Azərbaycan dili → Felin quruluşca növləri Fellər quruluşca üç növəbölünür: sadə, düzəltmə və mürəkkəb. Sadə fellər bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s. Düzəltmə fellər Sözdüzəldici (leksik)şəkilçilərin köməyi ilə düzələn fellər düzəltmə fellər adlanır. Düzəltmə fellər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür: 1. Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər. 2 Feldən düzələn düzəltmə fellər.

Bu konu 1229 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Felin quruluşca növləri 1229 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Felin quruluşca növləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1229 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Felin quruluşca növləri

    Azərbaycan dili → Felin quruluşca növləri


    Fellər quruluşca üç növəbölünür: sadə, düzəltmə və mürəkkəb.
    Sadə fellər bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s.
    Düzəltmə fellər
    Sözdüzəldici (leksik)şəkilçilərin köməyi ilə düzələn fellər düzəltmə fellər adlanır.
    Düzəltmə fellər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
    1. Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər.
    2 Feldən düzələn düzəltmə fellər.
    Birinci qrup düzəltmə fellər aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
    -la1: baş-la (maq), yağ-la (maq), göz-lə (mək), iş-lə (mək), iti-lə (mək), təmiz-lə(mək), irəli-lə (mək), gecə-lə (mək) və s.
    -lan1: ağıl-lan (maq), alov-lan (maq), dil-lən (mək), tük-lən (mək), səs-lən (mək) və s.
    -laş1: dost-las (maq), vida-laş (maq), ağır-laş (maq), halal-laş (maq), uzaq-laş (maq), sakit-ləş (mək), bir-ləş(mək), fıkir-ləş(mək), gözəl-ləş (mək), və s.
    — al1 (-1): sağ-al (maq), çox-al (maq), az-al (maq), qara-1 (maq), qoca-1 (maq), düz-əl (mək), gen-əl (mək) və s.
    — ari: ot-ar (maq), yaş-ar (maq), ağ-ar (maq), boz-ar (maq), göy-ər (mək) və s.
    Nümunələrdən göründüyü kimi, — al1 və — ar1 şəkilçiləri ilə daha çox sifətlərdən fel düzəlir.
    İkinci qrup düzəltmə fellər isə fellərə bu şəkilçiləri artırmaqla düzəlir:
    — ıl4: aç-ıl (maq), yaz-ıl (rnaq), səp-il (mək), əz-il (mək), vur-ul (maq), qur-ul (maq), süz-ül (mək), döy-ül (mək) və s.
    — ın4 (-n): al-ın (maq), çal-tn (maq), bil-in (mək), sil-in (mək), yol-un(maq), böl-ün (mək), döy-ün (mək), qoru-n (maq), dara-n (maq), bəzə-n (mək) və s.
    — ış4 (-ş): yaz-ış (maq), qaç-ış (maq), çək-iş (mək), dəy-iş (mək), vur-uş (maq), gör-üş (mək), salamla-ş (maq), ağla-ş (maq), mələ-ş (mək) və s.
    — dır4: yaz-dır (maq), çat-dır (maq), sil-dir (mək), din-dir (mək), poz-dur (maq), gül-dür (mək) və s.
    Bu şəkilçilər, aşağıda görəcəyimiz kimi, əsasən, felin qrammatik mənə növlərinin şəkilçiləridir.
    Qeyd: Aşağıdakı fellər quruluşca sadədir;alışmaq, ağlamaq, anlamaq, barışmaq, bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək, dağılmaq, düşünmək, yarışmaq, yapışmaq, yırğalamaq, çalışmaq, güləşmək və s.
    Mürəkkəb fellər
    Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsi ilə aşağıdakı bir neçə yolla yaranır:
    1. Antonimvə ya yaxın mənalı müstəqil fellərin birləşməsi ilə: atıb-tut (maq), küsüb-barış (maq), oturub-dur (maq), ölçüb-biç (mək, çalışıb-vuruş (maq) və s. Belə mürəkkəb fellər məcazi mənada işlənir və birinci tərəf çox vaxt -ıb4 şəkilçili feli bağlama şəklində olur. Lakin bəzən birinci tərəf feli bağlama şəkilçisiz də işlənir: ölçdü-biçdi, deyir-gülür, əlləşir-vuruşur və s. Bu cür mürəkkəb fellər defislə yazılır və əsl mürəkkəb fellər sayılır.
    2. ol(maq), et (mək), elə (mək) köməkçi fellərinin başqa nitq hissələrinə qoşulması ilə: yoldaş ol (maq), yaxın ol (maq); kömək et (mək), məsləhət et (mək), təkrar et (mək) və s. Bu cür mürəkkəb felləri tərkibi fellər də adlandırırlar.
    3. — ıb4 şəkilçili feli bağlama şəklində olan fellərlə getmək, gəlmək, çıxmaq, keçmək və s. fellərin qoşulması ilə: uçub get (mək), qayıdıb gəl (mək), gəlib çıx (maq, ötüb keç (mək) Bu cür fellər də tərkibi fellər sayılır.
    4. Birinci tərəfi -a1 şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan fellər də tərkibi fellərdir: yaza bil (mək), görə bil (mək) və s.
    5. Frazeoloji feli birləşmələrdən ibarət olan mürəkkəb fellər: başa düş (mək), qulaq as (maq), bel bağla (maq), aldm düş (mək), ürəyi yan (maq) və s.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Felin quruluşca növləri

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1229

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş