Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video http://assets.gun.az/media/BAhbB1sHOgZmSSIZMTIyMDExLzEzNjU1MTAzODlAQVIGOgZFRlsIOgZwOgp0aHVtYkkiDTMyNngyMTAjBjsGRg Youtube video şəbəkəsində sahibsiz heyvanların müdafiəsinə həsr olunan ilk sosial videoçarx peyda olub. Gün.Az-ın verdiyi xəbərə görə, sözügedən sosial çarx “BARS” Sahibsiz Heyvanların Müdafiəsi Təşkilatının təşəbbüsü ilə çəkilib.

Bu konu 1212 kez görüntülendi 1 yorum aldı ...
Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video 1212 Reviews

    Konuyu değerlendir: Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1212 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video

    Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video





    Youtube video şəbəkəsində sahibsiz heyvanların müdafiəsinə həsr olunan ilk sosial videoçarx peyda olub.

    Gün.Az-ın verdiyi xəbərə görə, sözügedən sosial çarx “BARS” Sahibsiz Heyvanların Müdafiəsi Təşkilatının təşəbbüsü ilə çəkilib.

    Mərhəmətə ehtiyacı olan sevimliləri dəstəkləmək üçün Tünzalə Ağayeva, Samir Cavadzadə, Elnur Hüseynov, Diana Hacıyeva, Samira, Dilarə Kazımova, Aysel Məmmədova, Eldar Qasımov, İsfar Sarabski və Uran da bu layihəyə qoşulublar.

    Həmçinin sosial çarxda məşhur aparıcı Murad Dadaşov, tanınmış yazıçı Elçin Səfərli və “NARGİS” jurnalının məsul redaktoru Könül Nağıyeva da həvəslə iştirak ediblər.

    Uzun müddətdir ki, Bakı küçələrində sahibsiz itlərin güllə ilə vurularaq öldürülməsi halları şəhər sakinlərinin haqlı etirazı ilə qarşılanır. Mütəxəssislərin rəyinə görə, küçədəki heyvanların say artımının bu yolla tənzimlənməsi nəinki humanist addım deyil, həm də səmərəli nəticələr verməməkdədir.

    Digər ölkələrin təcrübəsinə müraciət etsək, əminliklə deyə bilərik ki, sahibsiz itlərin sayının azaldılmasının yeganə səmərəli üsulu sığınacaqların yaradılması və küçə itlərinin sterilizə edilməsidir.

    “BARS” sahibsiz heyvanların müdafiəsi təşkilatı artıq 3 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində bizə 4000-dən artıq xeyirxah insan qoşulub. Könüllülərimiz xəstə heyvanların qulluğunda dururlar, sahibsiz heyvanları ailələrə verə bilmək üçün çalışırlar, onların rahat həyat şərtlərində yaşamalarını təmin etməklə məşğul olurlar.

    Bu sosial çarx ictimaiyyətin diqqətinin sahibsiz heyvanların problemlərinə cəlb edilməsinə yönəlib” - təşkilatın təsisçisi Leyla Axundova bildirib.

    Alman filosofu Artur Şopenhauer deyib: “Heyvanlara mərhəmətlə yanaşmaq xeyirxahlıqla o qədər sıx bağlıdır ki, əminliklə demək mümkündür ki, heyvanlarla sərt davranan şəxs rəhmdil ola bilməz”.

    Həqiqətən də, sizə təqdim etdiyimiz sosial çarxın özü də xeyirxahlıq və şəfqət saçır, bu parlaq işığı çəkilişin iştirakçıları bizim hər birimizlə məmnuniyyətlə paylaşırlar.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 1

          Görüntüleme: 1212

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azərbaycanın məşhur ulduzları heyvanlarla pis rəftarın əleyhinədirlər - Video


    Leyla Leysan
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş