Kullanıcı Tag Listesi

Mədə və bağırsaq xəstəlikləri Mə”də narahatlığı. Bunun ilkin mərhələsi ma”də şirəsi ifrazının pozulması və mə”dənin turşuluğunun artması ilə başlayır. Müntəzəm surətdə ağır yeməklər yemək (ət, yağlı xörəklər, balıq, yumurta, pendir, tünd ədviyyələr və s.) mə”dənin işini çətinləşdirir. Mə”də turşuluğunu müalicə etmək üçün, müxtəlif vasitələrdən istifadə edirlər. Əsas şərtlərdən biri qida rejimini tənzimlənməsidir. Meyvə ən yaxşı təbii vasitədir. Xəstələrə portağal şirəsi, üzüm şirəsi içmək

Bu konu 8242 kez görüntülendi 0 yorum aldı ...
Mədə və bağırsaq xəstəlikləri 8242 Reviews

    Konuyu değerlendir: Mədə və bağırsaq xəstəlikləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 8242 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Mədə və bağırsaq xəstəlikləri

    Mədə və bağırsaq xəstəlikləri


    Mə”də narahatlığı. Bunun ilkin mərhələsi ma”də şirəsi ifrazının pozulması və mə”dənin turşuluğunun artması ilə başlayır. Müntəzəm surətdə ağır yeməklər yemək (ət, yağlı xörəklər, balıq, yumurta, pendir, tünd ədviyyələr və s.) mə”dənin işini çətinləşdirir. Mə”də turşuluğunu müalicə etmək üçün, müxtəlif vasitələrdən istifadə edirlər. Əsas şərtlərdən biri qida rejimini tənzimlənməsidir. Meyvə ən yaxşı təbii vasitədir. Xəstələrə portağal şirəsi, üzüm şirəsi içmək məsləhət görülür. Üzüm şirəsi ğəbul edən müddətdə süd, pendir, yumurta, yağlı xörək və ət yeməkdən çəkinmək məsləhətdir. Ağrılar sakitləşəndən sonra mə”də nahiyyəsinə isti kompres qoyur, hamamlanır və masaj edirlər.
    Mə”də-bağırsağa zərərli mikroorqanizmlərin sirayət etməsinin qarşısını almaq üçün, sarımsaqdan istifadə etmək olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq, ümumiyyətlə qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır.
    Zirə və dəfnə infeksiyaya qarşı faydalı bitkidir, onun işlənməsi mə”dəni təmizləyir, ağrıları sakitləşdirir. Xörəkdə kərəviz toxumu işlətmək, mə”dəni qüvvətləndirmək baxımından faydalıdır. Quşüzümü həzm prosesinə müsbət tə”sir göstərir. Bədmüşkdən çəkilən araq mə”dəni qüvvətləndirir. Bu baxımdan suda bişirilmiş rozmarin də faydalı hesab edilir.
    Mə”dənin sağlamlığını qorumaq üçün qəhvəni az işlətmək lazımdır. Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mə”də qıçqırmasının qarşısını ala bilərlər. Bunun üçün 20- 30q kəklikotunu 1L qaynanmış suda dəmləyib süzür, ona bir qədər bal qatıb, yeməkdən sonra 1 fincan içirlər. Ma”də üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır. Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək mə”də şirəsinin ifrazına kömək edər.
    Mə”də ağrısı, turşuluğun artması və gizilti zamanı bağayarpağını azca suda qaynadıb, 15 dəq dəmə qoyduqdan sonra süzür, bal ilə azaçıq şirin edib işlədilir. Şirinbiyan həzm ağırlığı zamanı faydalı bitkilərdən biri hesab edilir. Gülünbaharın dəmləməsi mə”də ağrısı və həzm pozğunluğu zamanı işlədilir. Yerkökü mürəbbəsi mə”də zəifliyinə qarşı yaxşı dərmandır. Çödükotunun dəmləməsi də mə”də zəifliyi zamanı işlədilir. Bu baxımdan süsənbər də eyni tə”sirə malikdir. Gülxətmi kökünün dəmləməsi mə”də xorası üçün tövsiyə edilir. Mə”də üçün faydalı meyvələrdən biri də heyvadır. Onu suda bişirib yemək məsləhətdir. Soğan və tərxun mə”də üçün faydalıdır, həm də infeksiyaya qarşı tə”sirlidir.
    Ürəkbulanması. Ürəkbulanmaya qarşı kahı və ya onun gövdəsindən alınan şirə, turşməzə alma və heyva, sitruslar və limon şirəsi, təzə nanə işlədilir. Hil ürəkbulanmanı yatırır. Onu turş nar şirəsi ilə işlətmək daha tə”sirlidir. Istidən olan ürəkbulanması zamanı razyananı soyuq su ilə yemək yaxşı nəticə verir. Tənək yarpağının suyunu həmiləlik zamanı baş verən ürəkbulanmaya qarşı işlədirlər. Püstə yemək mə”dəni qüvvətləndirməklə, ürəkbulanmasını yatırır.
    Mə”də qazı və köpmə. Yerkökünün toxumu mə”dəyə qaz toplanmasının qarşısını alır. Limon qabığının dəmləməsi də bu tə”sirə malikdir. Razyana toxumunu dəmləyib, yeməkdən sonra içmək bu baxımdan faydalıdır.
    Soğan özü gec həzm olsa da, həzmə kömək etməklə mə”dəyə qaz toplanmasının qarşısını alır. Köpmənin qarşısını almaq üçün tə”sirli bitkilərdən biri də zirədir. Onu həvəngdə əzir, az miqdarda suda dəmləyib işlədirlər. Tərxun cövhərini şəkərlə qatıb işlətmək mə”də köpünü qarşı tə”sirli vasitədir. Süsənbər, şüyüd, dəfnə yarpağı köpməyə qarşı işlədilə bilər. Çox innab yemək köpmə yaradır. Mə”də köpünün əsas səbəblərindən biri həzmin pozulması və qidanın mə”dədə yaxşı həll olmamasıdır. Köpü olanlar yemək zamanı soyuq su içməkdən çəkinməlidir. Susuzlayanda turş meyvələrdən və qatıqdan istifadə etmək olar. Bu baxımdan nanə və başqa ətirli göyərtilər doğranmış doğramac yemək məsləhət görülür. Mə”də zəifliyi həzmin pozulmasına və tez-tez köpməyə səbəb olur. Mə”də köpünün qarşısını almaqdan ötrü mə”dəni qüvvətləndirmək lazımdır. Nar adətən köpmə yaradan meyvə kimi qiymətləndirilir. Yeməkdən sonra şirin nar qidanın mə”dədən daha tez bağırsaqlara keçməsinə kömək edir, öd ayrılmasını tənzimləyir. Şirin nar daha az köp verir və bu çox çəkmir. Lakin turş nar mə”dədə çox qalır və köp yaradır. Odur ki, yaşlılar, mə”də və qara ciyərində soyuqluq və iltihab olanlar turş nar işlətməkdən çəkinməlidirlər.
    Mə”dəni möhkəmləndirmək üçün gül mürəbbələrindən istifadə etmək yaxşı nəticə verir. Bunların hazırlanma üsulu mürəbbələr bölməsində izah edilmişdir. Bal ilə hazırlanan mürəbbənin əhəmiyyəti daha çoxdur.
    Mə”dəni qüvvətləndirmək üçün işlənən təbii vasitələrdən biri də əzvaydır. Bu baxımdan faydalı olan bitkilərdən çüğunduru (onun buxarda bişirilmişi ləbləbi adlanır və çox xeyirlidir), kərəviz, yerkökü və bataqlıq süsənini də göstərmək olar.
    Mə”də köpünün səbəblərindən biri də soyuqdəymədir. Belə hallarda istilik verən qidalarla yanaşı, mə”dəni isti saxlamalı, bədəni isti saxlayan paltar geymək lazımdır.
    Mə”də ağrısı. Xörəkdə darçın işlətmək faydalıdır. Bu, soyuqdan baş verən ağrı üçün münasibdir. Bu zaman, ənbəri yağla qataraq pambığa hopdurub, mə”də nahiyəsinə məlhəm kimi qoymaq lazımdır. Şirin zeytun yağı da mə”də ağrısını sakitləşdirir. Bal mə”də üçün çox xeyirlidir.
    Mə”də ağrısı soyuqdəymədən baş verərsə, zirəni bir gecə-gündüz sirkədə qaynadıb, sonra zəncəfil, sədəfotu qurusu, sirkə və təbii boraksın hərəsindən 24 q götürülüb, həmin məlhəmin 240 q-lı ilə qarışdırıb döyür, təmiz bala qatıb istifadə edirlər.
    Nanə suyunu turş nar şirəsinə qatıb içdiklə hıçqırmanı kəsir. Bunun üçün ən sadə vasitə soyuq sudur. Hıçqırma isti və kəskin yeməklərdən baş verərsə, badam yağını isti suda qarışdırıb içmək məsləhətdir.
    Mə”də pozulması və qəbizlik. Bu zaman tünd çay içmək, bərk bişirilmiş yumurta, qatıqla nanə yemək lazımdır.
    Suda bişmiş düyü həlimi qəbizlik xassəsinə malik olduğundan, ishala tutulanlar düyü həlimində bişirilən şorba yeyə bilərlər. Ümumiyyətlə, düyü mə”tədil xassəyə malikdir. Bu zaman bir ovuc zoğal axtasını 0.5L suda bir az da şəkər qatmaqla qaynadır, alınan şərbəti mə”də pozulması zamanı işlədirlər. Heyva da bu baxımdan faydalıdır, onun bişirilmiş şirəsindən istifadə edirlər. Belə olduqda quru nanəni çay ilə qatıb, dəmləyərək işlətmək olar. Başqa vasitələrdən limon şirəsi, darçın, turş nar şirəsi və ya nar qabığının dəmləməsi də tə”sirlidir.
    Mə”də pozlunluğu olanların tez-tez qatıq yeməyi və bal işlətməyi, qatıq süzməsinə nanə qatıb, bə”zən sarımsaq da doğrayıb, çörək ilə yeməyi məsləhətdir. Buna qaraqınığın dəmləməsi yaxşı kömək edir.
    Qəbizlik, həzmin pozulması, orqanizmin bir sıra üzvlərinin fəaliyyətinin pisləşməsinə səbəb olur. Belə alamlar qida rejiminə diqqət yetirməli, tez-tez hamamda çimməli, yeməyi yaxşı çeynəməlidirlər. Bundan əlavə oturaq həyat tərzindən hərəkətə keçmək və işləmək lazımdır.
    Inək və keçi əti, şirniyyat, noxud, lobya, pendir, şabalıd qəbizlik yaradır. Belələrinə üzüm mövsümü zamanı üzüm yemək faydalı vasitələrdən biridir. Başqa vaxtlarda isə onun şirəsini işlətmək olar. Bununla yanaşı qara gavalıdan da istifadə edirlər. Həmçinin bu məqsədlə zeytun yağı işlətmək əlverişlidir. Xörəkdən sonra portağal yemək həm xörəyin həzminə kömək edir, həm də bağırsaqların işini asanlaşdırır, qəbizliyi aradan qaldırır. Portağalı uşaqlar üçün də tövsiyə etmişlər. Qəbizliyi olanlar ərik, yemiş, turşəng və turşəngdən bişirilmiş şorba yeyə bilərlər. Tərəvəzlərdən yerkökü və çuğundur mə”dənin yumşaqlığı üçün faydalı hesab edildiyindən, ət xörəkləri hazırlayarkən bunlardan istifadə etmək vacibdir. Hazırlayərkən bunlardan istifadə etmək vacibdir. Bə”zən isə yerkökünün özündən şorba hazırlayırlar.
    Yeralması mə”də və bağırsaqların fəaliyyətini tənzimləməklə, qəbizlik yaranmasının qarşısını alır. Həmçinin kahı da olduqça faydalı qida məhsuludur. Mə”də yumşaqlığını tə”min etmək üçün xörəyə kahı, kərəviz, yerkökü, kələmin çiçəyini doğrayıb qataraq yeyirlər. Bu baxımdan faydalı meyvələrdən biri əncirdir. Onu süddə bişirib, səhərlər yemək məsləhətdir.
    Mə”də bərkliyi olanlar müntəzəm olaraq, axşamlar və ya xörəkdən sonra sulu şirin alma yesələr, mə”də və bağırsaqların fəaliyyəti qaydasına düşər. Bu zaman albuxaradan və quru alçadan da istifadə etmək yaxşıdır. Bə”zən onları suda isladıb sonra qaynadır və şirəsini acqarına və ya yatmazdan qabaq işlədirlər.
    Gənəgərçək yağı yaxşı yumşaldıcı kimi istifadə olunur. Onun istifadə miqdarı 45 q-dır. Səhərlər kərə yağı işlətmək də yumşaldıcı kimi tə”sir göstərir. Yumşaldıcı xassəyə malik olan bitkilərdən gəvən, güncüd, şirinbiyan və s.-ni göstərmək olar.
    Mə”də iltihabı. Bu zaman yetişmiş armud, şaftalı, ərik və sumaq yemək məsləhətdir. Hindqozunu suda qaynadaraq, onu şəkər ilə qatıb yeyirlər. Gərəkli dərmanlardan biri də zirinc və limon şərbətidir. Susuzluğa qarşı biyan cövhəri işlətmək lazımdır.
    Mə”də şişi və mə”də xorası. Xiyar və təzə keşniş suyu mə”də şişini sağaldır. Kitrə və kərəviz toxumunu bala qatıb yemək tə”sirli dərmanlardan sayılır. Mərcimək, nar qabığı və qızılgülü balda qaynadaraq təpitmə qoymaq bu baxımdan çox faydalıdır. Mə”də şişi zamanı, çox gərəkli sayılan dərmanlardan biri bu qayda üzrə hazırlanır: mərsin yarpağı və heyvanın suyunu çıxarır, bunu alma, gülab, səndəl və gül yağından düzəlmiş mum ilə qarışdırır, sonra qoyun dərisini həmin məhlula batırıb mə”də nahiyəsinə qoyurlar. Mə”də şişi susuzluq, ürək bulanması və temperaturla olarsa, qarına heyva tumunun yağını sürtmək məsləhətdir.
    Mə”dəyə qan sızılıb laxtalanarsa, dovşan qursağı və ya üzüm sirkəsi işlətmək faydalıdır. Bu baxımdan nanə suyunu şəkərlə qatıb içmək də yaxşıdır. Həmçinin çəpiş qanını sirkə ilə qatıb bir qədər qaynadır və 3 gün nahar zamanı içirlər.
    Mə”də bəlğəmi. Yarpız suyu içmək mə”dəni bəlğəmdən yaxşı təmizləyir.
    Isti suyu qurtum-qurtum içmək, quluncan şərbəti limon şirəsi və darçın işlətmək də məsləhətdir.
    Bağırsaq üçün işlədilən vasitələr. Qırx yaşına çatdıqdan sonra mə”də və bağırsağın həzmətmə qabiliyyəti azaldığından, onların qayğısını daha çox çəkmək lazımdır. Qaz yaradan və ağır həzm olunan yeməklərdən pəhriz saxlamaq, bunun əvəzində göyərti, tərəvəz və meyvəni daha çox işlətmək faydalıdır. Bunlar həzmə kömək edir.
    Həyatımızın qoruyucu olan bağırsaqlara diqqətlə qayğı göstərməyi yaddan çıxarmayın. Əgər xəstə özündə qəbizlik müşahidə edirsə, tərkibində nişasta olan yeməkləri, əsasən xəmir xörəkləri, dənli bitkilər və qağları az işlətməlidir. Bağırsaqlarda qaz yığılması və köpməyə qarşı 10 günlük üzüm rejimi yaxşı tədbirdir. Bağırsaq iltihabı və şişməsi zamanı üzüm suyu işlədirlər. Bunun üçün bir neçə gün ərzində bir neçə dəfə, 1 fincan üzüm şirəsini, ertəsi gün isə bütöv limonun və ya yarısının şirəsini bir neçə dəfə içirlər. Bu əməliyyatı bir müddət davam etdirirlər. Bu zaman həmçinin 2-3 qabıqlı almanı doğrayıb 15 dəq 1L suda qaynadır, bir qədər şirinbiyan əlavə edib işlədirlər.
    3 çay qaşığı kətan toxumunu 1L qaynar suda dəmləyib, nazik bağırsağın işləməsi zamanı istifadə edirlər.
    Bağırsaq iltihabı və şişi olanlar ispanaq işlətməkdən pəhriz saxlamalıdırlar. Dəfnə yarpağı bağırsaq və mə”dənin gigilyenası baxımdan çox faydalıdır. Bağırsaqlara mikrobların nüfuz etməsinin qarşısını almaq üçün hələ qədimdən qatıq və ayrana kəklilotu və ya nanə qatışdırıb yeyərmişlər. Badyan və cirə, soğan və sarımsaq bağırsaqların gigiyenası üçün faydalıdır. Bağırsaq iltihabı zamanı sitruslardan da istifadə edirlər.
    Bağırsaq ağrıları və xora olarsa, yerkökündən istifadə edirlər. Bağırsaqların fəaliyyəti zəifləyərsə, alça və qara gavalıdan istifadə etmək lazımdır. Axşamlar yeməkdən əvvəl, 10-12 quru alça və ya gavalını yarı bölüb suda isladır, 1 saatdan sonra onu həmin suda qaynadır, 3 dəfə suyunu isti su ilə dəyişir və hələ soyumamış, xörəkdən qabaq içirlər.

    alinti


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mədə və bağırsaq xəstəlikləri

          Kategori: Alternatif Tıp Şifalı Bitkiler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 8242

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş