Qara Qarabəyli
Qarabəyli/Qarabəyov Qara bəy İsmayıl bəy oğlu (14.1.1874-27.9.1953) - Moskva və Yuryev/Derpt univ-lərində ali təhsil alıb (H.Z.Tağıyevin təqaüdü ilə oxuyub; «Nəşri-maarif» cəmiyyətinin üzvü (1906);«Haqq yolu» həftəliyinin red.: 1911-12; 3-cildlik «Tam türkcə-rusca lüğət»in müəllifi; Bakı Şəhər İdarəsindən seçilmiş Parlaman üzvü və Parlamanda «İttihad» frak. sədri;Bakı Şəhər İdarəsinin üzvü; 4.1920-dən sonra Solovetskə sürgün edilib və Leninə ərizə yazandan sonra buraxılaraq Kreml xəstəxanasında çalışıb; 1931-dən Səmərqənddə yaşayıb
Kategoriya : Şəxsiyyətlər