Kullanıcı Tag Listesi

“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” http://azerbaycanli.org/photos/Image/Qarabax-kitab-huquq_Namiq-Aliyev.jpg Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğunu sübuta yetirən kitab Moskvada çapdan çıxıb 11/03/2013 “Qarabağ” kəlməsi hər bir azərbaycanlının qəlbini göynədir və bu, sadəcə, şablon ifadə deyildir. Bu, qırıq-qırıq edilmiş tar simlərinin fəryadı, yerə çırpılmış qaval daşının haray çəkən səsidir. Necə oldu ki, Qarabağ dağlarında səslənən

Bu konu 532 kez görüntülendi 0 yorum aldı ...
“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” 532 Reviews

    Konuyu değerlendir: “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 532 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”

    “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”




    Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğunu sübuta yetirən kitab Moskvada çapdan çıxıb

    11/03/2013
    “Qarabağ” kəlməsi hər bir azərbaycanlının qəlbini göynədir və bu, sadəcə, şablon ifadə deyildir. Bu, qırıq-qırıq edilmiş tar simlərinin fəryadı, yerə çırpılmış qaval daşının haray çəkən səsidir. Necə oldu ki, Qarabağ dağlarında səslənən muğamın sədaları kəsildi, dumanlı-çiskinli vadilər daha “Qarabağ şikəstəsi”nin ecazkar gözəlliyinə bürünmür? Dünyanın qeyri-maddi irsinin UNESCO-nun müvafiq siyahısına salınmış bu şah əsərləri “Şərqin İtaliyası” şöhrəti qazanmış bir torpaqda - Qarabağda hələ çoxmu susacaq? “Qafqazın konservatoriyası” Şuşa hələ çoxmu parça-parça edilmiş, dili qopardılmış vəziyyətdə olacaq?”.
    Bu sözlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun professor Namiq Əliyevin Moskvanın “Veçe” nəşriyyatında çapdan çıxmış “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabına yazdığı giriş sözündəndir.
    Kitab müəllifi, Azərbaycanın Moldovadakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev geniş elmi və faktiki materiallar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir sıra hüquqi problemlərini araşdırmış, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi cəhətdən açıq-aşkar əsassız olduğunu sübuta yetirir.
    Müəllif kitabın müqəddiməsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus -2010: absurd teatrı mövsümü” kitabından sitat gətirilmişdir: “Hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid olduğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı olacaqdır. Bu hüququn prinsipləri çoxsaylı konvensiya və sənədlərdə təsbit olunmuşdur ki, bunların da dürüst ifadələri ilə Ermənistanda, şübhə etmirik ki, yaxşı tanışdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır. Orada təyini-müqəddərat hüquqi dövlətin ərazi bütövlüyü çərçivəsində göstərilmişdir”.
    “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı beş fəsildən - “Ermənistan-Azərbaycan münaqişəsinin tarixi aspektləri”, “Erməni iddialarının hüquqi əsassızlığı”, “Beynəlxalq ərazi münaqişəsinin həlli”, “Dövlət quruluşu haqqında” və “Kompromislər və güzəştlər” adlı fəsillərdən ibarətdir. Beynəlxalq münasibətlər, siyasi elmlər sahəsində mütəxəssislərin geniş dairəsinə, tarixi -konfliktoloji problemlərlə maraqlanan hər kəsə ünvanlanmış kitaba əlavədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əsas beynəlxalq sənədlər yer almışdır.
    AzərTAc


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 532

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş