Kullanıcı Tag Listesi

Vəfa Quluzadə http://adam.az/images/com_sobi2/clients/1915_img.jpg Politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti Vəfa Mirzəağa oğlu Quluzadə 21 dekabr 1940-cı ildə, Bakıda anadan olmuşdur. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinə qəbul olmuşdur, 1963-də məzun olmuşdur. V.Quluzadə iki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır. 1962-64-cü illərdə SSRİ Elmlər

Bu konu 718 kez görüntülendi 0 yorum aldı ...
Vəfa Quluzadə 718 Reviews

    Konuyu değerlendir: Vəfa Quluzadə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 718 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Vəfa Quluzadə

    Vəfa Quluzadə



    Politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti Vəfa Mirzəağa oğlu Quluzadə 21 dekabr 1940-cı ildə, Bakıda anadan olmuşdur.

    1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinə qəbul olmuşdur, 1963-də məzun olmuşdur. V.Quluzadə iki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.

    1962-64-cü illərdə SSRİ Elmlər Akademiyasının şərqşünaslıq İnstitutunda təhsilini davam etdirdi. Orada da filologiya elmləri namizədliyinə dissertasiya müdafiə etdi.

    Siyasi fəaliyyətə 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə də iştirak etmişdir.

    1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır. Həmin illərdə Moskva ictimai elmlər akademiyasını bitirmişdir.

    Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə, məsləhətçi qismində, göndərilmişdir.

    1990-ci ildə Azərbaycana qayıdır və prezident Ayaz Mütəllibovun təklifi ilə prezidentin xarici işlər üzrə məsləhətçisi işləyir. Növbəti iki prezidentin - Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalır.

    1999-cu ildə istefa verməyinə qədər Azərbaycan Təhlükəsizlik Şurasının heyətində olmuşdur. Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin təsis və təyin edənlərdən olmuşdur.

    O, Dağlıq Qarabağdakı konfliktin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdir. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstambulda keçirlmiş beynəlxalq konfranslarda, NATO-nun sessiyalarında iştirak etmişdir.

    V.Quluzudə, H.Əliyev administrasiyasının üzvlərindən (hətta daha aşağı vəzifə sahiblərindən belə) fərqli olaraq, prezidentin siyasi opponentlərinə qarşı çıxışlar etmirdi. Bu da onun professional imicini müəyyən edirdi.

    1999-cu ilin sonlarına yaxın, xarici işlər naziri Tofiq Zülfüqarov və preziddent Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Namazovla bir vaxtda, istefa verdi. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.

    Lakin müşahidəçilər göstərilən səbəbləri diplomatik addım hesab edirlər. Əslində isə onun bu hərəkəti Azərbaycan-Ermənistan danışıqlarından uzaqlaşdırılmasına etiraz kimi dəyərləndirilirdi.

    V.Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilir. Onun SSRİ XİN-dəki dosyesində yazılıb: “fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır”.

    V.Quluzadə xüsusi musiqi məktəbinin musiqiçi-müəlliməsi Leyla Əhmədova ilə evlidir.

    İki övladı, iki nəvəsi var.

    Qızı-həkim, ABŞ universitetinin məzunu, oğlu isə beynəlxalq siyasət və biznes üzrə mütəxəssisdir. Oğlu, Murad Quluzadə 24 oktyabr 2010-cu ildə onkoloji xəstəlikdən dünyasını dəyişmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Vəfa Quluzadə

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 718

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş