Kullanıcı Tag Listesi

Qulaq ağrısı Qulaq ağrısını sakitləşdirmək üçün narın içərisini çıxarır, oranı gül yağı ilə doldurub isidir və yarımisti halda ondan qulağa damcıladırlar. Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladanda da yaxşı tə”sir alınır. Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə

Bu konu 1596 kez görüntülendi 0 yorum aldı ...
Qulaq ağrısı 1596 Reviews

    Konuyu değerlendir: Qulaq ağrısı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1596 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Qulaq ağrısı

    Qulaq ağrısı


    Qulaq ağrısını sakitləşdirmək üçün narın içərisini çıxarır, oranı gül yağı ilə doldurub isidir və yarımisti halda ondan qulağa damcıladırlar. Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladanda da yaxşı tə”sir alınır.
    Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qatışığı da buna yaxşı tə”sir edir.
    Ana südü qulaq ağrısının şiddətini azaldır. Badam və ya qoz yağını ilıq halda qulaqa damcılatmaqla bir neçə günlüyə ağrının qabağını almaq olur. Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. Iltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir. Şirin nar dənələrini şərabda qaynadıb, həvəngdəstədə yumşalınca döydükdən sonra qulağa məlhəm şəkildə qoyanda da tə”siri yaxşı olur. Ladanı gül yağında bir müddət saxladıqdan sonra qulağa damcılatdıqda xeyirli dəyir. Çuğundur şirəsi, sədəfotunun şirəsi və gül yağının nar qabığının içərisində ilıq hala gətirilmiş qatışığından, həmçinin gül, yaxud süsən yağında qaynadılmış ağ rəngli, sıx toxunmuş hörümçək torunun qatışığından da istifadə etdikdə yaxşi nəticə verir.
    Qaz piyi və ya azacıq isidilmiş toyuq piyi iltihab zamanı qulaq gurultusunun qarşısını alır. Qulaqda qurd olarsa, onu aradan qaldırmaq üçün, naşatırı ana südü ilə qatıb qulağa tökmək faydalıdır. Ilıq soğan şirəsindən də istifadə etmək olar.
    Qulaq sulanması zamanı nar şirəsini mis qazanda üçdə bir hissəsi buxarlanınca qaynadıb, qalan hissədən 2 dancı ilıq halda qulağa damcılatmaq xeyir eləyir. Balqabağın tumunu çıxarıb içərisinə zeytun yağı tökəndən sonra bir müddət gözləyib, sonra onu qulağa damcılatmaqla qulağın sulunmasının qarşısını almaq olur.
    Qulağda uğultu olarsa, gənəgərçək yağı və şaftalı tumunun yağını isidib qulağa damcılatmaq məqsədəuyğundur. Bunun üçün acı badam yağı və ya qoyun ödü ilə çöl soğanı şirəsinin qatışığından da istifadə etmək olar. Heylufər yağı ilə özünü asqırtmaq faydalıdır. Kibritin kükürdünü buxarlandırıb qulağa onun buxarına vermək də kömək eləyir. Xardalı quru əncir ilə döyüb piltə şəklində qulağa qoymaq məqsədəuyğundur.
    Söyüd yarpağı, çobanyastığı, zəncəfil, şüyüd və süsən kökündən ilıq suda cövhər hazırlayıb qulağa qoymaq eşitmə prosessini gücləndirir. Turpu duz ilə döyüb onun şirəsini qulağa damcılatmaq da müsbət nəticə verir.
    Kərkəs piyini əridib onunla qulağa piltə qoymaq və bu işi bir neçə dəfə təkrar etmək yaxşı tə”sir bağışlayır.


    alinti


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qulaq ağrısı

          Kategori: Alternatif Tıp Şifalı Bitkiler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1596

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş