Kullanıcı Tag Listesi

Ermənistan-Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə

Bu konu 739 kez görüntülendi 0 yorum aldı ...
Ermənistan-Azərbaycan 739 Reviews

    Konuyu değerlendir: Ermənistan-Azərbaycan

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 739 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Ermənistan-Azərbaycan

    Ermənistan-Azərbaycan




    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı.

    1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan,
    İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu.
    Ermənilərin Qafqazda məskunlaşdırılması müxtəlif dövrlərdə mərhələli şəkildə həyata keçirilmişdir. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalamışdır. "Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında" adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu.

    1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalamışdır. 1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman vermişdir. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunmuşdur. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş vermişdir.

    Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya
    ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828-1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan
    ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və
    burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.

    Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində {1AmirovaXezengul}test{/1AmirovaXezengul}2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi.

    Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar.

    "Paytaxtsız" respublika yarandığı gündən erməni şovinistləri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Loru-Pəmbək və Şörəyel qəzalarında, Zəngəzurda, Göyçədə və digər yerlərdə kütləvi qırğınlar törətdilər. Faktlar göstərir ki, Ermənistan Respublikasında qatı millətçilərin hökmranlıq etdiyi 1918-1920-ci illərdə onlar "türksüz Ermənistan" şüarını həyata keçirməyə xeyli dərəcədə nail ola bilmişdilər. Həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya zorla öz yurdlarından qovulub çıxarılmışdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra onlardan yalnız 60 min nəfəri öz doğma yurduna qayıda bilmişdi.

    1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz vətənindən didərgin salınmışdır. Bu dövrdə Bakıda və Şamaxıda ermənilərin həyata keçirdiyi kütləvi soyqırımı aktları daha dəhşətli olmuşdur. Bakıda 30 minə
    yaxın insan xüsusi qəddarlıq və amansızlıqla məhv edilmişdir. Şamaxının 58 kəndi xarabazara çevrilmiş, 7 min nəfər insan öldürülmüş (onlardan 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olmuşdur), Quba qəzasında müsəlmanların yaşadığı 122 kənd yandırılmış və dağıdılmışdır. Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilmişdir. Bu kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən olmuşdur. Zəngəzur qəzasında da eyni üsullarla 115 kəndi vəhşicəsinə darmadağın edən ermənilər İrəvan quberniyasında 211, Qarsda 92 kəndi talan edərək yandırmışlar. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar.

    Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Həm Gülüstan, həm də Türkmənçay müqavilələri bunu bir daha təsdiqləyirdi. Azərbaycan ərazilərini etnik baxımdan bölmək cəhdləri nəticə etibarilə ölkənin siyasi və coğrafi anlamda parçalanmasına gətirib çıxarmalı idi. Nə qədər ağrılı olsa da, baş verən hadisələrin təhlili və tarixi xronologiya bu planların müəyyən hissəsinin yerinə yetirildiyini təsdiqləyir. XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən proseslərin məntiqi nəticəsi ona gətirib çıxardı ki, artıq sovet hökumətinin qurulduğu ərəfədə Azərbaycan ərazilərinin böyük bir hissəsi ermənilərin tabeliyinə keçmişdi. Ən qəribəsi isə bu idi ki, həmin ərazilərdə məhz azərbaycanlılar çoxluq təşkil edirdilər. Amma nədənsə bu vacib faktor torpaqlarımızın ermənilərə hədiyyə edilməsində heç bir rola malik olmadı.

    Tarixi qaynaqlarda Ermənistan dövlətinin olmadığı tam açıq şəkildə göstərilmişdir. Bəzi nəhəng ölkələrin maraqları Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını tələb edirdi. Bunun isə ən ağır nəticələrini Azərbaycan xalqı öz taleyində yaşamalı oldu. 1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı. Moskvada dövlət idarə aparatında yuva salmış erməni lobbisinin bu yolda həyata keçirməyə nail olduğu mənfur niyyətlərindən biri də müharibədən sonra xaricdən gələn ermənilərin yerləşdirilməsini bəhanə edərək İ. Stalinin xeyir-duası ilə dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirilən deportasiya siyasəti olmuşdur.
    1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Böyük şəxsiyyət, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun prinsipial mövqe tutması onların planını pozdu. Lakin 1922-ci ilin sonunda N. Nərimanov Moskvaya getdikdən sonra onlar 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail ola bildilər. Bununla belə, onlar Dağlıq Qarabağa yiyələnə bilmək iddiasından əl çəkmir, dəfələrlə bu barədə məsələ qaldırırdılar.

    Göründüyü kimi, hətta Sovet İttifaqının tərkibində yaşadıqları dövrdə belə Azərbaycan və Ermənistana münasibətdə ayrıseçkilik açıq şəkildə müşahidə olunurdu. Sovet imperiyasının rəhbərliyi sələflərinin vəsiyyətlərinə sadiq qalaraq erməniləri məzlum və fağır bir xalq kimi təqdim edir, onların dirçəlməsinə, Ermənistanın iqtisadi və siyasi inkişafına ciddi dəstək verir, Azərbaycan ərazilərinin bu respublikaya birləşdirilməsi istiqamətində səy göstərirdilər. Bu, həm Leninin, həm də Stalinin hakimiyyəti illərində Sovetlərin Cənubi Qafqaz siyasətində əsas yerlərdən birini tutmuşdur. Təsadüfi deyil ki, o dövrdə Azərbaycandan olan kadrların yüksək vəzifələrə təyin olunması çox az hallarda baş verir və xalqımızın görkəmli ziyalılarına qarşı terror aktları, repressiyalar həyata keçirilirdi.

    1930-cu illərdə "vətən xaini" damğası ilə xalqımızın ən öndə gedən ziyalılarının, elm xadimlərinin, dövlət və siyasət adamlarının məruz qaldığı haqsızlıqlar bu siyasətin nə qədər iyrənc məqsədlərə xidmət etdiyini bir daha ortaya qoyur. Bu dövr tariximizin ən faciəli səhifələrindən biri kimi xalqımızın yaddaşında dərin iz buraxmışdır. Xalqlara hürriyyət və azadlıq vəd edən SSRİ elan etdiyi prinsiplərə xilaf çıxaraq azərbaycanlılara qarşı ayrıseçkilik siyasəti yürütmüş və zaman-zaman bu xalqın genofondunun məhv edilməsinə çalışmışdır.

    Ötən əsrin 70-ci illərinə qədər azərbaycanlıların İttifaqın nüfuzlu ali təhsil ocaqlarında təhsil alması çox nadir hallarda baş verir, xalqımızın hərbi sahədə peşəkar kadrlarının yetişdirilməsinə maneələr törədilir, hətta orduya xidmətə getmiş əsgərlərə münasibətdə də bu, açıq şəkildə özünü göstərirdi. Sovet imperiyasının "parçala, hökmranlıq et" siyasəti ilk növbədə bizim xalq üçün daha faciəli və daha ağır nəticələrə gətirib çıxarmışdı. Maraqlıdır ki, həm o dövrdə, həm də sonralar Azərbaycan Qafqazda SSRİ-nin iqtisadi inkişafına mühüm təsir göstərən və onun dayaqlarının möhkəmləndirilməsinə daha çox töhfələr verən respublika olmuşdur. Ölkəmizin təbii sərvətlərinin zənginliyi, əmək potensialının genişliyi burada əsas faktorlardan biri kimi çıxış edirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, İkinci Dünya müharibəsində Sovet ordusunun faşizm üzərində qələbəsində əsas pay Bakı neftinin üzərinə düşürdü. Çünki o dövrdə istehsal olunan yanacağın 70 faizindən çoxu məhz Azərbaycanda hasil edilirdi.

    Müharibə qurtardıqdan sonra, 1945-ci ilin noyabrında Ermənistan KP MSK-nın birinci katibi Q. Arutyunov İ. Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağın Ermənistan SSR-lə həmsərhəd olduğunu, iqtisadiyyatı ilə guya sıx bağlılığını nəzərə alaraq onun Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırır. Həmin məktubu İ. Stalin K. Malenkova ünvanlayır. O isə, öz növbəsində, cavab üçün sənədi Azərbaycan SSR rəhbərliyinə göndərir. Dağlıq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğu haqqında geniş məlumat verən M. C. Bağırov məktubunun sonunda bildirir ki, Şuşa rayonunu çıxmaq şərti ilə Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də Azərbaycana qaytarılsın.

    Belə olduqda ermənilər Ermənistanda yaşayan və əsasən Azərbaycanla həmsərhəd rayonlardakı azərbaycanlıları köçürmək üçün başqa hiyləyə əl atırlar. Azərbaycanın Muğan-Mil düzlərində pambıq əkilən rayonları işçi qüvvəsi ilə təmin etmək bəhanəsiylə Ermənistan ərazisində olan azərbaycanlıları köçürmək və onların yerində xaricdən gələn erməniləri yerləşdirmək təklifini irəli atır və buna müvəffəq olurlar. Siyasi Partiyalar arxivində bu məsələ ilə əlaqədar 1947-ci ilin dekabrında M. C. Bağırovun və Q. Arutyunovun birlikdə imzaladığı və Stalinə göndərilmiş məktubun surəti qorunub saxlanılır. Məktubda məhz yuxanda deyilən məsələlərlə bağlı konkret təkliflər irəli sürülmüşdür. Nəticədə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də "Ermənistan SSR-dən kolxozçuların və digər Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edir. Şəxsən İ. Stalinin imzaladığı və heç bir girişi olmadan bilavasitə onun qərar hissəsindən başlanan bu sənəd, məzmunundan da göründüyü kimi, çox tələsik hazırlanmışdı. Təsadüfi deyildir ki, 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti həmin qərara əlavə olaraq ikinci bir qərar da qəbul etməli olur. Özü də 1947-ci il 23 dekabr tarixli qərara əlavə qeydi olan və İ. Stalinin imzaladığı bu ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı özünün geniş əksini tapmışdı.

    1947-ci il 23 dekabr tarixli qərarın birinci bəndində göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük prinsipi əsasında" Ermənistan SSR-də yaşayan yüz min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülsün. Bununla da Ermənistan Respublikası və onların timsalında keçmiş SSRİ rəhbərliyi 1948-ci il 10 dekabrda qəbul edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, 1966-cı il 16 dekabrda qəbul edilmiş "Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Akt"ın, 1984-cü il 10 dekabrda qəbul edilmiş "İnsan ləyaqətini hədəli və digər qəddar, qeyri-bəşəri və ya alçaldıcı müraciət və cəza növləri əleyhinə" Konvensiyanın və digər mühüm beynəlxalq hüquqi sənədlərin əsas prinsiplərini pozmuşdur. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından sürgün olunmuşdu.

    Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcudrepressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və keçmiş SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdı. Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

    Azərbaycan Respublikası Prezidentinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanının ilk cümlələri belə başlayır: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə
    həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır.


    Kaynak...
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ermənistan-Azərbaycan

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 739

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş