Kullanıcı Tag Listesi

Azərbaycan dili → İsim İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaqva s. isimləri kim? sualına; at, quş, ağac, daşvə s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur. İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır. Konkret və mücərrəd isimlər Əşya dedikdə

Bu konu 924 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → İsim 924 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → İsim

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 924 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → İsim

    Azərbaycan dili → İsim


    İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaqva s. isimləri kim? sualına; at, quş, ağac, daşvə s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
    İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

    Konkret və mücərrəd isimlər
    Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər və mücərrəd isimlər.
    Konkret isimlər - gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn:dağ,çiçək,qoyun,insan, meşə,ev və s.
    Mücərrəd isimlər isə gözlə görünə bilməyən əşyaların adlarıdır. Məsələn:arzu,xəyal,yuxu,məq səd və s.

    Ümumi və xüsusi isimlər
    İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
    1.Ümumi isimlər
    2.Xüsusi isimlər
    Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
    Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.
    Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:
    1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.
    2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
    3. Qəzet, jurnal və əsər adları:«Azadlıq»,«Ulduz», «Xəmsə» və s.
    4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
    Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. «Dəli Kür» (əsər), «Azərbaycan» (jurnal), «Bakı fəhləsi» (zavod), «Vətən» (cəmiyyət) və s. .
    Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.

    Tək və cəm isimlər
    İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən lar2 şəkilçisini qəbul edir:kitablar. insanlar, evlər, şagirdlər və s.
    Qeyd: Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı olaraq, bəzi səkillərdə[-rar2], [-nar2 ], [-dar2] kimi tələffüz olunur: qatar-
    — [qatarrar], şəhərlər — [şəhərrər], qazlar — [qazdar], buludlar [bulutdar], igidlər — [igiddər]. oğlanlar — [oğlannar], əkinlər -[əkinnər] və s.
    Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq,topluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı. dəstə, partiya . Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El yaylağa köçür. Xalq azadlığına qovuşdu və s.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → İsim

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 924

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş