Vüqar Əhməd Əhmədov Vüqar Mikayıl oğlu - tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1992), 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1991-ci ildən isə Jurnalistlər Birliyinin üzvüdür. 1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1980-cı ildə Bakıdakı M.Müşfiq adına orta məktəbi və 12 saylı yeddiillik musiqi məktəbini bitirmişdir. N.Tusi adına Pedaqoji Universitetin fillologiya fakükltəsində tahsilini davam etdirmişdir (1980-1984). Buranı

Bu konu 1383 kez görüntülendi 0 yorum aldı ...
Vüqar Əhməd 1383 Reviews

    Konuyu değerlendir: Vüqar Əhməd

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1383 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Vüqar Əhməd

    Vüqar Əhməd


    Əhmədov Vüqar Mikayıl oğlu - tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1992), 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1991-ci ildən isə Jurnalistlər Birliyinin üzvüdür.

    1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1980-cı ildə Bakıdakı M.Müşfiq adına orta məktəbi və 12 saylı yeddiillik musiqi məktəbini bitirmişdir.

    N.Tusi adına Pedaqoji Universitetin fillologiya fakükltəsində tahsilini davam etdirmişdir (1980-1984). Buranı fərqlənmə diplomu ilə başa vurandan sonra, 1984-1986-cı illərdə Şamaxı rayonu Dərəkənd kəndində müəllim işləmişdir.

    N.Tusi adına ADPU-nun filologiya fakültəsində qiyabi aspirant olmuş (1986-1990), eyni zamanda Dövlət Teleradio Şirkətində böyük redaktor (1987-1991), Azərbaycan Dostluq Cəmiyyətində baş referent (1991-1992), “Novruz” qəzetində baş redaktor, “Azərbaycan dünyası” nəşriyyatında baş redaktor vəzifələrində çalışmışdır (1993).

    Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Dostluq Cəmiyyətində referent olmuşdur.
    Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin musiqi verilişləri redaksiyasında baş redaktorun müavini, 1995-ci ildən isə “Min bir mahnı” qəzetinin baş redaktorudur. Bakı şəhəri Ali Mədəniyyət Şurası, Şəhriyar adına Mədəniyyət Mərkəzi bədii şurası və Azərbaycan Teleradiosunun bədii şurasının üzvüdür.

    “Muğam” Assosiasiyasının, Dağıstan Ədəbiyytçılar İttifaqının Üzvüdür. Elmi əsərləri bir çox xarici ölkələrdə dərc olunub.
    Azərbaycan - İran ədəbi və mətbuat əlaqələri sahəsində xidmətlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb.

    “Füzuli-500”, 2 dəfə “Zirvə”, “M.Araz”, “A.Şaiq”, “Min bir mahnı”, “Məftunedici qələm”, “Sənətinin fatehi” və s. mükafatların laureatıdır.

    İlk məqaləsi 1987-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap edilmişdir. Onun külli miqdarda elmi, ədəbi-bədii və publisistik məqaləsi, radio üçün 60-dək ədəbi-bədii verilişi vardır.

    “Mir Cəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiəyə təqdim etmişdir. Onun sözlərinə 500-dən çox mahnı bəstələnmiş, 7 video və bir neçə audio kaset, kompakt disk albomu “Səbuhi” studiyası tərəfindən kütləvi tirajla buraxılmışdır.

    Əsərləri:

    1. Qafur Rəşad Mirzəzadə, B., Maarif, 1992, 55 səh., 3.000 nüs.
    2. Rus uşaq ədəbiyyatı və Azərbaycan, B., Bilik, 1992, 101 səh., 1.000 nüs.
    3. Hər kəsin öz səsi, B., Azərbaycan dünyası nəşriyyatı, 1993, 87 səh., 500 nüs.
    4. Səyavuşun faciəsi, B., Azərbaycan dünyası nəşriyyatı, 1993, 60 səh., 1.000 nüs. (müştərək)
    5. Şahnaz sədası, B., Şərq-Qərb nəşriyyatı, 1994, 130 səh., 3.000 nüs.
    6. Aktyorun dəfni (hekayələr), B., Şərq-Qərb nəşriyyatı, 1995, 36 səh., 5.000 nüs.
    7. Qırılmaz ədəbi əlaqə, B., Maarif, 1996, 130 səh., 3.000 nüs. (müştərək)
    8. Ağ saçlı palma (şerlər), B., Şərq-Qərb, 1995, 55 səh., 5.000 nüs.
    9. Mir Cəfər Pişəvəri, B., Elm, 1995, 40 səh., 100 nüs.
    10. Pişəvəri publisistikasının xüsusiyyətləri, B., Elm, 1996, 50 səh., 100 nüs.
    11. Mübarizələrdə yaşanmış ömür, B., Elm, 1996, 50 səh., 100 nüs.
    12. Qırılmaz ədəbi əlaqə, B., Maarif, 1997, 130 səh., 3.000 nüs.
    13. Pişəvərinin klassik və çağdaş ədəbi əsərlərə münasibəti, B., Elm, 1997, 30 səh., 100 nüs.
    14. Milli azadlıq və milli-demokratik mətbuat naminə, B., Elm, 1997, 35 səh., 100 nüs.
    15. Pişəvərinin ədəbi-tənqidi fikirləri, B., Elm, 1998, 35 səh., 100 nüs.
    16. M.C.Pişəvərinin həyatı, mühiti və yaradıcılığı, B., Göytürk, 1998, 232 səh., 500 nüs.
    17. Səsi Quran sədasıdı, B., Araz, 2002, 191 səh., 500 nüs.
    18. Mənim nəğmələrim (şerlər və mahnılar) B., Araz, 2002, 464 səh., 2.000 nüs.
    19. Anam mənim (poema) , B., El-Alliance, 2002, 23 səh., 5.000 nüs.
    20. Saf su, B., El-Alliance, 200, 164 səh., 1.000 nüs.
    21. Ürəyimdə oxuyuram, B., El-Alliance, 2003, 235 səh., 2.000 nüs.

    Tərcümələri: (türkcədən)

    1. Qurban, “Tanıtım” nəşriyyatı, 1990, 21 səh., 5.000 nüs.

    Mənbə: XX əsr Azərbaycan yazıçıları


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Vüqar Əhməd

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1383

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş