Kullanıcı Tag Listesi

Musiqi Dövründən asılı olmayaraq heç bir insanı, xalqı, ərazini musiqisiz təsəvvür etmək mümkün deyil.Bu baxımdan demək olar ki, Naxçıvan musiqi mədəniyyəti, Naxçıvanın tarixi qədər qədimdir.Naxçıvan diyarında ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi yanaşı şəkildə yayılmışdır. Azərbaycan torpağının gözəl bir guşəsi olan Naxçıvan diyarının da təbiətinə bənzər musiqi sənəti, sənətkarları olub. Yalnız musiqisi, musiqisevərləri olan xalqın nümayəndələri Möminə xatın türbəsi

Bu konu 960 kez görüntülendi 0 yorum aldı ...
Musiqi 960 Reviews

    Konuyu değerlendir: Musiqi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 960 kez incelendi.

Konu: Musiqi

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Musiqi

    Musiqi
    Dövründən asılı olmayaraq heç bir insanı, xalqı, ərazini musiqisiz təsəvvür etmək mümkün deyil.Bu baxımdan demək olar ki, Naxçıvan musiqi mədəniyyəti, Naxçıvanın tarixi qədər qədimdir.Naxçıvan diyarında ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi yanaşı şəkildə yayılmışdır.

    Azərbaycan torpağının gözəl bir guşəsi olan Naxçıvan diyarının da təbiətinə bənzər musiqi sənəti, sənətkarları olub. Yalnız musiqisi, musiqisevərləri olan xalqın nümayəndələri Möminə xatın türbəsi (Naxçıvan), Quti xatın türbəsi (Qarabağlar) kimi əzəmətli, gözəl daşlaşmış «musiqi abidələrini» yaratmağa qadir ola bilərlər.

    Ümumiyyətlə Naxçıvan musiqi mədəniyyəti heç bir dövrdə ictimai inkişafdan geri qalmamışdır.Naxçıvan musiqi mədəniyyətinin inkişafı bir çox xalqların musiqi mədəniyyəti kimi məişət musiqisi, xalq şənlikləri və saray musiqisi ilə bağlı olmuşdur.

    Bir neçə min il yaşı olan klassik kollektiv rəqslər- yallının beşiyi Naxçıvanın Şərur düzü hesab edilir.Bu bölgəyə məxsus 100-dən artıq yallı növü var.Onlardan 20-i indi də ifa edilir.

    Naxçıvan torpağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əməyi olan musiqiçilər yetişdirmişdir.

    XVIII əsrdə zəmanəsinin məşhur musiqiçisi olan Muradağa Naxçıvanlı, məşhur aşıq Ağ Aşıq Allahverdi Kosacanlı Naxçıvan torpağının yetişdirmələridir. Ağ Aşığın yaratdığı «Koroğlu», «Misri» «Şərili» saz havaları bu gün də yaşayır. Naxçıvan xanlığının bir bölgəsi olan Dərələyəz bölgəsində dünyaya gələrək XIX əsrdə Naxçıvanda yaşamış Aşıq Cəlil öz yaradıcılıq üslubu ilə şöhrət tapan ustadlardan olub.Aşıq Cəlilin yaratdığı saz havaları məşhurdur.Aşıq sənəti Naxçıvanın Şərur və Şahbuz bölgələrində daha çox yayılmışdı.Naxçıvan şəhəri və Ordubadda isə daha çox muğam üçlüklərinə , mahnı ifaçılığına maraq olub.Bu diyarda yaradılmış və Naxçıvanı vəsf edən onlarca musiqi əsərləri zamanın süzgəcindən keçərək bu gün də öz təravətini itirməyib.

    Naxçıvan musiqiçilərinin bir qismi xalq şənliklərində püxtələşmiş, Azərbaycan xalq musiqisinin sirlərinə dərindən yiyələnmiş, xalq musiqisinin biliciləri kimi şöhrət taparaq öz bilik və bacarıqlarını yeni nəslə çatdırmışlar.Belə musiqiçilərin əməyinin bəhrəsidir ki, bu gün də qədim xalq mahnı və rəqsləri unudulmayıb.

    Naxçıvan Muxtar Respublikasında musiqi mədəniyyəti bu gün daha da inkişaf edib.Naxçıvan şəhərində və rayonlarda mahnı və rəqs kollektivləri fəaliyyət göstərir.Naxçıvan torpağının yetirmələri olan bəstəkar və müğənnilərin Azərbaycan musiqi mədəniyyətində öz sözü və öz yeri var.

    Naxçıvanda tar, kaman, nağara, ney, balaban, saz və s. milli musiqi alətləri ilə yanaşı tulum, yan tütəyi kimi az yayılmış musiqi alətlərindən də istifadə edilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Musiqi

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 960

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş