Kullanıcı Tag Listesi

Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün: 9 noyabr İlk bayrağımız rəngini Türkiyənin dövlət rəmzindən almışdı, 1918-də olduğu kimi, 1991-də də müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə oldu http://www.azerbaycanli.org/photos/Image/azer-bayraq-1.jpg Tale elə gətirib ki, 9 noyabr Azərbaycanın dövlətçilik tarixində iki əlamətdər hadisə ilə yadda qalıb. Bunlardan biri Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması - 9 noyabr 1918-ci il, digəri isə

Bu konu 1003 kez görüntülendi 0 yorum aldı ...
Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün: 9 noyabr 1003 Reviews

    Konuyu değerlendir: Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün: 9 noyabr

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1003 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün: 9 noyabr

    Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün:
    9 noyabr
    İlk bayrağımız rəngini Türkiyənin dövlət rəmzindən almışdı, 1918-də olduğu kimi, 1991-də də müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə oldu




    Tale elə gətirib ki, 9 noyabr Azərbaycanın dövlətçilik tarixində iki əlamətdər hadisə ilə yadda qalıb. Bunlardan biri Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması - 9 noyabr 1918-ci il, digəri isə yenidən ucalmış bayrağımızın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə Türkiyə dövləti tərəfindən tanınmasıdır - 9 noyabr 1991-ci il.
    Digər yandan, bu iki hadisənin tarix və mahiyyətinə diqqət yetirsək, onların arasında təbii-məntiqi bir bağlantının olduğunu yəqin edərik.
    1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti mavi, qırmızı, yaşıl rəngli bayrağı dövlətin rəmzi olaraq qəbul edib. Amma bu, gənc cümhuriyyətin sayca ikinci bayrağı idi.
    Azərbaycan milli hökuməti hələ Gəncədə yerləşərkən, 1918-ci il iyunun 24-də üzərində ağ ay və səkkizguşəli ulduz təsvir olunmuş al-qırmızı bayrağı dövlətin rəmzi olaraq qəbul etmişdi. Həmin bayraq Türkiyə bayrağının demək olar ki, eynisi idi, yeganə fərq bayraqdakı ulduzun, beşguşəli deyil, səkkizguşəli olmasıydı.
    Bu, yenicə ayaq tutan Azərbaycan dövlətinin qocaman Türkiyə dövləti - o vaxtlar çətin günlərini yaşayan Osmanlı imperatorluğu - ilə qardaşlığının təcəssümü idi. Bu həmçinin Azərbaycan hökumətinin bizə tarixin ən məsul anında əl uzatmış Türkiyəyə ehtiramının göstəricisi idi.
    Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) məhz Türkiyə tanımış, türk ordusu Azərbaycan Cümhuriyyətinin köməyinə qalxmışdı. Bu kömək sayəsində cümhuriyyət hakimiyyəti Azərbaycanın bütün ərazisində bərqərar oldu, Bakı erməni-daşnak-bolşevik ünsürlərindən təmizləndi.
    Ağ ay-ulduzlu qırmızı bayraq da dövlətləşmə və cümhuriyyətə keçid mərhələsində bizim müvəqqəti dövlət rəmzimiz idi. Dövlətçilik institutlarını qurmağa başlayan Azərbaycan hökuməti bayraq haqqında ikinci qərarı qəbul etdi.
    "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış”da deyilir:
    1. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
    2. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır.
    Cümhuriyyətimiz yeni bayrağını qəbul etsə də, onun təsvirində qardaş Türkiyə bayrağının rəngini - qırmızını saxlamışdı.
    Tale elə gətirdi ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra bayrağımız qismən dəyişdirilsə də, onun əsas rəngi - qırmızı - dəyişməz qaldı. Hərçənd bu qırmızı o qırmızıdan deyildi. Amma yenə də, bu, tarixin bir naxışı idi.
    Üçrəngli bayrağımız və dövlət müstəqilliyimiz 70 il sonra bərpa olundu. Cümhuriyyətin mavi-qırmızı-yaşıl bayrağı 1988-1989-cu illərdə Azərbaycan xalqının milli özünüdərk və Qarabağ davası üçün çıxdığı meydanda dalğalandı.
    1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (o vaxt Ali Sovet) qərarı ilə muxtar respublikanın adından «Sovet Sosialist» sözlərini götürüldü, Azərbaycanın sovet bayrağından imtina edildi və üçrəngli bayraq muxtar respublikanın rəmzi olaraq qəbul olundu. Azərbaycan Ali Sovetinə bayraqla bağlı müraciət edildi.
    1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq üçrəncli bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Bu, sovet tarixi və rəmzlərindən imtina, milli dövlətçiliyin bərpasına doğru addım idi.
    * * *





    Azərbaycan bu əlamətdar tarixə 70 il mürəkkəb yol keçərək gəlmişdi. Bu zaman kəsiyində Azərbaycanın Türkiyə ilə 1918-ci ildə bayraqlaşmış qardaşlıq tarixi itməmişdi, milli yaddaşda yaşayırdı.
    Heç təsadüfi deyildi ki, Azərbaycanın ikinci dəfə elan etdiyi müstəqilliyini də hamıdan öncə məhz Türkiyə Cümhuriyyəti tanıdı.
    1991-ci il noyabrın 9-da Türkiyə hökumətinin iclasında Azərbaycanın müstəqilliyinin tanınması barədə qərar qəbul olundu.
    O vaxt Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən (18 oktyabr) 22 gün keçmişdi və Azərbaycan xalqı, təbii ki, bu müstəqilliyə ilk dəstəyin Türkiyədən gələcəyini gözləyirdi.
    Beləcə noyabrın 9-u Türkiyənin baş naziri Məsud Yılmaz Azərbaycanın baş naziri Həsən Həsənova zəng edərək bu xəbəri ona çatdırdı. Azərbaycanın müstəqillik faktı beynəlxalq müstəviyə çıxdı.
    Qeyd etmək lazımdır ki, Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini tanınması o dövr üçün cəsarətli addım idi. Təkcə ona görə yox ki, o vaxt hələ SSRİ formal şəkildə mövcud idi və Moskva (SSRİ XİN) Ankaranın bu niyyətinə etiraz notası vermişdi. Həm də ona görə ki, Türkiyənin təşəbbüsü onun NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi.
    Hətta ABŞ-ın Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək onu SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. O vaxt Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti ilə bağlı gərgin danışıqlar aparırdı və NATO üzvü kimi Türkiyənin "tələsik" addımı bu müzakirələr üçün arzuolunmaz fon idi.
    Lakin buna rəğmən Türkiyə öz qardaşlıq missiyasını yerinə yetirdi. Bununla da MDB məkanında (Baltikyanı ölkələri çıxmaqla) birinci olaraq məhz Azərbaycan xarici dövlət tərəfindən tanındı.
    Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq şansını heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. Bu faktın gerçəkləşməsi də həmin dövrdə Türkiyə dövlətinin apardığı çevik diplomatiyanın nəticəsi idi.
    Türkiyə hökuməti Azərbaycanla diplomatik münasibətlər barədə prinsipial qərarını 1992-ci il dekabrın sonunda qəbul etmişdi. O vaxt qonşu İran birinci olaraq Azərbaycanda səfirlik açmağa, daha doğrusu, Bakıda hələ SSRİ dövründən fəaliyyət göstərən konsulluğunu səfirliyə çevirməyə tələsirdi. Amma Türkiyə bu əlamətdar (və heç də simvolik olmayan) şansı İrana verə bilməzdi.
    Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycan səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı. Nəticədə diplomatiya tarixində az təsadüf edilən presedent baş verdi. Karamanoğlu Bakıya gələ bilmədiyi üçün onun səfir etimadnaməsini Bakıda Azərbaycan prezidentinə başqa diplomat - Türkiyə XİN-in idarə rəisi Bilal Şimşir təqdim etdi.
    Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, BMT, Avropa Şurası, NATO və s. formatlarda Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi də ilk dövrdə məhz qardaş Türkiyənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Həmçinin Azərbaycanın xaricdəki ilk səfirliyi də 1992-ci ilin avqustunda Türkiyənin paytaxtı Ankarada açılmışdı.
    Beləcə Azərbaycanla Türkiyə arasında dövlətlərarası münasibətlərinin 18 ili arxada qalıb. Bu illər ölkələrimizin çoxsahəli əməkdaşlığı bütün istiqamətlərdə böyük inkişaf yolu keçib. İki ölkə arasında əməkdaşlıq 300-dək müqavilə, protokol və sazişlə möhkəmlənib.
    Bu illərdə Azərbaycan-Türkiyə qardaşlığı çətinliklərdən, sınaqlardan keçib, arada böhranlı olaylar da olub. Bir qədər əvvəl yaşadığımız bayraq böhranında olduğu kimi. Amma önəmli olanı bu sınaqlardan qarşılıqlı anlaşma və bərabərlik içində çıxmaqdır.
    Bu gün Azərbaycanın Türkiyə ilə bütün sahələrdə strateji işbirliyi var. Hərçənd əməkdaşlığın iqtisadi bloku hələ də qənaətbəxş səviyyədə deyil. Azərbaycanla Türkiyə arasında irimiqyaslı enerji layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) gerçəkləşməsinə rəğmən, ümumi ticarət dövriyyəsi mövcud potensiala adekvat deyil.
    2008-ci ilin statistikasına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında 9-cu yerdədir. Düzdür, bu sırada ilk yerləri Azərbaycanın əsas neft alıcıları olan İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa tutur. Amma regiona gəldikdə, Azərbaycanın Rusiya ilə ticarəti (2008-ci ildə 1,936 mlrd. dollar, 6-cı yer) Türkiyə ilə ticarət dövriyyəsini (1,433 mlrd. dollar) xeyli üstələyir.
    Yeri gəlmişkən, Rusiya Azərbaycanın müstəqilliyini yalnız 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul ediləndən sonra tanımışdı. Amma bu, necə deyərlər, başqa söhbətin mövzusudur.
    Vüqar Orxan, “525-ci qəzet”, 10.11.2009.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün: 9 noyabr

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1003

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş