Kullanıcı Tag Listesi

AZƏRBAYCAN MUSİQİSİNİN RİTMİK XÜSUSİYYƏTLƏRİ Azərbaycan xalq musiqisi öz metroritmik quruluşuna görə iki yerə bölünür: birincisi, aydın metrik vəznli musiqi, ikincisi, müəyyən vəzni olmayan musiqidir. Aydın vəznli musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə «təsnif»lər (vokal musiqi) və «rəng»lər (instrumental musiqi) daxildir. Bu formaların vəznləri ən adi, yəni 6/4, 4/4, 3/4, 2/4, 4/8, 6/8, 3/8 ölçülərdən ibarətdir. Azərbaycan musiqisi üçün 4/4 vəzn 2/4-dən

Bu konu 1040 kez görüntülendi 1 yorum aldı ...
AzƏrbaycan musiqisinin ritmik xüsusiyyƏtlƏri 1040 Reviews

    Konuyu değerlendir: AzƏrbaycan musiqisinin ritmik xüsusiyyƏtlƏri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1040 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart AzƏrbaycan musiqisinin ritmik xüsusiyyƏtlƏri

    AZƏRBAYCAN MUSİQİSİNİN RİTMİK
    XÜSUSİYYƏTLƏRİ



    Azərbaycan xalq musiqisi öz metroritmik quruluşuna görə iki yerə bölünür: birincisi, aydın metrik vəznli musiqi, ikincisi, müəyyən vəzni olmayan musiqidir. Aydın vəznli musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə «təsnif»lər (vokal musiqi) və «rəng»lər (instrumental musiqi) daxildir.

    Bu formaların vəznləri ən adi, yəni 6/4, 4/4, 3/4, 2/4, 4/8, 6/8, 3/8 ölçülərdən ibarətdir.

    Azərbaycan musiqisi üçün 4/4 vəzn 2/4-dən daha səciyyəvidir.

    Aşağıda göstərdiyimiz misal 4/4 vəznli musiqiyə ən yaxşı bir numunədir.



    Dörd hissəli xanələr belə də göstərilə bilər:



    Bir qayda olaraq 6/8 vəzndə hərəsi 3/8 vəzndən ibarət iki hissə olur; lakin Azərbaycan rəqs musiqisi və habelə rəqs səciyyəsində olan bəzi mahnıların metroritmik xüsusiyyəti başqa cür qruplaşma tələb edir. Bu qruplaşma iki hissəli vəzn ilə üç hissəli vəznin növbələşməsindən ibarət olur. Misal üçün:





    Yuxarıda göstərilən 194 və 195-ci misallarda bütün xanələr öz sürətini dəyişmədən ifa olunur. 195-ci misalda ikinci və dördüncü xanələr sinkopa məxsus gərginliklə ifa olunmalıdır; yəni onlar aşağıdakı şəkildə ifa olunmalıdır:




    (Bu xanədə 3 deyil, 2 vurğu vardır).

    Göstərilən nümunələrin düzgün ifa olunması üçün ifaçı Azərbaycan rəqs musiqisinin yuxarıda izah olunmuş xüsusiyyətlərini dərindən hiss etməli və başa düşməlidir.

    Vəznsiz musiqiyə bunlar daxildir: ladlar üzərində vokal və instrumental gəzişmə (improvizasiya). Bu gəzişmə zamanı musiqi ifadələri hər hansı bir xanəyə sığışmır. Burada notların qruplaşması hər hansı bir tonun səslənib açılması yaxud yardımçı səslərlə bəzədilməsi yolu ilə əmələ gəlir. Misal üçün:




    İfa olunan gəzişmənin (improvizasiyasının) süni surətdə müəyyən xanələrə sığışdırılması musiqinin nota düzgün yazılmasına və gəzişmə musiqisinin üslubunun pozulmasına səbəb olur.

    Təcrübədə Azərbaycan xalq musiqisinin yanlış surətdə nota yazılmış nümunələrinə təsadüf olunur.

    1. 6/8 vəznli musiqinin nota salınmasında iki hissəli xanələrlə üç hissəli xanələrin yuxarıda izah olunan növbələşmə xüsusiyyətlərinə riayət olunmur ki, bu halda da ağır hissə əvəzinə yüngül, habelə, əksinə, yüngül əvəzinə ağır hissə düşməklə musiqi təhrif olunur. Misal üçün:



    (doğrudur)

    əvəzinə belə yazırlar:



    (yanlışdır)

    199-cu misalda xanənin nisbətən ağır hissəsində olan ikinci və dördüncü səslər 200-cü misalda xanənin zəif hissəsinə düşür. 199-cu misalda xanənin zəif hissəsinə düşən üçüncü səs 200-cü misalda xanənin ağır hissəsinə düşür ki, bununla da musiqi təhrif olunur.

    2. «Heyratı» formasında olan Azərbaycan xalq musiqisi nümunələri dörd hissəli vəzn əvəzinə iki hissəli vəzndə göstərilir.






    201-ci misaldakı 2/4 vəzn hətta ağır sürətli ifa olunduqda da xanədə iki hissə olduğunu göstərir, halbuki sürətli ifa zamanı belə xanədə dörd hissənin olması lazım gəlir.

    202-ci misal 201-ci misalın qrammatik cəhətdən düzəldilib xanə xətlərinin düzgün şəkildə öz yerində qoyulmasından ibarətdir; ancaq bu halda da xanə vurğuları ilə zərb alətinin vurğuları arasında bir uyğunsuzluq əmələ gəlir; çalğı alətinin ağır vurğuları zəif xanələrə düşərək ritmik qarışıqlıq əmələ gətirir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AzƏrbaycan musiqisinin ritmik xüsusiyyƏtlƏri

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 1

          Görüntüleme: 1040

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: AzƏrbaycan musiqisinin ritmik xüsusiyyƏtlƏri

    MÜMKÜN OLAN
    XROMATİK HƏRƏKƏTLƏR


    Xalq musiqi üslubu xromatik hərəkətə çox məhdud ölçüdə, o da yalnız «Rast», «Şur» və «Segah» kimi ladlarda imkan verir.
    «Rast» ladında xromatizm

    1. Mayə kvintasının üst aparıcı tonu xromatik surətdə yarım ton alçala bilər; misal uçün:




    2. Mayə kvintası da həmçinin xromatik surətdə yarımton alçala bilər; misal üçun:



    Xromatik qammanın yazılış qaydasına müvafiq olaraq, 204-cü misal belə yazılır:



    Yuxarıda göstərilən 203 və 204-cü misallardakı xromatik hərəkətlər mayəsi «Rast» ladı mayəsinin ikinci pərdəsi olan «Şur» ladına və habelə mayəsi «Rast» ladı mayəsinin üçüncü pərdəsi olan «Segah» ladına da aiddir.

    Yuxarıya doğru xromatizm tətbiq olunmur.

    Qalan ladların pərdələri xromatik dəyişilməyə yol vermir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş