Kullanıcı Tag Listesi

3496 En dözülməz ağrılara, acılara tab edirəm, Şeytandan ümid umuram, iblisə xitab edirəm, Ürəyimin al qanını döndərib kabab edirəm, Başıma çəkib içirəm səni unutmaqdan ötrü, Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü... Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan, Gözlərimi qırpan təki görürəm mənə baxırsan...

Bu konu 1117 kez görüntülendi 1 yorum aldı ...
SENİ UNUTMAQDAN ÖTRÜ...Cabir Novruz 1117 Reviews

    Konuyu değerlendir: SENİ UNUTMAQDAN ÖTRÜ...Cabir Novruz

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1117 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    0
    Beğenileri
    3
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    597
    @Ayselim

    Standart SENİ UNUTMAQDAN ÖTRÜ...Cabir Novruz



    En dözülməz ağrılara, acılara tab edirəm,
    Şeytandan ümid umuram, iblisə xitab edirəm,
    Ürəyimin al qanını döndərib kabab edirəm,
    Başıma çəkib içirəm səni unutmaqdan ötrü,
    Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü...
    Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,
    Gözlərimi qırpan təki görürəm mənə baxırsan...
    Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,
    Öz-özümlə döyüşürəm səni unutmaqdanötrü,
    Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...
    Köküsümü cırıb açıram ayrılığın küləyinə,
    Bütün keçmiş-keçənləri xəlbirləyib ələyirəm,
    Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,
    Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,
    Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü...
    Ay ilə həmfikir oluram uzun-uzun gücələri,
    Gündüzləri sağa-sola hey ölçürəm küçələri,
    Otağımda gizlənirəm sındırırsan pencərəmi,
    Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
    Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?..
    Çözələnir xatirələr, könlüm, ruhum qübarlanır,
    Tarım durur əsəblərim, enir, qalxır damarlarım,
    Su verirəm meynələrə, mıx vururuam divarlara,
    Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,
    Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü...
    İş olmayan yerdə belə özümə iş gördürürəm,
    Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,
    Bütün sək-rəqibləri öz üstümə güldürürəm,
    Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,
    Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü...
    Səndən özgə nə vurğunam, nə möhtacam kimə isə,
    Səndən qeyri olmasa da ehtiyacam kimə isə,
    İstəyirəm ürəyimi qəsdən açım kimə isə,
    Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,
    Mələklərlə "görüşürəm" səni unutmaqdan ötrü...
    Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,
    Canımdan çətin çıxasan canım rahat olmayınca,
    Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,
    Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü,
    Ölümə elçi düşürəm səni unutmaqdan ötrü...
    1994


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: SENİ UNUTMAQDAN ÖTRÜ...Cabir Novruz

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 1

          Görüntüleme: 1117

    Eklenen Resim Ön İzlemesi Eklenen Resim Ön İzlemesi
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  2. #2
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    0
    Beğenileri
    3
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    597
    @Ayselim

    Standart Cevap: SENİ UNUTMAQDAN ÖTRÜ...Cabir Novruz

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş