Kullanıcı Tag Listesi

Azerbaycan çobankƏrƏ diyarı Azərbaycan xalqının və onun dilinin formalaşmasında qədim türkmənşəli qıpçaq və peçeneq tayfalarının böyük rolu olmuşdur. Hər iki tayfa birləşməsi eramızın ilk əsrlərində Orta Asiyadan hunlarla birlikdə Cənub-şərqi Avropaya və Şimali Qafqaz çöllərinə kimi gəlmiş, Dunay çayına qədər geniş əraziyə səpələnmişlər. Lakin Şimali Qafqaz çöllərində yaşayan bu əhali III-IV əsrlərdə Dərbənd və Dəryal keçidləri ilə Kür-Arazarası əraziyə köçərək əsasən Azərbaycan və indi

Bu konu 947 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan çobankƏrƏ diyarı 947 Reviews

    Konuyu değerlendir: Azerbaycan çobankƏrƏ diyarı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 947 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan çobankƏrƏ diyarı

    Azerbaycan çobankƏrƏ diyarı


    Azərbaycan xalqının və onun dilinin formalaşmasında qədim türkmənşəli qıpçaq və peçeneq tayfalarının böyük rolu olmuşdur. Hər iki tayfa birləşməsi eramızın ilk əsrlərində Orta Asiyadan hunlarla birlikdə Cənub-şərqi Avropaya və Şimali Qafqaz çöllərinə kimi gəlmiş, Dunay çayına qədər geniş əraziyə səpələnmişlər. Lakin Şimali Qafqaz çöllərində yaşayan bu əhali III-IV əsrlərdə Dərbənd və Dəryal keçidləri ilə Kür-Arazarası əraziyə köçərək əsasən Azərbaycan və indi Ermənistan adlanan torpaqlarda məskunlaşmışdır. Bu ərazilər yaylaq - qışlaq (dağ-aran) maldarlığı üçün ən sərfəli yerlər idi. Peçeneqlər və qıpçaqların Cənubi Qafqaza köçmüş tayfalarının adları məlum deyil. Lakin Cənub-şərqi Avropada qalmış hissələrdə tayfa adları Bizans və ərəb mənbələrində, qismən rus salnamələrində (XI-XIII əsrlər) qalmışdır. Bu mənbələrdən aydınlaşır ki, peçeneqlər aşağıdakı tayfalardan ibarət olmuşdur:
    1)Cur; 2) Qarabax; 3) Qapan; 4) Göyərçin; 5) Ərdim; 6) Kula; 7) Çopan. Peçeneqlərin 4 tayfası isə Kəngər adlanırdı.
    Həmin mənbələrdə qıpçaqların aşağıdakı tayfalarının adları çəkilir: Çat, İd (it), Küç, Əncə, Qaraberk (Qarapapaq), Tərtər, Çuçan, Kotan, Kül, Uruz, Tük (Tuq), Kazak və s.
    Bundan əlavə, rus salnamələrində qıpçaqların peçeneqlərlə qarışığından 1) Qov; 2) Vərəndə (Vərəndə); 3) Tubaların əmələ gəldiyi göstərilir.
    Bu tayfalar əsas etibarilə Şimali Azərbaycan və indiki Ermənistan ərazisində məskunlaşmışlar.
    Məsələn, qıpçaq tayfaları Çur-Yurd (Yardımlı r-nunda) və Qara-Çorlu (Naxçıvanda), Qarabağ (Borçalı mahalında, Ermənistanda, Azərbaycanda, o cümlədən Naxçıvanda və Şərqi Türkiyədə), Qapallı (Azərbaycan və Ermənistanda) Göyərçinli (Azərbaycan və Ermənistanda); Ərdim (Yardımlı r-nunda), Kula (Ermənistanda və Şərqi Türkiyədə), Çopan (Çobankərə) adı ilə Ermənistanda yaşamışlar.
    Peçeneqlərin Çopan tayfası adının farsdilli çoban ( qoyunotaran, qoyunçuluqla məşğul olan) sözü ilə heç bir əlaqəsi yoxdur. Qədim türk dillərində çopan hakim şəxslər üçün titul bildirir, qədim fars dilində fşu "qoyun" və ban, pan "qoruyan", "bəsləyən" (məsələn, mərzban "sərhəd qoruyan", sarvan "dəvə saxlayan" və s.) sözlərindən ibarətdir.
    Qıpçaq tayfalarının adları Azərbaycanda, Ermənistanda və qismən Borçalı bölgəsində saxlanılmışdır. Məsələn, Çat (Ermənistanda Çadqırların kənd adında, Çat etnonimində və quran-1000 alaçıqdan ibarət düşərgə sözündə; İd (İt) -Ermənistanda İtqıran kənd adlarında, İd (it) tayfa adında və quran isə 1000 alaçıqdan ibarət düşərgə sözündə; Küç-Quba r-nunda Xuç, Aşağı Xuç, Orta Xuç və Xuçbala kənd adlarında; Əncə-Qax r-nunda - Öncallı kənd adında; Qarabörk ( Qarapapaq) Azərbaycanda və Ermənistanda, Tərtər-Qarabağ, Tərtərçayın adında (bu çayın adı mənbələrdə VII əsrdən çəkilir); Çuçanlı-Gədəbəy r-nunda Cuçanlı kənd adında Kotan-Azərbaycanda və Ermənistanda bir sıra kənd adlarında; Kül-Azərbaycanda və Gürcüstanda bir sıra Qullar kənd adlarında; Tuk-Dağlıq Qarabağın Tuğ kəndinin adında, Uruz-Azərbaycan və Ermənistanda bir neçə kənd adında "Urus" formasında. Kazak - Qazax r-nun adında və Azərbaycanın bir sıra kənd adlarında; Qıpçaq-peçeneqlərin Qov, Bərəndə və Tuba tayfa adlarında.
    Azərbaycanda bir sıra Qovlar kənd adı (Dağlıq Qarabağ¬da, Vərəndə mahal adında və İsmayıllıda - Tuba kənd adlarında) qalıb. Orta əsrlərdə bu tayfaların əksəriyyəti maldarlıqla məşğul olmuşdur.
    Qazax-Borçalı bölgəsində əhali əsasən iki hissədən ibarət idi:
    1) Qarapapaq; 2) Çobankara (elmi mənbələrə görə Çobankərə). Çobankərə aşağıdakı qollardan ibarət idi:
    1) Böyük Çobankərə (98 ailə);
    2) Saraclı (88 ailə);
    3) Kərimbəyli (80 ailə);
    4) Qafarlı (84 ailə);
    5) Dəmirçi (30 ailə);
    6) Şıxlı (yaxud Şıxlar - 18 ailə) ;
    7) Qaraqoyunlu (23 ailə)

    Qarapapaq tayfasının qolları:
    1) Qarapapaq (667 ailə);
    2) Çakarlı (42 ailə) ;
    3) Kolanı (21 ailə);
    4) Qarabağlar (27 ailə);
    5) Kərkibaşlı (10 ailə);
    6) Cəmilli (5 ailə).

    Qazaxların Azərbaycanda və İrəvan xanlığı ərazisində aşağıdakı tayfaları yaşayırdı:
    1) Qarapapaq (840 ailə);
    2) Böyük Çobankərə (159 ailə);
    3) Saraclı (90 ailə);
    4) Dəmirçili;
    5) Qafarlı;
    6) Cəfərli (Qafarlıdan ayrılma, 16 ailə);
    7) Qarabağlı (12 ailə);
    8) Əli-Şərurlu;
    9) Kərimbəyli (55 ailə);
    10) Kotanlı (Godanlu, yaxud Güdənli)- Kərimbəylidən ayrılma;
    11) Cəmilli (10 ailə);
    12) Şıxlı (34 ailə);
    13) Çalarlı (34 ailə) ;
    14) Kərkibaşlı - 13 ailə

    Cobankərə tayfası İrəvan mahalında məskunlaşmışdı. Ona görə də mənbələrdə Qazax-Borçalı bölgəsində:
    1) Qarapapaq;
    2) Aymurlu;
    3) Muğanlu;
    4) Şahdilli;
    5) Qaraqoyunlu;
    6) Kəngərli
    tayfalarının adları çəkilir və qeyd olunur ki, Kəngərli tayfasının özü 33 nəsildən (tirədən) ibarətdir.*
    Qarapapaqların bir hissəsi İrəvan əyalətində yaşayırdı. 1827-ci ildə İrəvan mahalından qarapapaqlılardan 100 ailə Azərbaycana, 800 ailə isə İrana və Türkiyəyə köçüb getmişdi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan çobankƏrƏ diyarı

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 947

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş