Azərbaycan yeni universal reaktiv yaylım atəş sistemləri alıb
APA-nın məlumatına görə, alınmış yeni sistem fərqli çaplı raketlərdən atəş açmağa imkan verir.
Yeni sistem yüksək manevr qabiliyyətinə malik nəqliyyat vasitələrinin üzərində qurulub. Atış məsafəsi isə raketindən asılı olaraq, minimum 3 km-dən 110 km-dək təşkil edir.
Raket sisteminin satın alındığı ölkə və istehsalçı firmanın adı açıqlanmır.