Kullanıcı Tag Listesi

Azərbaycan dili → Dil və dilçilik.Azərbaycan dili Dil haqqında Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə — insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan

Bu konu 1655 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Dil və dilçilik.Azərbaycan dili 1655 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Dil və dilçilik.Azərbaycan dili

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1655 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Dil və dilçilik.Azərbaycan dili

    Azərbaycan dili → Dil və dilçilik.Azərbaycan dili


    Dil haqqında

    Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə — insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz.

    Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.

    Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Buna sübut olaraq, belə bir nümunə göstərmək olar: bir zənci balası körpəlik çağından valideynlərindən ayrı düşərək Azərbaycan ailəsində böyüyərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.

    Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.

    Dil haqqında kəlamlar: "İnsan öz dilinin altında gizlənmişdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olduğu bilinir. (Hz. Əli əleyhissəlam). «Dil fikri açmaq üçün yox, gizlətmək üçündür. (Taleyran).

    Yazı haqqında

    İnsanlar şifahi dilin köməyi ilə yalnız müəyyən yaxın məsafədə, bir-birləri ilə ünsiyyət saxlaya bilmişlər. Zaman keçdikcə insanlar səsin çatmadığı yerlərlə də əlaqə saxlamağa ehtiyac duymuşlar. Bu ehtiyacın nəticəsi olaraq yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.

    Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdur. İnsanlar uzaq yerlərə öz fikirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyavi yazı adlanır.

    Bir sıra nağıllarımızda əşyavi yazı ilə bağlı maraqlı epizodlar vardır. Məsələn: „Daşdəmirin nağılı“nda Mirzə Möhsün Nardana „məktub“ -daş, dəmir, əl dəyirmanı, armud və gavalı göndərir. Nardan daşla dəmirin Daşdəmir, əl dəyirmanının isə ovdan olduğunu bilir. Daşdəmir isə armudun Abasbəyi armudu adlandığına görə şahın qoşun başçısı Abas bəyə, gavalının isə vəzir Alı adlandığına görə vəzirə işarə edildiyini oxuyur.

    Müasir həyatımızda da əşyavi yazının izlərinə rast gəlmək mümkündür. Məsələn, yas saxlayan şəxsin qara paltar geyməsi onun yaxın bir adamının vəfat etdiyini bildirir.

    Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr də bugünkü həyatımızda öz varlığını qoruyub saxlamışdır. Məsələn, ayaqqabı dükanının şüşəsində ayaqqabı şəklinin çəkilməsi piktoqrafik yazı nümunəsidir.

    Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.

    Nəqliyyat yolunda qoyulmuş nida işarəsi və ya maşınların hərəkətini tənzimləyən qırmızı, sarı, yaşıl işıq ideoqrafik yazıya nümunə ola bilər.

    Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə olunmusdur Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə ifadə olunur.

    Hazırda istifadə etdiyimiz latın əlifbası fonoqrafik yazıya əsaslanır.

    Dilçiliyin sahələri

    Dilçilik elmi dilin qayda-qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin fonetika, leksikologiya, morfologiya və sintaksis kimi bölmələrindən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.

    Etimologiya. Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimologiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda etimologiya elminə üz tutmaq lazım gəlir. Sözün kökünü üzə çıxarmaq, onun başqa sözlərlə bağlılığım öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlili deyilir.

    Lüğətçilik. Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənir. Lüğətçilik Azərbaycan — türk dilçiliyinin qədim sahəsidir. Mahmud Kaşğarinin məşhur »Divanu lüğətit — türku(XI əsr) buna nümunə ola bilər. Hüsam Təbrizi (XIII əsr) Hinduşah Naxçivani (XIV əsr) kimi Azərbaycan alimləri də lüğət tərtib etmişlər. XX əsrin əvvəllərində Sultan Məcid Qənizadə, Üzeyir bəy Həcıbəyov, Əliağa Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər. 1964-1987-ci illərdə Əliheydər Orucovun müəllifliyi və rəhbərliyi ilə nəşr olunmuş 4 cildlik «Azərbaycan dilinin izahlı lüğəti» son 50 ildə lüğətçilik sahəsində görülmüş ən böyük iş sayılır. Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lüğətləri (məsələn, azərbaycanca — ərəbcə və ya ingiliscə -azərbaycanca lüğətlər və s.) və terminoloji lüğətlər (məsələn, dilçilik terminləri lüğəti).

    Dialektologiya. Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli -məhəlli danışığa dialekt və ya şivə deyilir. Bir çox şivələrimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf mərhələrini öyrənmək üçün çox əhəmiyyətlidir. Ayrı-ayrı ərazilərdə işlənən yerli — məhəlli söz və ifadələrə dialektizm deyilir. Bədii əsərlərin dilində dialektizmlərə rast gəlmək olur.

    Azərbaycan dilinin quruluşu və tarixi

    Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmisdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.

    Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı birlikdə dil ailəsi adlanır.

    Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. Dilimiz oğuz qrupuna daxildir. Türk (Türkiyə türkcəsi), türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qrupuna isə aşağıdakı dillər daxildir: özbək, uyğur, salur və s.

    Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.

    Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından formalaşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu müəyyənləşir.

    Azərbaycan dilinin morfoloji quruluşu

    Dillər qohumluq xüsusiyyəti ilə yanaşı, morfoloji quruluşuna görə də müəyyən qruplara ayrılır. Morfoloji quruluşuna görə dünya dilləri kök dillər, flektiv dillər və iltisaqi dillər kimi qruplara bölünür. Kök (amorf) dillərdə sözün kökü dəyişmir və sözdəyişdirici (leksik) şəkilçi olmur (məsələn, Çin dili). Flektiv dillərdə sözün kökü içəridən dəyişir və şəkilçi sözün əvvəlində, axırında gəlir (məsələn, ərəb dilində).

    Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi (aqqlütinativ) dillərə daxildir. Bu tip dillərdə sözün kökü dəyişmir və həmişə müstəqil leksik məna bildirir. Şəkilçilərin (həm leksik, həm də qrammatik), bir qayda olaraq, söz kökündən sonra gəlməsi üə iltisaqi dillərin əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət dilimizdəki əsl Azərbaycan sözlərinə (türk mənşəli sözlərə) aiddir. Alınma sözlərdə isə bu qaydanın pozulması halları özünü göstərir, yəni şəkilçi söz kökündən əvvəl işlənir. Məsələn: na-insaf, na-məlum, bi-vəfa, bi-şüur, la-qeyd, ba-məzə və s. (Əsl Azərbaycan sözləri olan kişi və dinc sözləri də na şəkilçisi ilə işlənir: na-kişi, na-dinc).

    Dilimizin morfoloji quruluşu və ahəng qanunu

    Məlum olduğu kimi, ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsi deməkdir. Dilimizin əsas fonetik qanunu kimi, ahəng qanunu fonetikada öyrənilir. Lakin ahəng qanunu dilimizin morfoloji quruluşu ilə də birbaşa bağlıdır. Belə ki, dilimizdəki milli sözlərdə ahəng qanunu, əsasən, gözlənilsə də, bir çox alınma sözlərdə pozulur. Məsələn: kitab, alim, dünya, vəfa, radio və s. Bununla belə, bu kimi sözlərə öz dilimizə məxsus hər hansı bir şəkilçi artırdıqda həmin şəkilçi söz kökündəki son hecanın ahənginə mütləq uyuşmalıdır. Məsələn: kitab-lar, alim-lər-imiz, dünya-da, vəfa-lı, radio-ya və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonetikanı birləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Dil və dilçilik.Azərbaycan dili

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1655

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş