Kullanıcı Tag Listesi

Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü Uzun tələffüz olunan sait səslər. Dilimizdə , saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban; elan, memar ; mədə,tərif ; möcüzə, mötərizə ; musiqi, rütubət ; zinət, vəsiqə . Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. və saitlərinin uzun

Bu konu 1362 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü 1362 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1362 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü

    Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü


    Uzun tələffüz olunan sait səslər.
    Dilimizdə [ı], [ü] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban[a:]; elan, memar [e:]; mədə,tərif [ə:]; möcüzə, mötərizə [ö:]; musiqi, rütubət [u:]; zinət, vəsiqə [i:]. Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. [o] və [ö] saitlərinin uzun tələffüz olunmasında müəyyən fərq var. Belə ki, v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz olunur. Məs:dovşan, dovğa, sonra [o:]; lövhə, bənövşə [ö:]. Bu cür uzun tələffüz olunan sözlər deyilişi və yazılışı fərqli sözlər adlanır
    Yadda saxla!
    Uzun tələffüz olunan hecalar vurğu qəbul etmir. Istisna: bəzi ,bəzən sonra, yəni sözlərində uzun tələffüz olunan səslərlə vurğulu heca eyni-birinci hecadır.
    Milli sözlərimizdə uzun tələffüz olunan sözlər yoxdur. Istisna: dovğa
    Uzun tələffüz olunan səslər sözün bütün hecalarında işlənə bilər.
    İstisna olaraq ov, öv hərf birləşmələrində uzun tələffüz olunma baş vermir: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran və s.

    Qoşasaitli səslərin yazılışı və tələffüzü

    Dilimizdə mənşə etibarilə alınma sözlər var ki, həmin sözlərdə iki sait səs yanaşı gəlir. Bu cür sözlər qoşasaitli sözlər adlanır.Qoşasaitli sözlər iki qrupa bölünür: 1) eynicinsli sait qoşalığı 2) müxtəlifcinsli sait qoşalığı

    Eynicinsli qoşasaitli səslər

    Eynicinsli qoşasaitli sözlərdə saitlərdən hər ikisi bir yerdə uzun tələffüz olunur.Eyni sait qoşalığı sözün ortasında və sonunda işlənə bilər. Məs:təəccüb [tə:ccüb], təəssüf [tə:ssüf], əmtəə [əmtə:], bədii [bədi:] və s. Qoşa o saiti ilə işlənən bəzi sözlər vurğu qəbul etməyərək [a:] kimi tələffüz olunur. Məs:zoologiya [za:logiya], kooperasiya [ka:perasiya] və s.

    Qeyd: Eynicinsli qoşasaitli sözlərin hamısı deyilişi və yazılışı fərqli sözlərdir.

    Müxtəlifcinsli qoşasaitli səslər

    Müxtəlifcinsli sait qoşalığında səsartımı,səsdüşümü hadisələri baş verir. Bəzi sözlərin isə deyilişində və yazılışında heç bir fərq baş vermir. Müxtəlifcinsli sait qoşalığı sözün əvvəlində, ortasında və sonunda işlənə bilər.

    a) ai, iə, əi, io, ea, aü, ia hərf birləşmələrinin işləndiyi sözlərdə -y samiti artırılır. Məsəidə [Səyidə], iaşə [iyaşə], bioloq [biyaloq] və s. Bu cür sözlərdə səsartımı hadisəsi baş verir.

    b) əa, üa, üə hərf birləşmələrinin işləndiyi sözlərdə isə birinci sait tələffüz olunmur, ikinci sait isə uzun tələffüz olunur. Məs: müəyyən [mə:yyən], müəllim [mə:llim], müasir [ma:sir] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş verir.

    c) Qoşasaitli mürəkkəb sözlərdə də yanaşı gələn sait səslərdən birincisi tələffüzdə düşür. Məs: xalaoğlu [xaloğlu], dayıoğlu [dayoğlu], bacıoğlu [bacoğlu], əliaçıq [əlaçıx] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş versə də, uzun tələffüz olunan səs olmur.

    d) Dilimizdə bəzi müxtəlifcinsli sait qoşalığı olan sözlər var ki, həmin sözlərdə tələfüz zamanı heç bir fərq yaranmır. Məs: aktual, memuar, qiraət, Laos, xaos, Seul, şüəra, bəraət, seans, mətbuat, sual, məcmuə, pauza, sauna, fauna, raund, şücaət, şüa, riayət və s.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Bəzi sait səslərin tələffüzü

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1362

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş