Ayinə sevər candan rüxsareyi-canani,
Bir qayətə yetmiş kim, ayrılsa çıxar cani.
Fəryad ki, əks oldu ol kim görəyim derdim,
Ayineyi-rüxsarın lövhi-dili-heyrani.
Ol çahi-zənəxdanda derdim görərəm könlüm,
Könlümdə görər oldum od çahi-zənəxdani.
Azadələrin könlün cəm etmiş ikən qəflət,
Təprətmə səba, billah, ol zülfi-pərişani.
Yarə qəmi-pünhanim izhar edə bilməzdim,
Şadəm ki, rəvan oldu gözdən cigərim qani.
Dərdü qəmi-pünhanim fəhm etdi el ahimdən,
Yüz ah ki, faş oldu dərdü qəmi-pünhani.
Hicran gecəsin görgəc duzəx ələmin bildim
Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani.
Candan keçəli buldum rahət qəmi-adəmdən,
Xoş hikmət ilə buldum ol dərdə bu dərmani.
Yarəb, nə səbəbdəndir kim, hiç əsər qılmaz,
Dildarə Füzulinin fəryad ilə əfqani.