Kullanıcı Tag Listesi

İbadulla Əlizadə Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu) 1879cu ildə Bakıda anadan olmuşdur. Mühəndis, beynəlxalq iqtisadçı, müəllim.Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdüylə ali təhsil alıb (1902-1909). Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin üzvü və Şollar su kəmərinin müdiri olub. Sovet hakimiyyətinin başlanğıcında (1920-21) ASSR Xarici İşlər Komissarlığında ticarət

Bu konu 708 kez görüntülendi 0 yorum aldı ...
İbadulla Əlizadə 708 Reviews

    Konuyu değerlendir: İbadulla Əlizadə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 708 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart İbadulla Əlizadə

    İbadulla Əlizadə



    Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu) 1879cu ildə Bakıda anadan olmuşdur. Mühəndis, beynəlxalq iqtisadçı, müəllim.Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdüylə ali təhsil alıb (1902-1909).

    Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin üzvü və Şollar su kəmərinin müdiri olub.

    Sovet hakimiyyətinin başlanğıcında (1920-21) ASSR Xarici İşlər Komissarlığında ticarət müşaviri olub.1921-ci ildə N.Nərimanovun təklifiylə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyində işləməyə göndərilib.

    9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib).Orada 1 noyabr 1927-1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı («müxbir»i) işləyib.

    Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.

    1928-30-uncu illərdə yenə Azərneft xəttiylə İranda oxşar məsələlərin həlli üzərində çalışıb («Semnanneft»in direktor müavini olaraq).İrandan qayıtdıqdan sonra Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasında müəllim (1930-32) və assistent (1935-1937) işləyib, ASSR yüngül sənaye komissarının müavini (7.2.1933-dən), SSRİ Xarici Ticarət Komissarlığının ASSR-də səlahiyyətli nümayəndəsinin müavini (23.2.1935-dən), ASSR Yüngül Sənaye Komissarlığının Azərb. SSR Xalq Yüngül Sənaye Komissarlığı təchizat-satış bölümünün rəisi (1935-1937), SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Bölməsində (EAZFAB) elmi işçi vəzifələrində bacarıqla çalışıb.«Almaniya casusu»” kimi həbs edilib (25.7.1937) və 7 yanvar 1938-ci idə tam günahsız olduğu halda güllələnib.

    Partiyasızdı; dostu Ruhulla Axundova deyirmiş ki, mən Allaha inanıram, ona görə də Kommunist Partiyasının üzvü ola bilmərəm.

    Kategoriya : Şəxsiyyətlər


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İbadulla Əlizadə

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 708

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş