Kullanıcı Tag Listesi

Um-Əl-Banu Um-Əl-Banu Mirzə qızı Əsədullayeva 1905-ci ilin yanvar ayında anadan olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin ailəsində dünyaya göz açıb. Banin yazırdı: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan

Bu konu 790 kez görüntülendi 0 yorum aldı ...
Um-Əl-Banu 790 Reviews

    Konuyu değerlendir: Um-Əl-Banu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 790 kez incelendi.

Konu: Um-Əl-Banu

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Um-Əl-Banu

    Um-Əl-Banu


    Um-Əl-Banu Mirzə qızı Əsədullayeva 1905-ci ilin yanvar ayında anadan olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin ailəsində dünyaya göz açıb.

    Banin yazırdı: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam onu doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir.

    Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Um-Əl-Banu adlandırırlar. Doğulduğu kimi, Um-Əl-Banunun sonrakı həyatı heç də rəvan keçmir.

    Um-ƏlBanu (Banin) atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir.

    O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Məlumatlara görə, Banin bir müddət maneken, sonra mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir...İmkanı çatan bütün peşələrə yiyələnən Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

    1946-cı ildə dərc olunan “Qafqaz günləri” kitabı Baninə müvəffəqiyyət qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen Ernst Yungen və başqaları Baninə riqqətli məktublar yazırlar. İkinci dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yungenə bir neçə kitab həsr edib.

    Onlar 1943-cü ildə - Baninin Azərbaycanda sosial düzümün faciəsinə özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yungen Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir.

    Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yungenlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin çağırışı" (1971), "Ernst Yungenin portreti" (1971), "Ernst Yungen müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır.

    Baninin sonuncu dərc olunmuş kitabı - "Mariya mənə nə danışdı" romanı 1991-ci ildə ölümündən bir il əvvəl işıq üzü görüb.Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi.

    Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur.

    Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Um-Əl-Banu bir çox məşhur rus yazıçıları ilə xüsusilə də İvan Buninlə tanış olur. Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edərmiş. Çox vaxt bu tədbirlərə İvan Bunin sədrlik edərmiş.

    Axı o, rus ədəbiyyatında əldə etdiyi nailiyyətlərə görə Nobel mükafatına layiq görülmüşdü. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar. Onların söhbətlərinin sonu olmurmuş.

    İlk dəfə olaraq Um-Əl-Banu Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görmüşdü. Bir müddət keçəndən sonra onlar görüşürlər. 75 yaşı olmasına baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə salır. Bunin Baninin şərq gözəlliyinə heyran olur. Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış.Onunla ilk görüşən azərbaycanlı diplomat Ramiz Abutalıbov olub.

    Bu hadisə 1981-ci ilə - Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Yaşının çox olmasına baxmayaraq, Banin cavan görünürmüş. Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmamışdır.

    O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərmiş. BaninParisdə "Azərbaycan evi" assosiasiyasının üzvü idi.

    O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı öz xalqını müdafiə edən məqalələrlə çıxış etmişdir. 1992-ci il oktyabrın 29-da "Fiqaro" qəzeti olduqca kədərli bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...".

    Kategoriya : Şəxsiyyətlər


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Um-Əl-Banu

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 790

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş