Kullanıcı Tag Listesi

Azərbaycan dili → Omonim sözlər Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn: ət maşını, minik maşını Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn: ləpə-su dalğası, ləpə-qoz ləpəsi. Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Lüğətlərdə

Bu konu 3320 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Omonim sözlər 3320 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Omonim sözlər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3320 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Omonim sözlər

    Azərbaycan dili → Omonim sözlər


    Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn: ət maşını, minik maşını
    Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn: ləpə-su dalğası, ləpə-qoz ləpəsi.
    Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
    Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində sıra nömrəsi qoyulur: Divan1 - oturmaq üçün vasitə; Divan2 - şeirlər külliyyatı.
    Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-ayrı mənaları bildirir.
    Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.
    Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər həm eyni, həm də ayrı-ayrı nitq hissələrinə aid olur.

    Aşağıdakı sözlər omonim kimi götürülə bilməz:

    1. Ümumi və xüsusi isimlər:
    çiçək - gül Çiçək - xüsusi ad
    alim-elm sahibi Alim-xüsusi ad

    2. Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər:
    ə’kin (fel) əki’n (isim)
    a’lın (fel) alı’n (isim)

    Belə sözlər omoqraf adlanır.
    3. Yazılışı və tələffüzü eyni olan, lakin kökləri müxtəlif olan sözlər:
    əs-ir ( fel) əsir (isim)
    daşı (fel) daş-ı (isim) Belə sözlər omoform adlanır.

    4. Xüsusi isimlər:
    Araz (çay) Araz (ad)

    5. Səslənməsinə görə eyniləşən sözlər:
    xeyr xeyi
    mətn mətin Belə sözlər paronim adlanır.

    Dilimizdə elə sözlərə də rast gəlinir ki, həmin sözlər həm çoxmənalı, həm də omonim ola bilir. Məs: boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, yol, düz, dolu və s.
    Belə sözlərin çoxmənalılığından danışarkən mütləq konkret bir nitq hissəsindən bəhs olunmalıdır. Məs: tut felinin çoxmənalılığından, kök sifətinin çoxmənalılığından. Omonimlərdə isə söz bütöv şəkildə götürülür, sözün mövcud fərqli mənaları məhz sonradan, zərurət yarandıqda, nitq hissələrinə mənsubluğu cəhətdən fərqləndirilir.

    Aşağıdakı sözlər daha çox omonim olurlar: ağıl, dəf, cır, zindan, yara, tala, dava, aşıq, qaz, qır, don, balaq, qurd, boylu, boğaz, qol, lil, dolu, ay, küt, yel, dil, bel, çən, şiş, üz, tut, qat, qurum, ləpə, ox, ov, çay.

    Qeyd: Dilimizdə elə omonimlər var ki, onun leksik mənaları bir-biri ilə antonimlik təşkil edir: yaman (bir mənası pis - yaman adamdır, digər mənası yaxşı-yaman qızdır ha)
    Qeyd: Səslərin uzanması deyilişlə yazılış arasında fərq yaratmadığından nərə-nə:rə, əyan- [ə:yan] tipli sələr omonim hesab olunur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Omonim sözlər

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 3320

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş