Azərbaycan dili → İsim nitq hissəsidir Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim?, nə?, hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki,onları başqa nitq hissələrində görmürük.Yalnız ismə məxsusdur: Konkret və mücərrəd olur. Ümumi və xüsusi olur. Tək və ya cəm olur. Mənsubiyyətə görə dəyişir. Hal şəkilçisi qəbul edir (hallanır).

Bu konu 2195 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → İsim nitq hissəsidir 2195 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → İsim nitq hissəsidir

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2195 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → İsim nitq hissəsidir

    Azərbaycan dili → İsim nitq hissəsidir


    Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir.
    İsim kim?, nə?, hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki,onları başqa nitq hissələrində görmürük.Yalnız ismə məxsusdur:
    Konkret və mücərrəd olur.
    Ümumi və xüsusi olur.
    Tək və ya cəm olur.
    Mənsubiyyətə görə dəyişir.
    Hal şəkilçisi qəbul edir (hallanır).
    Şəxs (xəbərlik) şəkilçisi qəbul edir.
    Qeyd: İlk ikisini çıxmaq şərtilə digərlərinin qrammatik göstəriciləri (şəkilçiləri) var.

    Konkret və mücərrəd isimlər

    Bütün əşyaların, varlıqların adını bildirmək ismin birinci əlamətidir. Varlıqlar isə şərti olaraq müəyyən qruplara bölünə bilər ki, onlardan biri də gözlə görünə bilən və görünməyən varlıqlardır.
    Gözlə görünə bilən, əllə toxunulması mümkün ola bilən isimlər konkret isimlərdir. Şəklini çəkə bildiyimiz isimlər də konkret isimlərdir. Məs: maşın, bulud, hərf, mühəndis və s. Mücərrəd isimlərdə isə bu xüsusiyyətlər yoxdur. Belə varlıqlar yalnız xəyallarda, düşüncələrdə mövcuddur: qüssə, yaddaş, zaman, əmək, hiyləgərlik və s. Mücərrəd isimlərin bəzisi cəm şəkilçisi ilə işlənmir. Məs: insanlıq, düşüncəsizlik, yoldaşlıq və s.

    Ümumi və xüsusi isimlər

    Əşyalar cəmiyyətdəki mövqeyinə və həmcinsliyinə görə iki qrupa bölünür: 1.Ümumi isimlər 2. Xüsusi isimlər
    Bunlar arasında oxşar cəhətlər var. Hər ikisinin əşya adı bildirməsi, hallanması, mənsubiyyətə görə dəyişməsi və quruluş baxımından üç yerə bölünməsi oxşar cəhətlərdəndir.
    Ümumi isimlər eynicinsli əşyalara verilən adlardır: ağac, gül, küçə, daş, yol, kənd və s.
    Eynicinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən adlara xüsusi isimlər deyilir: “Mehman”(povest), Azərbaycan(qəzet), Araz və s.
    Xüsusi ismlərin ümumi isimlərdən bir sıra fərqli cəhətləri var:

    İşlənmə yerindən asılı olmayaraq ilk hərfi həmişə böyük yazılır.
    Ancaq konkret olur.
    Sinonimi, omonimi olmur.
    Söz birləşməsi şəklində ola bilir.

    Xüsusi isimlər bir sıra növlərə bölünür:

    İnsan adlarını və soyadlarını bildirənlər: Vidadi, Məhəmməd, Elşən, Zərdabi, Gəncəvi, Axundov və s.
    Yer adlarını bildirənlər:Təbriz, Xankəndi, Şuşa,Türkiyə və s.
    Əsər və mətbuat adları: “İsgəndərnamə”, “Vaqif”, “Səs”(qəzet), “Azərbaycan gəncləri”(jurnal) və s.
    Heyvanlara verilən adlar: Dürat, Alaş, Məstan, Bozdar, Alapaça və s.

    Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, konkret mücərrəd olan ümumi isimlərdən yaranır. Məs: Hikmət, İsmət, Arzu, Ulduz, Topxana, Tovuz və s. Bəzi hallarda xüsusi isimlər də ümumiyə çevrilir. Məs: sirab, badamlı, şampan, kalaşnikov, marojna, mersedes və s.
    Həmçinin bax:
    İsim və ismin növləri


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → İsim nitq hissəsidir

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2195

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş