharәtlә nәzmә çәkilib, gözәlin hәr bir әzası öz rәng vә tәbii halәti üzrә tövsif olunubdur. Mәsәlәn:

    Mәhbubi-müntәxәb, bir alinәsәb,
    Qәmzәsindә qәzәb, sәn saxla, ya rәb!
    Gül ruxlu, qönçәlәb, turuncu ğәbğәb,
    Lisanında әcәb hekayәti var.

    Bir dilbәrin ki, әslü nәsәbi ali olsa, qәmzәsindә qәzәb görünә vә o qәzәbdәn allah özü saxlaya, ruxu gül yarpağı kimi lәtif, nazik vә sürxә mayil ola, lәbi qönçәyә bәnzәyә, çәnәsi turunc misal müdәvvәr vә müәttәr ola vә lisanından xoş avaz ilә әcәb hekayәtlәr cari ola, әlbәttә, ancaq belә dilbәrә mәhbubi-müntәxәb demәk olar.

    Başqa bir qafiyәsindә Molla Pәnah gözәllik nişanәsini belә bәyan edir:

    Açıq başda olsa әgәr bir dilbәr,
    Onda bu nişanlar müәyyәn gәrәk:
    Әndamı ayinә, qәddi mötәdil,
    Siyah zülfü qamәtinә tәn gәrәk.

    Yanağı laleyi-bahari kimi,
    Lәblәri yaqutun kәnari kimi,
    Bir dәnә nasüftә mirvari kimi,
    Başdan ayağadәk ağbәdәn gәrәk.

    Tәmizliyә ola meylü hәvәsi,
    Olmaya aşiqә nazü qәmzәsi,
    Gül tәki qoxuya nitqü nәfәsi,
    Zülfü ya bәnәfşә, ya sәmәn gәrәk.

    Qövli sadiq ola, hәr feli hәlal,
    Bilmәyә kim, fitnә nәdir, mәkrü al,
    Şam kimi qabaqda dura nitqi lal,
    Kәsilsә dә başı dinmәyәn gәrәk.

    Novrәsidә, ondörd, onbeş yaşında,
    Eyb olmaya kirpiyindә, qaşında,
    Hәyasi üzündә, әqli başında,
    Ağzı, burnu nazik, üzü gen gәrәk.

    Tavus kimi çilvәlәnә hәr sәhәr,
    Bәzәk verә camalına sәrbәsәr,
    Dindirmәmiş verә könüldәn xәbәr,
    İşarә anlayıb hal bilәn gәrәk.

    Yaşadıqca cavanlana, yenlәnә,
    Bir hicabda, bir pәrdәdә әylәnә,
    Nitqü nәfәsindәn canlar dinlәnә,
    Qulluqda, söhbәtdә müstәhsәn gәrәk.

    Yaxşı canan gәrәk, Vaqif, can üçün,
    Çox çalışmaq nәdir bu cahan üçün,
    Bir gözәl lazımdır bizim xan üçün,
    Vali qulluğunda әrz edәn gәrәk.

    Belә mәlum olur ki, bu şerlәri Vaqif xanın xahişinә görә yazıb, valiyi-Gürcüstana firistad etmişdir vә ondan arzu vә tәmәnna etdiyi Gürcüstan gözәlidir. Әvvәlki bәnddәn anlaşılan budur ki, Vaqifin vәsf qıldığı dilbәr gәrәkdir Minqreliya gözәllәrindәn alinәsәb bir nәcibә olsun. Çünki Minqreliya keçmişdә "Açıqbaş" adlanarmış, başları açıq gәzmәklәri sәbәbinә. Odur ki, qafiyә "Açıqbaş" sözü ilә başlanır. Belә rәvayәt olunur ki, vali xan üçün üç nәfәr vәcihә vә gözәl qız göndәribmiş. O qızlardan birisini xan özü alıbdır ki, İzzәt bәyimin vә Mehdi bәyin anasıdır, adı Nisәxanımdır. Birisini Mәhәmmәdqasım ağa alıbdır, adı Minaxanımdır vә birini dә Әbülfәt xana veribdir.

    Yuxarıda zikr olunan gözәl vә mövzun qafiyәlәrdәn başqa ki, onların әdәdi çoxdur vә cümlәsinin buraya küncayişi yoxdur, Molla Pәnah Vaqifin bir çox şeri-müstәzadı vә müxәmmәsatı vardır. Onlardan mәşhuru әbnayi-ruzigarın bivәfa vә dәyanәtsiz olmağı xüsusunda yazdığı müxәmmәsdir ki, onun mәal vә mәzmunu,--necә ki dünya vardır,--hәmişә tәzәlik vә doğruluq üzrә baqi qalacaqdır. Haman müxәmmәs eyni ilә burada dәrc olunur:

    Mәn cahan mülkündә, mütlәq, doğru halәt görmәdim,
    Hәr nә gördüm, әyri gördüm, özgә babәt görmәdim.
    Aşinalar ixtilatında sәdaqәt görmәdim,
    Beyәtü iqrarü imanü dәyanәt görmәdim.
    Bivәfadan, lacәrәm, tәhsili-hacәt görmәdim.

    Xah sultan, xah dәrvişü gәda bilittifaq,
    Özlәrin qılmış giriftari-qәmü dәrdü fәraq,
    Cifeyi-dünyayәdir hәr ehtiyacü iştiyaq,
    Munca kim, etdim tәmaşa, sözlәrә asdım qulaq,
    Kizbü böhtandan sәvayı bir hekayәt görmәdim.

    Xәlqi-alәm bir әcәb düstur tutmuş hәr zaman,
    Hansı qәmli könlü kim, sәn edәr olsan şadiman,
    Ol sәnә, әlbәttә kim, bәdguluq eylәr, bigüman,
    Hәr kәsә hәr kәs ki, etsә yaxşılıq, olur yaman,
    Bulmadım bir dust ki, ondan bir әdavәt görmәdim.

    Alimü cahil, müridü mürşidü şagirdü pir,
    Nәfsi-әmmarә әlindә sәrbәsәr olmuş әsir,
    Hәqqi batil eylәmişlәr işlәdir cürmi-kәbir,
    Şeyxlәr, şәyyadü abidlәr әbusәn qәmtәrir,
    Hiç kәsdә hәqqә layiq bir ibadәt görmәdim.

    Hәr kişi hәr şeyi sevdi, onu behtәr istәdi,
    Kimi tәxtü kimi tacü kimi әfsәr istәdi.
    Padşәhlәr dәmbәdәm tәsxiri-kişvәr istәdi,
    Eşqә hәm çox kimsә düşdü vәsli-dilbәr istәdi,
    Heç birindә aqibәt bir zövqü rahәt görmәdim.

    Mәn özüm çox kuzәkarı kimyagәr eylәdim,
    Sikkәlәndirdim qübari-tirәni, zәr eylәdim,
    Qara daşı döndәrib yaquti-әhmәr eylәdim,
    Daneyi-xәrmehrәni dürrә bәrabәr eylәdim,
    Qәdrü qiymәt istәyib, qeyr әz xәsarәt görmәdim.

    Gün kimi bir şәxsә gündә xeyr versәn sәd hәzar,
    Zәrrәcә etmәz әdayi-şükri-nemәt aşikar,
    Qalmayıbdır qeyrәtü şәrmü hәya, namusü ar,
    Dedilәr ki, etibarü etiqad alәmdә var,
    Ondan ötrü mәn dә çox gәzdim, nәhayәt, görmәdim.

    Eylәyәn viranә Cәmişidi-Cәmin eyvanını,
    Yola salmış bәlkә bәzmi-işrәtin çәndanını,
    Kim qalıbdır ki, onun qәm tökmәyibdir qanını?
    Dönә-dönә imtahan etdim fәlәk dövranını,
    Onda mәn bәrәkslikdәn qeyri adәt görmәdim.

    Müxtәsәr kim, böylә dünyadan gәrәk etmәk hәzәr,
    Ondan ötrü kim, deyildir öz yerindә xeyrü şәr,
    Alilәr xaki-mәzәllәtdә, dәnilәr mötәbәr,
    Sahibi-zәrdә kәrәm yoxdur, kәrәm әhlindә zәr,
    İşlәnәn işlәrdә ehkamü lәyaqәt görmәdim.

    Dövlәtü iqbalü malın axırın gördüm tamam,
    Hişmәtü cahü cәlalın axırın gördüm tamam,
    Zülfü ruyü xәttü xalın axırın gördüm tamam,
    Hәmdәmi-sahibcәmalın axırın gördüm tamam,
    Başadәk bir hüsni-surәt, qәddü qamәt görmәdim.

    Ey xoş onlar kim, Mәhәmmәd Mustәfanı sevdilәr,
    Oldular aşiq, Әliyyül-Mürtәzanı sevdilәr,
    Sidqü ixlas ilә pәnc Ali-әbanı sevdilәr,
    Çardәh mәsum tәk müşkülgüşanı sevdilәr,
    Dәxi onlardan gözәl yaxşı cәmaәt görmәdim.

    Ya imam-әl-ins vәl-cinnü şәhәnşahi-ümur,
    Getdi din әldәn, bu gündәn böylә sәn eylә zühur,
    Qoyma kim, şeytani-mәlun eylәyә imanә zur,
    Şöleyi-hüsnünlә bәxş et tazәdәn dünyayә nur--
    Kim, şәriәt mәşәlindә istiqamәt görmәdim.

    Baş ağardı, ruzigarım oldu gün-gündәn siyah,
    Etmәdim, sәd heyf kim, bir mahruxsarә nigah,
    Qәdrbilmәz hәmdәm ilә eylәdim ömrü tәbah,
    Vaqifә, ya rәbbәna, öz lütfünü eylә pәnah,
    Sәndәn özgә kimsәdә lütfü inayәt görmәdim.

    Vaqifin bu kәlamında hikmәtamiz vә ibrәtәngiz sözlәr çoxdur ki, onları şair tәcrübә üzü ilә söylәyibdir vә әksәri dәruni-qәlbdәn çıxan suzişli fәryad vә nalәlәrdir. Bu sözlәr acı vә pürkәdәr isә dә, mәnәn haqq vә doğrudur. Bunları batil etmәyә әldә dәlilimiz yoxdur.

    Filhәqiqә, hansı bir mәkan vә zamanda vә hansı milәl vә әqvamın arasında Vaqifin sözlәri mәzmundan düşüb cifeyi-dünyaya ehtiyac vә iştiyaq olmayacaqdır vә adamların әmalü әfalında kizb vә böhtan әvәzindә doğruluq, qiybәt vә şeytanәt yerindә sülh vә sazişlik işlәnәcәkdir? Bu suallara tәskinlik bәxş edici cavablar vermәk olurmu?

    Tutalım ki, düzlük vә sәdaqәt yoxdur. Bәlkә Adәm atanın övladı arasında haqqşünaslıq, şükrani-nemәt, şәrm vә hәya, himmәt vә qeyrәt, etibar vә etiqad vardır? Әfsus ki, şair bunların da yoxluğunu tәsdiq edib, bizi mәyus vә әfsürdәdil eylәyir. Budur, oxuyun:

    Gün kimi bir şәxsә gündә xeyr versәn sәd hәzar,
    Zәrrәcә etmәz әdayi-şükri-nemәt aşikar,
    Qalmayıbdır qeyrәtü şәrmü hәya, namusü ar,
    Dedilәr ki, etibarü etiqad alәmdә var,
    Ondan ötrü mәn dә çox gәzdim, nәhayәt, görmәdim.

    Doğrudan da etiqad vә etibar, qeyrәt vә namus, ittihad vә ittifaq qeyri millәtlәr arasında var isә dә, heyfa ki, biz müsәlmanlar içindә yoxdur. Әgәr onlardan bir әsәr olsa idi, belә zillәt vә fәlakәtә düçar olmazdıq vә bu anә qәdәr biz dә ağ günә çıxardıq....

    Şerin qәzәliyyat növündәn Vaqifin beş-altı qәzәllәri vardır. Onlardan mәşhuru vә xoşmәzmunu Molla Vәli Vidadiyә yazdığı qәzәllәrdir:

    Kim ki, sövdayi-sәri-zülfi-pәrişanә düşәr,
    Gah zindanә, gәhi cahi-zәnәxdanә düşәr.

    Afәti-dәhr dәyәr ol kәsә kim, kamildir,
    Mah hәr gün ki, kәmalә yetә, nöqsanә düşәr.

    Mәrd igidlәr özünә mәhbәsi meydan bilәr,
    Sanma ki, nakәsü namәrd bu meydanә düşәr.

    Eybdәn saf çıxar, pakü mübәrra görünәr,
    Hәr tәla kim, küreyi-atәşi-suzanә düşәr.

    Piçü tabә düşәnin işi, bәli, üzdә olur,
    Zülf bu vәchlә ol gülruxi-cananә düşәr.

    Hәr yaman yer ki, ola yaxşıların mәnzilidir,
    Lәl daş içrә, xәzinә dәxi viranә düşәr.

    Şami-qәm şadlıq әyyamına xoş zivәrdir,
    Necә kim, xali-siyәh arizi-cananә düşәr.

    Ey Vidadi, qәmi-hicranә giriftar olmaq
    Bir sәnә, bir mәnә, bir Yusifi-Kәnanә düşәr.

    Eşqә düşmәk sәnә düşmәz, qocalıbsan, belә dur,
    Belә işlәr yenә Vaqif kimi oğlanә düşәr.

    Bu qәzәldә Molla Pәnahın tәcrübә vә hikmәt yolu ilә söylәdiyi kәlam vә bәzi tәşbihat vә istiareyi-tәmsiliyyә şayani-diqqәtdir. Әlhәqq, dünyada afәt vә bәlaya giriftar olan әksәr övqat kamal vә mәrifәt әhli olub, cühәla vә dәnitәblәr eyşü sәfada, dövlәt vә nemәt içindә ömür sürürlәr vә nә mәqsәd vә mәtlәbdәn ötrü xәlq olunmaqlarından vә özlәrinә borc olan tәkliflәrdәn mütlәq bixәbәrdirlәr. Mәhbәs vә zindani-bәla mәrd igidlәr üçün vüsәtli meydan mәnzәlәsindә olduğu halda namәrdlәrin hünәri deyil ki, bu meydana qәdәm qoysunlar. Dar gün, cismani әziyyәtlәr vә ruhani küdurәtlәr alitәblәrin etiqad vә sәdaqәtini dәxi dә möhkәmlәndirib, polad kimi onları safa çıxarır; necә ki, atәş kürrәsindә qızıl vә gümüş safa çıxır. Lәlin yeri daş vә xәzinәnin yeri viranә künclәr olduğu kimi, möhnәtsәralar dәxi yaxşıların mәnzili olur vә hicran qәmindә şair hәm özünü vә hәm dusti-hәqiqisi Vidadini Yusifi-Kәnana tәşbih edib bununla tәsәlliyab olur:

    Vidadidәn gәlәn kağız mәni fәrxundәhal etdi,
    Bu halı gördü qәm, filhal mәndәn intiqal etdi.

    Uçub könlüm quşu pәrvaz qılsa övci-әlayә,
    Әcәb yox kim, bu mәktubu özünә pәrrü bal etdi.

    Ziyayi-şәms tәk yetdi, mәni bәdr eylәdi hala
    Әgәrçi qәddimi dövrani-filmazi hilal etdi.

    Sәvadi namәnin, ey dil, mәgәr zülmati-heyvandır--
    Ki, ruhum Xızr tәk ondan bәsi kәsbi-kәmal etdi?!

    Xәyal etmişdi Vaqif kim, rәvan bir xoş qәzәl yazsın,
    Rәvan olmuşdu qasid kim, bunu ancaq xәyal etdi.

    Bu qәzәldәn mәlum olur ki, Vaqif bunu ömrünün müsinn çağında yazıbdır ki, candan әziz olan qәdrşünas dostunun müfariqәtindә xeyli cәfalar çәkibdir. Şair Vidadidәn vüsul olan namәni könlünün quşuna pәrü bal edib onu övci-әlaya qalxızır. Әgәrçi keçmiş zәmanәnin inqilab vә iğtişaşı şairin qәddini әyib hilal qılmışdır vә lakin haman dusti-binәzirin namәsi ziyayi-şәms tәk onun qәddini rast vә qәlbini münәvvәr elәyir vә sәvadi-namә ruhuna sәfa vә hәyati-әbәdi bәxş edir.

    Afәrin belә dostluğa vә mәrhәba bu sәdaqәtә!

    Bu qәzәl Şeyx Sәdinin dostluq barәsindә yazdığı qәzәlә bәnzәyir. Tәfavüt ancaq burasındadır ki, Şeyx Sәdi hәqiqi dostluğun şürut vә vәzifәsi nә olduğunu bildirib, ümum nasә xitabәn yazmışdır. Amma Vaqif isә öz dostundan gәlәn kağızdan mәsrur olub onun qәdr vә mәnzәlәsini bәyan edir. Sәdi әleyhirrәhmә dostluq barәsindә buyurubdur vә hәqiqәtdә çәmәni-mәnayә dürr saçıbdır:

    Yar an bovәd ke sәbr konәd bәr cәfeye-yar,
    Tәrke-rezaye-xiş konәd bәr rezaye-yar.

    Gәr bәr vocude-aşeqe-sadeq nәhәnd tiğ,
    Binәd xәtaye-xiş nәbinәd xәtaye-yar.

    Yar әz bәraye-xiş gereftәn tәriq nist,
    Ma nәfse-xiştәn bekoşim әz bәraye-yar.

    Mәn rәh nemibәrәm mәgәr anca ke kuye-dust,
    Mәn sәr neminәhәm mәgәr anca ke paye-yar. [5]

    [5] Tərcüməsi:
    Yar odur ki, yarın çәfasına dözsün,
    Yarın tәmәnnası xatirinә öz tәmәnnasından әl çәksin,
    Әgәr hәqiqi aşiqin bәdәninә qılınç çalsalar, belә
    O, öz xәtasını görәr, yarın xәtasını görmәz.
    Yar ançaq zevq almaq üçün deyil,
    Biz öz nәfsimizi yardan etru öldürdük.
    Mәn dostun astanasından başqa bir yol tanımıram,
    Mәn yar ayağını qoydutu yerdәn başqa yerә başımı qoymaram.

    Dusti-hәqiqi vә yari-cani hәqiqәtdә o dostdur ki, öz xeyir vә rizasını vә sәlahi-ümurunu dost rizası vә sәlahı yolunda tәrk edib, ondan mal vә canını müzayiqә etmәyә, dostun adı çәkilәn yerdә başdan keçә. Heyfa ki, bu vәsvәseyi-şeytan vә dәğdәğeyi-insan ilә dolmuş әsrimizdә bu qism dostların vücudu әnqa quşu kimi nayabdır. Bu әsri-şumda hәqiqi bir dost tapılmaz ki, onun sәdaqәt vә dәyanәtinә etibar oluna vә dar gündә dәstgirliyinә ümid bağlana....

    Necә ki, fövqdә zikr olundu, Molla Pәnah Vaqifin әdәbiyyatımızın banisi, müәssisi adlanmağa haqqı vardır. Tamami Qafqazda ondan müqәddәm bir müqtәdir әdib, xoşkәlam vә mövzuntәb şair zühur etmәyibdir ki, ibtidayi-süxәn onun adı ilә başlansın. Әgәrçi Azәrbaycanın İrana mütәәlliq hissәlәrindә Aciz, Divani, Qövsi, Arif kimi bәzi şairlәr vücuda gәlibdir vә illa onların asari-qәlәmiyyәlәri vә xüsusәn, tәrcümeyi-halları millәtimiz arasında intişar bulmayıbdır. Ancaq bәzi mütәfәrriq şer vә qәzәllәri xanәndәlәr vә qәzәlxanlar vasitәsilә gәlib bizә yetişibdir.

    Molla Pәnah Vaqif isә cümlәmizә mәlumdur. Onun adını eşitmәyәn vә şәnindә söylәnәn "hәr oxuyan Molla Pәnah olmaz" mәsәlәni bilmәyәn Qafqaz oğlu yoxdur, Vaqifi belә şöhrәtlәndirәn, әlbәttә, onun rәvan tәbi, mövzun kәlamı vә gözәl qafiyәlәri olubdur ki, indi dә o qafiyәlәr ümum nasın dillәrindә caridir. Vaqifin kәlamlarını oxuduqda bilaixtiyar onlara meylü rәğbәt bağlayırıq. Şair hәr nә vücuda gәtiribsә, öz ana dilimizin tәrz vә şivәsindә gәtiribdir. Onun әşarında istemal olunan türk vә ya türklәşmiş fars vә әrәb sözlәri elә mәharәtlә nәzmә çәkilibdir ki, oxuyanları valeh vә heyran edir. Mәsәlәn, bu sadәlikdә hansı bir türk şairi qafiyәlәr tәrtib edibdir:

    Bağlamışam din-imanı zülfünә,
    Mәnim kimi heyran hanı zülfünә?
    Tapşırıb gedirәm canı zülfünә,
    Yaxşı saxla, sәndә әmanәtimdir.

    Vә yaniki bu şerlәr:

    Xumar-xumar baxmaq göz qaydasıdır,
    Lalә tәk qızarmaq üz qaydasıdır,
    Pәrişanlıq zülfün öz qaydasıdır,
    Nә badi-sәbadәnn, nә şanәdәndir.

    Bu sadә vә rәvan şerlәr ki, mәnәn dәxi ziyadә mәqbul vә müstәhsәndir, şairin artıq dәrәcәdә ana dilinә dara olmasına vә milli şairliyinә dәlalәt edir. Әlbәttә, Molla Pәnaha bu eyblәri irad tutmaq olmaz ki, o milli şair olduğu halda millәtinin hürriyәtinә dair, tәrәqqi vә tәalisinә mәxsus bir әsәr qoymayıbdır. Molla Pәnah dәxi sair şairlәr kimi öz zamanının oğlu olub, onun tәqazasınca şer yazarmış. Ondan çox sonra gәlәn şairlәrin kәlamlarında da "millәt", "hürriyyәt", "din" vә "vәtәn" sözlәri hәrgiz istemal olunmayıbdır.

    Bununla belә Vaqifin yuxarıda zikr olunan müxәmmәs vә qәzәliyyatında tәcrübә üzü ilә deyilmiş pürmәna sözlәr vә dәrin fikirlәr vardır ki, hәmә vәqt hәyat üzrә baqi qalacaqdır. Bundan maәda Vaqifin milli әdәbiyyatımıza hüsni-xidmәti bu olubdur ki, Türkiyә vә İran-zәmin şüәrasına müqәllidlik etmәyibdir, bәlkә onun üçün әsan vә tәbii bir yol açıbdır ki, ondan sonra gәlәn şairlәr ona peyrәvilik edib, bir çox gözәl әsәrlәr meydana gәtiriblәr. Bu cәhәtә Molla Pәnah Vaqifin Qafqaziyada vücuda gәlәn şairlәrin babası vә ustadı adlanmağa haqqı vardır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş