Kullanıcı Tag Listesi

Vahid Quliyev Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Quliyev Vahid Həbibulla oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Quliyev Vahid Həbibulla oğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. 1974-cü ildə Ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Özbəkistanda və Rusiyada keçmişdir. Hərbi xidmətini başa

Bu konu 525 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Vahid Quliyev 525 Reviews

    Konuyu değerlendir: Hərb işi - Vahid Quliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 525 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Vahid Quliyev

    Vahid Quliyev


    Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Quliyev Vahid Həbibulla oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Quliyev Vahid Həbibulla oğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuşdur.

    1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir.

    1974-cü ildə Ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Özbəkistanda və Rusiyada keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdır və 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olur.

    1981-ci ildə təhsilini başa vuraraq təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilir. 3 ildən sonra Bakıya gələrək "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsində çalışır. 1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanır.

    Ağdam istiqamətində gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirir, bir müddət orada döyüşdükdən sonra onu Qubadlıya göndərirlər. 1994-cü ildə yenidən Ağdam bölgəsinə yollanır.

    V.Quliyev xidmətə başladığı gündən atəşkəs elan olunana qədər, düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır.

    1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Ali Hərbi Məktəbində baş müəllim işləmişdir. 2002-ci ildə ordudan tərxis olunmuşdur.

    Ailəlidir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Vahid Quliyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 525


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş