Kullanıcı Tag Listesi

Borçalı mahalinin el qəhrəmanları Hər bir xalq öz tarixini özü yaratmalıdır. Bu tarix qərinələr keçib, gələcək nəsillər üçün bir örnəyə, bir bilik mənbəyinə, nəhayət, ibrət dərsinə çevriləcəkdir. Xalqın qan yaddaşı, azad, firavan həyat tərzi və istiqlal uğrunda mübarizəsi, daxili və xarici düşmənlərə qarşı ölüm-dirim vuruşu bunların ən vacibi və dəyərlisidir. Doğulduğumuz vətəni işğal etmək, onun qüdrətini zəiflətmək və son nəticədə əyalətlərə parçalamaq üçün onlarca, yüzlərcə

Bu konu 585 kez görüntülendi 0 yorum aldı ...
Borçalı mahalinin el qəhrəmanları 585 Reviews

    Konuyu değerlendir: Borçalı mahalinin el qəhrəmanları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 585 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Borçalı mahalinin el qəhrəmanları

    Borçalı mahalinin el qəhrəmanları



    Hər bir xalq öz tarixini özü yaratmalıdır. Bu tarix qərinələr keçib, gələcək nəsillər üçün bir örnəyə, bir bilik mənbəyinə, nəhayət, ibrət dərsinə çevriləcəkdir.

    Xalqın qan yaddaşı, azad, firavan həyat tərzi və istiqlal uğrunda mübarizəsi, daxili və xarici düşmənlərə qarşı ölüm-dirim vuruşu bunların ən vacibi və dəyərlisidir. Doğulduğumuz vətəni işğal etmək, onun qüdrətini zəiflətmək və son nəticədə əyalətlərə parçalamaq üçün onlarca, yüzlərcə padşahlar, xanlar-bəylər, zülmkar çarlar və onların silahlı məmurları və nəhayət, imperiya tərəfdarları dəfələrlə qanlar axıtmış, lakin bu torpaq, bu el bərkiyə-bərkiyə bu günə gəlib çatmışdır. Yəni Azərbaycan deyilən məmləkət öz varlığını və mövcudluğunu qoruyub saxlaya bilmişdir. Tariximizin çətin dolaylarında müxənnət qonşunun xəyanətkar əli həmişə arxadan kürəyimizə bıçaq saplamaq niyyətində olmuş və bu gün də olmaqdadır.

    Bünövrəsi orta əsrlərdə qoyulmuş və XX əsrin ilk (1905) günlərindən daha dəhşətli formada başlamış, lakin 1910-1913-cü və 1918-ci illərdə quduzlaşmış erməni quldurları Bakıda, Şamaxıda, Borçalıda və s. bölgələrdə on minlərlə Azərbaycan türklərini vəhşicəsinə təndir və tonqallarda, zirzəmi və qara damlarda öldürmüşlər.

    1918-1920-ci illərdə tayqulaq Andronikin quldurları Zəngəzurda, Pəmbək və Cəlaloğluda, Qarabağda, Borçalıda və başqa yerlərdə silahsız dinc əhalinin başına min bir müsibət açmışlar.

    "Böyük Ermənistan" xülyası ilə bihuş olan bu qaniçən qatillər Borçalı mahalının məntəqələrinə (Qızılhacılı, Kolagir, Sadaxlı, Ləmbəli, Körpülü, Şamlıq və s.) soxul-muş, yerli əhalini təhqir edib qovmaq, əmlak və ərazilərini qarət etmək niyyətində olmuşlar. Heç bir silahı və hərbi sursatı olmayan borçalılar təpədən-dırnağa silaha sarılmış ermənilərin hücumlarına fədakarcasına sinə gərərək hər qarış torpaq uğrunda mübarizə aparıb, igidlərini qurban vermişlər.

    Cöyrə oğlu Qara tədricən yoxsulların, əliqabarlı kəndlilərin müdafiəçisinə çevrilirdi. Atasının düşmənləri də onu dinc qoymur, hər vasitə ilə intiqam almağa çalışırdılar. Qara az bir zamanda bütün varlıların düşməninə çevrildi: o, kəndlilərin gözəl qız və gəlinlərini oğurlayan, kəndlini heyvandan ayırmayan, icarədarlarını aldadan, camaatın mal-qoyununu oğurlayan ağa və bəylərin, yerli üsul-idarənin qatı düşməni idi. Amma varlılardan bir neçəsi Qaraya rəğbət bəsləyirdi. İsmayıl ağa Qaranın dostu idi, bəy-lərin planlarıvdan onu xəbərdar edirdi. Almaz ağayla Mehdi ağanın qardaşı Halay bəy mərhəmətli və ədalətli adam idi. Qasımlı kəndindən Aslan ağa da ürəyi yumşaq, haqqı nahaqdan ayıran adam kimi ad qazanmışdı. Qaradan zəhlələri gedən ağalar və bəylər onu Elqiş kəndində yaşayan, əslən yunan olan qoçu Mixoya öldürtmək üçün plan hazırlayırlar. Qoçu Mixo Qaranın köçlə Barmaqsızdan (Zəlyə) enəcəyindən xəbər tutur, köçün qabağını kəsib Qaranı gülləyə basır. Onun atdığı güllələrdən biri Qaranın arvadı Fatmanın ayağına dəyir. Mixonun namərdliyindən qəzəblənən yunanlar Qaraya tərəf çıxaraq Mixonu öldürürlər. Düşmən olsa da, Qara belə bir qorxmaz adamın ölümünə çox heyfsilənir.

    Bu kələklərinin boşa çıxdığını görən bəylər Cöyrə oğlu Qaranı aradan götürmək üçün başqa hiyləyə əl atmalı olurlar, onu hökumətin əli ilə Borçalıdan uzaqlaşdırmaq istəyirlər. Onların bu hiyləsindən xəbər tutan Qara kəndi tərk edib dağlara çəkilməyə, başına dəstə toplamağa məcbur olur. Həmin vaxtdan Cöyrə oğlu Qaranın Borçalı bəylərinə qarşı mübarizəsi daha mütəşəkkil şəkil alır və ictimai-sinfi xarakter daşımağa başlayır.

    Yavaş-yavaş bu mübarizədə Cöyrə oğlu Qaranın tərəfdarları meydana çıxmağa başladı. Bunlardan biri Halay ağa idi. Halay ağa Qaranın ədalətli mübarizəsinə haqq qazandırır, ona açıq-aydın rəğbət bəsləyirdi. Bundan xoşu gəlməyən qardaşları Almaz ağa və Mehdi ağa ona qarşı qiyam qaldırdılar. Eşidirlər ki, Halay ağa Şüləverdədir, iki oğlu ilə ora hücum edir. Halay ağa onu yaralayıb hər iki oğlunu öldürür, sonra dağlara çəkilib özünə bir dəstə düzəldir. Qaranın qardaşı Xəlil də onun dəstəsinə qoşulur.

    Aslan ağa da bir bəyi öldürəndən sonra qaçaq düşür. Başına bir dəstə toplayıb düşmənlərinə qarşı vuruşmağa başlayır. Qara hər iki dəstəylə əlaqə saxlayırdı. Bəzən çətin vuruşmalara birləşmiş dəstə ilə gedirdilər. Yaşlı ağsaqqalların söylədiklərinə görə, Cöyrə oğlu Qaranın adı o dövrdə Borçalının öndər adamları ilə yanaşı çəkilirdi. Bunlardan ən maraqlısı məşhur el şairi Faxralı şair Nəbinin adı ilə bağlıdır. Məlumata görə, biri şair Nəbiyə deyir ki, pulum çatmır, mənimlə şərik ol, kömür düzəldib sataq. Şair razılaşır, dostu işləri qaydaya salıb kömür alverinə başlayır. Kömürün çoxunu nisyə alan "Şeytan-bazarlılar" onu aldadırlar, get-gələ salırlar. Şair Nəbi də borcunu istəməyə gedir, onu da başlarından eləyib yola salırlar. Kor-peşman geri qayıdan şair Meydandan keçərkən aşıq səsi eşidib meyxanaya daxil olur. Meyxanaçı onu xam adam bilib dolamağa başlayır...

    Şair Nəbi özünü sındırmır. Bunu görən lotular onu döyürlər. Bu vaxt Şair Nəbi Cöyrə oğlu Qaranı yadına salır:

    Hardan alım Cöyrə oğlu Qaranı,
    Çəkə xəncərini, kəsə aranı.

    Sən demə, Qara da Meydandaymış. Xəbər çatanda özünü yetirir, lotuları pərən-pərən salır, meyxanaçıya qulaqburması verir. Sonra gəlişinin məqsədini soruşur. Şair Nəbi kömür əhvalatını danışır. Qara şairə ürək-dirək verib Aşıq Heylini göstərir:
    - Onunla deyişərsənmi?

    Şair Nəbi cavab verir:
    - Sənin kimi arxam var, niyə deyişmirəm?

    Qara bir onluq çıxarıb meyxanadakılara deyir ki, kim nə qədər baçarırsa o qədər pul versin, hansı aşıq bağlansa onundur.

    Xeyli pul yığılır. Şair Nəbiylə Aşıq Heyli üz-üzə gəlirlər. Bir azdan cavab verə bilməyən Aşıq Heyli məclisdən çıxıb qaçır.

    Toplaşanlar Şair Nəbini tərifləyirlər, meyxanaçı ondan üzr istəyir. Qara yığılan pulu Şair Nəbiyə verir. Yaşı səksəni-doxsanı haqlamış qoçaların yaddaşında yaşayan bu söyləmə Cöyrə oğlu Qaranın comərdliyindən, həmişə əzilənlərə kömək əli uzatmasından soraq verir. Xalq ona "Borçalının Qaçaq Nəbisi" kimi baxmağa başlayır. Onun adı el arasında böyük məhəbbət və nüfuza malik olur. Cöyrə oğlu Qara Borçalı çökəyində rəsmi hökumətin özbaşınalığına qarşı gedən mübarizənin önündə durmağa başlayır. Daha bir faktı qeyd edək. Vaxtilə Qızılhacılıda məktəb açmağa başlayan gənc Nəriman Nərimanov yerli irticaçılar, din xadimləri tərəfindən düşmənçiliklə qarşılanır. Bu zaman Cöyrə oğlu Qara onun köməyinə gəlir. Maddi vəsait toplayıb məktəbin binasını tikdirir, sonra isə uşaq toplamaqda ona kömək edir. Kəndlilər öz qızlarını məktəbə buraxmaq istəməyəndə daha cəsarətli addım atır, bacısı Ballını məktəbə gətirir. Qara bununla da kifayətlənmir, hər vasitə ilə məktəbi bağlamağa çalışan varlılara və din xadimlərinə qarşı müntəzəm olaraq mübarizə aparırdı. O, N.Nərimanovu göz bəbəyi kimi qoruyurdu, yandırılmış məktəb binasını bərpa etdirir. Qara qonşu kəndlərdə ağalıq edən varlılara qarşı barışmaz mübarizə aparırdı. Özlərini azad hiss edən Beytəkər kəndinin bəyləri kəndlilərə ağlagəlməz işgəncələr verirdilər. Bunu eşidən Qara bir neçə dəfə kəndə hücum edib, bəylərə hədə-qorxu gəlir. Amma bəylər hökumətdən kömək istəyib kəndi jandarmlarla doldururdular. Kəndlilərin zülmü daha da artır. Qara Halay bəylə Aslan ağanın dəstəsini köməyə çağırıb Beytəkər kəndinə basqın edir. Vuruşmanın qızğın çağında Aslan ağa yaralanır, Halay bəy onu xilas edir. Qaçaqlar jandarmları böyük tələfata uğradırlar. Çox silah, güllə ələ keçirəndən sonra növbəti basqın edib bəylərə divan tuturlar.

    Cöyrə oğlu Qaranın haqsızlığa qarşı mübarizəsi get-gedə daha da genişlənməyə başlayır, Qafqaz canisini bundan qorxuya düşərək tezliklə dəstəni dağıtmağa sərəncam verir. Qaranı həbs etmək üçün Borçalı çökəyinə çoxlu jandarm göndərilir. Bütün yollar tutulur. Halay bəylə, Aslan ağayla əlaqə kəsilir. Dəstəni qırğına verməmək üçün Qara çıxış yolları axtarır və Türkiyə ərazisinə keçməyi qərara alır. Bir müddət Qarsda daldalanır. Burada Mürvət adlı qadınla ailə qurur, bir müddət dinc həyat sürür. Ancaq Borçalı çökəyindən aldığı ürək ağrıdan xəbərlər onun dincliyini pozur.

    Qaranın uzaqda olmasından istifadə edən yerli mülkədarlar, məmurlar və jandarmlar kəndlilərə divan tutmağa başlayırlar. Bundan xəbər tutan Qara dözməyib dərhal Borçalıya qayıdır, öz mübarizəsini davam etdirməyi qarşısına məqsəd qoyur.

    Birinci dünya müharibəsi dövründə Cöyrə oğlu Qara Borçalı qəzasında başlanan xalq iğtişaşlarına başçılıq edir. O, qəzada fəaliyyət göstərən inqilabçılarla əlaqə saxlayır, onları silahla təmin etmək üçün müxtəlif yollar axtarır. Borçalıda fəaliyyət göstərən qaçaq dəstələrini birləşdirmək onun ən böyük arzusu idi. Amma Cöyrə oğlu Qaranın bu arzusu yerinə yetmir, güvəndiyi iki adamın birisindən-Halay bəydən məhrum olur. Jandarmlar Qaranı təqib etməklə yanaşı, Halay bəylə Aslan ağadan da əl çəkmirdilər. Qaranın onlarla birləşməyinə mane olmaq istəyirdilər. Jandarmlar hər iki dəstəni gecə yatarkən yaxalayırlar. Vuruşmada hər iki tərəf böyük itkilər verir. Gözətçilərin üstündə Halay bəylə Aslan ağanın sözü çəp gəlir. Halay bəy ona bir-iki ağır söz deyir. Bu təhqirə dözə bilməyən Aslan ağa Halay bəy çadıra (dəyə) girərkən onu arxadan vurur. Ölüm ayağında olan Halay bəy bacısı Saata məktub yazır ki, mənim Qaradan yaxın adamım yoxdur, ona de ki, qisasımı alsın. Məktubu Qaraya çatdırırlar. O, əhvalatdan bərk kədərlənib Aslan ağanı axtarmağa başlayır. Günlərin birində Sarvan kəndində Hacı Xəlil ağanın toy məclisində onu yaralayır. Sağalan Aslan ağa böyük səhv etdiyini başa düşür, Qaradan üzr istəyir.

    Çox çəkmədi ki, kəndlilər qiyam qaldırıb bəylərdən torpaq tələb etdilər. Məşhur ağa siyasət işlədib bəylikdən imtina etdi və kəndlilərin tərəfinə keçdi. O, Qaranı qabaqlamaq üçün tez-tələsik kəndli təşkilatı yaradıb ona rəhbərlik etdi. Bəylərə qarşı mübarizə aparacağına and içən bu ağa kəndliləri tovlayıb onları Türkiyədən gələn rus əsgərləri ilə dolu olan eşelona basqın etməyə ruhlandırır. O, eşelonun Borçalıda "Sandar" stansiyasında dayandığını kütləyə bildirdi. Kəndlilər relslərin üstünə şalban yığaraq qatarın yolunu kəsdilər. Ağanın niyyətini başa düşən Qara nə qədər çalışdısa, kəndliləri bu ağılsız plandan daşındırmaq mümkün olmadı. Qatar dayanarkən rus zabiti bir neçə dəfə yolu açmağı xahiş etdi. Bunun əvəzində ağa rus zabitini güllə ilə yaraladı. Əsgərlər pulemyotu işə salanda Qara araya durub, aman verməyi təvəqqe etdi. Bundan sonra əsgərlər qatara yol açdılar.

    Unudulmaz Borçalı qəhrəmanı Cöyrə oğlu Qaranın göstərdiyi şücaətlər bunlarla bitmir... Onun xarici düşmənlərə (ermənilərə) qarşı apardığı savaşlar bir qəhrəman başçı kimi onun fəaliyyətini daha da genişləndirib xalq kütləsi arasında yayır. Yazılı mənbələrin birində (arxiv materialı) qeyd olunur:

    Ermənilər Ağbulaq rayonunun Dürnük kəndi tərəfindən Qızılhacılıya hüçum edərkən, Cöyrə oğlu Qara onların qarşısını saxlayıb lazımi cavab vermişdir. Onun qanlı döyüşlərindən biri tarixə "Bolus döyüşü" adı ilə daxil olmuş indiki Bolnisi uğrunda gedən döyüşdür.

    Bir faktı demək kifayətdir ki, Andronikin 800 nəfərlik quldur dəstəsinə Dağet-Xaçınlı kəndinin erməniləri qoşulub, Qızılhacılıya və ona qonşu ərazilərə hücum etdilər. Qızılhacılıların 25 nəfərdən ibarət olan yaraqlı atlı dəstəsi Cöyrə oğlu Qaranın rəhbərliyi altında İsrafil ağanın köməyinə kəldilər. Vuruşma Yel dağı ətra-fında borçalıların xeyrinə qurtardı. Şübhəsiz, qələbə Qaranın qəhrəmancasına döyüşməsinin nəticəsində əldə edilmişdi.

    Qırmızı imperiya tərəfdarları və Borçalıda çar üsul-idarəsinə qulluq edən mənfur məmurlar dövlət yanında ad-san qazanmaq üçün şayiə yaymışdılar ki, guya Qara Sovet hakimiyyəti qurulduqdan sonra həbs olunub. Guya Qara Şüləverdə məmurlar tərəfindən həbs edilib. 1928-ci ildə ailəsilə Şimali Qazaxıstana sürgün olunub. Həbsdən bir il sonra onun ölüm xəbəri gəlir. Lakin bir sıra mənbələrin və yaşlı nəslin (şahid kimi) nümayəndələrinin verdiyi məlumata görə, Qara Borçalıda gedən milli-siyasi çəkişmələrin dolğunluğu və onun şəxsən yeni həyatın qalib gəlməsi uğrunda xalqı düşmənlərə qarşı çevirməsi Qaranı bir müddət vətəndən uzaqlaşmağa məcbur etmişdir.

    İllər keçdikcə Mürvət Cöyrə oğlu Qaranın yaddaşını tərpədirdi. Onun halından xəbər tutmaq, uşağı olub-olmadığını bilmək istəyirdi. Burada arvadı Fatmanın halı yaxşı idi, oğlanları Bilal, Həmid, Nəcəf normal böyüyürdülər. Mürvətin həsrəti dözülməz olanda daha dayana bilmir, gecələrin birində onlarla vidalaşıb atlanır. Amma qəfil ölüm Çöyrə oğlu Qaranın yolunu sərhəddə kəsdi, uzun illər həsrətini çəkdiyi Mürvətinə qovuşmaqa qoymadı. Sərhədə yaxın bir dağın əlçatmaz nöqtəsində dincələn Qaraya ayı hüçum edir. O, ayını öldürür, lakin özü də ağır yaralanır. Qanı axa-axa yoluna davam edir. Ancaq mənzil başına çata bilmir. Yolda rast gəldiyi çobanların qolları üstə "Mürvət" deyə-deyə dünyasını dəyişir. Beləcə, ömrünü xalqın uğrunda mübarizəyə həsr etmiş Cöyrə oğlu Qara 1929-cu ildə əbədiyyətə qovuşur.

    El qəhrəmanı Cöyrə oğlu Qaranın adı azadlıq uğrunda vuruşan Borçalı oğullarının və xalqının ürəyində yaşayır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Borçalı mahalinin el qəhrəmanları

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 585

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş