Arpa plovu
Tərkibi (4 pay):200 q arpa
50 q kərə yağı
1 orta boy soğan
2 x.q. xırda doğranmış reyhan və cəfəri
100 q qoz
duz və qara istiotHazırlanması:Arpanı duzlu suda yumşalınca bişirin (təxminən 35 dəqiqə). Süzün.
Soğanı xırda doğrayın.
Tavada kərə yağını əridin, soğanı yarımşəffaf olana kimi qovurun (təxminən 3 dəqiqə). Duz, istiot, arpanı əlavə edin. Qarışdırın.
Dərin qaba yığın, xırda doğranmış göyərti və qoz əlavə edin. Qarışdırın, boşqablara çəkin.Nuş olsun!