Kullanıcı Tag Listesi

Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009) http://www.azerbaycanli.org/photos/Image/tur-erm-serhed-qars.Jpeg Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009) Ankara-Yerevan dialoquna tam dəstək verən Vaşinqton bu anlaşmanın Qarabağ sülh prosesinə də müsbət zəmin olacağını bildirir Son günlər həm Türkiyə-Ermənistan dialoqu, həm də Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında cərəyan edən

Bu konu 876 kez görüntülendi 0 yorum aldı ...
Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009) 876 Reviews

    Konuyu değerlendir: Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 876 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009)

    Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009)





    Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009)
    Ankara-Yerevan dialoquna tam dəstək verən Vaşinqton bu anlaşmanın Qarabağ sülh prosesinə də müsbət zəmin olacağını bildirir
    Son günlər həm Türkiyə-Ermənistan dialoqu, həm də Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında cərəyan edən gəlişmələr hər iki prosesdə kritik mərhələnin yetişdiyini göstərir. Çünki hər nə qədər bu proseslər ayrı kontekstlərdə görünsə də, məsələn, erməni tərəfi Türkiyə ilə danışıqlarda Qarabağ məsələsini yaxına buraxmayacağını desə də, yaxud Ankaranın Yerevanla dialoqda Qarabağı gözardı etdiyi iddia olunsa da, proseslərin bir-birilə çox bağlı olduğu gerçəkdir. Bu baxımdan hər iki prosesi sürətləndirmək yönündə aktiv təşəbbüslər diqqət çəkir. Dünən bu xüsusda gələn xəbərlər də buna dəlalət edir.
    Gündəmi zəbt edən əsas xəbər, sözsüz ki, Türkiyə və Ermənistan diplomatları arasında ötən ilin yayından İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda müəyyən «çərçivə sənədi»nin ortaya çıxması ilə bağlıdır. Əslində bunu sənəd anlandırmaq da olmaz, söhbət hələlik tərəflər arasında heç bir öhdəliyi ehtiva etməyən birgə niyyət bəyanatından gedir. Türkiyə və Ermənistanın, eləcə də vasitəçi ölkə İsveçrənin xarici işlər nazirliklərinin yaydıqları birgə bəyanat Ankara-Yerevan dialoqunun müəyyən məsafə qət etdiyini göstərir və bundan sonrakı proses üçün «yol xəritəsi» sayıla bilər.
    Türkiyə XİN-in internet saytında yer alan bəyanatda qeyd olunur ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə ikitərəfli əlaqələri normallaşdırmaq, münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət çərçivəsində inkişaf etdirmək, bununla da bölgədə sülh, sabitlik və təhlükəsizliyə nail olmaq üçün ciddi səylər göstərir: «Hər iki tərəf bu müddətdə qarşılıqlı anlayış nümayiş etdirib, ikitərəfli əlaqələrin hər iki tərəfi qane edəcək şəkildə normallaşması üçün əhatəli çərçivə üzərində anlaşma əldə edib. Tərəflər həmin anlaşma çərçivəsində «yol xəritəsi» müəyyənləşdiriblər».
    Bəyanatda o da vurğulanır ki, danışıqlarda əldə zəmin prosesin davamı üçün perspektivlər açır. Bununla belə, bəyanatda danışıqlar prosesində hansı nəticələrin əldə olunduğu və sözügedən «yol xəritəsi»nin detalları açıqlanmır. Hərçənd hələlik bu danışıqlarda hansısa nəticənin olduğunu söyləmək də erkən olardı. Bu baxımdan Türkiyə-Ermənistan «yol xəritəsi»ni tərəflər arasında detallı müzakirəsi gözlənilən çətin məsələlərin bir məcmusu kimi başa düşmək lazımdır.
    Bəllidir ki, Türkiyə ilə Ermənistanın bir-birindən həllini gözlədiyi məsələlər var. Erməni tərəf 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş olayların «soyqırımı» olaraq tanınmasını istəyir. Türkiyə isə erməni tərəfin bu iddiadan vaz keçməsini, Türkiyənin ərazi bütövlüyünü tanımasını (Ermənistanın 1991-ci ildə qəbul etdiyi «Müstəqillik bəyannaməsi»ndə Türkiyənin şərq vilayətləri «Qərbi Ermənistan» adı altında qeyd olunub), nəhayət, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini istəyir. İndiyədək bu məqamlar tərəflər arasında bir-birinə yönəlik şərt kimi qeyd olunurdusa, İsveçrədəki danışıqlarda əldə olunan «yol xəritəsi»ndə artıq şərtlərdən söz edilmir. Başqa sözlə, bu məqamlar artıq «yol xəritəsi»nin müzakirəsi gərəkən müddəalarıdır.
    «Yol xəritəsi» şərh edən Ermənistan XİN-in sözçüsü Tiqran Balayan orada ikitərəfli münasibətləri normallaşdırmaq barədə hər hansı şərtin, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı şərtin yer almadığını deyib: «Razılaşma mətnində heç bir şərtdən söhbət getmir». O qeyd edib ki, birgə bəyanatında tərəflərin «tam əhatəli və hər iki tərəfi qane edəcək» anlaşmaya çalışdıqları ifadə olunub.
    Təbiidir ki, rəsmi Bakı da Türkiyə-Ermənistan dialoqundakı gəlişmələri diqqətlə izləyir. Azərbaycan tərəfin mövqeyi bundan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması ilə paralel
    aparılmalıdır. Bu fikri dünən Azərbaycan XİN sözçüsü Elxan Poluxov bir daha nəzərə çatdırıb. Türkiyənin Ermənistanla danışıqların gedişi barədə Azərbaycanı məlumatlandırması barədə sualı cavablandıran XİN rəsmisi bəyan edib ki, bu proseslə əlaqədar tərəflər arasında məlumat mübadiləsi aparılır. Qeyd edək ki, Türkiyə də Ermənistanla dialoqun Qarabağ nizamlanmasına paralel olaraq aparmaq niyyətini son günlər bir neçə dəfə bəyan edib.
    «Yol xəritəsi» Qarabağa dair «Moskva bəyannaməsi»nin analoqudur
    Ümumilikdə götürdükdə Türkiyə ilə Ermənistan arasında İsverçədə əldə olunan anlaşma mahiyyət etibarilə indiyədək Ermənistanla Azərbaycan arasındakı Qarabağ sülh prosesində ortaya çıxan bəyanatlardan elə də fərqlənmir. Başqa sözlə, birgə bəyanat hələ ortaq məxrəc və yekun anlaşma demək deyil. Məsələn, Azərbaycanla Ermənistan arasında «Madrid prinsipləri» deyə söz edilən sənəd iki ildir ki, müzakirə masasındadır, «Praqa prosesi» beş ildir ki, sürür, ondan öncə də Paris, Ki Vest və s. danışıqlar sürəci olub. Son olaraq 2008-ci il noyabrın 2-də Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə imzaladığı birgə bəyanat da bu qəbildəndir.
    Maraqlıdır ki, erməni dairələri də Türkiyə-Ermənistan «yol xəritəsi»ni Qarabağa dair «Moskva bəyannaməsi» ilə müqayisə edirlər. «Ermənistan və Türkiyə XİN-in birgə bəyanatı Dalğıq Qarabağa dair «Moskva bəyananməsi»nin eynidir. Burada hansısa razılaşmadan danışmaq çox tezdir. Sadəcə olaraq indiyədək tərəflərin bir-birinə qarşı irəli sürdükləri şərtlər indi «Yol xəritəsi»nin bəndlərinə çevrilib. Və həmin bəndləri aşmaq elə də asan məsələ deyil», - deyə Dağlıq Qarabağ separatçılarının keçmiş «xarici işlər naziri» Armen Məlikyan bildirib.
    Bununla belə, erməni dairələrində «yol xəritəsi» barədə xəbərlərə sərt reaksiyalar da var. Türkiyə ilə münasibətlərdə kəskin mövqe tutan «Daşnaksütyun» Ermənistan rəhbərliyinin Türkiyə ilə şərtsiz yaxınlaşma siyasətini tənqid edərək hökumət koalisiyasını tərk edə biləcəyini bildirib. Partiya «suveren və həyat qabiliyyətli erməni dövlətinin və gələcək nəsillərin milli dövlət hüquqlarının hesabına» Türkiyə ilə münasibət qurulmasını qəbul etməyəcəyini bəyan edib: «Bu prinsiplərə sadiq qalaraq biz aprelin 22-də Türkiyə ilə imzalanmış bəyanatı yolverilməz sayırıq. «Daşnaksütyun» dəfələrlə bəyan edib ki, iki ölkə arasında mehriban qonşuluq münasibətləri yalnız Türkiyənin erməni soyqırımını tanıması və erməni xalqının hüquqlarının bərpa olunacağı təqdirdə mümkündür. Biz hesab edirik ki, bu sənədin 24 aprel ərəfəsində və Türkiyənin Qarabağ problemi ilə bağlı antierməni xarakterli bəyanatları fonunda ortaya çıxması Ermənistanın maraqlarına zərbədir».
    Qeyd etmək lazımdır ki, Türkiyə-Ermənistan «yol xəritəsi»nin məhz 24 aprel ərəfəsində ortaya çıxması müəyyən mənada Ankaranın diplomatik uğuru sayıla bilər. Bu faktın ABŞ prezidentinin erməni əhalisinə ənənəvi müraciətinə təsirsiz ötüşməyəcəyi yəqindir. Artıq bu məsələdə ən sərt mövqe tutan erməni dairələri də etiraf edir ki, prezident Barak Obamanın «soyqırımı» kəlməsini işlətməsini gözləməyə dəyməz.
    Digər yandan, rəsmi Vaşinqton Türkiyə-Ermənistan dialoqunun aktiv təşviqatçısı kimi prosesləri yaxından izləyir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti «yol xəritəsi» barədə bəyanata dərhal münasibət açıqlayıb. «ABŞ iki tərəf arasında münasibətlərin normalaşmasının şərtsiz və anlaşılan vaxt çərçivəsində baş tutmasını dəstəkləyir. Biz Ermənistan və Türkiyəni razılaşdırılan çərçivə daxilində yol xəritəsinin icrasına çağırırıq. Bunun bütün regionda sülh, təhlükəsizlik və stabilliyə xidmət edəcəyinə inanırıq», - deyə Dövlət Departamentinin sözçüsü Robert Vud bildirib.
    Amerika Türkiyə-Ermənistan dialoqu ilə yanaşı, Qarabağ sülh prosesini də sürətləndirməyə çalışır. Bu fikri ABŞ dövlət katibi Hillari Klinton srağagün (22 aprel) Konqresdəki çıxışında diqqətə çatdırıb. Türkiyə-Ermənistan yaxınlaşmasına toxunan dövlət katibi 1993-cü ildən bağlı olan sərhədlərin açılmasına ümid etdiyini deyib. Klinton iki tərəfin barışma cəhdində ABŞ-ın xüsusi rol oynadığını vurğulayıb: «Türkiyə və Ermənistan hökumətləri barışıq axtararkən Birləşmiş Ştatların dəstəyini və təşviqini istədi. Bu istəyin ardınca həm prezident, həm də mən onlara tam dəstək verdik».
    Amerika xarici siyasət idarəsinin rəhbəri həmçinin bildirib ki, Vaşinqton Azərbaycan hökumətinə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün səylərini artırmağa söz verib: «Minsk qrupu çərçivəsində münaqişə ilə yaxından məşğul oluruq. Bir faktı qeyd edim ki, Dövlət Departamentinin rəsmisini son üç həftədə iki dəfə Azərbaycana göndərmişik. Ümid edirik ki, gələcək aylarda hansısa çözümə nail olacağıq».
    Bu arada Qarabağ sülh prosesində digər vasitəçi Rusiya da təşəbbüsü əldən vermək istəmir. Ötən həftə Azərbaycan prezidentini qəbul edən prezident Dmitri Medevev dünən öz iqamətgahında Ermənistan rəhbərini qonaq edib.
    «Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrimiz düzgün istiqamətdə gedir. Mənim keçirdiyim görüşlər, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüm tərəflərin bu mürəkkəb problemin həlli üçün konstruktiv istiqamətdə irəliləməyə hazır olduğunu təsdiqlədi. Hesab edirəm ki, irəliləyişlər ümidvericidir», - deyə Medvedev bildirib. Rusiya prezidentinin fikrincə, tərəflər son vaxtlar bir-birinə «doğru kiçik, lakin vacib addımlar atırlar». Medvedev bəyan edib ki, 2008-ci il noyabrın 2-də imzalanmış «Moskva Bəyannaməsi» münaqişənin həlli üçün hərtərəfli bazadır.
    Ermənistan rəhbəri isə Rusiya prezidentinə Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə təşəkkür edib: «Məmnuniyyətlə qeyd edirəm ki, bu məsələdə Sizin mövqeyiniz dəyişməzdir, möhkəmdir və ondan ibarətdir ki, münaqişə beynəlxalq hüququn bütün prinsipləri əsasında həll olunmalıdır».
    Vüqar Orxan, "525-ci qəzet", 24.04.2009.
    Mövzuya dair:
    Türkiyə ilə Ermənistan arasındakı “yol xəritəsi”nin məzmunu açıqlanıb

    Türkiyə ilə Ermənistan hökumətləri arasında əldə olunan razılaşmanın mahiyyəti bəlli olub. APA-nın xəbərinə görə, Türkiyənin mövcud hökumətinə yaxın olan “Sabah” qəzeti iki ölkənin üzərində anlaşdığı “yol xəritəsi”ndə nələrin nəzərdə tutulduğunu açıqlayıb.

    Türkiyə-Ermənistan münasibətlərinin gələcəyini müəyyən edəcək “yol xəritəsi” 5 əsas maddədən ibarətdir:

    - Ermənistan 1921-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsini tanıyacaq;

    - Soyqırımı iddialarının araşdırılacağı tarixçilərdən ibarət birgə komissiya yaradılacaq və komissiyaya üçüncü ölkələr də qatıla biləcək;

    - İki ölkə arasında sərhədlər açılacaq və ticarətin başlaması üçün müvafiq anlaşmalar imzalanacaq;

    - Hər iki ölkə Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və İrəvanda akkreditə edəcək, daha sonra birbaşa diplomatik əlaqələr qurulacaq;

    - “Yol xəritəsi”ndə qanunverici orqanın təsdiqi tələb olunan məsələlər parlamentin müzakirəsinə çıxarılacaq.

    Sənəddə Dağlıq Qarabağ məsələsi yer almasa da, Türkiyə-Ermənistan yaxınlaşması münaqişənin həlli prosesi ilə paralel aparılacaq. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə “Sabah”a açıqlamasında “Türkiyənin Avropa Birliyi ilə əlaqələrində Kipr probleminin həlli şərt kimi qoyulmasa da, bu məsələ reallıqdır. Dağlıq Qarabağ məsələsi də belə olacaq”, deyib.
    24.04.2009.

    Türkiyə prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevə zəng edib

    Türkiyə prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

    Məlumata görə, telefon danışığında Abdulla Gül Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və Qafqaz bölgəsində proseslərlə bağlı Azərbaycan prezidentini məlumatlandırıb və fikir mübadiləsi aparıb: “Dövlət başçıları arasında ötən həftələrdəki gəlişmələrin davamı olan telefon danışığında iki qardaş ölkə arasındakı tarixi bağlılıq, etimadlılıq və yaxın işbirliyinin davam etməsinin əhəmiyyəti vurğulanıb, bunun bölgənin inkişafına və rifahına da müsbət təsir edəcəyi bildirilib”.
    24.04.2009.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Türkiyə və Ermənistan «yol xəritəsi»ni müəyyənləşdiriblər (24/04/2009)

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 876

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş