Kullanıcı Tag Listesi

Vahid Hacıyev Vahid Cəlal oğlu Hacıyev 14 fevral 1928-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. 1943-cü ildə Tərtər şəhərində orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində S.Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun tarlaçılıq fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 1947-ci ildə gənc mütəxəssis Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayır. Burada geobotanikanın nəzəri və praktiki

Bu konu 692 kez görüntülendi 0 yorum aldı ...
Vahid Hacıyev 692 Reviews

    Konuyu değerlendir: Vahid Hacıyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 692 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Vahid Hacıyev

    Vahid Hacıyev


    Vahid Cəlal oğlu Hacıyev 14 fevral 1928-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub.

    1943-cü ildə Tərtər şəhərində orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində S.Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun tarlaçılıq fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 1947-ci ildə gənc mütəxəssis Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayır.

    Burada geobotanikanın nəzəri və praktiki məsələləri, o cümlədən Azərbaycanda otlaqların pasportlaşdırılmasının praktiki sahələri ilə məşğul olur.

    Elmi tədqiqatlara olan sonsuz maraq və həvəsi onu 1949-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki keçmiş SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirib çıxarır.

    Burada o, məşhur florist, b.e.d., professor Y.Q.Bobrovun elmi rəhbərliyi altında Azərbaycanın flora və bitki örtüyünə dair eksperimental tədqiqatlar aparır və 1952-ci ildə “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.

    1952-ci ildən 1957-ci ilə qədər AEA-nın Botanika İnstitutunda baş elmi işçi işləyən V.Hacıyev Azərbaycanda geobotanika elminin məhz bu sahəsini əsaslı surətdə öyrənməyi və inkişaf etdirməyi qət edir.

    1966-cı ildə o, biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Böyük Qafqazın yüksək dağ bitkiçiliyi (Az.SSR daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti" mövzusunda dissertasiya işini müdafiə edir.

    Böyük və Kiçik Qafqazın, Talışın, o cümlədən Naxçıvanın yüksək dağ çəmənlərinin hərtərəfli və dərindən tədqiqatı ilə məşğul olan alim təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda bu sahədə ən görkəmli tədqiqatçı kimi tanınır.

    1979-cu ildə bilavasitə onun rəhbərliyi ilə “Talışın yüksək dağ çəmənlərinin florası və bitkiçiliyi" monoqrafiyası, Moskvada “Zaqatala qoruğu" (1985), “Kiçik Qafqazın bitki örtüyü" (1987) adlı kitabları nəşr olunur. 1979-cu və 1987-ci illərdə V.Hacıyev tərəfindən müxtəlif miqyaslarda “Azərbaycan bitki örtüyü" xəritələri tərtib edilmişdir. İlk dəfə olaraq yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir. 8 cildlik “Azərbaycan florası" təyinat kitablarının əsas müəlliflərindən biridir.

    1975-ci ildə V.Q.Xrcanovski və A.T.İsgəndərov tərəfindən Azərbaycanda Roza L. cinsinin yeni növü tapılmışdır ki, bu da aparıcı geobotanik kimi uzun illər Azərbaycanın bitki örtüyünü tədqiq etmiş Vahid Cəlal oğlu Hacıyevin şərəfinə “Gagea Haciyevi" adlandırılımışdır. Bu yeni növ məşhur göstərici - “Index Rewensis" nə daxil edilmişdir.

    Respublikamızda və həmçinin keçmiş Sovet İttifaqı və digər xarici ölkələrdə də nəşr edilmiş 350-dən çox elmi iş, o cümlədən 10 monoqrafiya alimin qələminin məhsuludur.

    Hazırda, baş redaktoru akademik C.Ə.Əliyev olan “Azərbaycan florası" çoxcildliyinin (ilk dəfə olaraq azərbaycan dilində) 1-ci cildi nəşrə hazırlanmış, digər cildlər üzərində işlər davam etdirilir. Bundan başqa, o, flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilmiş 50-dən artıq kitabın, o cümlədən dərslik və terminoloji lüğətlərin elmi redaktoru olmuşdur.

    V.Hacıyevin elmi tədqiqatları içərisində faydalı bitki ehtiyatlarının öyrənilməsi ilə yanaşı, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki növlərinin öyrənilməsi və müəyyənləşdirilməsi də mühüm yer tutur.

    Dəfələrlə respublikanın təbii yem sahələrinin pasportlaşdırılması (qış və yay otlaqları) məqsədilə təşkil olunmuş ekspedisiyalara rəhbərlik etmişdir.

    V.Hacıyevin Avstraliya (1993), İran İslam Respublikası (1993, 1999), Türkiyə (1995), Braziliya (1996), Yunanıstan (1997), Almaniya (1998), ABŞ (1999), Şimali Kipr (1999), İsveçrə (1994, 2001), Orta Asiya (1999, 2000), Polşa (1997, 2002), İsveç (2002) Gürcüstan (1999, 2003, 2006), Avstriya (2005), Lyuksenburq (2006), Ukrayna (2006) və digər ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli müşavirələrdə çıxışları böyük maraqla qarşılanmış, Azərbaycan flora və bitkiçiliynə xarici mütəxəssislərin marağını artırmışdır.

    Elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, gənc mütəxəssis-geobotaniklərin və biogeosenoloqların hazırlanmasına həmişə böyük əhəmiyyət vermiş və bu istiqamətdə öz əməyini əsirgəməmişdir. V.Hacıyev tərəfindən geobotaniklərin böyük məktəbi yaradılmışdır. Onun rəhbərliyi altında 6 doktorluq və 42 namizədlik dissertasiyası hazırlanmışdır.

    V.Hacıyev institutun Geobotanika şöbəsinə 1972-ci ildən başçılıq etmişdir.

    1957-1972-ci illər ərzində və 1978-1988-ci illərdə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-ci ildən hazırkı dövrə qədər isə AMEA Botanika İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır.

    Elmi nailiyyətlərinə görə V.C.Hacıyev 1970-ci ildə professor, 1983-cü ildə Azərb. SSR EA-nın müxbir üzvü, 1989-cu ildə isə Azərb.SSR EA-nın həqiq üzvü seçilmişdir.

    Xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif illərdə o, “Şərəf nişanı" ordeni, “Əmək veteranı" medalı və Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanlarına, eləcə də XTNS-nin 1 qızıl, 2 gümüş medallarına layq görülmüşdür. Alim dəfələrlə bir sıra beynəlxalq elmi təşkilatların Fəxri fərmanları və görkəmli elm xadimlərinin adına təsis edilmiş medallarla mükafatlandırılmışdır.

    2004-cü ilin 14 fevral tarixdə isə AR Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə akademik Vahid Hacıyev «Şöhrət» ordeni ilə təltif olunmuşdur.

    Vahid Hacıyev 2008-ci ildə vəfat etmişdir.

    Mənbə: Milli Elmlər Akademiyası


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Vahid Hacıyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 692

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş