Azərbaycan dili â”*' Çoxmənalı sözlər Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s.Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn: üz””adamın üzü, suyun üzü, yorğanın üzü; göz ”” adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna: polad

Bu konu 81959 kez görüntülendi 2 yorum aldı ...
Azərbaycan dili → Çoxmənalı sözlər 81959 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Çoxmənalı sözlər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 81959 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Çoxmənalı sözlər

    Azərbaycan dili â” Çoxmənalı sözlər


    Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s.Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir.
    Məsələn: üz””adamın üzü, suyun üzü, yorğanın üzü; göz ”” adamın gözü, bulağın gözü, şkafın gözü və s.
    Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur.
    Məsələn: Həqiqi məna: polad balta (isim); gözəl mənzərə (sifət); Məcazi məna: polad bilək(isim); gözəl fikir (sifət)
    Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır.Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənib.

    Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir.
    Məsələn, kağız sözü əsasən üç mənada işlənir: 1) Kağız””üzərində yazı yazılan, yazı çap edilən xüsusi materialdır. 2) Kağız””hər cür rəsmi sənəddir (yaş kağızı, icazə kağızı və s.). 3) Kağız””müxtəlif əşyaları hazırlamaq üçün işlədilən materialdır (kağız torba, kağızdan hazırlanmış gül və s.) Bu mənaların üçündə də bir-birinə yaxınlıq var.
    Bütün sözlər çoxmənalı ola bilməz.
    Çoxmənalı sözlər əsasən bədii üslubda işlədilir.
    Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur.

    Aşağıdakı sözlər daha çox çoxmənalı söz kimi işlənir: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Çoxmənalı sözlər

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 2

          Görüntüleme: 81959

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azərbaycan dili → Çoxmənalı sözlər

    Dəmir qapı birləşməsində dəmir sözü qapının materialının dəmirdən olduğunu ifadə edir.Dəmir yumruq birləşməsində isə dəmir sözü «möhkəm», «güclü» mənalarını bildirir. Gördüyümüz kimi, dəmir metaldır, qapı dəmirdən hazırlanır, yumruğun isə metalla heç bir əlaqəsi yoxdur. Deməli, ilk baxışda dəmir sözünün göstərilən mənaları bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı olduğu üçün, yumruq da söz birləşməsində dəmir sözü məhz bu mənada, yəni möhkəm, dözümlü, davamlı mənalarında işlədilir. Demək, dəmir sözünün həqiqi mənası ilə yanaşı, məcazi mənası da var.
    Sözlər tarixi inkişaf prosesində bəzən həqiqi mənasından başqa, yeni törəmə məna da ifadə edir. Sözün həqiqi mənasına dominant məna, yəni ilkin məna deyilir. Qazandığı yeni, törəmə məna isə məcazi məna adlanır.
    Sözün məcazi mənada işlənməsi çox zaman insanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxır. Məsələn: Təbiət oyandı. Günəş dağların arxasında gizləndi. Bu cümlələrdə oyanmaq, gizlənmək felləri insanlara məxsus hərəkəti bildirir.
    Bənzətmə vasitəsi kimi də bədii əsərlərdə sözün məcazi mənalarından geniş istifadə olunur. Məsələn coşqun dəniz - insan dənizi; çiy ət - çiy söz; uşağın yuxusu - təbiətin yuxusu; gözəl mənzərə - gözəl fikir; dumanlı dağ - dumanlı fikir; ağır yük - ağır xasiyyət.

    Yadda saxla!
    Bütün sözlərin həqiqi mənası olur.
    Bütün sözlər məcazi mənaya malik olmur.
    Məcazi məna, əsasən, bədii üslubda işlədilir.
    Sözün məcazi mənasının olması onun çoxmənalı olması deməkdir.
    Bütün frazeoloji birləşmələr məcazi mənada olur, amma bütün məcazi mənada olan sözlər frazeoloji birləşmə deyil: külək yatdı.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    lale - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    27.03.2009
    Mesajlar
    1
    Konular
    0
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @lale

    Standart Re: Cevap: Azərbaycan dili → Çoxmənalı sözlər

    :d:d:p

Giriş

Giriş