Azərbaycan dili → Eynicinsli qoşasamitli sözlər Qoşasamitli sözlərin yazılışı və tələffüzü Qoşasamitli sözlər iki növə bölünür:1) Eynicinsli qoşasamitli sözlər. 2) Müxtəlifcinsli qoşasamitli sözlər. Eynicinsli qoşasamitli sözlər özləri də iki qrupa bölünür: kar samitlərin qoşalığı və cingiltili samitlərin qoşalığı. Kar samitlərdən qoşa kk, pp və tt samitləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məs:hətta , əlbəttə , guppultu və s.

Bu konu 2498 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Eynicinsli qoşasamitli sözlər 2498 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Eynicinsli qoşasamitli sözlər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2498 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Eynicinsli qoşasamitli sözlər

    Azərbaycan dili → Eynicinsli qoşasamitli sözlər



    Qoşasamitli sözlərin yazılışı və tələffüzü
    Qoşasamitli sözlər iki növə bölünür:1) Eynicinsli qoşasamitli sözlər. 2) Müxtəlifcinsli qoşasamitli sözlər.
    Eynicinsli qoşasamitli sözlər özləri də iki qrupa bölünür: kar samitlərin qoşalığı və cingiltili samitlərin qoşalığı.
    Kar samitlərdən qoşa kk, pp və tt samitləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məs:hətta [hətda], əlbəttə [əlbətdə], guppultu [gupbultu] və s.
    Kar samitlərdən qoşa ff, ss samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məs: tələffüz [tələffüz].
    Qoşa qq samitləri ilə yazılan sözlərdə birincisi kar qarşılığı kimi tələffüz olunur. Məs: rəqqas [rəkqas] ,saqqız [sakqız] və s.
    Cingiltili samitlərdən qoşa bb, cc, dd, ll, mm, nn, rr, vv, zz, ff samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məs: abbat [abbat], rəssam [rəssam], addım [addım], şəffaf [şəffaf] və s.
    Qoşa yy samitləri ilə yazılan sözlərin bir çoxu bir y ilə deyilir. Məs: kəşfiyyat [kəşviyat], hissiyyat [hissiyat]və s.

    Yadda saxla!
    Alınma sözlərdə işlənən -iyyat2, -iyya2 şəkilçilərində işlənən qoşa yy samitləri bir y ilə tələffüz olunur. İstisna: cəfəngiyat sözündə bu prinsip pozulur. Dilimizdə cəfəng sözü olsa da, lüğətlərdə bu söz bir -y ilə yazılır.
    Söz kökündə işlənən qoşa yy samitləri yazıldığı kimi də tələffüz olunur. Məs: səyyah, səyyad, qəyyum, səyyarə, təyyarə, Fəyyaz, Teyyub və s.

    Qoşa yy samitləri ilə yazılan sözlər
    Məsuliyyət, əməliyyat, nəqliyyat, ətriyyat, təyyarə, qəyyum, Xəyyam, səyyah, səyyar, ədəbiyyat, mənəviyyat, riyaziyyat, hədiyyə, cərrahiyyə, xasiyyət, vəziyyət, əhəmiyyət, kəmiyyət, nailiyyət, cəmiyyət, şəxsiyyət, hakimiyyət, mülkiyyət, xüsusiyyət, məğlubiyyət, qalibiyyət, hürriyyət, xəfiyyə, niyyət, məğlubiyyət, müvəffəqiyyət, müəyyən, kəşfiyyat, xeyriyyə, bəşəriyyət, aidiyyət, ictimaiyyət, niyyət, bələdiyyə, ciddiyyət, cərrahiyyə, cinsiyyət, davamiyyət, ədliyyə, eyniyyət, fərziyyə, fəaliyyət, fəxriyyə, əziyyət, hal-qəziyyə, heysiyyət, ilahiyyat,irsiyyət, istiqlaliyyət, keyfiyyət, külliyyat, qabiliyyət, maliyyə, məhdudiyyət, mədəniyyət, mədhiyyə, məhrumiyyət, məşğuliyyət, məhkumiyyət, mənsubiyyət, məziyyət, məsuliyyət, məzuniyyət, müdiriyyət, muxtariyyət, mütləqiyyət, nəşriyyat, səciyyəvi, şəxsiyyət, vəsiyyət və s.

    Bir y samiti ilə yazılan sözlər

    Tövsiyə, saniyə, tərbiyə, cəfəngiyat, məyus, təyin, akasiya, aksiya, Akademiya, alleqoriya, allergiya, laboratoriya, ambisiya, anarxiya, artilleriya, batareya, Bəxtiyar, coğrafiya, dekorasiya, diviziya, dizinteriya, ehtiyat, ehtiyac, federasiya, fiziologiya, filarmoniya, filologiya, fotoqrafiya, frazeologiya, haşiyə, heyət, imperiya, inteqrasiya, investisiya, inversiya, intonasiya, infeksiya, izolyasiya, kampaniya, kommersiya, koordinasiya, qvardiya, muğayat, orfoepiya, olimpiya, riayət, şayiə, təmayülvə s.
    Həmçinin bax:
    Samit səslər


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Eynicinsli qoşasamitli sözlər

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2498

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş