Kullanıcı Tag Listesi

Millət vəkili hər kəsi məişət zorakılığına qarşı mübarizədə səylərini artırmağa çağırıb http://assets.gun.az/media/BAhbB1sHOgZmSSIZMTIyMDMxLzEzNjU1MTE2ODJAQVIGOgZFRlsIOgZwOgp0aHVtYkkiDTMyNngyMTAjBjsGRg Ağstafa rayon qadınlarının 4-cü konfransı keçirilib. Gün.Az xəbər verir ki, tədbirdə müxtəlif mövzulara toxunulub. Rayon icra hakimiyyətinin başçısı qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan söhbət açaraq, cəmiyyətdə qadının böyük söz sahibi olduğunu bildirib.

Bu konu 511 kez görüntülendi 0 yorum aldı ...
Millət vəkili hər kəsi məişət zorakılığına qarşı mübarizədə səylərini artırmağa çağır 511 Reviews

    Konuyu değerlendir: Millət vəkili hər kəsi məişət zorakılığına qarşı mübarizədə səylərini artırmağa çağır

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 511 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Millət vəkili hər kəsi məişət zorakılığına qarşı mübarizədə səylərini artırmağa çağır

    Millət vəkili hər kəsi məişət zorakılığına qarşı mübarizədə səylərini artırmağa çağırıb




    Ağstafa rayon qadınlarının 4-cü konfransı keçirilib.

    Gün.Az xəbər verir ki, tədbirdə müxtəlif mövzulara toxunulub.

    Rayon icra hakimiyyətinin başçısı qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan söhbət açaraq, cəmiyyətdə qadının böyük söz sahibi olduğunu bildirib.

    Konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva da öz növbəsində rayon qadınlarının növbəti qurultayı ərəfəsində müzakirəyə çıxarılacaq əsas prioritet məsələlərə toxunub.

    O bildirib ki, cəmiyyət üçün qlobal problem olan erkən nikah, boşanmalar və narkomaniya kimi ciddi problemlərin həlli istiqamətində qadınların da bu işlərin sürətləndirilməsində əhəmiyyətli yeri var.

    Millət vəkili bildirib ki, qızların təhsili, qadınların dövlətin və cəmiyyətin bütün sahələrində rolunun daha da artması dövlətimizin yürütdüyü siyasətin əsas tərkib hissələrindən biridir.

    Erkən nikahlara qarşı mübarizə istiqamətində bütün cəmiyyətin, o cümlədən bölgələrdə aktiv qadınların üzərinə böyük məsuliyyət düşdüyünü deyən millət vəkili bu istiqamətdə maarifləndirmə işinin daha da artırılması istiqamətində hər bir ziyalını da narahat etməli məsələ olduğunu bildirib:

    “Boşanmaların sayının artması hər birimizi ciddi narahat etməlidir və bu halların azalması üçün dövlət qurumları, cəmiyyət fəal xanımlar olaraq səylərimizi daha da artırmalıdır”.

    Bütün ziyalıları və bütün fəal xanımları aktiv mübarizəyə səsləyən millət vəkili kəndlərdə dövlət qurumlarını, bələdiyyələri qadın problemlərinə daha həssas və diqqətlə yanaşmağa çağırıb.

    Q.Paşayeva ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü dövlət qadın siyasətinin müsbət nəticələrindən, ölkəmizin birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü önəmli işlərdən də danışıb.

    Çıxış edən rayon qadınları da müxtəlif mövzularda onları düşündürən məsələlərə toxunub, qarşılıqlı fikir mübadiləsi aparıb. Konfransın sonunda Azərbaycan Qadınlarının 4-cü Qurultayına nümayəndələr seçilib.

    Fidan Əliyeva
    Gün.Az


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Millət vəkili hər kəsi məişət zorakılığına qarşı mübarizədə səylərini artırmağa çağır

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 511

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş